Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə54/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   48   49   50   51   52   53   54   55   56

Ağarəfi Rəhimovun “Qırmızı qar” (Suren) əsərlərinin teletamaşalarında da 
oynayıb. 
 
 
 
Rövşən KƏRİMDUXT 
Aktyor 
 
Uca boyu, xoşagəlimli çöhrəsi, yüksək 
səhnə mədəniyyətini və teatr etikasını öyrənməsi 
onun yaradıcılıq bacarığına geniş imkanlar açıb. 
Səmimi və emosional rollardakı çıxışları öz 
təbiiliyi ilə seçilir. Çılğın təbiətli rolların 
ifasında daxili ehtiraslarını psixoloji realizmlə 
yoğurmağa çalışır. Yöndaşlarına qarşı 
diqqətcildir. Yumor qabiliyyəti də var və 
istedadının həmin cəhətlərindən daha geniş 
şəkildə istifadə etməsi səmərəli olar. 
Rövşən Ramazan oğlu Kərimduxt 24 
oktyabr 1969-cu ildə Sumqayıt şəhərində doğulub. Uşaqlığı Zaqatala rayonunda 
keçib və xəstələndiyinə görə məktəbə getməyib. Ailələri yenidən Sumqayıta köçüb 
və o, 1978-ci ildə birinci sinifə getdiyi 27 saylı orta məktəbi 1988-ci ildə bitirib. 
Üç il oradakı Böyük Kimya Zavodunda elektrik köməkçisi və ustası işləyib. 1991-
ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu 
fakültəsinə qəbul olunub. İxtisas təhsilini xalq artisti Əliabbas Qədirovdan alıb. 
Beşillik təhsildən sonra 1996-cı ildə universiteti qurtaran Rövşən Kərimduxt həmin 
il sentyabr ayının 10-da Akademik Milli Dram Teatrının yaradıcı heyətinə aktyor 
götürülüb. İlk rolu İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasında Hüseynqulu 
xan obrazı olub. Rejissor Mərahim Fərzəlibəyovun quruluş verdiyi bu tamaşanın 
premyerası 15 dekabr 1996-ci ildə göstərilib. Aktyor “Gözəl, gözəl, gözəl dünya” 
(Qardaş) bədii filminə çəkilib. 
 İstedadlı gənc aktyor Rövşən Kərimduxt Akademik Milli Dram Teatrının 
səhnəsində məhsuldar çalışaraq xeyli bədii obraza səhnə ömrü verib. 
Hüseynqulu xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Şəhər əhli və İsgəndər. “Ah, Paris... Paris!..”, Elçin. 
Roma əsgəri. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Oğlan. “Şıltaq Şahzadənin nağılı”, nağıl-tamaşa. 
İkinci çapar və carçı. “Özümüzü kəsən qılınc” (“Göy-türklər”), Bəxtiyar 
Vahabzadə. 
Gennadi. “Şadlıq sorağında”, Viktor Rozov. 
Hoqqabaz. “Mənim sevimli dəlim”, Elçin. 
Cığatay və Cangüdən. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində 
məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov. 
Oğul və Cangüdənlərin rəisi. “Mənim ərim dəlidir” (“Diaqnoz “D”), Elçin. 
Üçüncü kafir. “Burla xatun”, Nəbi Xəzri. 


Riza bəy. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Dmitri. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Skripkaçı. “Poçt şöbəsində xəyal”, Elçin. 
Yarqıtay. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Aram. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
Qildenstern. “Hamlet”, Vilyam Şekspir. 
Təlimçi. “Kəllə”, Nazim Hikmət. 
Silvestr. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
Əlvan. “Varlı qadın”, Əli Əmirli.  
Qorxmaz. “Afət”, Hüseyn Cavid. 
  
 
 Münəvvər ƏLİYEVA 
Aktrisa 
 
 Emosional və həssas aktrisadır. Cazibəli plastikası, ifadəli daxili duyumu
musiqili səsi var. Dinamik və çılğın, ehtiraslı və mürəkkəb xarakterli, realist tipli 
lirik psixoloji rollarda maraqla baxılır. “Xəsisliklə” istifadə etdiyi ştrixlərdə sərt, 
ancaq qabarıq nəzərəçarpan ifadə vasitələrindən bəhrələnməyə üstünlük verir. 
İmzası bəzi proqram və afişalarda “Münəvvər Sabirqızı” kimi yazılıb. 
Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-ci ildə Sumqayıt şəhərində 
doğulub. Oradakı 32 saylı orta məktəbi 1988-ci ildə bitirərək həmin il Mirzağa 
Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu 
fakültəsinə daxil olub. Ağakişi Kazımovun rəhbərlik etdiyi kursu 1992-ci ildə başa 
vurub və sentyabr ayının 1-dən bir müddət “Yuğ” Dövlət Teatrında aktrisa işləyib. 
Burada məşhur şair Ramiz Rövşənin şerləri əsasında görkəmli rejissor, “Yuğ”un 
bədii rəhbəri Vaqif İbrahimoğlunun hazırladığı “Gəl gedək...” tamaşasında 
Afrodita rolunda çıxış edib. 
Aktrisa 16 iyun 1994-cü ildə “Yuğ” Dövlət Teatrından çıxıb və 20 iyul 
1994-cü ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. O, bu teatrda müasir və 
klassik dramaturqların əsərlərinin tamaşalarında oynayıb. 
Fərəh. “Dindirir əsr bizi...”, Davud Aslan. 
 


Səltənətbəyim. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Antiqona. “Şah Edip, yaxud alın yazısı” (“Şah Edip”), Sofokl. 
Cana. “Köhnə ev”, Əli Əmirli. 
Sona. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
Selcan. “Pompeyin Qafqaza yürüşü” Nəriman Həsənzadə. 
Alagöz. “Afət”, Hüseyn Cavid. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Arturo Rafin “İblis 
qadın” (İblis qadın), Zəlimxan Yaqubun “Didərginlər” (Ruh), Afaq Məsudun 
“Cəza” (Katibə) televiziya tamaşalarında oynayıb. 
Münəvvər Əliyeva “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sarı gəlin” 
(Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb. 
  
 
 
 
Dilarə NƏZƏROVA 
Aktrisa 
 
 Qroteskli, satirik yumorlu, xaraktercə dəyişkən, həyat davranışı açıq-saçıq 
obrazları daha bacarıqla oynayır. Səhnə gorkəmincə nisbətən əndamlı olsa da, 
səhnədə cəld və çevikdir, plastik mürəkkəb hərəkətləri yüngülcə ifa edə bilir. 
Səhnənin həyatla müqayisədə təzadlı tələblərinə həvəs və ilhamla əməl edir. Çılğın 
ehtiraslı rollarda oyunu baxımlı və ifadəlidir. 
Dilarə Şamil qızı Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda doğulub. 1999-cu 
ildə Qaradağ rayonundakı 106 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət 
Universiteti nəzdində ikiillik “Xalq incəsənəti universiteti” kursunu bitirib. Üç il 
işləyəndən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada beş il təhsil 
alıb. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə