Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

Ramiz Məlik Akademik teatra qəbul edilən kimi 1938-ci il oktyabr ayının 5-
dən repertuarda olan “Vaqif” (Səməd Vurgun) tamaşasında Əli bəy rolu ona 
tapşırılıb. Bundan sonra, demək olar ki, hər yeni teatr mövsümündə aktyor təzə-
təzə rollar oynayıb. İlk müstəqil rolunu isə “Hamlet” tamaşasında ifa edib. 
Marsell. “Hamlet”, Vilyam Şekspir. 
Mixail. “Zıkovlar”, Maksim Qorki. 
Barat. “Almaz”, Cəfər Cabbarlı. 
Əziz. “Bağ qonşuları”, Hay Vahid. 
Stameskin. “Zamanın hokum”, Nikolay Poqodin. 
Ninkoviç. “Nazirin xanımı”, Branislav Nuşiç. 
Leytenant. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
Dyula. “Füsunkar qız”, Mikolaş Dyarfaş. 
Eybel. “Qızıl”, Yucin ONil. 
Şerbina. “Darıxma, ana!”, Nodar Dumbadze.  
Barat. “Qəribə oğlan”, İlyas Əfəndiyev.  
Güloğlan. “İnsan”, Səməd Vurğun. Sebastian. “Fırtına”, Vılyam Şekspır. 
Anton. “Knyaz”, Hüseyn Cavıd.  
Busıqin. “Övlad”, Aleksandr Vampilov.  
Kote. “Xanuma”, Avqisentı Saqarekli.  
Qızıl Arslan. “Qılınc və qələm”, Məmməd Səid Ordubadini eyniadlı romanı  
əsasında Tofıq Kazımovun işləməsi.  
Nazim. “Vəkil neyləsin...”, Ramiz Fətəliyev.  
Səlim. “Yollara iz düşür...”, Bəxtiyar Vahabzadə.  
Petrunov. “Qızıldan qiymətli”, Dmitri Asenov.  
Formasyon Rüstəm. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Don Juan. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Teymur. “Yastı təpə”, Əkrəm Əylisli. 
Valter. “Yad adam”, Leonqard Frank. 
Mikayılov. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Arif. “İblis”, Hüseyn Cavid. 
Toğrul. “Atabəylər”, Nəriman Həsənzadə. 
Dəyanət. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Birinci. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov. 
Aqşin. “Od gəlini”, Cəfər Cabbarlı. 
Antoni. “Kölgələrin oyunu”, Yuri Edlis. 
Ivanov. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Jan. “Dəfn edilməmiş ölülər”, Jan Pol Sartr. 
Mayis. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.  
Katib. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Dulu Xaqan. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtyar Vahabzadə. 
Haris. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.  
Kişi. “Poçt şöbəsində xəyal”, Elçin. 
Vilyams. “Kəllə”, Nazim Hikmət. 
 


 Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər 
Məmmədxanlının “Şərqin səhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa...” 
(Adil), Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət), Mixael Cavaxaşvilinin 
“Günahsız Mustafa” (Şakro) əsərlərinin tamaşalarında oynayıb. 
1984-cü ildə Hüseyn Cavidin “İblis” façiəsini tamaşaya hazırlayan rejissor 
Mehdi Məmmədov, rəssamlar Elçin Məmmədov və Nazim Bəykişiyev, 
aktyorlardan Məmmədrza Şeyxzamanov (İxtiyar), Hamlet Xamzadə (İblis), Vəfa 
Fətullayeva (Rəna), Səməndər  Rzayev (İbn Yəmin) və Ramiz Məlik (Arif) 
Respublika Dövlət mükafatına layiq görülüblər. 
Aktyorluq sənətində qazandığı nailiyyətlərə və teatr sənətindəki xidmətlərinə 
görə Ramiz Ağarza oğlu Məlikov (Ramiz Məlik) 1 dekabr 1982-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti və 24 may 1998-ci ildə xalq artisti fəxri adları ilə 
təltif olunub. 
  
 
Hacı İSMAYILOV 
Xalq artisti 
  
 
   İlk növbədə tipik xarakter rollarla yadda qalıb. 1979-cu ildə “Ad günü” 
fılmində çəkildiyi Mustafa rolu ilə çox məşhurlaşıb. 
Yaradıcılığında milli ruha qovuşuq olan zərif, ancaq çox yapışıqlı  yumoru 
var. İfadə vasitələri sadə və mənalıdır, yumşaq, xaraktercə məzəli və təbiətən sakit 
personajların səhnə və ekran təfsirində uğurlarının mahiyyəti, aktyorluq 
qabiliyyətinin estetik səciyyələri daha parlaq, məzmunlu, psixoloji cəhətdən əsaslı 
görünür. Realist səhnə sənətkarı kimi sadəlik və reallıq tərəfdarıdır. Daxilən 
temperamentli olan Hacı İsmayılov səhnədə ehtiraslı duyğularını cilovlamağı və 
onlara realizm sadəliyi, psixoloji zəmin verməyi xoşlayan aktyordur. “Xəsis”, 
ancaq tipik səciyyəli, koloritli tapıntılardan ustalıqla istifadə edə və bu tapıntılarını 
obrazın daxili aləmi, estetik bədii tutumu ilə ahəngdar cazibədarlıqla əlaqələndirə 
bilir. Rejissorun tamaşada qurduğu mizanlara fərdi yaradıcılıq münasibətini 


həssaslıqla bildirir, tamaşalardakı yöndaşlarına qarşı həssas və diqqətcildir. 
Romantik səpkili tamaşalarda da təbii realizmə sadiq qalmağı və psixoloji ifadə 
oyun-üslub vasitələrinə üstünlük verməyi xoşlayır. 
Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub.1961-ci 
ildə orta məktəbi bitirib və bir il Bakı Tütün Fabrikində fəhlə, bir il isə Gənc 
Tamaşaçılar Teatrında işıqçı işləyib. 1963-cü ildə Mirzağa Əliyev adına 
Azərbaycan Dövlət Teatr Institutunun dram və kino aktyorluğu fakültəsinə daxil 
olub. 
1967-ci ilin əvvəllərində İrəvan Dövlət Azərbaycan Dram Teatrını (1949-cu 
ildə bağlanıb) yenidən bərpa etmək üçün xüsusi hökumət qərarı oldu. Teatr 
institutun son kurs tələbələri fevral ayında müəllim və rejissor Nəsir Sadıqzadə ilə 
İrəvana ezam edildilər. Teatrın bərpa-açılışı həmin il aprel ayının 28-də “Sevil” 
(Cəfər Cabbarlı) tamaşası ilə oldu. Hacı İsmayılov bu tamaşada Məmmədəli bəy 
rolunu oynayıb. Yay yenicə başlayanda tələbə-aktyorlar Dövlət imtahanı vermək 
üçün Bakıya gəldilər və geri qayıdanda Hacı İsmayılov İrəvana getmədi. Həmin il 
sentyabrın 1-dən 1968-ci ilin sentyabrına qədər Azərbaycan Dövlət İncəsənət 
İnstitutunun (Teatr İnstitutunun adı 1967-ci ilin payızında dəyişdi) səhnə danışığı 
kafedrasında müəllim işlədi. 
Həmin dövrdə Sumqayıt şəhərində yeni Dövlət Dram Teatrı yaradıldı. Hacı 
İsmayılov bu kollektivdə aktyor işləməyə dəvət aldı və 1968-ci il sentyabr ayının 
2-də gənc truppaya daxil oldu. Yeni teatrın təntənəli açılışında, yəni 1969-cu il 
mart ayının 14-də Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş 
Məstəlişah” komediyası göstərildi. Rejissor Cənnət Səlimovanın quruluş verdiyi 
tamaşada Hacı İsmayılov məharətlə Dərviş Məstəlişah rolunu ifa edib. Bundan 
sonra kollektivin rejissor Nəsir Sadıqzadənin dalbadal quruluş verdiyi Con Patrikin 
“Qəribə missis Səvic” (15 mart 1969) dramında Ceffi, Aramaşot Papayanın “Bəli, 
dünya dəyişib” (13 aprel 1969) komediyasında Səməndər, Cəfər Cabbarlının 
“Sevil” (29 may 1969) pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.   
Həmin dövrdə Sumqayıt teatrda müəyyən tamaşaçı rəğbəti qazanmasına 
baxmayaraq, Hacı İsmayılov 1969-cu il sentyabr ayının 15-də ərizə yazaraq 
kollektivdən ayrılıb. Bir müddət işsiz qalıb. 1970-ci il fevral ayının 16-da 
Akademik Milli Dram Teatrına başqa vəzifəyə işə götürülüb, ancaq aktyor kimi 
çalışıb. Elə ilk gündən də çoxdan bəri səhnədə məşqləri gedən Hüseyn Cavidin 
“Xəyyam” faciəsindəki İkinci qulam roluna əlavə ifaçı kimi daxil edilib. Quruluşçu 
rejissor Mehdi Məmmədovun hazırladığı əsərin ilk tamaşası 1970-ci il mart ayının 
12-də göstərilib. Bundan sonra da bir neçə təzə tamaşada rollar oynayan, 
repertuardakı hazır əsərlərdə (məsələn, “Vaqif” mənzum dramında) epizod 
obrazların ifasına daxil edilən Hacı İsmayılov truppanın aktyor ştatına sentyabr 
1973-cü ildə keçirilib. 27 sentyabr 1990-cı ildən isə o, truppanın yüksək 
kateqoriyalı aktyor ştatındadır. 
Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə 
realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda 
oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik 
səciyyələrinə uyğundur. Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə