Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

Respublikanın əməkdar artisti (29 aprel 1971) və xalq artisti (1 dekabr 1982) fəxri 
adlarına layiq görülüb. 1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri 
İttifaqının prezidenti seçilib. Hazırda yenə oranın prezidentidir. Avropa Türkləri 
İslam Birliyinin Qızıl medalı ilə təltif olunub (1994). 
Həsən Turabovun aşağıdakı rolları milli teatrımızın klassik obrazları 
siyahısına daxil olub: 
1962-ci il. Vahid. “Kəndçi qızı”, Mirzə İbrahimov. 
1963-cü il. Floriano. “Dəlilər”, Lope de Veqa. Tərcüməçi Tələt Əyyubov. 
1966-cı il. İsgəndər. “Ölülər”, Cəlil Məmmədquluzadə.  
1968-ci il. Hamlet. “Hamlet”, Vilyam Şekspir. Tərcüməçi Cəfər Cabbarlı. 
1968-ci il. Kamran. “Unuda bilmirəm”, İlyas Əfəndiyev. 
1969-cu il. Qurban. “Pəri cadu”, Əbdürrəhim bəy    Haqverdiyev. 
1970-ci il. Xəyyam. “Xəyyam”, Hüseyn Cavid. 
1971-ci il. Nicat. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
1972-ci il. Aydın. “Aydın”, Cəfər Cabbarlı. 
1973-cü il. Valid. “Nağıl başlananda”, İmran Qasımov. 
1977-ci il. Qiyas. “Şəhərin yay günləri”, Anar. 
1978-ci il. Qədir. “Quşu uçan budaqlar”, Əkrəm Əylisli. 
1981-ci il. Polkovnik Əmir. “Səhra yuxuları”, Anar. 
1986-cı il. Şeyx Xiyabani. “Şeyx Xiyabani”, İlyas Əfəndıyev. 
1987-ci il. Hacı Əsədulla. “Mənsiz dünya”, Nəbi Xəzri. 
1988-ci il. Kamran. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev. 
 
Həsən Turabovun kinoda ən parlaq rolları Gəray bəy, (“Yeddi oğul 
istərəm”), Kəbirlinski (“Dantenin yubileyi”), Afşin (“Babək”), Üçgöz Cəfər 
(“Qorxma, mən səninləyəm”),eyniadlı filmdə Qaçaq Nəbi, Əsəd (“Bəyin 
oğurlanması”), Qəzənfər Mamedoviç (“Yaramaz”) obrazlarıdır. 
Qırx il ərzində aktyor teatrın səhnəsində Nazim Hikmətin “Şöhrət və ya 
unudulan adam” (Qatil), Yuri Osnos və Viktor Vinnikovun “Hind gözəli” 
(Aryaka), Səməd Vurğunun “Vaqif” (Əlibəy, İlyas və Vaqif), “İnsan” (Şahbaz), 
Sabit Rəhmanın “Əliqulu evlənir” (Kamal), Həsən Seyidbəylinin “Bağlı qapılar” 
(Qürbət), Şekspirin “Otello”  (Birinci qasid), “Antoni və Kleopatra” (Eros), 
Hüseyn Cavidin “Şeyx Sənan” (Özdəmir), “Səyavuş” (Birinci dəliqanlı), “İblis” 
(İblis), Aleksis Parnisin “Gözəllik və sevgi adası” (“Afrodita adası”. Anastasis), 
Mehdi Hüseynin “Alov” (Katib), İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq 
sahillərdə” (Erix), Şıxəli Qurbanovun “Əcəb işə düşdük” (Misirxanov), “Sənsiz” 
(Tərlan), Viktor Hüqonun “Mariya Tüdor” (Cəllad), Mirzə İbrahimovun “Yaxşı 
adam” (Azər), “Közərən ocaqlar” (Lenin), Fridrix Şillerin “Orlean qızı” (Lionel), 
İlyas Əfəndiyevin “Məninı günahım” (Xansu), Aleksey Kaplerin “Tufanlı il” 
(Vasili), Seyfəddin Dağlının “Mənziliniz mübarək!” (Elgün), Maksim Qorkinin 
“Meşşanlar” (Nil), Rüstəm İbrahimbəyovun “İstintaq” (Müstəntiq), Nikolay 
Poqodinin “Kreml saatı” (Lenin), Arif Süleymanovun “Tufandan əvvəl” (Lenin), 
Anarın “Sizi deyib gəlmişəm” (Mirzə Cəlil Məmmədquluzadə), Nahid 
Hacızadənin “Qisas qiyamətə qalmaz” (Umud) əsərlərinin tamaşalarında oynayıb. 


“Azərbaycanfılm”in istehsal etdiyi kinolentlərindən “Qara daşlar”da Radist 
Hüseyn, “Telefonçu qız”da Hüseyn, “Yun şal”da Cəlal, “Sən niyə susursan?”da 
milis mayoru, “Sevil”də Rüstəmov, “Axırıncı aşırım”da Xəlil, “Var olun, qızlar”da 
Şəmsi, “Xatirələr sahili”ndə Kamran, “Qızıl qaz”da Fazilov, “Səmt küləyi”ndə 
Biçeraxov, “Ömrün ilk günü”ndə Mehdi, “Çarvadarların izi ilə”də Aqil, “Qatır 
Məmməd”də Səlimov, “Çətirimiz buludlardı” fılmində Qədirov, “Dörd bazar 
günü”ndə Nicat, “Ürək...ürək...”də Murad, “Dərviş Parisi dağıdır”da Rəşid bəy
“Sevinc buxtası”nda Əlizadə, “Bayquş gələndə”də Rəşid, “Mən mahnı 
bəstələyirəm”də Ata, “Qəribə adam”da (“Mosfilm”) Arif, “İstintaq”da General, 
“Anlamaq istəyirəm”də Neftci Həsən, “Qızıl uçurum”da Usta Bağır, “Əlavə iz”də 
Əli, “Qaladan tapılan mücrü”də Qəyyum, “İlıq dənizdə buz parçası”nda Sərt kişi, 
“Park”da Mədən müdırı, “Nizami”də Müzəffər, “Gümüşgöl əfsanəsi”ndə Ağazəki, 
“Qoca padşahın nağılı”nda Qoca, “Tənha narın nağılı”nda Əli, “İşarəni dənizdən 
gözləyin”də Baş nazir, “Şəhərli biçinçilər”də Səlim, “Qəm pəncərəsi”ndə Mirzə 
Cəlil Məmmədquluzadə, “Gənc qadının kişisi”ndə Rauf, “Gecə  qatarında  qətl”də 
Nağıyev, “Şahid qız”da Polkovnik, “Təhminə”də Dadaş, “Nakəs”də həbsxana 
rəisi, “Ailə”də Qoca, “Bu gözəl, gözəl, gözəl dünya”da Müstəntiq, “Gözlə məni”də 
Böyük bəy rollarına çəkilib. 
Rejissor kimi “Tənha narın nağılı” (Şamil Mahmudbəyovla birgə) və “Atları 
yəhərləyin” (“Qaçaq Nəbi”. Əbdül Mahmudovla birgə) filmlərini çəkib. 
Həsən Turabov həssas duyumu, keçmişlə çağdaşlığı, baxanla (tamaşaçı) 
baxılanı (obraz) doğmalaşdırmaq məharəti, səmimiyyət yaratmaq istedadı ilə 
qəhrəman-xarakterin yaşadığı dövrlə salon arasındakı zaman-məsafə ayırmasını 
məharətlə dəf edir. 
Həsən Turabov klassik faciə rollarında xarakterin psixoloji dərinliyini həm 
emosional ifadə vasitələrinin heyrətamiz rəngarəngliyi, həm də sanki tükənməyən 
texniki vərdiş-fəndləri ilə tamaşaçılara təqdim edir. Belə vəhdətdə obrazı faciəvilik 
əzəməti daha canlı, daha təsiredici, düşündürücü, həyəcanlandırıcı ovqat 
bağışlayır. 
Həsən Turabov böyük ehtiraslar aktyorudur, güclü faciə xarakterli 
sənətkardır. O, səhnədə özünün emosional enerjisini qurulmuş yay kimi həmişə 
tarıma çəkilmiş gərginlikdə saxlamağı qətiyyətlə bacarır. 
Həsən Turabov bədii təsvircə mürəkkəb, xaraktercə təzadlı, xasiyyətcə sabit 
davranış ölçülərini pozan, bəzən hərzə-hədyan danışmaqdan çəkinməyən, hərdən 
xudbin, ədalı görünən... səhnə və ekran rollarında da cəsarətlə insanlıq və 
həyatsevərlik axtarmağın riskinə gedir. 
Həsən Turabovun oynadığı rollarda, ictimai mənsubiyyətindən asılı 
olmayaraq, intim qılıqlıq, doğma məhrəmlik var. 
Həsən Turabovun ürəyinin hərarəti və idrakının ziyası onun sənətkarlığının, 
səhnədə və ekranda yaratdığı “həyatın” əsas təkanvericisidir. 
Həsən Turabov böyük bir monoloqun görə bilmədiyi “işi” baxış və hərəkətlə 
nəzərə çatdırır, vəziyyətin psixoloji ovqatını ikı, üç... planda tamaşaçıya göstərir. 
Həsən Turabov obrazın psixologiyasındakı ovqat dəyişikliyini öz oyununda 
böyük ustalıqla, heyrətamiz yüngüllüklə, psixoloji dəqiqliklə verə bilir. Aktyor 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə