Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

Məleykə ana. “Sultanqulu körpüsü”, İsi Məlikzadə. 
Zəritə. “Arvadının əri”, Georgi Xuqayev. 
Zara. “Meydan”, Əli Əmirli. 
Tıq-tıq xanım. “Tıq-tıq xanım”, Rəhman Əlizadə. 
Zarita. “Qadın ilan”, Karlo Qotsi. 
Ana. “Şəhidlər”, Rafıq Səməndər. 
Holland səfiri. “Ox və hədəf”, Mirzə Fətəli Axundzadənin “Aldanmış 
kəvakib” povesti əsasında Fərhad Ağamalıyevin işləməsi. 
Arvad. “Ağıllı adam”, Firuz Mustafayev. 
Siyasətçi qadın. “Düyün”, İlham Məhərrəmov. 
Ana. “Hərənin öz ulduzu”, Əli Səmədli. 
Fatma. “Gəl, gəl, a yaz günləri”, Rəhman Əlizadə. 
Qurbanəli bəyin arvadı və Xanım. “Qurbanəli bəy”, Cəlil 
Məmmədquluzadə. Səhnələşdirəni Hüseynağa Ağakişiyev. 
Nina. “Axır zaman”, Valentin Rasputin. 
Aqrenina. “Neron oynayır və ya İblisin komediyaları”, Mikolaş Xubai. 
Titaniya, Kəpənək və İbbolita. “Yay gecələrinin yuxuları”, Vilyam 
Şekspir. 
Məşədi Orucun anası. “Ölülər”, Cəlil Məmmədquluzadə. 
Madonna. “Qorxaq pişik”, Rəhman Əlizadə. 
Ofeliya. “Hamlet”, Vilyam Şekspir. 
Ana. “Yeddi məhbusə”, Əli Əmirli. 
Viola. “Açar”, İmir Məmmədli. 
Şəngülüm. “Şəngülüm, Şüngülüm, Məngülüm”, Mikayıl Müşfıq. 
Müxbir. “Varlı qadın”, Əli Əmirli. 
Düşmən. “Karmen”, Presper Merime. 
Dalila. “İntihar”, Vaqif Səmədoğlu. 
 
Şekspir kimi dünya klassikinin faciə və komediyalarından tutmuş çağdaş 
dram əsərlərinin, uşaq pyeslərinin tamaşalarına kimi müxtəlif janrlı tamaşalarda 
iştirak etmiş Sevinc Əliyeva Dövlət Gənclər Teatrından çıxandan iki gün sonra, 1 
noyabr 2000-ci ildə müqavilə ilə Akademik Milli Dram Teatrına aktrisa götürülüb. 
2001-ci il sentyabr ayının 1-dən isə Akademik teatrın aktyor truppasının 
ştatındadır. Aktrisa bu kollektivdə repertuarda olan bir neçə tamaşada xarakterik 
rola əlavə ifaçı kimi daxil edilmiş və həmçinin təzə səhnə surətləri oynamışdır. 
Reyhan. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev. 
Xanım. “Mənim ərim dəlidir” (Diaqnoz “D”), Elçin. 
Şölə xanım. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Fahişə. “Kəllə”, Nazim Hikmət. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Valentin Rasputinin 
“Halallıq” (Ninka), Elçinin “Mənim dayım ol” (Katibə), Nazim Hikmətin “Olum-
ölüm və ya hər şeyə rəğmən” (Doktor) pyeslərinin teletamaşalarında oynayıb. 
“Qara Volqa” (Paxanın qızı) filminə çəkilib. 


Sevinc Əli qızı Əliyeva 2000-ci il oktyabr ayının 28-də Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 
  
 
 
 
 
 Mehriban XANLAROVA 
Əməkdar artist 
  
Dramatik aktrisadır. Yaradıcılığa kinoda başlayıb və ali məktəbə daxil ola 
bilmədiyi illərdə “Təkcə sən” (“Sarıköynəklə Valehin nağılı”) və “Sahəsiz gecə” 
filmlərində Sarıköynək və Zibeydə rollarına çəkilib. 
Mehriban Aslan qızı Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda 
anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki 
il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət 
İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə 
görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb. 
Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, “Azərbaycanfilm” 
kinostudiyasında “Kənar adamlar” (Flora), “Qəzəlxan” (Katibə), “Xoşbəxtlər” 
(Müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT-1 televiziya kanalının 
dəvətilə orada “Bizim məhəllə” (Səda) və “Cinlər və pərilər” (Leyla) 
telefilmlərində əsas rolları ifa edib. 
Mehriban Xanlarova 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram 
Teatrının aktyor truppasına aktrisa qəbul olunub. İndiyə qədər bu qüdrətli sənət 
ocağının səhnəsində aşağıdakı rolları oynayıb. 
İkinci rəfiqə. “Qadın faciəsi”, Federiko Qarsia Lorka. 
İsmena. “Şah Edip, yaxud alın yazısı” (“Şah Edip”), Sofokl. 
Şiranə. “Burla xatun”, Nəbi Xəzri. 
Şəmsa. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Qız. “Kəllə”, Nazim Hikmət. 
 


Şadxəbər. “Varlı qadın”, Əli Əmirli. 
Altunsaç. “Afət”, Hüseyn Cavid. 
 
Aktrisa teatrda işlədiyi illərdə Azərbaycan Dövlət Televiziyasında İlyas 
Əfəndiyevin “Məhv olmuş gündəliklər” (Anjel) teletamaşalarında oynayıb. 
“Azərbaycanfilm”in “Debüt” studiyasında “Sifarişçi” (Qadın) filminə 
çəkilib. 
Mehriban Aslan qızı Xanlarova 24 dekabr 2002-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 
 
 
 
Məzahir CƏLİLOV 
Aktyor 
 
Əsasən tipik, xarakterik və münaqişə 
xəttində müəyyən rol oynayan ikinci dərəcəli 
epizodlarda çıxış edib. Müəyyən klassik 
əsərlərdə, eləcə də bəzi çağdaş mövzulu 
pyeslərin tamaşalarında əsas obrazları oynayıb. 
Çevik, cəld hərəkətləri, rəqsli davranışı olan 
dinamik personajlarda daha səylə çalışır. 
Məzahir Yədulla oğlu Cəlilov 1946-cı il 
iyulun 15-də Masallı rayonunun Şərəfə 
kəndində doğulub. Kənddə səkkizinci sinfi 
bitirib və 1961-ci ildə Bakıya gələrək texniki-peşə məktəbinə qəbul olub. Rəngsaz-
usta ixtisasına yiyələnərək Bakıda müxtəlif idarə və müəssisələrdə işləyib. 1965-ci 
ilin mayından 1968-ci il iyun ayının əvvəllərinə kimi hərbi xidmət borcunu verib. 
Yeniyetmə vaxtlarından rəssamlığa meyl göstərən, özfəaliyyət kollektivlərində 
həvəskar aktyorluq edən Məzahir Cəlilov 1970-ci il fevral ayının 1-də yenicə 
yaranan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına yardımçı aktyor 
götürülüb. Burada bir neçə tamaşada kiçik epizod rolda səhnəyə çıxıb. Nəcəf bəy 
Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində Mahmud bəyi oynayıb. 
1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Buna görə avqustun 25-də teatrdan 
işdən çıxıb. Əvvəllər günduz şöbəsində oxuyub, ancaq təhsilini 1975-ci ildə axşam 
şöbəsində başa vurub. Təhsil ala-ala institutun Tədris teatrında əvvəlcə fəhlə 
işləyib, sonra aktyor. Bu gənc kollektivdə bir neçə epizod rol oynayıb. O cümlədən 
Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” (Səlim bəy), Mixail Lermontovun 
“İki qardaş” (Aleksandr), Hüseyn Cavidin “Şeyda” (Qara Musa), Əbülfəz 
Hüseynin “Mən bu cahana sığmazam...” (Qəmbər) pyeslərinin tamaşalarında 
iştirak edib. 
O, burada müəyyən səhnə təcrübəsi keçəndən və ali təhsilli aktyor diplomu 
almaq ərəfəsində (12 mart 1975) Lənkəran şəhərində yenidən həyata vəsiqə alan 
Dövlət Dram Teatrına aktyor işləməyə gedib. Bu kollektivdə üç il səmərəli çalışıb 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə