Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

Rüstəm. “Yağışdan sonra”, Bəxtiyar Vahabzadə. 
Böyük bəy. “Bəylər və xanımlar”, Sahib Axundov. 
Molla Sadıq. “Dəli Kür”, İsmayıl Şıxlı. 
Sabir. “Yeddi oğlan və bir qız”, Rövşən Ağayev. 
Teliş. “Boş barılar”, Əhməd İsayev. 
Zonayan. “Erməni parlamentindən reportaj”, Altay Məmmədov. 
Zaman xan. “Ulduzlar görüşəndə”, Altay Məmmədov. 
Əzrayıl. “Dəli Domrul”, Altay Məmmədov. 
Bulud. “Gözəl Bahar”, Abdulla Şaiq. 
Eldar. “Bəli, dünya dəyişib”, Aramaşot Papayan. 
Nazir qardaş. “Doğmalar”, Rəhman Əlizadə. 
Qaraman Qəmbərov. “Oxşarlar”, Qərib Mehdiyev. 
Əziz. “Qatır Məmməd”, Zeynal Xəlil. 
Qəzi dayı. “Onuncular”, Tofıq Mahmud. 
Sahib. “Qapı”. Elşad Məmmədov.  
Nəroğlan. “Qız atası” Əfqan Əsgərov. 
Rəşid. “Məhəbbət körpüsü”, Novruz Gəncəli. 
Səlim. “Artıq tamah”, Məmmədiyyə Yusifzadə. 
Əli Məmməd Dilbəri. “Əli Məmməd Dilbəri”, Səttar Zərdablı. 
Balarza. “Yuxum çin olsa”, Dadaş Mehdi.  
Ooca faytonçu. “Altun tac”, Rza Şahvələd. 
 
Aktyor “Nizami” Poeziya Teatrında göstərilən “Sevgi dastanı” (Şapur), 
“Zəhmət dastanı” (Əyyaş), “Sabir dərdi” (Varlı kişi), “Bəngü-badə” (Tiryək), 
“Hikmət axşamı” (Əflatun), “Xeyir və şər” (Şah), “Qış nağılı” (Nağıl baba), 
“Bəhram şah” (İkinci vəzir), “Şairin gənclik illəri” (Qivami) tamaşa-
kompozisiyalarda əsasən baş rollarda çıxış edib. 
Telman Əliyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1 mart 
1997-19 fevral 1998) dramaturq İsi Məlikzadənin və bəstəkar Süleyman 
Ələsgərovın “Hərənin öz ulduzu” (Kar Kələntər) operettasının, Bakı Bələdiyyə 
Teatrında (20 fevral 1998-15 oktyabr 1998) Rauf İçərişəhərlinin “Vətənə igidlər 
gərəkdir” (Erməni), Nəriman Nərimanovun “Nadir şah Əfşar” (Baş vəzir) 
pyeslərinin tamaşalarında oynayıb. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universitetində dekan köməkçisi, müəllim işləyib. O, 2000-ci il fevral 
ayının 8-də Akademik Milli Dram Teatrının yaradıcı heyətinə müqavilə yolu ilə 
aktyor götürülüb. Həmin il oktyabr ayının 19-dan isə truppada aktyor ştatındadır. 
Repertuardakı hazır tamaşalarda müəyyən rollara əlavə ıfaçı kimi daxil olub və 
eyni zamanda təzə səhnə əsərlərində obrazlar ifa edib. 
Balaxan. “Aydın”, Cəfər Cabbarlı. 
Şüeyb. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Baba. “Poçt şöbəsində xəyal”, Elçin. 
Qüdrət Qurbanoviç. “Köhnə ev”, Əli Əmirli. 
Yoldaş Əmrah. “Bu dünyanın adamları”, Hidayət Orucov.  
Teromen. “Fedra”, Jan Rasin. 
Sintızator. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz.  


Qulamoğlu. “Hərənin öz payı”, Xeyrəddin Qoca.  
Dilənçi. “Varlı qadın”, Əli Əmirli. 
 
O, Rafıq Səməndərin “Bir aktyorun teatrı” (Araq düşkünü), Ağalar Mirzənin 
“Bahar-99” (Məşədi) teletamaşalarında iştirak edib. 
“Şeytan içimizdədir” (Şöbə rəisi), “Yük” (Duxançı), “Bizi dağlarda axtarın” 
bədii filmlərinə çəkilib. 
Telman Rüstəm oğlu Əliyev səhnə sənətindəki uğurlarına görə 17 may 
1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 
“Şərəf nişanı” ordeni alıb. 
 
 
 
Əli NUR 
Əməkdar artist 
 
Səhnə təxəllüsü “Nur”dur. Yaradıcılığının bədii-estetik imkanlarına görə 
daha çox romantik aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Daxilən 
ehtiraslı, dramatik ziddiyyətli, müəyyən pafoslu, mürəkkəb konfliktli vəziyyətlərə 
düşən obrazları oynamaq cəhdi güclüdür. Milli klassik dramaturqlarımızın 
komediyalarında ciddi yumorlu, cazibəli rolları var. Səsi ötkəm və qəltanlıdır, 
səhnədə cingiltili danışmağı xoşlayır. Sərt xarakterli dramatik surətlər üçün onun 
aktyor ifadə vasitələri nisbətən əlvan və mənalı görünür. 
Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 1948-ci il yanvar ayının 10-da Ağsu 
rayonunun Bicov kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci 
ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət 
Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. 
Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan 
Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin birinci kursuna götürülüb. 
Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər 
Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə ali aktyor diplomu alan Əli 


Nur həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt 
Dövlət Dram Teatrına göndərilib. 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına 
qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor 
işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla 
bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. 
20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 
əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına 
keçirilib və o vaxtdan bu truppanın üzvüdür. Eyni zamanda Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. 
Əli Nur Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işlədiyi 
on üç il ərzində (bir ili hərbi xidmətdə keçib) aşağıda siyahısı verilən rollar 
silsiləsini ifa edib. 
Bəhram. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. 
Arif. “Ana məhəbbəti”, Yəhya Məmmədov. 
Armenak. “Parisli kürəkən”, Aramaşot Papayan. 
Rahib. “İnam”, Feyruz Məmmədov. 
A.B. “Demoklisin qılıncı”, Nazim Hikmət. 
Cəlal. “Komsomol poeması”, İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı 
poeması əsasında. 
Tərgəldi. “Adamın adamı”, Anar. 
İbad. “Almaz”, Cəfər Cabbarlı. 
Laqutin. “Poladəridənlər”, Gennadi Bokarev. 
Tamaz. “Sərbəst mövzu”, Aleksandr Çxaidze. 
Ölüm mələyi. “İlahi komediya”, İsidor Ştok. 
Rüstəm. “Vəfalı Səriyyə”, Cəfər Cabbarlı. 
Arbeni. “Maskarad”, Yuri Lermontov. 
Aləmtac. “Mehrişah”, Oqtay Məmmədov. 
Bəbir. “Ayıl, bax bu dünyaya”, Hacıbaba Nəzərli. 
Zakir. “Toy şənbə günü olacaq”, Mustay Kərim. 
Ərəblinski. “Ərəblinski”, Əli Nur. 
Rəhim. “Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov. 
Şıxlinski. “Bütün Şərq bilsin”, Nəriman Həsənzadə. 
Şafrov. “Vətənə qayıtmaq istəyirəm”, Vladimir Koşuta. 
Qaratay. “Afət”, Hüseyn Cavid. 
Stenli. “İstək tramvayı”, Tennessi Uilyams. 
Saqadayev. “On üçüncü sədr”, Azat Abdulin.  
Atabala. “Doğmalar”, Rəhman Əlizadə.  
Oqtay. “Oqtay Eloğlu”, Cəfər Cabbarlı.  
Mustafa. “Çahargah fantaziyası”, Kərim Kərimov.  
Etibar. “Mənim arxalandığım”, Nəbi Xəzri.  
Direktor. “Qəbul təxirə salınır”, Camal Yusifzadə. 
 
Aktyor Əli Nur Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı 
tamaşalarda da silsilə rolların ifaçısıdır.  
Şirzad. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə