Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

 
 
     
  
 
 
Bəhram OSMANOV  
Quruluşçu rejissor  
 
 
Rejissor kimi yaradıcılığının əsas estetik səciyyəsini orijinal və təkrarsız, 
yeni və çağdaş ruhlu janr axtarışları təşkil edir. Monumental, ancaq realist zəminli 
formalar tapmaqda səriştəlidir. Müxtəlif yaradıcılıq üslublu dramaturqların 
əsərlərində müasirlik ideyaları axtaranda romantizmə psixoloji və fəlsəfi teatr 
estetik prinsipləri ilə yanaşa bilir. Obrazlı ifadə vasitələrinə üstünlük verir və bunu 
paralel, kəsişən, genişmiqyaslı, sərt çarpazlaşan səhnə mizanlarında xüsusi 
məharətlə təcəssüm etdirir. 
Epik teatr elementləri Bəhram Osmanovun quruluş verdiyi klassik tərcümə 
əsərlərində (məsələn, Sofoklun “Şah Edip” faciəsi) psixoloji teatrın lirik və 
emosional fikir yozumu, fəlsəfi teatrın idraki qənaətləri, bəşəri duyğuların 
məfkurəvi aydınlığı ilə harmoniya, musiqili ahəngdarlıq kəsb edir. Öz 
tamaşalarında əvvəlcə əsərin kompozisiya obrazını və konfliktin, hadisələrin ritm 
ahəngini, tərtibat və musiqidə fəlsəfi mahiyyətini tapır, qənaətlərini dəqiqləşdirir 
və yalnız bundan sonra səhnədə rejissor eksperimentlərinə  başlayır. Bir rejissor 
kimi aktyor tamaşaları qurmağa üstünlük verir.  
Bəhrəm Məcid oğlu Osmanov 1 oktyabr 1962-ci ildə Gəncədə doğulub. 
Buradakı 27 saylı orta məktəbi bitirib və iki il Mirzağa Əliyev adına Azərbaycan 
Dövlət İncəsənət İnstitutuna daxil olmaq cəhdi baş tutmayıb. Gəncə Dövlət Dram 
Teatrında aktyor işləyib, xeyli səhnə təcrübəsi toplayıb. Teatrda Cəlal (“Komsomol 
poeması”, İsgəndər Coşqun), Tofıq (“Kişilər”, Altay Məmmədov), Qəbula gələn 
adam (“İnqilabi etüd”, Mixail Şatrov). Yavər (“Molla Nəsrəddinin zarafatı”, Əli 
Səmədli), Nəvə (“Bənövşələr açılanda”, Arşavir Darbni) obrazlarını və bir sıra 
 


tərcümə əsərlərində tipik epizod surətlərini, aparıcı mürəkkəb rolları oynayıb. 
Aktyor kimi çalışsa da daha çox rejissor sənətinə meyl göstərib. 
1980-ci ildə İncəsənət institutunun rejissorluq fakültəsinə daxiI olub. İstedad 
və bacarığı ilk kursdan institutun səriştəli sənət müəllimlərinin diqqətini cəlb edib 
və ona Tədris teatrında tamaşalar hazırlamağa şərait yaradıblar. O, burada tələbə 
aktyorlarla Aleksey Arbuzovun “Köhnə dəbli komediya”, Qriqori Qorinin 
“Herostratı unudun”, Fridrix Şillerin “Qaçaqlar”, Konstantin Simonovun 
“Dördüncülər”, Cəfər Cabbarlının “Aydın”, Aleksandr Gelmanın “Skamya”, Vasili 
Şukşinin “Diribaş adamlar” pyeslərini tamaşaya hazırlayıb. 
Bəhram Osmanov 1985-ci ildə diplom işi üçün Amerika dramaturqu 
Tennessi Uilyamsın “Şüşəli heyvanxana” əsərini seçib. Bu pyesi Akademik Milli 
Dram Teatrının Kiçik səhnəsində tamaşaya hazırlayıb və əsərdə baş rolu SSRİ xalq 
artisti Hökümə xanım Qurbanova ifa edib. Bundan sonra o, bir müddət işsiz 
qalmış, hərbi xidmətə çağırılmışdır. Qayıtdıqdan sonra Milli Dram Teatrının 
direktoru Həsən Turabovun təşəbbüsü ilə 6 sentyabr 1987-ci ildə qocaman 
kollektivə rejissor götürülmüşdür. Hazırda teatrın quruluşçu rejissor ştatındadır. 
Müasir teatr estetikasını dərindən duyan, truppanın bədii yaradıcılıq 
imkanlarını düzgün və qətiyyətlə duyub öz tamaşasında təcəssüm etdirə bilən 
Bəhram Osmanov Azərbaycanın bir sıra teatrlarında dəvətlə tamaşalar hazırlayıb. 
Onun Cəfər Cabbarı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında quruluş 
verdiyı əsərlər. 
2000, 12 noyabr. “Yalan”, Sabit Rəhman. 
2000, 22 dekabr. “Əsgər anası”, Ağarəhim Rəhimov. 
2002, 14 mart. “İşıq tozu”, İmir Məmmədli. 
2002, 14 noyabr. “Qum üstündə ev”, Rüstəm İbrahimbəyov. 
 
Bundan əlavə istedadlı rejissor Füzuli Dövlət Dram TeatrındaVasili Şirşinin 
“Diribaş adamlar” (30 avqust 1990), Seyran Səxavətin “Qapıların o üzündə qalan 
dünya” (11 sentyabr 1990), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əli 
Əmirlinin “Cəza” (24 noyabr 1992), Gəncə Dövlət Dram Teatrında Ramiz 
Novruzovun (Ramiz Novruz) “At ilinin birinci ayı” (22 sentyabr 1991), Lənkəran 
Dövlət Dram Teatrında Anton Tammssarenin “Yudif” (14 iyun 1993), Aleksandr 
Ostrovskinin “Günahsız müqəssirlər” (22 iyul 1993), Tamara Vəliyevanın “Mənim 
ağ göyərçinim” (20 fevral 2001) pyeslərinə səhnə quruluşu verib. 
“Azərbaycanfılm”in nəzdindəki “Debüt” eksperimental studiyasında Cəlil 
Məmmədquluzadənin “Lal” hekayəsi əsasında Eldəniz Quliyevin yazdığı eyniadlı 
ssenari əsasında qısametrajlı bədii fılm çəkib. 
Azərbaycan Dövlət Televiziyasında Anton Çexovun “Altı nömrəli palata”, 
Fyodor Dostayevskinin “Bəyaz gecələr”, Elçin Mehrəliyevin “Yurd yeri”, Şahin 
Səfərovun “Qu quşunun məhəbbəti” əsərləri əsasında televiziya tamaşaları 
hazırlayıb. Bunların hamısı televiziyanın daimi fondunda kamil sənət əsərləri kimi 
qorunub-saxlanılır.  
Bəhram Osmanov bədii-estetik cəhətdən sanballı, formaca əlvan, məzmunca 
bəşəri xarakterli, kompozisiya baxışından bitkin tamaşalar hazırlayır. 


1985, 2 iyun. Kiçik səhnədə. “Şüşə heyvanxana”, Tennessi Uilyams. 
Tərcümə edəni İslam İbrahimov. 
1988, 7 may. “Qızıl teşt”, Seyran Səxavət. 
1991, 30 sentyabr. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə. 
1994, 26 dekabr. “Qarağaclar altında məhəbbət”, Yucin ONıl. Tərcümə 
edəni Bəhram Osmanov. 
1995, 18 may. “Ana intiqamı”, Vidadi Babanlı.  
1995, 12 dekabr. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli. 
1996, 7 may. “Kral Lir”, Vilyam Şekspir. İngiliscədən tərcümə edəni  Sabir 
Mustafa. 
1997, 28 noyabr. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
1999, 3 aprel. “Şah Edip” (“Şah Edip, yaxud alın yazısı”), Sokofl. Tərcümə 
edəni Rafiq  Rəhimli. 
1999, 17 dekabr. “Köhnə ev”, Əli Əmirli. 
2000, 25 fevral. “Ulduz, yaxud Ədirnə fəthi». Cəfər Cabbarlı.  (Ədibin 
“Trablis müharibəsi” və “Ədirnə fəthi” pyesləri əsasında). 
2000, 11 iyun. “Cəzasız günah”, Bəxtiyar Vahabzadə. 
2001, 1 noyabr. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
2002, 18 may. “Kəllə”, Nazim Hikmət, Tərcümə edəni, İslam İbrahimov. 
2002, 8 oktyabr. Səhnənin özündə. “Cinayət oyunu”. Fyodr Dostayevskinin 
“Cinayət və cəza” romanı əsasında səhnələşdirəni Bəhram Osmanov. 
2003, 7 mart, “Varlı qadın”, Əli Əmirli. 
 
Çox gənc yaşlarından populyarlıq qazanmış Bəhram Osmanov Səhnə 
düşüncə tərzinin çoxqatlılığı, fəlsəfı dərinliyi ilə seçilir. O, intim, psixoloji, lirik 
psixoloji üslubun estetik prinsipləri əsasında parlaq tamaşalar yaradıb. 
Tamaşalarında aktyor oyununu önə çəkir. 
Bəhram Osmanovun rejissurası dərin psixologizmi, cazibəli kompozisiya 
qurumu, aktyor ansamblının bütövlüyü ilə daha çox yadda qalır. 
  
 
 
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə