Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə51/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   48   49   50   51   52   53   54   55   56

Vəzir Zəban. “Tomris”, Oqtay Altunbay. 
 
Akademik Milli Dram Teatrında Tofiq Hüseynov yaradıcılıq fəaliyyətinə 
təzə başlayıb. 
Komisyonçu. “Kəllə”, Nazim Hikmət. 
Qriqol Orbeliani. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
Əlvan. “Varlı qadın”, Əli Əmirli. 
 
Tofıq Hüseynov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Aleksandr 
Vampilovun “Metranpaj” (Kamayev), Musa Qocayevin “Üç mollanın sərgüzəşti” 
(Molla Vəli), Aleksandr Xaytın “Şkafda adam” (Ər), Vadim Yeftimiunun 
“Qurbağa müfəttişi” (Nitse) pyeslərinin, Molla Nəsrəddinin lətifələri əsasında 
eyniadlı əsərin (Nəsrəddin) tamaşalarında oynayıb. 
“Mosfilm”də “Marş” (Komandir), “Azərbaycanfilm”də “Dəvətnamə” 
(Briqadir), “O dünyadan salamlar” (“Ölülər”. Əli  bəy), Polşa studiyasında “Bahar 
ərəfəsində” (Direktor) rollarına çəkilib. 
  
 
İradə AĞASIBƏYLİ 
Aktrisa 
 
“Ağasıbəyli” onun səhnə təxəllüsüdür. 
Əvvəllər lirik sevgili qəhrəman obrazlarının 
ifasında uğurlar qazanıb. Tədricən xarakter 
rolları oynamaqda püxtələşib. Əsasən dramatik 
aktrisadır və yeri gələndə sarkazmlı satirik və 
məişət ruhlu komik personajları da bacarıqla 
oynayır. Ehtiraslı rolların ifasında daxilindəki 
dramatizmi faciə elementləri ilə cilalaya bilir. 
İradə Aslan qızı Həsənova (Ağasıbəyli) 
Gəncə şəhərində doğulub. Şəhərin yaxınlığında 
yerləşən Ağasıbəyli kənd orta məktəbini 1973-cü 
ildə bitirib. Bakıya gələrək Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət 
İnstitutunu bitirərək təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram 
Teatrına göndərilib və iyul ayının 10-da kollektivə aktrisa ştatına götürülüb. 
Burada işlədiyi müddətdə klassik, əsasən milli və əcnəbi çağdaş dramaturqların 
psixoloji pyeslərinin tamaşalarında uğurlu rollar yaradıb. Onun Sumqayıt teatrının 
səhnəsindəki yaradıcılıq fəaliyyətinin şəbəkə səcərəsi aşağıdakı nizamdadır. 
Almaz. “Almaz”, Cəfər Cabbarlı. 
Səriyyə. “Vəfalı Səriyyə”, Cəfər Cabbarlı. 
Kama. “Bağdada putyovka var”, Əkrəm Əylisli. 
Həlimə. “Doğmalar”, Əkrəm Əylisli. 
Kəmalə. “Bir cüt bədmüşk ağacı”, Əkrəm Əylisli.  
Məryəm. “Xor-xor”, Sultanməcid Qənizadə.  
Gülnaz. “Tamahkar”, Süleyman Sani Axundov.  


At Balaxanım. “Adamın adamı”, Anar.  
Zəritə. “Elbrus evlənir”, Georgi Xuqayev.  
Nelli. “Uca dağ başında”, Vaqif Səmədoğlu.  
Aytən. “Bayramın birinci günü”, Nazim Hikmət.  
Stella. “Arzu tramvayı”, Tennessi Uilyams.  
Gəlin. “Dəyirman”, Mövlud Süleymanlı.  
Zəripə. “Əsrə bərabər gün”, Çingiz Aytmatov.  
İlçay. “Afət”, Hüseyn Cavid.  
Zərifə. “Yaxşı adam”, Mirzə İbrahimov.  
Məlakə. “İlahi komediya”, İsidor Ştok.  
Anjelino. “Sərbəst mövzu”, Aleksandr Çxaidze.  
Klava. “Poladəridənlər”, Aleksandr Bokarev. 
Aparıcı. “Bütün Şərq bilsin”, Nəriman Həsənzadə.  
Sevil Qazıyeva. “Mənim arxalandığım”, Nəbi Xəzri.  
Xalidə Yunusova. “On üçüncü sədr”, Azat Abdulin.  
Bonka. “Dörd əkiz”, Panço Pançev.  
Məhbus. “İtirilmiş məktub”, İvaç Karaçali.  
Şəngülüm. “Şəngülüm, Şüngülüm, Məngülüm”, Firuz Məmmədov. 
Porsuq. “Xoruz və çalağan”, Firudin Ağayev.  
Xanım. “Maskarad”, Mixail Lermontov.  
Sədəf. “Muradın kələkləri”, Tofiq Kazımov. 
 
Sumqayıt teatrında kifayət qədər təcrübə toplayan İradə Ağasıbəyli 1989-cu 
il sentyabr ayının 1-də kollektivdən ayrılıb və həmin gün Dövlət Gənclər Teatrının 
truppasına daxil olub. Burada Rober Tomanın “Arvadımın qatili” dramının 
tamaşasında Tibb bacısı rolunu oynayıb. 1990-cı il iyul ayının 21-də bu 
kollektivdən də ayrılan aktrisa kimi həmin il sentyabrın 16-dan Akademik Milli 
Dram Teatrının aktyor truppasındadır. İradə Ağasıbəyli bu qüdrətli sənət ocağında 
aşağıdakı tamaşalarda müxtəlif rollarda səhnəyə çıxıb. 
Ameliya. “Dişi canavar”, Federiko Qarsia Lorka.  
Zivər xanım. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə.  
Qaraqoyunlu bibi. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli 
 Nərgiz. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə. 
Banu Çiçək. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Səadət. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz 
Aytmatov və Muxtar Şahanov. 
İnci. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Falçı. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Paulina. “Kəllə”, Nazim Hikmət. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Şahin Səfərovun 
“Qu quşunun məhəbbəti” (Tünzalə), Elçin Mehrəliyevin “Yurd yeri” (Cəfərin 
arvadı), Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” (Qadın), Ağarəhim 
Rəhimovun “Qırmızı qar” (Əsir qadın) əsərlərinin tamaşalarında iştirak edib. 


“Azərbaycanfilm”də “Kişi sözü” (Ağca), “Gözəl, gözəl, gözəl dünya” 
(Qadın) bədii və “Cəfər Cabbarlı” (Almaz) bədii-sənədli kino lentlərinə çəkilib. 
  
 
Abbas QƏHRƏMANOV 
Aktyor 
  
 Dramatik aktyor üçün səhnə psixologizminin estetik mahiyyətini, fəlsəfi 
tutumunu dərindən bilən aktyordur. Faciə əsaslı, mürəkkəb konfliktlər 
burulğanında çırpınan, xaraktercə ziddiyyətli, zaman və cəmiyyət məhvərində 
gərdişdə olan obrazları şövqlə, ecazkar cazibədarlıqla oynayır. Daxilən ehtiraslı, 
emosional duyğularında alovlu, psixoloji dəyişmələrdə ahəngdar ritmli olmağı 
bacarır. Eyni zamanda çox şirəli, həmişə təzətər görünən yumor qabiliyyətinə 
malikdir. 
Abbas Əhməd oğlu Qəhrəmanov 25 avqust 1960-cı ildə İrəvan şəhərində 
doğulub. Bakının Binəqədi qəsəbəsindəki 30 saylı məktəbi 1977-ci ildə bitirib. 
Həmin il Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
aktyorluq fakültəsinə daxil olub. Rejissor Fikrət Sultanovun kursunu 1981-ci ildə 
bitirərək təyinatla Akademik Milli Dram Teatrına göndərilib (22 sentyabr 1981). 
Bir ay sonra hərbi xidmətə çağırılıb və 1983-cü ilin mayında Vətən qarşısında 
borcunu verərək Bakıya qayıdıb. Sentyabr ayının 1-də yenidən Akademik teatrın 
truppasına qəbul edilib. Altı il bu kollektivdə işləyib və 1989-cu ildə istedadlı 
rejissor Hüseynağa Atakişiyev Dövlət Gənclər Teatrını yaradanda Abbas 
Qəhrəmanov aprel ayının 1-dən etibarən həmin dəstəyə qoşulub. Burada 1991-ci il 
avqust ayının 26-na kimi işləyən Abbas Qəhrəmanov kifayət qədər sanballı rollarla 
öz yaradıcılığını zənginləşdirə bilib. 
Xəstə və Şair. “Qətl günü”, Yusif Səmədoğlu. 
Virtuoz. “Avtobus” (“Çarəsiz sərnişin”), Stanislav Stratiyev. 
Mirzağa. “Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə. 
Sultanqulu. “Sultanqulu körpüsü”, İsi Məlikzadə. 
Neron. “Neron oynayır və ya İblisin komediyaları”, Mikloş Xubai. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə