Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə41/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

Qasid. “Rüstəm və Söhrab”, İsgəndər Coşqun. 
Gülüzadə. “Sağlıq olsun”, İsi Məlikzadə. 
Nəcəf. “Sabah çoxdan başlanıb”, Rəhman Əlizadə. 
İlham. “1109 saylı məhbus” (“Müşfiq”), Rafiq Hüseynov. 
Panamalı adam. “Bakı komissarları” (“26-lar”), İsgəndər Coşqun. 
Aparıcı. “Şəhidlər” Bəxtiyar Vahabzadə. 
Uçitel Həsənov. “Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə. 
İsabay. “Fudziama dağında qonaqlıq”, Çingiz Aytmatov. 
İnsan. “Yuxulama”, Kamal Aslanov. 
Qaçay bəy. “Qonşu qonşu olsa kor qız ərə gedər”, Rəşid bəy Əfəndiyev. 
Aspirant. “Unutmağa kimsə yox”, Kamal Abdulla.  
Tıntın. “Hacı Qəmbər” (“Yağışdan çıxdıq, yağmura düşdük”), Nəcəf bəy 
Vəzirov. 
 
Cəfər Namiq Kamal 10 iyun 1996-cı ildən dəvətlə Akademik Milli Dram 
Teatrının aktyor truppasının üzvü olub. Bu kollektivdə həm repertuardakı hazır 
tamaşalara sonradan daxil edilib, həm də yeni hazırlanan səhnə əsərlərində rollar 
oynayıb. 
Eynşteyn. “Ah, Paris... Paris!..”, Elçin. 
İkinci Tiqran. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Ədhəm Tağıyev. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev. 
Ədəbi işçi. “Mənim sevimli dəlim”, Elçin. 
Dost. “Mənim ərim dəlidir!” (“Diaqnoz “D”), Elçin. 
Vəzir Mirzə Həbib. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Xəlil. “Poçt şöbəsində xəyal”, Elçin.  
Kamran Qızılsəs. “Köhnə ev”, Əli Əmirli.  
Qulaməli. “Bu dünyanın adamları”, Hidayət Orucov.  
Gülməyən adam. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
 
Aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Əfqan Əsgərovun 
“Qız atası” (Yarik), Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (Rüstəm), Mar 
Bayciyevin “Duel” (Əziz), Elçin Mehrəliyevin “Yurd yeri” (Sədrəddin) pyeslərinin 
teletamaşalarında oynayıb. 
Cəfər Namiq Kamal oğlu Əhmədov (Cəfər Namiq Kamal) 24 dekabr 2002-
ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 
  
 


Elxan QULİYEV 
Əməkdar artist 
   
Tipik səciyyəli, qabarıq xarakterik 
xüsusiyyəti üzdə olan dram və komediya 
obrazlarını oynamaqda daha səriştəlidir. 
Səhnədə qaynar təbiətlidir, mürəkkəb dinamik 
hərəkətlərin ifadəli, məzmunlu icrasını 
oynadığı personajın bədii-psixoloji 
məziyyətləri ilə həssaslıqla əlaqələndirməyi 
bacarır. Vəziyyət komediyası janrında 
hazırlanan tamaşalarda xalq oyunlarının əlvan 
ifadə vasitələrindən zövq və bacarıqla 
bəhrələnə bilir. 
Elxan Ağabala oğlu Quliyev 2 noyabr 1952-ci ildə Bakıda doğulub. 1970-ci 
ildə ölkəmizin paytaxtındakı 18 saylı orta məktəbin onuncu sinfini qurtarıb. Həmin 
il Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino 
aktyorluğu fakültəsinə daxil olub. 
Onların kursuna aktyor sənəti ixtisasını xalq artisti, məşhur rejissor və aktyor 
Rza Təhmasib tədris edib. 1974-cü ildə ali savadlı aktyor diplomu alan Elxan 
Quliyev təyinatla Akademik Milli  Dram Teatrına göndərilib və sentyabr ayının 
16-da qocaman kollektivin aktyor truppasına ştata götürülüb. Noyabr ayında hərbi 
xidmətə çağırılıb və bir ildən sonra Bakıya qayıdaraq 18 noyabr 1975-ci ildən yenə 
Akademik teatrın səhnəsində aktyorluq fəaliyyətinə başlayıb. 
Zəhmətkeş və bacarıqlı aktyor Elxan Quliyev yaradıcılıq fəaliyyəti dövründə 
Akademik Milli Dram Teatrının səhnəsində milli və dünya klassiklərinin, çağdaş 
Azərbaycan dramaturqlarının pyeslərinin, tərcümə əsərlərinin tamaşalarında xeyli 
bədii obraza nıaraqlı səhnə həyatı verib. 
Üçüncü qardaş. “Yatmış gözəl və yeddi qardaş”, Aleksandr Puşkin. 
Səftər. “Əks-səda”, Nəbi Xəzri. 
Döyüşçü. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı romanı 
əsasında Tofıq Kazımovun işləməsi.  
Oğlan. “Vəkil neyləsin?..”, Ramiz Fətəliyev. 
Zəncirvuran. “Dəli yığıncağı”, Cəmil Məmmədquluzadə. 
Çapar. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Birinci qulam. “Fitnə”, Abdulla Şaiq. 
Laldinməz polis. “Səhra yuxuları”, Anar. 
Xidmətçi. “Şərqli diş həkimi”, Akop Paronyan. 
Kaytens. “Maqbet”, Vilyam Şekspir. 
Abovyan. “Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri. 
Üçüncü kəndli. "Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kiçik 
səhnədə. 
Qıran. “Atabəylər”, Nəriman Həsənzadə. 
Cakob. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Ata. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 


Kinto. “Xanuma”, Avkisenti Saqareli. 
Alman oğlu. “İnsan”, Səməd Vurğun. 
Cabir, Zeynal, Oqtay. “Günəbaxanlar”, Rafiq Səməndər. Kiçik səhnədə. 
Sərkərdə və Teymur. “Vaqif”, Səməd Vurğun.  
Aşbaz Abbas. “Sehrli alma”, Yozef Lada.  
Kəramət. “Fəryad”, Bəxtiyar Vahabzadə.  
Tahir. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə.  
Dördüncü ərəb və Toğrul. “Od gəlini”, Cəfər Cabbarlı.  
Jurnalist. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.  
Böyükağa. “Günah”, Rəhman Əlizadə. 
Ağa Bəşir. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. İki müxtəlif 
quruluşda. 
Qarğış. “Qızıl teşt”, Seyran Səxavət. 
Məmmədağa. “Yayda qartopu oyunu”, Vaqif Səmədoğlu. 
Birinci kişi. “Hara gedir, bu dünya?”, Bəxtiyar Vahabzadə. 
Oyunbaz. “Qədr gecəsi”, Eldar Baxış. 
Şahid. “Müəmmalı bir qətlin üç versiyası”, Ryunesko Akultaqava. Kiçik 
səhnədə. 
Osvald. “Kral Lir”, Vilyam Şekspir. 
Ergin. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Yarqıtay. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Pedro. “Kəllə”, Nazim Hikmət. 
Mirzə Cəlil Məmmədquluzadə. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
 
Elxan Quliyev teatrda işləməklə yanaşı, Azərbaycan Dövlət Televiziyasında 
hazırlanmış Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Bayram), İlyas Əfəndiyevin 
“Sarıköynəklə Valehin nağılı” (Rövşən), Anton Çexovun, “Altıncı palata” 
(Vanya), Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” (Fotoqraf), Mixael 
Cavaxaşvilinin “Günahsız Abdulla” (Gözətçi), Mirzə Fətəli Axundzadənin “Hacı 
Qara” (Səfər bəy), Anatoli Dudarevin “Astana” (Sərxoş) əsərlərinin tamaşalarında 
oynayıb. 
“Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sevinc buxtası” (Elxan), “Ani 
dönüş” (Oqtay), “Pəncərə” (Sahə müvəkkili), “İstintaq” (Milis mayoru), “Musiqi 
ilə xaş” (Aşbaz), “Gözəl, gözəl, gözəl dünya” (Əlibala), “Bəyin oğurlanması” 
(Mərahim) filmlərində müxtəlif səpkili rollar oynayıb. 
Elxan Ağabala oğlu Quliyev teatr sənətindəki fəaliyyətinə görə 24 dekabr 
2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 
 
  
 
  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə