Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

Şəmsəddin. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin romanı əsasında 
Tofıq Kazımovun işləməsi. 
Həmzə bəy. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. 
Qısaboylu. “Məhəbbət əfsanəsi”, Nazim Hikmət. 
Şimrəli. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Qulaməli. “Müsyö Jordan və dərviş Məstəlişah”, Mirzə Fətəli Axundzadə. 
Təlxək. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Bufetçi Ağabala. “Adamın adamı”, Anar. 
Əyyar. “Fitnə”, Abdulla Şaiq. 
Robinzon. “Cehizsiz qız”, Aleksandr Ostrovkski. 
Zahir Fəda. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Abovyan. “Mirzə Şəfi”, Nəbi Xəzri. 
Karapet ağa. “Sizi deyib gəlmişəm...”, Anar. 
Xaxan. “İblis”, Hüseyn Cavid. 
Mirzə Qoşunəli. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kiçik 
səhnədə. 
Şah. “Sehrli alma”, Yozef Lada. 
Qaraqoyunlu əmi. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli. 
Şərabçı. “Şeyx Sənan”, Hüseyn Cavid. 
Kinto. “Knyaz”, Hüseyn Cavid. 
İkinci qonaq. “Namus”, Aleksandr Şirvanzadə. 
Daniel. “Nakam qız”, Aleksandr Şirvanzadə. 
Rəhim Rəhimoviç. “İlham pərisi”, Cahan Əfruz. Kiçik səhnədə. 
Gözətçi. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Yapon kommersantı Koniyeta San. “Biganələr oteli”, Rüstəm 
İbrahimbəyov. 
Nadir. “Təhminə və Zaur”, Anar. 
Polis rəisi və Zob. “Həyatın dibində”, Maksim Qorkı. 
Mirzə Hüseyn xan. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Ağəli. “Günah”, Rəhman Əlizadə. 
Kimbel. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Çar məmuru.  “Mənsiz dünya”, Nəbi Xəzri.  
Doqadov. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Həbsxana rəisi. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov. 
Dəmirov. “Qızıl teşt”, Seyran Səxavət. 
Agah. “Qanlı Nigar”, Sadıq Şendil. 
Ziyad və Əmir. “Yayda qartopu oyunu”, Vaqif Səmədoğlu.  
Odhor. “Qanqın böyük dalğası”, Cahan Əfruz.  
İkinci kişi. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə.  
Ksanf. “Məhəbbət və azadlıq” (“Tülkü və üzüm”), Gilerma Fiqeyredu. 
Ovunbaz. “Qədr gecəsi”, Eldar Baxış. 
Mirzə Cəfər. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Professor. “Ana intiqamı”, Vidadi Babanlı. 
Hersoq Kornoul. “Kral Lir”, Vilyam Şekspir. 
Lisanoviç. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 


Polyaniçko. “Ah Paris... Paris!..”, Elçin. 
Feofan. “Pompeyin Qafqazda yürüşü”, Nəriman Həsənzadə. 
Loğman. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Çin zabiti. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
İvan Lapşin. “Şadlıq sorağında”, Viktor Rozov.  
Pantaleymon Polikarpoviç. “Mənim sevimli dəlim”, Elçin.  
Xau Ri. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz 
Aytmatov və Muxtar Şahanov.  
Lider. “Mənim ərim dəlidir” (“Diaqnoz “D”), Elçin.  
Həkim. “Cəzasız günah”, Bəxtiyar Vahabzadə.  
Ibn Süheyl. “Dar ağacı”, Bəxtiyar Vahabzadə.  
Professor. “Poçt şöbəsində xəyal”, Elçin.  
Birinci aktyor (Kral). “Hamlet”, Vilyam Şekspir.  
Fəhlə. “Hərənin öz payı”, Xeyrəddin Qoca.  
Şarmankaçalan. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
 
Məhşur teatr aktyoru Elxan Ağahüseynoğlu Azərbaycan Dövlət 
Televiziyasında hazirlanmış  onlarca tamaşada oynamışdır. Bunlardan Salam 
Qədirzadənin “Ürək rahatlıq sevmir” (Müdir), Seyfədin Dağlının “Sevdagül və 
Şarlotta” (Yolçu), ikihissəli “Sabiqlər” (Müdir), “Adı sənin, dadı mənim” 
(Nəzarətçi), Mirzə İbrahimovun  “Candaranın üsyanı” (Mister Smit), Anatoli 
Dudarevin “Astana” (Nikolay), Sabit Rəhmanın “Şirin bülbü1” (Sərnişin), Mar 
Bayciyevin “Ağ atlar üçün vals” (Kolxoz  sədri), İlyas Əfəndiyevin “General” 
(Zabit), Rafıq Səməndərin “Köhnə tanışlar, təzə görüşlər” (Pensiyaçı nəzarətçi), 
Nikolay Qoqolun “Evlənmə” (Yayişnitsa), Ramiz Novruzovun “At ilinin birinci 
ayı” (Müstəntiq), Mirzə Fətəli Azundzadənin “Hacı Qara” Xəlil Yüzbaşı), Rüfət 
Əhmədzadənin “Gülüş sanatoriyası” (İstirahətci), İlyas Əfəndiyevin “Sarı 
köynəklə Valehin nağılı” (Xıdırov) pyeslərinin tamaşaları televiziyanın arxivində 
qorunub saxlanır. 
Aktyor “Axırıncı aşırım”, “Ömrün səhifələri”, “Dantenin yubileyi”, “Qəm 
pəncərəsi” bədii filmlərinə çəkilib. 
Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 
may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci 
ildə isə xalq artisti fəxri adlari ilə təltif olunub. 
  
 
 
 
 
 
 
 
 
 
 


Ramiz MƏLİK 
Xalq artisti 
 
Əsl soyadı Məlikovdur və aktyor 1990-cı 
illərin əvvəlindən “Məlik” soyadı ilə çıxış edir. 
Daxilən kübarlığını zahiri hərəkətlərində, səhnə 
davranışında həssaslıqla qoruya bilir. Buna 
görə də klassik və çağdaş Avropa 
dramaturqlarının pyeslərinin tamaşalarında 
oynadığı surətlərin mənsub olduğu cəmiyyətin 
ən müxtəlif etik davranışlarını, insanlarla 
ünsiyyətlərini ustalıqla, bədii reallıqla 
canlandırır. 
Zahiri görünüşündə ağayanalıqla 
bərabər, bir qədər də “soyuqluq” duyulur. 
Ancaq bu cəhət zahiri xarakter daşıyır və aktyor istər romantik, istər realist, istərsə 
də lirik səciyyəli psixoloji obrazların ifasında öz istedadını müxtəlif və əlvan, sadə, 
ancaq çoxçalarlı xüsusiyyətlərini bacarıqla realizə edir. Yeri gələndə çılğın 
romantizm və emosional realizm ifadə vasitələrini bir obrazın səhnə təfsirində 
ahəngdar qovşaqda verir. Müxtəlif teatr poetikalarının incəliklərindən barınmaqda 
qətiyyətli və cəsarətlidir. 
 Ramiz Ağarza oğlu Məlikov (Məlik) 4 avqust 1943-cü ildə Bakıda doğulub. 
1961-ci ildə ölkəmizin paytaxtında Yasamal rayonundakı 31 saylı orta məktəbi 
bitirib. İki il bu məktəbdə pioner baş dəstə rəhbəri işləyib. 
1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub.Milli səhnə sənətimizin korifeyləri 
Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb, onlardan 
aktyorluğun incəliklərini öyrənib. 
Son kursda oxuyanda 1967-ci ilin fevralında bütün qrup ilə 1949-cu ildə 
bağlanmış İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini bərpa etmək 
üçün Ermənistana gedib. Teatr 28 aprel 1967-ci ildə Cəfər Cabbarlının “Sevil” 
dramı ilə  pərdələrini açanda Ramiz Məlik həmin tamaşada Balaş rolunu oynayıb. 
Sonra Sabit Rəhmanın “Əliqulu evlənir” (11 iyun 1967) komediyasın da Kamalı 
ifa edib. 
İyun ayının axırlarında Dövlət imtahanını vermək çün Bakıya gələn Ramiz 
Məlik daha İrəvana qayıtmayıb. Həmin il sentyabr ayının 16-da o, Akademik Milli 
Dram Teatrının truppasına aktyor götürülüb. Aktyor indiyədək məhz həmin 
kollektivdə çalışır. O, aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” 
(quruluşçu rejissor Tofıq Kazımov), Leonqard Frankın “Yad adam” (quruluşçu 
rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşid banu Natəvan” (quruluşçu 
rejissor Mərahim Fərzəlibəyov), Xalid Əlimirzəyevin “Səadət sorağında” 
(quruluşçu rejissor Şaiq Səfərov), Cəfər Cabbarlının “Od gəlini” (quruluşçu 
rejissor Ağakişi Kazımov), Bertolt Brext və Kurt Vaylın “Üç quruşluq opera” 
(quruluşçu rejissor Karl Qeorq Kayzer) pyeslərinin tamaşaya hazırlanmasında 
rejissor və rejissor assistenti kimi çalışıb. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə