Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə27/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

Mamayeva. “Müdriklər”, Aleksandr Ostrovski.  
Qadın. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət.  
Katibə. “Sevgi... sevgi...”, Emil Braginski və Eldar Ryazanov.  
Makarskaya. “Övlad”, Aleksandr Vampilov.  
Tatyana. “Meşşanlar”, Maksim Qorki.  
Xuraman. “Vaqif”, Səməd Vurğun.  
Zabelina. “Kreml saatı”, Nikolay Poqodin.   
Şəfəq. “Kölgələr pıçıldaşır”, Seyfəddin Dağlı. 
Olqa Semyonova. “Daşqın”, Seyfəddin Dağlı. 
Mustəntiqin arvadı. “İstintaq”, Rüstəm İbrahimbəyov.  
Dilbər. “Sevil”, Cəfər Cabbarlı.  
Xəbərçi Xədicə. “Adamın adamı”, Leonqard Frank. 
Reyhan. “Yaşıl təpə”, Əkrəm Əylisli. 
Amalya. “Yad adam”, Leonqard Frank. 
Zeynəb. “Kimdir haqlı?”, Bəxtıyar Vahabzadə. 
Klavdiya. “Gecənin sirri”, Anatoli Safronov.  
Nilufər. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. Kiçik səhnədə  
Maral. “Közərən ocaqlar”, Mirzə İbrahimov.  
Zivər. “Təhminə və Zaur”, Anar.  
Fəridə. “Günah”, Rəhman Əlizadə.  
Kəmalə. “Qəribə oğlan”, İlyas Əfəndiyev.  
Fəxrəndə xanım. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.  
Adilə xanım. “Yayda qartopu oyunu”, Vaqif Səmədoglu. 
Seliya Piçem. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Qəbula gələn qadın. “Qızıl teşt”, Seyran Səxavət.  
Bəyim nənə. “Gülüstanda qətl”, Cəmil Əlibəyov.  
Bernardo. “Dişi canavar”, Federiko Qarsia Lorka.  
Pəri  xanım. “Lənkəran  xanının  vəziri”,  Mirzə Fətəli Axundzadə. 
Qadın. “Poçt şöbəsində xəyal”, Elçin. 
Yasəmən. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Ana. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Qadın. “Kəllə”, Nazim Hikmət. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı çoxlu 
teletamaşalarda, ədəbi-bədii kompozisiyalarda çıxış edib. Onların arasında 
“Pəncərədən daş gəlir” (Həzi Aslanovun arvadı), İlyas Əfəndiyevin “Atayevlər 
ailəsində” (Dilşad xanım), “Sarıköynəklə Valehin nağılı” (Ceyran xanım), Anarın 
“Ötən ilin son gecəsi” (Həmidə), Karlo Haldoninin “Mehmanxana sahibəsi” 
(Mirondalina), Mövlud Süleymanlının “Kökdən düşmüş piano” (Qaynana), Üzeyir 
bəy Hacıbəyovun felyetonları əsasında “Ordan-burdan” (Firuzə xanım), Aleksey 
Arbuzovun “Köhnə dəbli komediya” (Tatyana Vasilyevna), Tahir Kazımovun 
“Taleyin qismətı belə imiş” (Qaynana), Altay Məmmədovun “Kişilər” (Kolxoz 
sədri) əsərlərinin teletamaşalarında oynadığı rollar daha uğurludur. 
Teatrda və televiziyada məşhur olan sənətkar “Azərbaycanfilm” 
kinostudiyasında “Yol hadisəsi”, “Dantenin yubileyi” (Kəbirlinin arvadı), “Özgə 


həyat”, “Fransız” (Zərnigar), “Yaramaz” (Qaynana), “Təhminə və Zaur” (Zivər), 
“Yuxu” (Xurşid xanım), “Gözəl, gözəl, gözəl dünya” (Həkim), “Kiçik leytenant”, 
“Qara volqa”, “Yarasa” filmlərində əsas, ikinci dərəcəli və epizod rollara çəkilib. 
Zərnigar Fəti qızı Ağakişiyeva səhnə sənətindəki xidmətlərinə, çoxşaxəli 
fəalıyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar 
artistı, 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.  
 
 
 
Ilham NAMİQ KAMAL 
Xalq artisti 
    
Əvvəllər “İlham Əhmədov” kimi çıxış 
edirdi. “Namiq Kamal” təxəllüsünü 1980-cı 
illərin ikinci yarısından götürüb. 
Komediya aktyorudur, ancaq Rauf 
(“Ümid”), Spuriy Tit Mamma (“Böyük 
Romul”) kimi dramatik, Cəmil (“Unuda 
bilmirəm”), Bodenşdet (“Mirzə Şəfi”) səpkili 
psixoloji rollar da oynayıb. 
Yüksək səhnə mədəniyyətli aktyordur, 
daxilən zadəganlığı var. Güclü səhnə 
plastikasına, ekssentrik hərəkətlər toplusuna
xalq gülüş estetikasının çoxqatlı yumoruna, həssas səhnə diqqətınə, potensial 
hafizə yaddaşına malik sənətkardır. Məşq prosesində çalışqanlığı, tapdığı tipik 
ifadə vasitələrini cəsarətlə sınaqdan çıxarması ilə seçilir. Hazırda həm Akademik 
Milli Dram Teatrının yüksək dərəcəli aktyoru, həm də “İlham” Miniatür Teatrının 
rəhbəridir. 
İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub. 
Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzağa Əliyev adına 
Azərbaycan Dövlət Teatr İnstıtutunun dram və kino aktyorluğu fakültəsinə daxil 
olub. SSRİ xalq artisti Ədil İsgəndərovun və Azərbaycanın xalq artisti Rza 
Təhnıasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan Batist Molyerin 
“Jorj Danden” satirik komediyasının tamaşasında baş qəhrəmanın rolunu uğurla 
oynayıb. Onu institutun Tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr 
1968). Bu kollektivdə Mirzə Cavad (“Aydın”, Cəfər Cabbarlı), Şvester (“Meteor”, 
Fridrix Dürenmatt), Lomov (“Elçilik”, Anton Çexov), Rekrutçu (“Sahildə bir ev” 
Stefan Sveyq), Baş katib (“Sehrli kreslo”, Friteş Korinti), Molla Səbzəli (“Üləma 
məclisi”, Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.  
O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan 
Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən 
Akademik Milli Dram Teatrında aktyor  işləyib. 20 mart 1989-cu ildə istedadlı 
gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa 
başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı 
kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il 


çalışıb. Burada Stanislav Stratiyevin “Çarəsiz sərnişinlər” (Məsuliyyətsiz), 
Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı” (Dadaşbala), İsi Məlikzadənin 
“Sultanqulu körpüsü” (Sultanqulu), Rober Tomanın “Arvadımın qatili” (Daniel), 
Vaqif Səmədoğlunun “Dağ tikirik” (Kələntər), Georgi Xuqayevin “Arvadımın əri 
özüməm” (Kazbek) pyeslərinin səhnə təsfırində, “Gül, sevin, gül” (müxtəlif sifət-
maskalar) şou-tamaşasında baş rolları ifa edib. 
Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci 
illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyoluq 
edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun 
“Sevgilimin anası və yaxud evlənmə əhvalatı” (Albadam), Cahangir Aslanoğlu və 
Həsənağa Qurbanovun “Qarğa, məndə qoz var” (Adil, Farmazon, Aşıq, Professor 
və Əyyaş), rus bölməsində Eduardo de Filippo və Fərəc Qarayevin “Fulimeno 
Marturano” (Dominesko Soriano) musıqıli komediyalarında oynayıb. 
1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün “İlham” Mıniatür 
Teatrını yaradıb. Direktor və bədii rəhbər olduğu həmin özəl teatrda həm quruluşçu 
rejissor, həm də aktyor kimi şıxış edib. Burada hazırlanan bütün tamaşaların 
quruluşçu rejissoru olub, bunların əksəriyyətində baş rolları özü oynayıb. Həmin 
rollar şəbəkəsinin mənzərəsi belədir. 
İlham. “İlhamın sərgüzəştləri”, Rafıq Səməndər. 
Novruz. “Novruz”, Rafıq Səməndər. 
Bayram. “Xan-xan oyunu”, Rafıq Səməndər.  
Məcnun, Mixaylo, Balaş, Koroğlu, Şeyx Nəsrulla..   “ Yubileysayağı 
məsxərə, yaxud kiçik toy”, Rafıq Səməndər. 
Don Kixot. “Don Kixot Abşeronski”, Rəhman Əlizadə. 
Molla. “Dünyanın axırı”, Rəhman Əlizadə. 
Bakir. “Bəxtimin kələyi”, Rəhman Əlizadə. 
Əvəz. “Ə1 əli yuyar...”, Anar. 
Namizəd. “Şifonerdə eşq-məhəbbət”, Cahangir Aslanoğlu. 
Şahvülüd. “Qulaq”, Ramiz Əkbər. 
Sənətkar. “Müasir toy”, Miryusif Mirnəsiroğlu. 
Dərviş Məstəlişah. “Müsyö Jordan və dərviş Məstəlişah” Mirzə Fətəli 
Axundzadə. 
 
Bu tamaşalarla yanaşı, özü oynamadığı Rafıq Səməndərin “Şaxta babalar və 
Qar qız”, “Meşədə yeni il şənliyi”, “Baş sındıran məsələ” nağıl-tamaşalarına səhnə 
həyatı verib. 
İlham Namiq Kamal 20 oktyabr 1998-ci ildən, həmçinin Akademik Milli 
Dram Teatrının yüksək dərəcəli aktyorudur. Müəyyən fasilədən sonra truppaya 
qayıdan aktyorun bu kollektivdə ilk rolu Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti 
vəziri xani Lənkəran” (“Lənkəran xanının vəziri”) tamaşasında Xan rolu olub. 
Sonra o, repertuarda olan Elçinin “Mənim ərim dəlidir”, Hidayət Orucovun “Bu 
dünyanın adamları” pyeslərinin tamaşalarında baş rollar Kişi və Zaman müəllim 
obrazlarına təzə ifaçı kimi daxil edilib. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə