Nizami Gəncəvi. “Atabəylər”, Nəriman Həsənzadə.
Qazan xan. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri.
Nəsimi. “Fəryad”, Bəxtiyar Vahabzadə. \
Mustafa. “Çahargah fantaziyası”, Kərim Kərimov.
Mirzə Fətəli Axundzadə. “Mənsiz dünya”, Nəbi Xəzri.
Kumar. “Qanqın böyük dalğası”, Cahan Əfruz.
Qələndər. “Gülüstanda qətl”, Cəmil Əlibəyov.
Abdi əfəndi. “Qanlı Nigar”, Sadıq Şendil.
Mirzə Məhəmməd. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə.
Şair. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz
Aytmatov və Muxtar Şahanov.
Çapar. “Şah Edip, yaxud alın yazısı” (“Şah Edip”), Sofokl.
Kərim. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə.
Pirqulu. “Aydın”, Cəfər Cabbarlı.
Mustafa. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.
Şəfiyev. “Bu dünyanın adamları”, Hidayət Orucov.
Babək. “Dar ağacı”, Bəxtiyar Vahabzadə.
Əlimərdan. “Eşq və intiqam”, Süleyman Sani Axundov.
Qara xaqan. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə.
Nostradamus. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz.
Əli Nur müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında
hazırlanmış Cəfər Cabbarlının “Mənsur və Sitarə” (Mənsur), Füzuli Sərkərovun
“Xatirələrdən gəlmiş qonaq” (Mənsur), Nikolay Qoqolun “Novellalar” (Qoqol),
Əhməd İsayevin “Torpağın da canı var” (Mahmud), Əkrəm Əylislinin “Ürək
yaman şeydir” (Əjdər), İlyas Əfəndiyevin “Qaçaq Süleyman” (Qaçaq Süleyman),
Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllər” (Mirmöhsün Nəvvab) əsərlərin
tamaşalarında oynayıb. “Doğan günəş” (General), “Məhəbbətim, taleyim mənim”
(Rahib) serial telefilmlərinə çəkilib.
Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 24 dekabr 2002-cı ildə Azərbaycan
Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.
Kübrabəyim ƏLİYEVA
Əməkdar artist
Səhnə sərbəstliyi, coşğun ehtirası, daxili aktyorluq temperamenti,
tamaşadakı yöndaşları ilə nəzakətli davramşı ilə həmişə seçilir. Aktrisanın ifadə
vasitələri həm zəngin, həm də rəngarəngdir. O, dramatik rollarda ifasının psixoloji
bədii tutumu ilə nə qədər mənalı, yaddaqalandırsa, komik surətləri oynayanda şirəli
və dadlı yumoru, qorteksli tapıntıları, koloritli jestləri ilə sevilir, tamaşaçıların
dərin rəğbətini qazanır.
Kübrabəyim (Kübra) Ağa qızı Əliyeva 5 yanvar 1949-cu ildə Gəncə
şəhərində doğulub. Burada 21 saylı orta məktəbi 1966-cı ildə bitirib və ailə
qayğıları ilə bağlı ali təhsil ala bilməyib, xeyli müddət yalnız evdar qadın olub.
Əmək fəaliyyətinə 1970-ci il yanvar ayının 26-da Cəfər Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrında aktrisa kimi başlayıb. Ənvər Məmmədxanlının “Şərqin
səhəri” dramının tamaşasında Anjella Kovalini rolu onun aktrisa debütüdür.
Sentyabr ayının 6-da Gəncə teatrından çıxıb.
O, 1971-ci il oktyabr ayının 10-da Hüseyn Ərəblinski adına Sumqayıt
Dövlət Dram Teatrının aktyor heyətinə daxil olub. Burada işləyəndən bir il sonra,
1972-ci ildə Mirzağa Əliyev adına Aərbaycan Dövlət İncəsənət İnstitutunun
mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub və təhsilini 1977-ci ildə başa
çatdırıb. Sumqayıtda işlədiyi 5 il ərzində (31 iyul 1976-cı ildə teatrdan öz ərizəsi
ilə çıxıb) Kübrabəyim Əliyeva xeyli maraqlı, tənqid tərəfindən yüksək
qiymətləndirilən silsilə rollarla yaradıcılıq uğurları qazanıb.
Rasimə. “Anam gəldi”, Ş.Xusainov.
Gülbadam. “Elbrus evlənir”, Georgi Xuqayev.
Qalya. “Tribunal”, Andrey Makayonok.
Gülnisə. “Solğun çiçəklər”, Cəfər Cabbarlı.
Şərəf xanım. “Tamahkar”, Süleyman Sani Axundov.
Zibeydə. “Ülviyyə”, Rauf İsmayılov.
Zərri. “Həmyerlilər”, Altay Məmmədov.
Pəri xala. “Sən nə üçün yaşayırsan?”, İmran Qasımov və Həsən Seyidbəyli.
Pekran. “Parisli kürəkən”, Aramaşot Papayan.
Şəfqət bacısı. “Paralelimin nəbzi”, Ramiz Heydər.
Adilə. “Ana məhəbbəti”, Yəhya Məmmədov.
Ziba. “Dost əli”, Mehriban Nəzərov.
Sumqayıt teatrından işdən çıxandan sonra aktrisa Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının kollektivinə qəbul olunub. Burada işlədiyi illərdə (4
avqust 1976-8 may 1994) o, öz yaradıcılığı üçün yeni janrlı sənət ocağında təzə
oyun üslubu prinsiplərində xeyli rollar yaradıb.
Gövhər xala. “Gözün aydın”, dramaturq Məhərrəm Əlizadə və bəstəkar
Fikrət Əmirov.
Fatma. “Həyətim mənim, həyatım mənim”, Cahangir Məmmədov və Əşrəf
Abbasov.
Qiyamət. “Qaçırılmış qız”, Cahangir Məmmədov və Ramiz Mirişli.
Direktorun arvadı. “Yertutanlar”, Faiq Mustafayev və Adil Bəbirov.
Rasimə. “Qız görüşə tələsir”, Adil Babayev və Tofiq Bakıxanovla Nəriman
Məmmədov.
Ballı. “Qızıl toy”, Ramiz Heydər və Oqtay Kazımov.
Gülbadam. “Sevgilimin anası”, Georgi Xuqayev və Eldar Mansurov.
Sənəm. “Məşədi İbad” (“O olmasın, bu olsun”), Üzeyir bəy Hacıbəyov.
İzzət, Zeynəb və Şərəf. “Danabaş kəndinin əhvalatları”, Cəlil
Məmmədquluzadənin povesti əsasında işləyəni Cənnət Səlimova və Oqtay
Kazımov.
Anaş toyuq. “Tülkü Həccə gedir”, Abdulla Şaiq və Şəfəq Rəşid.
Balaxanım. “Sonqulunun sərgüzəştləri”, Rüfət Əhmədzadə və Emin
Sabitoğlu.
Zeynəb. “Boşanaq, evlənərik”, Əliağa Kürçaylı və Vasif Adıgözəlov.
Kübrabəyim Əliyeva 16 sentyabr 1991-ci ildən Akademik Milli Dram
Teatrının aktrisasıdır. Bu teatrda oynadığı dramatik və satirik yumorlu səhnə
obrazları aşağıdakılardır.
Ponsiya. “Dişi canavar”, Federiko Qarsia Lorka.
Nazilə (Naza). “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev.
Hayqanuş. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. \
Qaraqoyunlu ana. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli.
Firəngiz. “Ah, Paris... Paris!..”, Elçin.
Aktrisa müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında Anarın “Evləri
köndələn yar” (Bazarkomun arvadı), Marat Haqverdiyevin “Səninlə sənsiz” (Ana),
Əzizə Cəfərzadənin “Analar” (Zərbuta), Əlibala Hacızadənin “İtkin gəlin”
(Xədicə), Seyfəddin Dağlının “Sabiqlər” (Nazirin arvadı), Bəxtiyar Vahabzadənin
“Kimdir haqlı?” (Zeynəb), Rüfət Əhmədzadənin “Sonuncu məhəbbət” (Ünbülnisə)
pyeslərinin teletamaşalarında iştirak edib.
Kübrabəyim (Kübra) Ağa qızı Əliyeva səhnə sənətində qazandığı
nailiyyətlərə görə 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar
artisti fəxri adı ilə təltif olunub.
Dostları ilə paylaş: |