Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

  
 
 
 
Nurəddin MEHDİXANLl 
Xalq artisti 
 
Romantik pafosa, qəltanlı və cingiltili səsə, gözəgəlimi səhnə görkəminə, 
coşqun daxili temperamentə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında 
mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını 
yüksək məharətlə, pardaxlanan istedadla oynaya bilir. Yaradıcılıq cəbbəxanasında 
lirik psixoloji və dramatik fəlsəfi xarakterli rolları da var. Vaxtilə, nəsillərinin 
soyadı olan “Mehdixanlı” onun səhnə təxəllüsüdür. 
Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da 
Cəlilabad rayonunun Tahirli kəndində doğulub. Kənd orta məktəbini 1974-cü ildə 
bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və 
kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik 
etdiyi kursu 1978-ci ildə başa vurub və təyinatla Akademik Milli Dram Teatrına 
göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Oktyabrda 
hərbı xıdmətə çağırılıb və qayıdandan sonra yenə teatrın kollektivində aktyor 
işləyib. 
O, 1989-cu ilin sentyabrında Qarabağa Xalq Yardımi Komitəsinə işə girib və 
bir ay on gündən sonra teatrdan ayrılıb. Dörd il bu komitədə məsul vəzifələrdən 
birini tutan Nurəddin Mehdixanlı bir arada paralel olaraq Bakı Bələdiyyə Teatrında 
aktyorluq edib (1992-1994) və bu səhnədə Yazon (“Medeya”, Jan Anuy), Şahgir 
(“Tomris”, Oqtay Altunbay) rollarını oynayıb. Səhnə üçün doğulmuş aktyor 1994-
cü il aprel ayının 18-dən yenə Akademik Milli Dram Teatrının truppasındadır. 
Onun müəyyən fasilələrlə Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını 
aşağıdakı görümdə ümumiləşdırmək olar. 
 
Mehdi və İkinci repartyor. “Səhra yuxuları”, Anar. 


Hidayət xan. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Ross. “Maqbet”, Vilyam Şekspir. 
Yazon. “Medeya”, Jan Anuy. Kiçik səhnədə. 
Eldar və Vaqif. “Vaqif”, Səməd Vurğun. 
Kamran. “Unuda bilmirəm”, İlyas Əfəndiyev. 
Pavel (böyük). “Gecənin sirri”, Anatoli Safronov. 
Kərim bəy. “Közərən ocaqlar”, Mirzə İbrahimov. 
Elxan. “İblis”, Hüseyn Cavid. 
Fərhad. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev.  
Təbriz. “Büllur sarayda”, İlyas Əfəndiyev.  
Rövşən. “Əliqulu evlənir”, Sabit Rəhman.  
Böyük bəy. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.  
Muxtar. “Təhminə və Zaur”, Anar.  
Ruz. “Atabəylər”, Nəriman Həsənzadə.  
Cavan şair. “Fəryad”, Bəxtiyar Vahabzadə.  
Idris. “Səməndər quşu”, Firudin Ağayev. Kiçik səhnədə.  
Boksçu. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.  
Ulus. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri.  
Əbu Übeyd. “Od gəlini”, Cəfər Cabbarlı.  
Məşədi Təhməz. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.  
Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa.  
Fərhad. “Günah”, Rəhman Əlizadə. 
Məşədi Əzizbəyov. “Tufandan əvvəl”, Arif Süleymanov.  
Xuan. “Qadın faciəsi”, Federiko Qarsia Lorka.  
Ayaz Turan. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Xəzər. “Gecə döyülən qapılar”, Nəbi Xəzri.  
Şair. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Gur Şad. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Sokrat və Aydar. “Sokratı anma gecəsi” (“Eşşək dəri üzəriııdə məhkəmə”), 
Çingiz Aytmatov və Muxtar Şaxanov. 
Orxan. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Yaralı Əsgər. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
Aydın. “Aydın”, Cəfər Cabbarlı. 
İppolit. “Fedra”, Jan Rasin. 
Rəşid Axundov. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
Ərtoğrul. “Afət”, Hüseyn Cavid. 
 
Sırf teatr aktyoru olan Nurəddin Mehdixanlı Azərbaycan Dövlət 
Televiziyasında Əzizə Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), Cəfər Cabbarlının 
“Solğun çiçəklər” (Bəhram), Nəriman Həsənzadənin “Kimin sualı var?” (İlham), 
Bəxtiyar Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) televiziya tamaşalarında da 
iştirak edib. “Dədəm Qorqudun kitabı” dastanının motivləri əsasında “Dədə 
Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar 
Quliyev rollarına çəkilib. 


Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 23 iyun 1986-cı ildə Naxçıvan 
Muxtar Respublikasının əməkdar artisti, 24 may 1998-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə xalq artisti fəxri adlarına 
layiq görülüb. 
  
 
Zemfira NƏRİMANOVA 
Xalq artisti 
 
Lirik və dramatik psixoloji rollarda daha 
səriştəli görünür. Yaradıcılığının estetik 
prinsiplərinə və ifadə vasitələrinin mahiyyətinə, 
xarakterik xüsusiyyətlərinə görə realist aktyor 
məktəbinin poetika göstəricilərinə uyğundur. 
Zemfira Əli qızı Nərimanova 1959-cu il 
aprel ayının 20-də Bakida doğulub. Şəhərin 
Nərimanov rayonundakı 220 saylı orta məktəbi 
1976-cı ildə bitirib və həmin il də Mirzağa Əliyev 
adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Təhsilini 1980-ci ilin iyun ayında 
başa vuran gənc aktrisa təyinatla Akademik Milli Dram Teatrına göndərilib, avqust 
ayının 26-da isə aktyor truppasına ştata götürülüb. Aktyorluq qabiliyyəti tələbəlik 
illərindən diqqəti cəlb edən Zemfira Nərimanova Akademik Milli Dram Teatrının 
səhnəsində dram, faciə və komediya janrlı tamaşalarda oynayıb. 
Şeyda. “Yastı təpə”, Əkrəm Əylisli.  
Sofi. “Yad adam”,  Leonqard Frank.  
Yeremyak. “Şərqli diş həkimi”, Akop Paronyan.  
Təhminə. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Arzu. “Kimdir haqlı?”, Bəxtıyar Vahabzadə. 
Qadın. “Sizi deyib gəlmişəm...”, Anar. 
Nübar. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. Kicik səhnədə. 
Rəna və Qaraçı. “İblis”, Hüseyn Cavid. 
Kəniz. “Atabəylər”, Nəriman Həsənzadə. 
Qəmər. “Nişanlı qız”, Sabit Rəhman. 
Knyaz. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Xumar. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Mariya. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov. 
Çiçək. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Nastya. “Həyatın dibində”, Maksim Qorki. 
Kleopatra. “Kölgələrin oyunu”, Yuri Edlis. Kiçik səhnədə  
Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa.  
Moruq Cenni. “Üç quruşluq opera”, Bertolt Brext və Kun Vayl. 
Nisə xanım və Şölə xanım. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli 
Axundzadə. İki müxtəlif quruluşda. 
Məhəbbət. “Tufandan əvvəl”, Arif Süleymanov.  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə