Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə47/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

Novruz bəy. “Aydın”, Cəfər Cabbarlı. 
Sarvan. “Bu dünyanın adamları”, Hidayət. 
Çingiz. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Şair. “Kəllə”, Nazim Hikmət. 
Horatsio. “Hamlet”, Vilyam Şekspir. 
Skapen. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
Mirzə Ələkbər Sabir. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Dulu Xaqan. “Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə. 
Yavuz. “Afət”, Hüseyn Cavid. 
 
Aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmış bir sıra 
teletamaşalarda da oynayıb. Onlardan Cəlil Məmmədquluzadənin “Kamança” 
(Əbdüləli), Mövlud Süleymanlının “Fatehlərin divanı” (Sərkərdə), İlyas 
Əfəndiyevin “Qaçaq Süleyman” (Murad), Bəxtiyar Vahabzadənin “Yağışdan 
sonra” (Əmin), Kəmalə Ağayevanın “Apardı sellər saranı” (İgid), Ağarəhim 
Rəhimovun “Qırmızı qar” (Əsgər) pyeslərinin teletamaşaları bu gün də teleşirkətin 
arxivində qorunur. 
“Babamın babasının babası” (Tapdıq), “Təzə evlənənlər” (Rüstəm) bədii 
filmlərinə çəkilib. 
Aktyorluq sənətində qazandığı nailiyyətlərə görə Sabir Novruz oğlu 
Məmmədov 24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti 
fəxri adı ilə təltif olunub. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Mətanət ATAKİŞİYEVA 
Əməkdar artist 
 
 Həyatda nə qədər mülayim, sadədil, səmimidirsə 
səhnədə bir o qədər coşqun, hərəkət və davranışlarında 
qaynar təbiətlidir. Ehtiraslı və romantik rolları ehtiraslı 
temperamentlə oynayır. Lirik, emosional, psixoloji rollara 
da cazibəli və ürəyəyatımlıdır. Məlahətli səhnə görkəmi 
sirayətedicidir və oynadığı obrazlara mərhəmlik gətirir. 
Mətanət Ağazair qızı Atakişiyeva 1962-ci il may 
ayının 16-da Bakının Buzovna qəsəbəsində doğulub. 1979-
cu ildə 125 saylı orta məktəbi bitirib. Həmin il Mirzağa 
Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ali 
məktəbdə rejissor Zəminə Hacıyevanın kursunu 1983-cü ildə başa vurub və 
təyinatla Akademik Milli Dram Teatrına göndərilib. 
 Sentyabr ayının 1-dən bu kollektivin aktyor truppasının üzvüdür. Tələbəlik 
illərində institutun Tədris teatrında Nazim Hikmətin “Məhəbbət əfsanəsi” 
(Məhmənə banu), İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” (Anjel) pyeslərinin 
tamaşalarında oynayıb. 
Burada müəyyən səhnə təcrübəsi toplayan gənc aktrisa Mətanət Atakişiyeva 
1983-cü il sentyabr ayının 1-dən Akademik Milli  Dram Teatrının truppasına daxil 
olub. Kollektivdə işlədiyi illər ərzində milli və tərcümə pyeslərinin tamaşalarında 
xeyli rol ifa edib. 
Qaraçı. “İblis”, Hüseyn Cavid. 
Kəniz. “Atabəylər”, Nəriman Həsənzadə. 
Dayə. “Sehrli alma”. Yozef  Lada. 
Qəmər. “Nişanlı qız”, Sabit Rəhman. 
İkinci qız. “Od gəlini”, Cəfər Cabbarlı. 
Gülər xanım. “Ah, Paris... Paris!..”, Elçin. 
Gülnar. “Vaqif”, Səməd Vurğun. 
Qaraçı qız. “Iblis”, Hüseyn Cavid. 
Qönçəqız. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Səhər. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
İspan gözəli, Gülçin və Nağılçı. “Məlik Məmməd” nağılı, nağıl-tamaşa. 
Qaratel. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Xumar. “Yalan”, Sabit Rəhman. 
Kleya. “Məhəbbət və azadlıq” (“Tülkü və üzüm”), Gilerma Fiqeyredu. 
Fitnə. “Fərhad və Şirin”, Səməd Vurğun. 
Mələk. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Qısırca yengə. “Burla xatun”, Nəbi Xəzri.  
Səkinə. “Bu dünyanın adamları”, Hidayət. 
Havalı qadın. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.  
Qaraqoyunlu bibi. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli. 


Gözəl xanım. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Tubu xanım Axundova. “Brüsseldən məktublar”, Həsən Həsənov 
(Əzizoğlu). 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Əlibala Hacızadənin 
“İnanmırsansa” (Arzu), Üzeyir bəy Hacıbəyovun felyetonları əsasında “Ordan-
burdan” (Rəna), Aqşin Babayevin “Dəvətnamə” (Firuzə), Zəlimxan Yaqubun 
“Yunus İmrə” (Fatma) əsərlərinin teletamaşalarında maraqlı rollar oynayıb. 
“Azərbaycanfilm”in istehsal etdiyi “Gümüşgöl əfsanəsı” (Nərgiz) filmində 
çəkilib. 
Mətanət Ağazair qızı Atakişiyeva 24 dekabr 2002-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 
  
 
 
Sevinc ƏLİYEVA 
Əməkdar artist 
 
  İrihəcmli xarakterik rolları, təzadlı 
daxili quruma malik bədii personajları daha 
həvəslə oynayır. Yaradıcılığının ifadə vasitələri 
həm dramatik, həm də komik aktyorluq 
xüsusiyyətləri ilə seçilir. Uşaq tamaşalarında da 
maraqlı surətlər ifa edib, qəhrəman sevgililər 
rollarını oynayıb. 
Sevinc Əli qızı Əliyeva 1965-ci il yanvar 
ayının 15-də Bakıda doğulub. Nizami 
rayonundakı 70 saylı məktəbdə oxuyub. 
Səkkizinci sinfı 1980-ci ildə qurtararaq üç saylı 
texniki-peşə məktəbinin kitab satıcısı şöbəsində 
oxuyub. 1983-cü ildə oranı bitirərək 4 saylı 
tikinti idarəsində, “Nizami” kinoteatrında işləyib. İki ildən sonra, 1985-ci ildə 
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino 
aktyorluğu fakültəsinə daxil olub. Xalq artistləri Şəfıqə Məmmədova ilə Fuad 
Poladovun rəhbərlik etdikləri kursu 1989-cu ildə bitirərək avqust ayının 20-də 
tnıppası təzə-təzə formalaşan Dövlət Gənclər Teatrına daxil olub. 
On ildən çox bu gənc kollektivdə çalışan Sevinc Əliyeva teatrda 29 oktyabr 
2000-ci ilə kimi repertuardakı əsərlərin əksər qismində rollar ifa edib. Aktrisanın 
Dövlət Gənclər Teatrında çıxışları təqdim olunan ardıcıllıqdadır. 
Qaranquş. “Əriməyən ürək”, Oskar Uayld. 
Leyli. “Leyli və Məcnun”, Məhəmməd Füzulinin eyniadlı poeması əsasında 
səhnələşdirmə. 
Pişik. “Hamam hamam içində”, Rəhman Əlizadə. 
Rəqqasə. “Laləli düzən”, Rəhman Əlizadə. 
Zöhrə. “Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə. 
Bolşevik nəvəsi. “Şeytan tələsi”, Əkrəm Əylisli. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə