Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

Firuzbala. “Altı qızın biri Pəri”, Məhərrəm Əlizadə və Tofıq Bakıxanov ilə 
Nəriman Məmmədov.  
Alanzadə. “Olmadı elə, oldu belə”, Şıxəli Qurbanov və Süleyman 
Ələsgərov. 
Həsən bəy, Hamlet və Məşədi İbad. “Məşədi İbad”, Üzeyir bəy 
Hacıbəyov. Müxtəlif quruluşlarda. 
Şubay. “Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov. 
Tofiq. “Ev bizim, sirr bizim”, Novruz Gəncəli və Səfiqə Axundova.   
Qulam. “Höcət eləmə”, Qazı Məmmədov və Ağabacı Rzayeva ilə İsmayıl 
Quliyev. 
İlqar. “Qaynana”, Məcid Şamxalov və Zakir Bağırov. 
Eynəkli. “Milyonçunun dilənçi oğlu”, Şıxəli Qurbanov və Süleyman 
Ələsgərov. 
Səlyanski. “Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov. 
Azay. “Qızılgül”, Məhərrəm Əlizadə və Soltan Hacıbəyov. 
Aslan. “Bizə bircə xal lazımdır”, Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və 
Telman Hacıyev. 
Ağabala. “Ləpələr”, Əliağa Kürçaylı və Arif Məlikov. 
Qüdrət Səda. “Hardasan, ay subaylıq?” Salam Qədirzadə və Süleyman 
Ələsgərov. 
Şəkərli. “Axırı yaxşı olar”, Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev. 
Ağa Mirzə. “Hacı Kərimin aya səyahəti”, Qulamrza Cəmşidi ilə Əbülfəz 
Hüseyni və Azər Rzayev. 
Məmmədəli. “Məmmədəli kurorta gedir”, Atif Zeynallı və Tofıq Bakıxanov 
ilə Nəriman Məmmədov. 
Kəblə Hüseynəli. “Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid 
Rüstəmov. 
Qoşun. “Toy kimindir?”, Məhərrəm Əlizadə və Ağası Məşədibəyov. 
Şakir. “Dağlar qoynunda”, Ədil İsgəndərov və Əşrəf  Abbasov. 
Qulu Rəhimli. “Nənəmin şahlıq quşu”, Əliağa Kürçaylı və Vasif 
Adıgözəlov. 
Vəli. “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov. 
Çako. “Keto və Kote”, Vladimir Dolidze. Tərcümə edənı Şəmsi Bədəlbəyli. 
Dadaşbala. “Hicran”, Sabit Rəhman və Emin Mahmudov (Sabitoğlu). 
Türbətəli. “Təzə gəlin”, Seyfəddin Dağlı və Cahangir Cahangirov. 
Əmikişi. “Qonşumuzda bir oğlan var”, Məhərrəm Əlizadə, Ramiz 
Mustafayev. 
Murtuzov. “Özümüz bilərik”, Şıxəli Qurbanov və Süleyman Ələsgərov.  
Qədir. “Qızıl toy”, Ramiz Heydər və Oqtay Kazımov. 
Maldar. “Yertutanlar”, Faiq Mustafayev və Adil Bəbirov.  
Qazi, Karapet ağa, Naçalnik və Kərbəlayı Cəfər. “Danabaş kəndinin 
əhvalatları”, Cənnət Səlimova (Cəlil Məmmədquluzadənin əsəri əsasında) və 
Oqtay Kazımov. 
Qəmzəli. “Qaçırılmış qız”, Cahangır Məmmədov və Ramız Mirişli. 


Seyfulla. “Sıravi Seyfullanın xidməti əziyyətləri”, Akif Məhərrəmov 
(Sultanməcid Qənizadənin “Xor-xor” məzhəkəsi əsasında) və Aydın Əzimov. 
Misir Nəsir. “Lənət sənə, kor şeytan”, Firudin Aşurov və Vasif Adıgözəlov. 
Orduxan bəy. “Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov. Bu rol 
aktyorun Musiqili Komediya Teatrında son yaradıcılıq işi oldu. 
 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər işlədiyi 
dövrdə Səyavuş Aslan dramaturq Məmməd Səid Ordubadinin və bəstəkar Səid 
Rüstəmovun “Beş manatlıq gəlin” (17 may 1994), Zülfüqar bəy Hacıbəyovun “Əlli 
yaşında cavan” (23 may 1995) operettalarını tamaşaya hazırlayıb. 
Səyavuş Aslanın 1984-cü ildən 1994-cü il fevralın 4-ə qədər və 1996-cı ilin 
oktyabrından bu günə kimi Akademik Milli Dram Teatrında oynanılan tamaşalarda 
iştirak etdiyi səhnə obrazları. 
Mindilli. “Nişaniı qız”, Sabit Rəhman. 
Hüseynbala. “Çahargah fantaziyası”, Kərim Kərimov. 
Luka. “Həyatın dibində”, Maksim Qorki. 
Romul Avqustul. “Böyük Ramul”, Fridrix Dürrenmantt. 
Oddamdı. “Od gəlini”, Cəfər Cabbarlı. 
Agəli. “Günah”, Rəhman Əlizadə. 
Vəzır Mirzə Həbib. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Qərib Qulam. “Mənsiz dünya”, Nəbi Xəzri.  
Mikayılov. “Tufandan əvvəl”, Arif Süleymanov.   
Arif. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov.  
Fəriş. “Bızim qəribə taleyimiz”, İlyas Əfəndiyev. 
Cabbar. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Mayılov. “Gülüstanda qətl”, Cəmil Əlibəyov. 
Aslan. “Yalan”, Sabit Rəhman. 
Ağayi Əşrəfi. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Maqsud. “Ox qadınlar, qadınlar”, Marat Haqverdiyev. 
Ağamusa Fərəcov. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev. 
Abış Surxayeviç. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. 
Vanya koxa. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Əsədulla. “Ah, Paris... Paris!..” Elçin. 
Baş redaktor. “Mənim sevimli dəlim”, Elçin. 
Kişi. “Diaqnoz “D” (“Mənim ərim dəlidir”), Elçin. 
Zaman Həsənli. “Bu dünyanın adamları”, Hidayət. 
Yoldaş tək. “Poçt şöbəsində xəyal”, Elçin. 
Poloni. “Hamlet”, Vilyam Şekspir. 
Jeront. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
Sarı. “Varlı qadın”, Əli Əmirli. 
 
Çağdaş milli teatrımızda tək-tək aktyorun adını çəkmək olar ki, o, qaravəlli 
xalq-oyun tamaşalarından həssas yaradıcılıqla bəhrələnsin. Səyavuş Aslan 
qaravəlliyə məxsus çevikliyi, hazırcavablığı, gözlənilməz qrotesk dönüşləri, şux 
gülüşü, bol yumoru həm hərəkət vasitələrində, həm də sifət-göz cizgi ifadələrində 


hər dəfə yeni görümdə, əlvan, əngin panorama gücündə, son dərəcə fərqli 
rənglərlə, ancaq məhz Səyavuş Aslana məxsus danışıq-deyim tərzində canlandırır. 
Həmin canlanmada coşğun həyat eşqi, duzlu sancma, sərt satira, özümüzə qınaq, 
ən əsası isə estetik dinclik və ruhi rahatlıq var. Televiziyanın və kinonun “iri   
planları” lazımi məqamlarda önə çəkmək imkanı (mən texniki  imkanı nəzərdə 
tuturam) olduğuna görə dediyim keyfiyyətlər “Evlərı köndələn yar” 
teletamaşasında Bazarkom və “Bəyin oğurlanması” fılmindəki Filmin direktoru 
rollarında qabarıq, əsaslı, elmi-nəzəri təhlilə ciddi ehtiyacı olan şəkildə yüksək 
aktyor fərasətılə nəzərə çarpır. 
Səyavuş Aslan dramatik, hətta faciə xarakterli obrazları oynamağa da 
meyllidir. Səyavuş Aslan sənətinin lətafəti həmin rollarda yeni estetik prizmadan, 
yeni psixoloji-bədii rakursdan tərənnüm tapıb. 
 
 
 
 
Rafıq ƏZİMOV 
Xalq artisti 
 
  İlk növbədə epizod rollar, kiçik 
xarakterlər və satirik personajlar ifaçısı kimi 
tanınır. Realist aktyor məktəbinin 
nümayəndəsidir və psixoloji ifadə 
vasitələrilə, fıkir yükü daşıyan pauzalarla, 
dramatik gərginliklə oynamağa üstünlük 
verir. Daxili dramatizmini, ehtiras və 
çılğınlığını dramatik istiqamətdə 
cilovlamaqla diqqəti obrazın mənalı səhnə 
təfsirinə yönəltməyə çalışır. İfa etdiyi səhnə 
surətləri üçün xarakterik sifət cizgiləri 
tapmağı xoşlayır və bu istəyinə nail 
olmaqdan ötrü qrim texnikasından da 
bacarıqla istifadə edir. Personajın tamaşanın ana xəttindəki bədii yükünü düzgün 
müəyyənləşdirmədən onu oynamağa meyl göstərmir. 
Sadə, ancaq, çoxqatlı və müəyyən bədii fıkir ifa edən mizanlarda bir aktyor 
kimi daha sərbəst davranır. Teatrın nizam-intizam ənənələrinə hörmət və ehtiramla 
riayət edən aktyorlardan sayılır.  Rafiq Əşrəf oğlu Əzimov 6 fevral 1938-ci ildə 
Bakıda anadan olub. Burada 44 saylı orta məktəbdə oxuyub. Birinci sinifə on 
yaşında getdıyinə görə məktəbi gec bıtirib. 
1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun 
dram bə kino aktyorluğu fakültəsinə daxil olub. İxtisas təhsilini görkəmli rejissor
xalq artisti Məhərrəm Haşımovdan alib. 1962-ci ildə ali savadlı aktyor diplomu 
alıb və həmin il sentyabr ayının 10-da Akademik Milli Dram Teatrının truppasına 
qəbul olunub. O, qırx ildən çoxdur ki, fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə