Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə46/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

 
Sənubər İSGƏNDƏROVA 
Əməkdar artist 
 
 Məftunedici və sehrli, lətafətli və zərif, 
könülaçan və cazibəli səhnə görkəminə malikdir. 
Şahanə qamətlidir, füsunkar səhnə davranışı var. 
Yaradıcılıq qayələri, rejissor poetikaları müxtəlif 
olan sənətkarların üslublarını yaradıcılıqla 
qavraya bilir. Səhnə etikasını bütün davranış və 
yaradıcılıq məqamlarında zərifliklə qoruya bilir. 
Səhnə məlahətini pauzalardakı oyunlarda 
saxlamaq və onu baxış-ideya vasitələri ilə 
zənginləşdirmək, son məqamda bütün bunları 
obrazın psixoloji ovqatı ilə bağlamaq, lal 
baxışlarla böyük bir daxili monoloqu tamaşaçılara bəyan etmək qabiliyyətini 
aktyorluq yaradıcılığında ustalıqla formalaşdırıb. 
Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakıda doğulub. 
Yasamal rayonundakı 173 saylı orta məktəbi 1977-ci ildə bitirib. O vaxtdan 
Azərbaycan Respublikasının Ət və Süd Sənayesi, Ali Təhsil nazirliklərində, Neft 
Akademiyasında, Akademik Milli Dram Teatrında kargüzar, kitabxana müdiri 
vəzifələrində işləyib. Bu illərdə “Kişi sözü” filmində Solmaz kimi maraqlı rola 
çəkilib. Kinodakı uğurlu yaradıcılıq debütündən sonra geniş tamaşaçı kütləsinin 
rəğbətini qazanan aktrisa 16 mart 1989-cu ildə Azərbaycan Dövlət Gənclər 
Teatrının truppasına daxil olub. Qısa fasilə ilə 15 yanvar 1997-ci ilə kimi bu 
kollektivdə məhsuldar və səmərəli yaradıcılıqla işləyib. Paralel olaraq filmlərə 
çəkilib, televiziya tamaşalarında oynayıb. 
Sevimli və istedadlı aktrisa Sənubər İsgəndərova Dövlət Gənclər Teatrında 
aşağıdakı rolları ifa edib. 
Həlimə xanım. “Qətl günü”, Yusif Səmədoğlu.  
Qız. “Çarəsiz sərnişinlər”, Stanislav Stratsiyev.  
Tamara. “Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə.  
Leyli. “Leyli və Məcnun”, Məhəmməd Füzulinin eyniadlı poemasının 
motivləri əsasında. 
Qonaq. “Qurbanəli bəy”, Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsinin 
motivləri əsasında. 
Yelena. “Yay gecəsində yuxu”, Vilyam Şekspir.  
Aqrippina. “Neron oynayır və ya İblisin komediyaları”, Mikolaş Xubai. 
Fərizə. “Şəhidlər”, Rafıq Səməndər. 
Qarı. “Vağzalı və ya yorğan-döşək”, Oruc Qurbanov. 
Bahar. “Kimdir müqəssir?”, Əbdürrəhim bəy Haqverdiyev. 
Tomris. “Yeddi məhbusə”, Əli Əmirli. 
Müğənni qız. “Laləli düzən”, Rəhman Əlizadə. 
 


Sənubər İsgəndərova 17 sentyabr 1997-ci ildən Akademik Milli Dram 
Teatrının aktyor truppasında çalışır. Aktrisa, yaradıclıq yolu üç əsrin illərindən 
keçən sənət ocağında qısa müddətdə möhtəşəm bədii tutumlu klassik və müasir 
rollar oynayıb. 
Siyan Şi. “Özümüzü kəsən qıhnc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
İcraçı. “Şah Edip, yaxud alın yazısı” (“Şah Edip”), Sofokl.  
Burla xatun. “Burla xatun”, Nəbi Xəzri.  
Nisə xanım. “Lənkəran  xanının  vəziri”,  Mirzə  Fətəli Axundzadə. 
Ulduz. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.  
Aysel. “Cəzasız günah”, Bəxtiyar Vahabzadə.  
Gertruda. “Hamlet”, Vilyam Şekspir.  
Firəngiz və Fransuaza. “Brüsseldən məktublar”, Həsən Həsənov 
(Əzizoğlu). 
 
Sənubər İsgəndərovanın iştirak etdiyi televiziya tamaşalarında Nəriman 
Həsənzadənin “Kimin sualı var?” (Ağgül), Nazim Hikmətin “Şöhrət və ya 
unudulan adam” (Qadın), ”Hər şeyə rəğmən” (Səbinə), Cəlil Məmmədquluzadənin 
“Qurbanəli bəy” (Xanım), Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” (Jalə), 
Mövlud Süleymanlının “Fatehlərin divanı” (Olğay Türkan xatun), Rəhman 
Əlizadənin “Şirin çay” (Aktrisa), Fyodor Dostoyevskinin “Bəyaz gecələr” 
(Nastya), Şahan Səfərovun “Qu quşunun məhəbbəti” (Gülər) əsərlərində oynadığı 
rollar daha maraqlı və yaddaqalandır. 
Aktrisa “Kişi sözü” (Solmaz), “Şahid qız” (Rəna), “Fəryad” (Ana), 
“Təsadüfi görüş” (Tamara xanım) bədii kino lentlərinə və “Beşmərtəbəli evin 
altıncı mərtəbəsi” (Təhminə), “Leyli və Məcnun” (Leylinin anası) bədii televiziya 
filmlərinə çəkilib. 
Sənubər Sabir qızı İsgəndərova 24 dekabr 2002-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 
  
 
Sabir MƏMMƏDOV 
Əməkdar artist 
  
Yaradıcılığının estetik səciyyələrinə görə 
realist aktyor məktəbinin estetik prinsiplərinə, 
poetika göstəricilərinə daha yaxındır. Gözəl 
plastikaya, cazibəli səhnə görkəminə, sərbəst 
səhnə davranışına malik aktyordur. Milli xalq 
oyunlarından şirələnən ləzzətli, şux və təravətli 
yumor vasitələrindən yeri gələndə məharətlə 
istifadə edə bilir. Səhnədə yöndaşları ilə 
münasibətlərdə diqqətcildir, aktyorluq 
imkanlarına texniki vərdişləri ilə dolğunluq 
gətirir. 


Sabir Novruz oğlu Məmmədov 1961-ci il yanvar ayının 24-də Qazax 
rayonunun Poylu kəndində doğulub. Kənd orta məktəbini 1978-ci ildə bitirib, bir il 
mədəniyyət sahəsində çalışıb. Aktyorluq sənətinə məhəbbəti olduğuna görə 1979-
cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 
Dahi səhnə ustası Həsən Turabovun rəhbərlik etdiyi dram və kino aktyorluğu 
fakültəsini 1983-cü ildə bitirib. Sentyabr ayının 11-də təyinatla Hüseyn Ərəblinski 
adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Bir ay işləyib və oktyabr ayında 
hərbi xidmətə çağırılıb. 1985-ci il may ayının 25-də hərbi xidmətdən qayıdaraq 
yenidən Sumqayıt teatrının kollektivinə qəbul olunub. 
İstedadlı və çalışqan aktyor olan Sabir Məmmədov dörd ildə Sumqayıt 
teatrında biri birindən maraqlı və dolğun dramatik obrazlara səhnə ömrü verib. 
Eyni zamanda bəzi tamaşalarda rejissor assistenti kimi də çalışıb. Onun ifa etdiyi 
əsas rollar bunlardır. 
Xoşbəxt adam. “Park”, Rüstəm İbrahimbəyov. 
Baş mühəndis. “Qəbul təxirə salınır”, Camal Yusifzadə. 
Xəzər. “Mənim arxalandığım”, Nəbi Xəzri. 
Birinci ərizəçi. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Dəli Domrul. “Mərd körpüsü”, Sara Nəzərova. 
Hüseyn. “Bəxt üzüyü”, Vaqif Səmədoğlu. 
Sabitcan. “Əsrə bərabər gün”, Çingiz Aytmatov. 
Qaraşın. “Diribaş adamlar”, Vasili Şukşin. 
Firuz. “Bayramın birinci günü”, Nazim Hikmət. 
Toğrul. “Uca dağ başında”, Vaqif Səmədoğlu. 
Şahəndə. “Ən xoşbəxt adam”, Adil Babayev. 
Birinci adam. “Dəyirman”, Mövlud Süleymanlı. 
Xəlil. “Müvəqqəti ər”, Rəşad Nuri Güntəkin. 
 
Sabir Novruz oğlu Məmmədov 1989-cu ilin mart ayının 30-da Sumqayıt 
teatrından işdən çıxıb və aprel ayının 1-dən Akademik Milli Dram Teatrının 
kollektivinə üzv olub. Aktyor tez bir zamanda kollektivdə populyarlıq qazanıb və 
repertuardakı əsərlərin əksəriyyətində müxtəlif rollar oynayıb. 
Səfər. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Kumar. “Qanqın böyük dalğası”, Cahan Əfruz. 
Fərman. “Yalan”, Sabit Rəhman. 
Şahmar. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev. 
Polis nəfəri və Teymur bəy. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Mirzə Ələkbər Sabir. “Dindirir əsr bizi...”, Davud Aslan. 
Mahmudov. “Ana intiqamı”, Vidadi Babanlı. 
Burqund hersoqu. “Kral Lir”, Vilyam Şekspir. 
Saday bəy. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Şah. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Akkanad. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), 
Çingiz Aytmatov və Muxtar Şahanov. 
İlus. “Burla xatun”, Nəbi Xəzri. 
Teymur ağa. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə