Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

Artistka və Mələk. “Sevimli roller”, Sabit Rəhman. 
Kamilə. “Toy”, Sabit Rəhman. 
Olya. “Tanya”, Aleksey Arbuzov. 
Əsmər. “Alov”, Mehdi Hüseyn. 
Qumral. “Əliqulu evlənir”, Sabit Rəhman. 
Aynur. “Yol ayrıcında”, İslam Səfrəli. 
Fernando. “Dəlilər”, Lope de Veqa. Bu, oğlan roludur. 
Sansaç qız. “Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev 
Gülnar və Tamara. “Vaqif”, Səməd Vurğun. 
Göyçək. “Söz yarası”, Qeybulla Rəsulov. 
Nazlı. “Ölülər”, Cəlil Məmmədquluzadə. 
Əliman. “Ana torpağı”, Çingiz Aytmatov. 
Maral. “Sənsiz”, Şıxəli Qurbanov. 
İkinci aktyor və Ofeliya. “Hamlet”, Vilyam Şekspir. 
Pavla. “Zıkovlar”, Maksim Qorki. 
İnci. “Xoşbəxtlər”, Sabit Rəhman. 
Cen. “Mariya Tüdor”, Viktor Hüqo. 
Saşa. “Canlı meyit”, Lev Tolstoy. 
Yelena. “Çarəsiz dələduz”, Raffaele Viviani 
Hafizə. “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev, 
Saqiyə. Vəfa və Vəfanın qızı “Xəyyam”, Hüseyn Cavid. 
Roza. “Küləklər”, Sabit Rəhman. 
Karola. “Füsunkar qız”, Mikolaş Dyarfaş. 
Şümarə. “Mənziliniz mübarək!”, Seyfəddin Dağlı. 
Daduno. “Darıxma, ana!”, Nodar Dumbadze. 
Qadın. “Şöhrət və ya unudulmuş adam”, Nazim Hikmət. 
Tatyana. “İnsan”, Səməd Vurğun. 
Jasmen. “Knyaz”, Hüseyn Cavid. 
Çinarə. “Əks-səda”, Nəbi Xəzri. 
Sona. “Xanuma”, Avkisenti Saqareli. 
Maşa. “Kreml saatı”, Nikolay Poqodin. 
Göyərçin. “Kəndçi qızı”, Mirzə İbrahimov. 
Yevgeniya Fyodorovna. “Daşqın”, Anatoli Safronov. 
Nuneva. “Qızıldan qiymətli”, Dmitri Asenov. 
Sevil. “Sevil”, Cəfər Cabbarlı. 
Balaxanım. “Adamın adamı”, Anar. 
Marıyetta Teles. “Bu qadın mənimdir”, Raymondo Juniyor. 
Mizel. “Yad adam”, Leonqard Frank. 
Həyat. “Kimdir haqlı?”, Bəxtıyar Vahabzadə. 
Rəna. “İblis”, Hüseyn Cavid. 
İkinci xatun. “Atabəylər”, Nərıman Həsənzadə. 
Vasilisa Karpovna. “Həyatın dibində”, Maksim Qorki. 
Nadejda Krupskaya. “Tufandan əvvəl”, Arif  Süleymanov. 
Xalidə. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov. 
Mədinə. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 


Prudensiya. “Dişi canavar”, Federiko Qarsia Lorka. 
Zəhra bəyim. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Səltənət. “Ana intiqamı” Vidadi Babanlı. 
Salatın. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə. 
Tubu xanım. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Mələk. “Köhnə ev”, Əli Əmirli. 
 
Ondan çox televiziya tamaşasında oynamış Safurə İbrahimovanın ən yaxşı 
ekran rolu İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” lirik-psixoloji dramında 
Nəzakət obrazıdır. 
Aktrisa müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında “Sevil” 
(Dilbər), “Arşın mal alan” (Telli), “Qatır Məmməd” (Həbibə), “Alma almaya 
bənzər” (Mədinə), “Tütək səsi” (İsmət), “Dərviş Parisi dağıdır” (Gülpəri), 
“Qaynana” (Sədaqət), “İnsan doğuldu” (Leyla), “İstintaq davam edir” (Ana), 
“Əlavə iz” (Qadın) bədii filmlərinə çəkilib. 
Mehdi Məmmədovun səhnə quruluşunda Hüseyn Cavidin “İblis” faciəsində 
oynadığı Rəna roluna görə 27 aprel 1984-cü il-də Azərbaycan Respublikasının 
Dövlət mükafatına layiq görülüb. 
Safurə Ağabala qızı İbrahimova teatr və kino sənətində göstərdiyi 
xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 
24 dekabr 2002-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 
  
  
 
 
 
 
 
Elxan AĞAHÜSEYN-OĞLU 
Xalq artisti 
 
Daha çox tipik xarakterli ikinci dərəcəli 
rollar oynanıb. Bir sıra tamaşalara sonradan baş 
qəhrəmanın ifaçısı kimi də daxil edilib. 
Yaradıcılığının potensial imkanlarına görə realist 
aktyor məktəbinin estetik göstəricilərinə 
uyğundur. Yüksək səhnə etikası var, işində ciddi 
və tələbkardır. Öz oyununda sadə və məzmunlu 
tapıntılardan, xarakterik danışıqdan, tipik 
qrimdən istifadə etməyi xoşlayır. 
Daxili temperamentini ifa etdiyi 
personajın xarakterinə uygun olaraq bacarıqla tənzimləyə bilir. Dramatik səpkili, 
didaktik xarakterli rollarda təmkinlə davranır. Yumor elementlərindən “xəsisliklə”, 
ancaq qroteksli sərtliklə, çoxmənalı sarkazmla istifadə etməklə oyununa canlılıq, 
təravət, əlvanlıq gətirir. Yaradıcılıgının ilk illərində “Hüseynov“ soyadı ilə çıxış 


edib, lakin bacarıqlı və işgüzar aktyor kimi “Elxan Ağahüseynoğlu” imzası ilə 
tanınır. 
Elxan Ağahüseyn oğlu Hüseynov 8 dekabr 1942-ci ildə Bakıda doğulub. 
Burada 18 saylı orta məktəbi bitirmiş və Bakı Mədəni-Maarif  Texnikumuna daxil 
olmuşdur. Tələbə ola-ola 22 sentyabr 1960-cı ildə Akademik Milli Dram Teatrının 
yardım heyətinə qəbul edilmişdir. 1962-1965-ci illərdə hərbi xidmətə çağırılması 
ilə bağlı təhsilini yarımçıq qoyub və ordudan qayıtdıqdan sonra texnikumda 
ixtisasını başa vurub. Yenə paralel olaraq Akademik teatrın yardım heyətində 
aktyor işləyib. Teatrın baş rejissoru Tofiq Kazımov 1967-ci ildə Azərbaycan 
Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsi üçün qəbul keçirəndə Elxan 
Ağahüseynoğlu da həmin kursa daxil olub. Təhsil müddətində teatrdan ayrılmayıb 
və həm repertuardakı əsərlərdə oynayıb, həm də yenı rollarda səhnəyə çıxıb. 1971-
ci ildə ali aktyor diplomu alıb və Akademik teatrın tələbnaməsinə əsasən təyinatı 
bu qədim sənət ocağına verilib. 
Müəyyən üzrlü fasilələr də daxil olmaqla Elxan Ağahüseynoğlu qırx ildən 
çoxdur Akademik Milli Dram Teatrının aktyorudur. 
O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı 
tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb. 
Varri. “Antoni və Kleopatra”, Vilyam Şekspir.  
Dondurmasatan. “Əliqulu evlənir”, Sabit Rəhman.  
İkinci oğlan. “Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev.  
Eyiden. “Orlean qızı”, Fridrix Şiller. 
Kürd Musa, Zülfüqar və İbrahim xan. “Vaqif”, Səməd Vurğun. 
Özdəmir. “Od gəlini”,Cəfər Cabbarlı. 
Əli. “Ölülər”, Cəlil Məmmədquluzadə. 
Müstəntiq. “Ana torpağı”, Çingiz Aytmatov. 
Reynaldo. “Hamlet”, Vilyam Şekspir. 
Muradov və Kamran. “Unuda bilmirəm”, İlyas Əfəndiyev. 
Məhkəmə xidmətçisi. “Canlı meyit”, Lev Tolstoy. 
Gülverdi. “Almaz”, Cəfər Cabbarlı. 
Dördüncü əcinnə (Şöhrət). “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev. 
Naib. “Xəyyam”, Hüseyn Cavid. 
Jandarm. “Nazirin xanımı”, Branislav Nuşiç. 
Məşədi. “Küləklər”, Sabit Rəhman.  
İkincı qaçaq və Böyük bəy. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
Ayı. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə.  
Petrov və Anzor. “Darıxma, ana!”, Nodar Dumbadze.  
Aynur. “Yol ayrıcında”, İslam Səfərli. 
Ümid və Barsuq. “Qəribə oğlan” İlyas Əfəndiyev.  
Qatil. “Şöhrər və unudulmuş adam”, Nazim Hikmət.  
Şmit və  Albert. “lnsan”, Səməd Vurğun. 
İkinci qardaş. “Yatmış gözəl və yeddi qardaş”, Aleksandr Puşkin.  
Pyotr. “Meşşanlar”, Maksim Qorki. 
İkinci şərabçı və İkinci knyaz. “Xanuma”, Avkisenti Saqareli.  
Çəkməli adam və Optimist. “Kreml saatı”, Nikola  Poqodin. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə