Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə21/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

bunu “özgələşmə” vərdişlərinin ən incə vasitələri ilə və heç vəchlə ölçü hissini 
itirmədən məharətlə icra edir. 
 Həsən Turabov janrından, mövzusundan, dövründən asılı olmayaraq, 
bəyəndiyi ssenaridə oynayacağı rolun məqsəd və qayəsinin əsas leytmotivini dəqiq 
və aydın müəyyənləşdirməyi fəhmlə duyur. 
Həsən Turabov milli kinomuzda hərəkət sərbəstliyinə, plastika 
yumşaqlığına, ağayana (eleqant) jestlərinin meyar dəqiqliyinə, harmonik 
davranışını fılmin parçalanmaz üzvü kimi təqdim etmək məharətinə görə seçilir, 
fərqlənir, örnək kimi qəbul olunur. 
Həsən Turabov o nadir aktyorlardandır ki, səhnədə öz istedadının arxasında 
gizlənmək üçün çoxsaylı zahiri ifadə vasitələrinə güvənmir. Onun ali məqsədi 
budur ki, həyat hadisələrinin doğurduğu suallara teatr və ekran dili ilə cavab tapsın. 
Həsən Səttar oğlu Turabov 13 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və 
direktoru vəzifəsindən istefa verdi. 
Kitabın çap prosesində, 23 fevral 2003-cü ildə Həsən Turabov dünyasını 
dəyişdi. 
  
  
 
 
Kamal XUDAVERDİYEV 
Xalq artisti 
  
Akademik Milli Dram Teatrının aparıcı aktyorlardandır. Kamal 
Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin 
nümayəndəsidir. Ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında 
qazanıb. Bununla belə, romantik ruhlu tamaşalarda, komediyalarda da rollar 
oynayıb. Bu baxımdan Vilyam Şekspirin və Sofoklun eyniadlı faciələrində ifa 
etdiyi Kral Lir və Şah Edip aktyorun yaradıcılığında xüsusi yer tutur. 
Azərbaycan milli teatr tarixində yüksək fəxri ada layiq görülmüş tək-tək 
aktyor olub ki, barmaqla sayılacaq qədər sözü olan obrazın ifasında səhnəyə çıxsın. 


Kamal Xudaverdiyev məhz belə cəsarətli və fədakar aktyorlardandır. O, “Ah, 
Paris... Paris!..” (Elçin) tamaşasında Süpürgəçi rolunda bütün əsər boyu səhnədə 
olurdu və yalnız finalda ikicə cümlə sözü vardı. Aktyor bu rolu ilə pauza vasitəsilə 
tipik obraz yaratmağın bariz və parlaq nümunəsini göstərə bildi. 
Kamal Ağahüseyn oğlu Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. 
Yeddinci sinifə qədər gündüz oxuyub və orta təhsilini isə 6 saylı fəhlə-gənclər 
məktəbində başa vurub. Respublika və Bakı şəhər qaz idarələrində çilingər işləyib, 
bir müddət Qazaxıstanın xam torpaqlarında ezamiyyətdə olub, orada müxtəlif 
peşələrdə çalışıb. Yenidən Bakıya qayıdaraq yüksək dərəcəli çilingər kimi 
fəaliyyətini davam etdirib. 
Aktyorluq sənətinə marağı 21 yaşından göstərib və Bakıda müxtəlif dram 
dərnəklərinə gedib. 1961-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr 
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Qüdrətli sənətkarlar 
Ədil İsgəndərovdan, Mehdi Məmmədovdan və Rza Təhmasibdən ixtisas təhsili 
alıb. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli 
Dram Teatrının baş rejissoru Tofıq Kazımovun təklifı ilə oktyabr ayının 1-də 
truppaya ştata götürülüb. Arada müəyyən qısa fasiləni çıxmaqla yalnız Akademik 
teatrda işləyib və hazırda da kollektivin üzvüdür. Bu illər ərzində aşağıdakı rolları 
oynayıb. 
Raul. “Orlean qızı”, Fridrix Şiller. 
Fərman. “Yalan”, Sabit Rəhman. 
Murov. “Günahsız müqəssirlər”. Aleksandr Ostrovski. 
Lətif. “Söz yarası”, Qeybulla Rəsulov. 
Demetr. “Antoni və Kleopatra”, Vilyam Şekspir. 
Zabit. “Tufanlı il”, Aleksey Kapler. 
Riçard Dacen. “Şeytanın şagirdi”, Bernard Şou. 
Aslan. “Kəndçi qızı”, Mirzə İbrahimov. 
Laert. “Hamlet”, Vilyam Şekspir. 
Sadıq. “Xoşbəxtlər”, Sabit Rəhman. 
Afremov. “Canlı meyit”, Lev Tolstoy. 
Petruçço Konti. “Çarəsiz dələduz”, Raffaele Viviani 
Ibad. “Almaz”, Cəfər Cabbarlı. 
Ədalət. “Məhv olmuş gündəliklər”, İlyas Əfəndiyev. 
Rıbakov. “Zamanın hökmü”, Nikolay Poqodin. 
Bahadır. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
Denni. “Qızıl”, Yucin ONil. 
Inam. “Sən yanmasan...”, Nəbi Xəzri. 
Surxay. “Aydın”, Cəfər Cabbarlı. 
Otar. “Qəribə oğlan”, İlyas Əfəndiyev. 
Eldar. “Vaqif”, Səməd Vurğun. 
Kral. “Yatmış gözəl və yeddi qardaş”, Aleksandr Puşkin. 
Kamandar. “Bağlardan gələn səs”, İlyas Əfəndiyev. 
Fəxrəddin. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı əsəri 
əsasında Tofıq Kazımovun işləməsi. 
Tahirov. “Ümid”, Maqsud İbrahimbəyov. 


Loğman. “Yollara iz düşür”, Bəxtiyar Vahabzadə. 
Həmkar. “İstintaq”, Rüstəm İbrahimbəyov. 
Makduf. “Maqbet”, Vilyam Şekspir. 
İbn Yəmin. “İblis”, Hüseyn Cavid. 
Birinci Nəsimi. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Vaska Pepel. “Həyatın dibində”, Maksim Qorki. 
Mares. “Böyük Romul”, Fridrix Dürrenmatt. 
Sezar. “Kölgələrin oyunu”, Yuri Edlis. Kiçik səhnədə. 
Braun. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Hüseynov. “Qızıl teşt”, Seyran Səxavət. 
Səlim Babayev. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Kərim bəy. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Ulu əcdad. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə. 
Efralel Kebot. “Qarağaclar altında ehtiraslar”, Yucin ONil. 
Ağqoyunlu ata. “Ağqoyunlular və  Qaraqoyunlular”, Əli Əmirli. 
Kral Lir. “Kral Lir”, Vilyam Şekspir. 
Süpürgəçi. “Ah, Paris... Paris!..”, Elçin. 
Şah Edip. “Şah Edip”, Sofokl. 
Çingizxan. “Sokratı anma gecəsi”. Çingiz Aytmatov və Muxtar Şahanov. 
İzzət paşa. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Salman Tahirov. “Cəzasız günah”, Bəxtiyar Vahabzadə. 
Aqşin. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Dolbanezo. “Kəllə”, Nazim Hikmət. 
 
Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan 
tamaşalarda çoxlu obrazlar ifa etmişdir. Bu baxımdan onun İlyas Əfəndiyevin 
“Atayevlər ailəsində” (İldırım), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Cavanşir 
bəy), Mehdi Hüseynin “Alov” (Qaşqay), Əlibala Hacızadənin “Yadigar” 
(Müəllim), Nazim Hikmətin “Bayramın son günü” (Firuz) və “Şöhrət və ya 
unudulan adam” (Doktor), Elçin Mehrəliyevin “Yurd yeri” (Mahal kişi) televiziya 
tamaşalarında oynadığı rollar bədii cəhətdən daha bitkindir. 
Müxtəlif  illərdə “Azərbaycanfilm” kinostudiyasında “Istintaq davam edir” 
(Çingizov), “Sonuncu müsahibə” (Həsənov), “Dağlarda döyüş” (Rüstəmov), 
“Nəsimi” (Yusif), “Abşeron” (Əli), “Üzü küləyə” (Kombinat müdiri), “Adanı 
özünlə apara bilməzsən” (Ata), “Oteldə bir otaq” (Alim), “Dədə Qorqud” (Ata) 
flimlərində xaraktercə fərqli obrazlara çəkilib. 
Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı 
səmərəli fəaliyyətinə, qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə 
Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri 
adları ilə təltif olunub. 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
Universitetində aktyor sənətindən dərs deyir, dosentdir. 
  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə