Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə43/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

Üçtel. “Sizi deyib gəlmişəm...”, Anar. 
Mixail. “Gecənin sirri”, Anatoli Safronov. 
Xanəhməd. “Közərən ocaqlar”, Mirzə İbrahimov. 
Şeypurçu. “İblis”, Hüseyn Cavid. 
Çingiz. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kicik səhnədə. 
Rəhman. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
Təlxək. “Vaqif”, Səməd Vurğun. 
Namiq. “Şəhərin yay günləri”, Anar. 
Fəriş. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov. 
Murad. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə. 
Kabus və Alyoşka. “Həyatın dibində”, Maksim Qorki. 
Filaks. “Böyük Romul”, Fridrix Dürrenmatt. 
Uoltet. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Laz. “Qanlı Nigar”, Sadıq Şendil. 
Oyunbaz. “Qədr gecəsi”, Eldar Baxış. 
Əhməd. “Ah, Paris... Paris!..”, Elçin. 
Professor. “Mənim sevimli dəlim” (“Diaqnoz “D”), Elçin. 
Professor. “Mənim ərim dəlidir”, Elçin. 
Qumarbaz. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
 
İstedadlı və populyar aktyor Telman Adıgözəlov Azərbaycan Dövlət 
Televiziyasında hazırlanmış Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” (Ayrobika 
müəllimi), Üzeyir bəy Hacıbəyovun felyetonları əsasında “Ordan-burdan” (Rəqs 
müəllimi), Əhməd Orucoğlunun “Qonşular” (Səlim), Cəlil Məmmədquluzadənin 
hekayələri əsasında Anarın işlədiyi “Nigarançılıq” (Hüseyn), Məcnun Vahidovun 
“Yarımştat” (Zaman), Anarın “Evləri köndələn yar” (Kamil) əsərlərinin 
teletamaşalarında xarakterik rollar oynayıb. 
“Azərbaycanfilm” kinostudiyasında “Dörd bazar günü” (Şamil), “Nəsimi” 
(Hürufı), “1001-ci qastrol” (Telman), “Üzü küləyə” (Murad), “Çətirimiz 
buludlardır (Çoban), “Qırmızı qatar” (Oğlan), “Qurama” (Telman), “Mən dəniz 
sahilində böyümüşəm” (Kiçik qardaş) filmlərinə çəkilib. 
Telman Abbasqulu oğlu Adıgözəlov 28 oktyabr 2000-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 
 
 
 


 Şükufə YUSUPOVA
 
Əməkdar artist 
 
 Psixoloji teatr estetikasının prinsiplərində cəsarətli axtarışlar aparmağı 
xoşlayan aktrisadır. Zərif və lətafətli səhnə plastikası var. Səs imkanlarını 
məhdudlaşdıraraq oynadığı obrazı hərəkətlər kompleksi və əlvan sifət ifadələrinin 
toplusu ilə canlandırmağa üstünlük verir. Teatr ilə bərabər kinoda da parlaq, 
yaddaqalan rollar oynayıb, parlaq nailiyyətlər qazanıb. 
Şükufə Mühəddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakıda 
doğulub. Paytaxtın Səbayil rayonundakı 51 saylı orta məktəbi 1971-ci ildə bitirərək 
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino 
aktyorluğu fakültəsinə daxil olub. Görkəmli rejissor Mehdi Məmmədovun 
rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1 mart 1974-cü 
ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun “İnsan” 
dramının tamaşasında Tatyana rolunu ifa edib. O, 1975-ci ildə institut təhsilini başa 
vuraraq bütün kursla birlikdə Şəki şəhərində uzun fasilədən sonra bərpa edilən 
Dövlət Dram Teatrının truppa heyətinə göndərilib. Ancaq gənc aktrisa həmin 
ərəfədə “Azərbaycanfilm” kinostudiyasında “Tütək səsi” və “Xoşbəxtliyin 
qiyməti” filmlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş 
rejissoru Tofiq Kazımov premyerası 19 mart 1976-cı ildə göstərilən “Qılınc və 
qələm” (Məmməd Səid Ordubadinin eyniadlı romanı əsasında özünün işləməsi) 
tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-
cı il sentyabr ayının 1-dən Akademik Milli Dram Teatrına ştata götürülüb. 2002-ci 
ilin sentyabrından o, teatrın truppasında müqavilə ilə çalışır. 
Aktrisa Bakıda dramaturq Rüstəm İbrahimbəyovun təşkil etdiyi “İbrus” 
antrepriza teatrında “Şirə bənzər” (Rüstəm İbrahimbəyov) tamaşasında Solmaz 
rolunu Azərbaycan və rus dillərində oynayır. 
Şükufə Yusupova illərin ardıcıllığı ilə Akademik Milli Dram Teatrında 
aşağıda təqdim olunan rolları ifa edib. 
Tatyana. “İnsan”, Səməd Vurğun. 
Polye. “Meşşanlar”, Maksim Qorki. 
Rəna. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı əsəri 
əsasında Tofiq Kazımovun işləməsi. 


Mahirə. “Vəkil neyləsin?..”, Ramiz Fətəliyev. 
Anyuta. “Daşqın”, Anatoli Safronov. 
Müttəhimin arvadı. “İstintaq”, Rüstəm İbrahimbəyov. 
Cəmil. “Quşu uçan budaqlar”, Əkrəm Əylisli. Oğlan roludur. 
Kekel. “Pepo”, Qabriel Sundukyan. 
Təhminə. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Fatma. “Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri. 
Həmidə xanım. “Sizi deyib gəlmişəm...”, Anar. 
Xavər. “İblis”, Hüseyn Cavid. 
Sədaqət. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
Gülnar. “Vaqif”, Səməd Vurğun. 
Pırpız Sona. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Süsən Sünbül. “Adamın adamı”, Anar. 
Qorxaq qadın. “Kreml saatı”, Nikolay Poqodin. 
Radmila. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov. 
Laura. “Şüşə heyvanxana”, Tennessi Uilyams. Kiçik səhnədə. 
Anna. “Həyatın dibində”, Maksim Qorki. 
Yuliya. “Böyük Romul”, Fridrix Dürrenmatt. 
Polli Piçem. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Şölə xanım. “Lənkəran xanının vəziri”, Mirzə Fətəlı Axundzadə. 
Sosialist əməyi qəhrəmanı. “Qızıl teşt”, Seyran Səxavət.  
Zara xanım. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev.  
Lüsi. “Dəfn edilməmiş ölülər”, Jan Pol Sartr. Kiçik səhnədə.  
Qadın. “Müəmmalı bir qətlin üç versiyası”, Ryunesko Akutaqova. Kiçik 
səhnədə. 
İkosta. “Şah Edip, yaxud alın yazısı” (“Şah Edip”), Sofokl.  
Zəhra xanım. “Köhnə ev”, Əli Əmirli. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında Jan Pol Sartrın “Dəfn edilməmiş 
ölülər” (Lüsi), Nahid Hacızadənin “Yaşa, ey haqq” (Ümbül banu), Jan Koktonun 
“İnsan səsi” (Qadın), Marşa Normanın “Gecən xeyrə qalsın, ana!” (Qız) əsərlərinin 
teletamaşalarında oynayıb. 
Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan 
biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq “Dörd bazar günü” 
(Ustanın qızı), “Tütək səsi” (Tutu), “Xoşbəxtliyin qiyməti” (Gülxar), 3 seriyalı 
“Vulkana doğru” (Lətifə), “Ad günü” (Rəna), “Şir evdən getdi” (Zürafə), “Belə 
lazımdır” (Qadın), “1002 gecə” (Şəhrizad), “Musiqi ilə xaş” (Qadın), “Qaladan 
tapılan mücrü” (Qonşu), “Asif, Vasif, Aqasif” (Ana), “Nar ağacı haqqında 
xatirələr” (Mədinə), “Gümüş göl əfsanəsi” (Səidə), “Avqust ayı gələndə” (Firuzə), 
“Bəyin oğurlanması” (Jurnalist), “Qəm pəncərəsi” (İzzət), “Başqa həyat” 
(İmanova), “Şəhərin yay günləri” (Qonaq), “İlk körpü” (Müəllimə), “Ümid” (Ana), 
“Etimad telefonu” (Şükufə) filmlərinə çəkilib. 
Şükufə Mühəddin qızı Yusupova 1991-ci il may ayının 22-də Azərbaycan 
Respublikasının əməkdar arfisti fəxri adı ilə təltif olunub. 
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə