Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

Azər Paşanın tamaşalarında rejissorun fəlsəfı fıkri söz, hərəkət, musiqi və 
səhnə tərtibatının bədii həlli arasında ahəngdar tərzdə paylanır. 
Azər Paşa Nemət aktyorlara axtarış sərbəstliyi verən rejissordur. Ancaq 
şöhrətli aktyorun belə oyununda professionallığa xidtmət etməyən ən cazibəli ifadə 
vasitələrinə də səhnədə yol vermir.  
Quruluşları geniş nəfəslidir, tamaşaçıları darıxdırmır, səhnə cazibəsi 
baxımından həmişə təravətlidir, psixoloji ovqatı çağdaş ruhludur. 
Azər paşa Nemət oz quruluşlarında çagdaş dunya modern teatr estetikasının 
milli teatr düşüncəsi ilə sintezinə möhtəşəmliklə nail olur. 
Paradoksal psixoloji situasiyaları qabarıq verməklə özünün rejissor 
ideyalarını aktyorların ifadəli oyunlarında həll edir. 
Funksional səhnəqrafıyanın imkanlarından cəsarətlə istifadə etməklə onu 
mürəkkəb, dolğun, estetik obraz kimi tamaşanın əsasına çevirir. 
  
 
 
Mərahim FƏRZƏLİBƏYOV 
Quruluşçu rejissor, xalq artisti 
    
 Yaradıcılıq bioqrafıyasında altmışa yaxın 
tamaşa var. Geniş fantaziyalı rejissordur. Əlvan 
kompozisiyalar qurmaqda məxsusi səriştəsi var. 
Janr əlvanlığına meyli güclüdür və buna görə də 
mövzuca biri-birindən fərqli, təzadlı süjet, 
kompozisiya, konflikt, ideya qurumlu pyeslərə 
müraciət edir. 
Mərahim Fərzəli oğlu Fərzəlibəyov 26 iyun 
1949-cu ildə Bakıda doğulub. Şəhərdəki 56 saylı 
orta məktəbi bitirib. Səhnəyə onuncu sinifdən 
maraq göstərib. 26-lar adına Mədəniyyət 
sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq 
əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitırəndən sonra Azərbaycan 
Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, 
Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət 
sarayında pioner “Şəfəq” dram dərnəyinin rəhbəri işləyib. 
Az və həvəskar səviyyəsində olsa da müəyyən təcrübə toplayan Mərahim 
Fərzəlibəyov ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) 
gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq 
fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, 
professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini 
öyrənib. Diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus 
bölməsində dramaturq Maykl Stüartın Bəstəkar Cerri Germanın “Hello Doli” 
müzikl-operettasını tamaşaya hazırlayıb. Bundan sonra isə bütün yaradıcılığı boyu 
bir daha operetta janrına müraciət etməyib, yalnız dram teatrında tamaşalar 
hazırlayıb. 


İnstitutda təhsilini başa vuranda Mərahim Fərzəlibəyovun təyinatını 
Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov 
adına Dövlət Rus Dram Teatrına veriblər. O, mövcud təyinat qaydasına əsasən iki 
il bu teatrda quruluşçu rejissor işləyib (16 noyabr 1975 - 18 avqust 1977). Bu 
təcrübəli kollektivdə Tennessi Uilyamsin “Arzu tramvayı” dramına, Jan Batist 
Molyerin “Tartüf” komediyasına, Boris Vasilyevin “Qış gecəsinin nağılı” pyesinə, 
Alla Sokolovanın “Faryatevin fantaziyası” psixoloji tragikomediyasına, Yevgeni 
Sefip və Nikolay Novitskinin “Yegelyanın səadəti”, uşaqlar üçün Sergey 
Mixalkovun “Lovğa dovşan” nağılına maraqlı səhnə quruluşları verib. 
Mərahim Fərzəlibəyov Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1 
noyabr 1977-9 mart 1981) işlədiyi illərdə gənc kollektivin yaradıcılıq işlərində, 
janr və üslub axtarışlarında səmərəli reformalar apara bilib. Bu teatra özü ilə 
bərabər yeni janrlar, təzə və orijinal kompozisiya, dil-ifadə, bədii təfsir prinsipləri 
gətirib. Dörd il ərzində sənət ocağının repertuar quruluşuna əlvanlıq, canlılıq, 
mövzu rəngarəngliyi verə bilib. Bir sıra aktyorun “gizli” yaradıcılıq imkanlarının 
genişliyi, məlahət və cazibəsi xarakterik səciyyələri məhz Mərahim 
Fərzəlibəyovun Sumqayıt teatrında bıtkin quruluşlar verdiyi aşağıdakı tamaşalarda 
açılıb. 
1977, 22 noyabr. “Poladəridənlər”, Gennadi Bokarev. Tərcümə edəni 
Mahmud Allahverdiyev. 
1977, 7 dekabr. “Sərbəst mövzu”, Aleksandr Çxaidze. Tərcümə edəni Rafiq 
Atakişiyev. 
1977, 17 dekabr. “Mən nənəyə evlənirəm”, Hüseyn Muxtarov. Tərcümə 
edəni İnqilab Kərimov. 
1977, 30 dekabr. “Lovğa dovşan”, Sergey Mixalkov. Tərcümə edəni 
Mərahim Fərzəlibəyov (həm Azərbaycan, həm də rus dillərində). 
1978, 16 fevral. “Məktub”, Panço Pançev. (Rejissor Salman Dadaşovla 
birlikdə). Tərcümə edəni Teymur Elçin. 
1978, 22 aprel. “Maskarad”, Mixail Lermontov. Tərcümə edəni Rəsul Rza. 
1978, 31 may. “Vəfalı Səriyyə”, Cəfər Cabbarlı. 
1978, 18 noyabr. “İlahi komediya”, İsidor Ştok. Tərcümə edəni Anar. 
1979, 13 mart. “Mehrişah”, Oqtay Məmmədov. 
1979, 16 may. “Toy şənbə günü olacaq”, Maksim Kərimov Tərcümə edəni 
İshaq İbrahimov. 
1980, 22 mart. “Ayıl, bax bu dünyaya”, Hacıbaba Nəzərli. 
1980, 27 iyun. “Muradın kələkləri”, Tofıq Kazımov. 
1981, 23 fevral. “Bütün Şərq bilsin”, Nəriman Həsənzadə.  
1986, 22 mart. “Mənim arxalandığım”, Nəbi Xəzri. 
 
Sumqayıt teatrında “Bütün Şərq bilsin” tamaşasına quruluş verəndən on altı 
gün sonra Mərahim Fərzəlibəyov Respublika Mədəniyyət Nazirliyinin əmri ilə 
Akademik Milli Dram Teatrına rejissor təyin olunub (9 mart 1981). Kollektivin 
məhsuldar rejissorlarından biri kimi əsasən çağdaş dramaturqlarımızın, həmçinin 
dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib. 
1981, 2 sentyabr. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə