Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

Zaur. “Ümid”, Maqsud İbrahimbəyov. 
Don Juan. “Bəşərin komediyası, yaxud Don Juan”, Mirzə İbrahimov. 
Klavdio. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Bəhram. “Fitnə”, Abdulla Şaiq. 
Vojevatov və Paratov. “Cehizsiz qız”, Aleksandr Ostrovski. 
Rövşən. “Əliqulu evlənir”, Sabit Rəhman. 
Müstəntiq. “İstintaq”, Rüstəm İbrahimbəyov. 
Birinci repartyor. “Səhra yuxuları”, Anar. 
Knyaz Xasay. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Fikrət və Rəşad. “Kimdir haqlı?”, Bəxtiyar Vahabzadə. 
Mirzə Fətəli. “Mirzə Şəfi”, Nəbi Xəzri. 
Vasif. “İblis”, Hüseyn Cavid. 
Qədim. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
Cəmil. “Unuda bilmirəm”, İlyas Əfəndiyev. 
Qiyas. “Şəhərin yay günləri”, Anar. 
Murad. “Nakam qız”, Aleksandr Şirvanzadə. 
Fəxrəddin. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin romanı əsasında 
Tofiq Kazımovun işləməsi.  
Camal. “Nişanlı qız”, Sabit Rəhman.  
Həsən Soltan. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.  
Mayis. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.  
Ədhəm Tağıyev. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev.  
Mindövlət və Aydar. “Sokratı anma gecəsi” (“Eşşək dərısı üzərində 
məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov.  
Klavdi. “Hamlet”, Vilyam Şekspir.  
Tesey. “Fedra”, Jan Rasin.  
Özdəmir. “Afət”, Hüseyn Cavid.  
 
Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu 
tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın “Ötən ilin son 
gecəsi” (Rüstəm), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Sinyor Kavaler), 
Aslan Qəhrəmanovun “Müsabiqə” (Elmi işçi), “Səni axtarıram” və “Bağışla” 
(Vasif müəllim) diptixi, Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” (Həmid), 
Hüseyn Cavidin “Topal Teymur” (Orxan), Üzeyir bəy Hacıbəyovun felyetonları 
əsasında “Ordan-burdan” (Həmid), İlyas Əfəndiyevin “Mənim günahım” (Sahib), 
“Sarıköynəklə Valehin nağılı” (Müstəntiq), İslam Səfərlinin “Göz həkimi” (Rauf), 
Lduryunçinkasın “Qapalı orbit” (Kostas), Moris Düronun “Səyyah və yaxud qərib 
hörmətli olar” (İxtiraçı), Arturo Rafin “İblis qadın” (Şef) pyeslərinin, Vilyam 
Şekspirin sonetləri əsasında kompozisiyanın (Sevgili qəhrəman) teletamaşalarında 
oynadığı obrazlar daha yaddaqalan və uğurludur. 
Aktyor “Var olun, qızlar” (İsa), “Yarımçıq qalmış serenade” (Saksafonçu), 
“Yay vaxtı xəzan yarpaqları” (Maarif inspektoru), “Bəxt üzüyü” (Rasim), “Mənim 
ağ şəhərim” (Baş mühəndis), “Xüsusi vəziyyət” (adsız obraz) bədii, “Qaçaq 
Süleyman” (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib. 


Rafael Məlik oğlu Dadaşov aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 
20 mart 1987-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq 
görülüb. 
  
 
  
Telman ƏLİYEV 
Əməkdar artist 
  
Xarakterik komediya obrazlarını böyük məharət və yaradıcı ehtirasla 
oynayır. Klassik peşəkar teatrımızın komediya qolunun estetik prinsiplərindən və 
xalq tamaşalarının poetika səciyyələrindən ustalıqla istifadə edir. Aydın və koloritli 
diksiyasını, texniki aktyorluq vasitələrini, ifadəli tapıntılarını oynadığı obrazların 
xarakterlərinin daha dərindən açılması istiqamətində səfərbər etməkdə səriştəlidir. 
Telman Rüstəm oğlu Əliyev 1947-ci il noyabr ayının 2-də Şuşa şəhərində 
anadan olmuşdur. Ailəsi əvvəl Tərtərə, sonra Gəncəyə köçüb, Şuşaya qayıdıb və 
yenidən Gəncədə məskunlaşıb. Buna görə də beş il Gəncədəki 20 saylı, üç il 
Şuşadakı 1 saylı məktəblərdə oxuyub və orta təhsilini Gəncənin 27 saylı 
məktəbində tamamlayıb. Bir müddət Gəncə Alüminium zavodunda işləyib və 
sonra üç il hərbi xidmətdə olub (1966-1969). Hərbi xidmətdən qayıdaraq bir ildən 
çox Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının nəzdindəki studiyada 
müəyyən təcrübə toplayıb, kütləvi səhnələrə çıxıb, epizod rollar oynayıb. Bacarıq 
və qabiliyyətinə görə 1971-ci il mart ayının 1-də onu teatrın truppasına aktyor 
götürüblər. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
mədəni-maarif fakültəsini qiyabi bitirərək teatr kollektivinin rejissoru ixtisasına 
yiyələnməklə yanaşı (1977-1982), Gəncənin Mərkəzi Mədəniyyət Sarayında 
rəssamlıq kursu keçib. 
O, özünün rejissorluq və rəssamlıq bacarığını Gəncə Dövlət Dram Teatrının 
səhnəsində oynanılan Hüseyn Cavidin “Ana”, “Maral”, Üzeyir bəy Hacıbəyovun 
“Məşədi İbad”, Yan Saloviçin “Qəribə dilənçi”, Aleksandr Vampilovun “Övlad”, 
Sabit Rəhmanın “Əliqulu evlənir”, İsmayıl Şıxlının “Dəli Kür”, “Odlu çarpazlar”, 
Altay Məmmədovun “Dəli Domrul”, Məmməd Alimin “Nəğmə qapısı”, Qərib 


Mehdiyevin “Oxşarlar”, Rövşən Ağayevin “Yeddi oğlan, bir qız”, Georgi 
Xuqayevin “Elbrus evlənir”, Rəhman Əlizadənin “Doğmalar” pyeslərinin 
tamaşalarına verdiyi quruluşda və bədii tərtibatda göstərilib. 
Təşkilatçılıq bacarığına görə Telman Əliyev teatrda aktyorluq fəaliyyəti 
göstərməklə bərabər, 16 noyabr 1990-cı ildə Gəncədəki “Nizami” Poeziya Teatrına 
bədii rəhbər təyin edilib. Burada Nizami Gəncəvinin, Mirzə Ələkbər Sabirin, 
Məhəmməd Füzulinin klassik ədəbi irsləri əsasında kompozisiyalara, özünün 
“Gəncə toyu” etnoqrafik pyesinə səhnə quruluşları verib. 
Bütün bu çoxsahəli fəaliyyətinin müqabilində Telman Əliyev ilk növbədə 
aktyorluq sənətində parlaq nailiyyətlər qazanıb. O, Gəncə teatrında işlədiyi 1969-
cu ildən 1 mart 1997-ci ilə qədərki müddətdə aşağıdakı səhnə surətlərini ifa 
etmişdir. 
Temurtaş və Sədr. “Yaşar”, Cəfər Cabbarlı. 
Bəhram. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. 
Baloğlan. “Almaz”, Cəfər Cabbarlı. 
Şeyx Alı. “Vaqif”, Səməd Vurğun. 
Cəlal. “Komsomol poeması”, İsgəndər Coşğun. 
Boksçu. “Demoklisin qılıncı”, Nazim Hikmət. 
Ortancıl oğul. “Kor padşah”, Nazim Hikmət. 
Həsir şapkalı. “İvan İvanoviç var idimi?”, Nazim Hikmət. 
Kərəm. “Üçatılan”, İlyas Əfəndiyev. 
Mayor və Cəmil. “Unuda bilmirəm”, İlyas Əfəndiyev. 
Məşədi İbad. “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov. 
Səlim. “Qaçaq Nəbi”, Süleyman Rüstəm. 
Kamal və Əliqulu. “Əliqulu evlənir”, Sabit Rəhman. 
Əlibala. “Küləklər”, Sabit Rəhman. 
Güc Allahı. “Odu atma, Prometey”, Mustay Kərim 
Rəzil. “72-ci kamera”, Orxan Kamal. 
Pərviz. “Böyük ürək”, İmran Qasımov. 
Karranti. “Uzaq sahillərdə”, Həsən Seyidbəyli və İmran Qasımov. 
Aleksandr. “Həmişə təmizlikdə”, Emil Braginski və Eldar Ryazanov. 
Xurşid banu Natəvanın oğlu. “Xan qızı”, Fəridə Əliyarbəyli. 
Durbişxan. “Araba hələ aşmayıb”, Otar İoseliani. 
Mernitsa. “Qəribə dilənçi”, Yan Poloviç. 
Xaritonov. “Qoca”, Maksim Qorki. 
Telyatev. “Quduz pullar”, Aleksandr Ostrovski. 
Sergey Tülenin. “Unutmayın”, Yusif Əzimzadə
Ataman. “Anacan”, Yusif Əzimzadə. 
Vano. “Daha bir qurban”, Qabriel Sundukyan. 
Aktyor, Gitlaru, Aparıcı və Otiliya. “İctimai rəy”, Aurel Baranqa. 
Qraf Rifers. “111 Riçard”, Vilyam Şekspir. 
Rodriqo və Birinci zabit. “Otello”, Vilyam Şekspir. 
Yura. “İki qardaş”, Mixail Lermontov. 
Tahirov. “Mezazoy əhvalatı”, Maqsud İbrahimbəyov. 
Qəzənfər kişi. “Cavan qadına yaraşan kişi”, Maqsud İbrahimbəyov. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə