Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə44/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

 
 
 
Səidə QULİYEVA 
Əməkdar artist 
 
Yaradıcılığının çoxşaxəli xüsusiyyətlərinə, bədii-estetik keyfiyyətlərinə görə 
realist aktyor məktəbinin nümayəndəsidir. Onun fərdi aktyorluq üslubu əsasən iki 
istiqamətində formalaşır. Aktrisa ciddi və mənalı yumor aşılanmış rollarda 
qazandığı populyarlığı uğurlu lirik və dramatik zəminli psixoloji obrazlarda da əldə 
edə bilir. Görkəmcə dolğun olsa da, plastikası elastik və zərif, hərəkətləri cəld və 
çevik əsaslar üzərində qurulub. Bu keyfıyyət oynadığı ekran surətlərində də parlaq 
təcəssümünü tapıb. 
Səidə Əbülfəz qızı Quliyeva 1957-ci il martın 5-də Bakıda doğulub. 
Yasamal rayonundakı 199 saylı orta məktəbi bitirib və həmin il, yəni 1974-cü ildə 
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino 
aktyorluğu fakültəsinə daxil olub. Bacarıq və qabiliyyəti ilə institut illərindən 
rejissorlarda maraq doğurub. O, milli rejissuramızın klassiklərindən Ədil 
İsgəndərovun kursunu 1978-ci ilin yayında başa vurub. Ali akyor diplomu alandan 
sonra təyinatla Akademik Milli Dram Teatına göndərilib. Aktrisa 1978-ci il 
sentyabr ayının 1-dən hazırda yüz otuz yaşını keçmiş müqəddəs sənət ocağının 
aktyor truppasında çahşır. Böyük səhnədə debütü 10 mart 1979-cu ildə rejissor 
Əşrəf Quliyevin hazırladığı Vilyam Şekspirin “Heç nədən hay-küy” kodiyasında 
Hero rolu olub. Bundan sonra aktrisa teatrda müxtəlif rejissorların quruluşlarında 
aşağıdakı rolları oynayıb. 
Hero. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Qadın. “Yad adam”, Leonqard Frank. 
Xidmətçi qız. “Şərqli diş həkimi”, Akop Paronyan. 
Bəyim. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
İkinci kölgə. “Maqbet”, Vilyam Şekspir. 
Pakizənin rəfiqəsi. “Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri. 
Qadın və Şərəf. “Sizi deyib gəlmişəm...”, Anar. 


Kəniz. “Atabəylər”, Nəriman Həsənzadə. 
Lalə. “İlham pərisi”, Cahan Əfruz. Kiçik səhnədə. 
Sevinc. “Sənsiz”, Şıxəli Qurbanov. 
Nastya. “Həyatın dibində”, Maksim Qorki. 
Tamara. “Vaqif”, Səməd Vurğun. 
Çin gözəli, Simruq quşu və Fransalı qonaq. “Məlik Məmməd”, nağıl-
tamaşa. 
Sədəf. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov. 
Dilşad. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə. 
Ayqız. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Birinci qız. “Od gəlini”, Cəfər Cabbarlı. 
Luisi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Qaratel. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Kama. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov. 
Diliş. “Qızıl teşt”, Seyran Səxavət. 
Mərmər. “Yayda qartopu oyunu”, Vaqif Səmədoğlu. 
Əntiqə. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. 
Nilufər. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. 
Səlimə xanım. “Min illərin işığı”, Kamil Abdullayev. 
Qaraqoyunlu ana. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli. 
Firəngiz. “Ah, Paris... Paris!..” Elçin. 
Həcər xanım. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Qadın. “Kəllə”, Nazim Hikmət. 
 
Teatrda səmərəli fəaliyyət göstərən Səidə Quliyeva Azərbaycan Dövlət 
Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan 
İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (Reyhan), “Sarıköynəklə Valehin nağılı” 
(Reyhan), Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” (Çiçək), “Qonşu qonşu 
olsa” (Balacaxanım), Mövlud Süleymanlının “Kökdən düşmüş piano” (Gülər), 
Hüseyn Cavidin “Topal Teymur” (Melaça), Üzeyir bəy Hacıbəyovun felyetonları 
əsasında “Ordan-burdan” (Reyhan), Afaq Məsudun “Afaqın məhəbbəti” (Buta), 
“Cəza” (Səidə), Əli Əmirlinin “Bala-başa bəla” (İzzət Nəfisli), Mixael 
Cavaxaşvilinin “Günahsız Abdulla” (Fatma), Seyfəddin Dağlının “Sabiqlər” 
(Səidə), “Mən və mən” (Məleykə), Əhməd Oruclunun “Qaynana əməliyyatı” 
(Naza), Aqşin Babayevin “Nekroloq” (Elmira), “Dəvətnamə” (Məleykə) 
əsərlərinin tamaşaları daha maraqlıdır. 
Aktrisa “Bizi bağışlayın” (Klara), “Yaramaz” (Gülya), “Fransız” (Səidə), 
“Əsrlə göy arasında” (Gəlin), “Milli bomba” (Əbdülqəninin qızı) filmlərinə 
çəkilib. 
Səidə Əbülfəz qızı Quliyeva 28 oktyabr 2000-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 
  
 
 
 


 
Hicran NƏSİROVA 
Əməkdar artist 
 
Emosional duyğularının müxtəlif çalarlarını ifa etdiyi obrazın xarakterinə 
uyğun tərzdə, məharətlə bir psixoloji zəmində cəmləşdirə bilir. Onun ehtiraslı 
dramatizmində də həlimlik, fıkir etibarilə çoxqatlılıq var. Romantik səciyyəli 
klassik səhnə əsərlərinin tamaşasında oynadığı personajın fəlsəfı mahiyyətini 
psixologizmin realist prinsipləri ilə aça bilmir. Müəyyən ölçüyə əsaslanan şirin 
yumor aktrisanın ifasına təravət gətirir. 
Hicran Fətəli qızı Nəsirova 1958-ci il mart ayının 11-də Bakının Əmircan 
qəsəbəsində dünyaya göz açıb. Şəhərin Suraxanı, keçmiş Orconikidze rayonundakı 
114 saylı orta məktəbi 1975-ci ildə bitirib. Elə o il də Mirzağa Əliyev adına 
Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğü fakültəsinə 
daxil olub. 
Milli rejissuramızın klassik dühalarından olan Ədil İsgəndərovun kursunu 
1979-cu ildə başa vurub və təyinatı oktyabr ayının 8-də ali məktəbin Tədris 
teatrına verilib. Gənc aktrisa teatrın bədii rəhbəri Vaqif İbrahimoğlunun səhnə 
quruluşu verdiyi Cəfər Cabbarlının “Yaylağa gedir” (Tibb bacısı), Antuan Sent 
Ekzüperinin “Təskinlik verməyi unutmayın” (“Balaca şahzadə”. Balaca şahzadə), 
Səməd Vurğunun “Komsomol poeziyası” (Humay) əsərlərinin tamaşalarında 
oynayıb. Akademik teatrda Vaqif İbrahimoğlu nasir-dramaturq Anarın “Səhra 
yuxuları” psixoloji dramını hazırlayanda (28 fevral 1981) Hicran Nəsirova dəvətlə 
bu tamaşada Leyla rolunu ifa edib. 
Bir müddət səhnədən ayrılan Hicran xanım Bakıdakı 26-lar rayonunda 
(indiki Səbayil rayonu) 1983-cü il fevralın 19-dan 1986-cı il oktyabr ayının 28-ə 
kimi müxtəlif komsomol işlərində çalışıb. Oradan çıxandan sonra bir ay yarım 
İncəsənət institutunda laborant olub və 10 dekabr 1986-cı ildən Akademik Milli 
Dram Teatrının aktyor truppasının üzvüdür. Yaradıcılıq ciddiyyətin, həmişə 
qoruyub-saxlayan aktrisa bu möhtəşəm sənət ocağında aktyor sənətkarlığı 
baxımından tamaşaçıların rəğbətini qazanmış rollar oynaya bilib. 
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə