Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   48   49   50   51   52   53   54   55   56

ülgüçü ustaya şagird durub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət 
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Bacarıq və 
qabiliyyəti diqqəti cəlb edən Kazım Həsənquliyev tələbəlik illərində “Mənim ağ 
şəhərim” (Rövşən) filminə çəkilib və Əlibala Hacızadənin “İtkin gəlin” (Yusif), 
Orxan Kamalın “Yad qızı” (Haldun), İlyas Əfəndiyevin “Qaçaq Süleyman” (Qaçaq 
Rəşid) silsilə televiziya tamaşalarında oynayıb. 
1994-cü ildə təhsilini başa vurub ali savadlı aktyor diplomu alan Kazım 
Həsənquliyev teatr sənətində müəyyən təcrübə toplaya bildiyinə görə sentyabr 
ayının 1-də Akademik Milli Dram Teatrının kollektivinə işə götürülüb. Teatrda 
işlədiyi illər ərzində o, həm klassik, həm də çağdaş milli və əcnəbi dramaturqların 
pyeslərinin tamaşalarında xeyli dram obrazına səhnə həyatı verib. İlk səhnə surəti 
Elcanın (“Məhəbbət yaşadır”, Nahid Hacızadə) məşqlərinə isə son kursda 
oxuyanda başlayıb. Tamaşanın premyerası isə 18 sentyabr 1994-cü ildə göstərilib. 
Beləliklə, Kazım Həsənquliyevin 1994-cü ildən üzü bəri Akademik Milli 
Dram Teatrında ifa etdiyi rolların siyahısı illərin ardıcıllığı ilə belə sıralanır. 
Elcan. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. 
Erməni əsgəri. “Ana intiqamı”, Vidadi Babanlı. 
İkinci fərraş. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Fərid. “Ağoyunlular və Qaraqoyunlular”, Əli Əmirli. 
Rövşən. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə. 
Əli. “Dindirir əsr bizi...”, Davud Aslan. 
Əbülfət xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Arslan. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Polinik. “Şah Edip və yaxud alın yazısı” (“Şah Edip”), Sofokl. 
Kafir. “Burla xatun”, Nəbi Xəzri. 
Rövşən. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev. 
Nökər. “Kral Lir”, Vilyam Şekspir. 
Şəmsi bəy. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Oğlan. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Cinner. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Altay. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Oğlan. “Hərdən mənə mələk də deyirlər....”, Kamal Abdulla. 
Voltimand. “Hamlet”, Vilyam Şekspir. 
Oktav. “Skapenin kələkləri”, Jan Batist Molyer.  
 
Kazım Həsənquliyev Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (Rüstəm), 
Ağarəhim Rəhimovun “Canavar balası” (Rövşən) televiziya tamaşalarında iştirak 
edib. “Həqiqət anı” (Nizami Şahmuradov), “Sifarişçi”(Killer) filmlərinə çəkilib. 
  
 


Aslan ŞİRİNOV 
Aktyor 
 
Realist aktyor məktəbinin estetik 
prinsiplərini özünün ifadə vasitələrində, oyun 
tərzində, tapdığı ştrixlərdə daha qabarıq 
verməyə çalışır. Yumorlu obrazların ifasına 
daha meyllidir və milli xalq oyun-
tamaşalarından məsxərənin üslub vasitələrindən 
geniş istifadə etməyə çalışır. 
Aslan Adil oğlu Şirinov 25 aprel 1969-cu 
ildə Bakıda anadan olub. Ölkəmizin 
paytaxtındakı 248 saylı orta məktəbi 1986-cı 
ildə bitirib. Beş il Metropolitendə usta işləyib. 
1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin teatr və kino aktyorluğu 
fakültəsinə daxil olub və oranı 1996-cı ildə bitirib. O, 1 sentyabr 1998-ci ildə 
Akademik Milli Dram Teatrına aktyor götürülüb. Akademik teatrda ilk rolunu isə 
1997-ci ildə oynayıb. Onda truppada çıxış hesabı işləyirdi. Bir neçə rolda 
qabiliyyətini göstərəndən sonra aktyor truppasının ştatına daxil olub. 
Aktyor teatr fəaliyyəti ilə yanaşı, müğənni kimi də çalışır. Çəkildiyi kliplər 
müxtəlif televiziya kanallarında göstərilir. 
Aslan Şirinov Akademik teatrın repertuarındakı əsas tamaşalarda çıxış edir. 
Aktyor kollektivə qəbul olunduğu gündən aşağıdakı rolları oynayıb. 
Aparıcı. “Ah, Paris... Paris!..”, Elçin. 
Aparıcı. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Şeytan. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Hoqqabaz. “Mənim sevimli dəlim”, Elçin. 
Oğul. “Mənim ərim dəlidir” (“Diaqnoz “D”), Elçin. 
Səkinənin əri. “Bu dünyanın adamları”, Hidayət. 
Rəhman. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Aktyor və Ozrik. “Hamlet”, Vilyam Şekspir. 
Heydər. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Cəllad. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz 
Aytmatov və Muxtar Şahanov. 
Xor dirijoru. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Leandr. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
Qara. “Varlı qadın”, Əli Əmirli. 
 
Aslan Şirinov Azərbaycan Dövlət Televiziyasında hazırlanan Aqşin 
Babayevin “Dəvətnamə” (Həmid), Rafiq Səməndərin “Bir yay günü” (Əhmədağa) 
əsərlərinin teletamaşalarında oynayıb. 
“Azərbaycanfilm”in istehsal etdiyi “Ümid” (Ağamirov) kinolentinə çəkilib. 
  
 
 


Mətləb ABDULLAYEV 
Aktyor 
 
Dramatik aktyordur, ancaq müxtəlif janrlı 
əsərlərdə ciddi yumorlu səhnə obrazlarında da 
çıxış edib. Boylu-buxunludur və diqqəti cəlb 
edən səhnə görkəmi var. Hələlik ikinci dərəcəli 
rollarda oynayıb. Obrazın psixoloji bədii 
xüsusiyyətlərini inandırıcı, real və təbii 
cizgilərlə təcəssüm etdirməyə çalışır. 
Mətləb Fətəli oğlu Abdullayev 2 avqust 
1969-cu ildə Ordubad rayonunun Üstüpü 
kəndində doğulub. Kənd orta məktəbini 1986-cı 
ildə bitirib və bir il Rusiyanın Tümen vilayətində işləyib. 1987-ci ilin payızından 
1989-cu ilin payızına qədər hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra bir il 
doğma kəndinin daxil olduğu sovxozda çalışıb. Mətləb Abdullayev 1991-ci il 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino 
aktyorluğu fakültəsinə daxil olub. Oranı ali savadlı aktyor ixtisası ilə 1996-cı ildə 
qurtarıb. 
Tələbə-aktyor hələ 1995-ci ildən Akademik Milli Dram Teatrının 
tamaşalarında kütləvi səhnələrə çıxıb, sözsüz epizod rollar oynayıb. O, 1996-cı il 
dekabr ayının 16-da Akademik teatrın aktyor truppasına götürülüb. 
Gənc aktyor Mətləb Abdullayevin Akademik teatrın səhnəsində ifa etdiyi 
obrazların il ardıcıllığı belədir. 
Qaraxan. “Ana intiqamı”, Vidadi Babanlı. 
Carçı. “Kral Lir”, Vilyam Şekspir. 
Hüseynqulu xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Şəhər əhli. “Ah, Paris... Paris!..”, Elçin. 
Topal. “Fərhad və Şirin”, Səməd Vıırğun. 
Şahzadə Tiqran. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Birinci çapar və Birinci carçı. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), 
Bəxtiyar Vahabzadə. 
Cangüdən və Can. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində 
məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov. 
Dördüncü ərizəçi. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Əbdürrəhman. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Qurban. “Aydın”, Cəfər Cabbarlı. 
Səfi bəy. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Halaypozan. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
Rozenkrans. “Hamlet”, Vilyam Şekspir. 
Birinci cangüdən. “Varlı qadın”, Əli Əmirli.  
Qaplan. “Afət”, Hüseyn Cavid. 
 
Mətləb Abdullayev-Azərbaycan Dövlət Televiziyasında lentə alınmış Elçin 
Mehrəliyevin “Yurd yeri” (Ordu əsgəri), Əmir Pəhləvanın “Sağ ol!” (Satıcı), 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə