Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

Curxan. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə.  
Cavad xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev.  
İgid və Azər baba. “Fərhad və Şirin”, Səməd Vurğun. Müxtəlif 
quruluşlarda. 
Şairin atası. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), 
Çingiz Aytmatov və Muxtar Şahanov.  
Nazim paşa. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.  
Şahbaz bəy. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
 
İlk növbədə teatr aktyoru olan Bürcəli Əsgərov “Azərbaycanfilm”in istehsal 
etdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində Leytenant Rəsulov roluna çəkilib. 
Bürcəli Əsgərov 2000-ci ildən, həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət 
Azərbaycan Dram Teatrında aktyor işləyir. O, burada Hidayətin “Məhəbbət yaşayır 
hələ”..” (Əliş Vəlişoviç), “Durnalar qayıdanda” (Vəli Qulamoviç), Sabit Rəhmanın 
“Yalan” (Saleh), Ağarəhim Rəhimovun “Əsgər anası” (Kamal) əsərlərinin 
tamaşalarında oynayıb. 
Teatr sənətində qazandığı nailiyyətlərə, uğurlu aktyor ifalarına görə 1982-ci 
il dekabr ayının 1-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif 
olunub. 
  
 
  
Firuz XUDAVERDİYEV 
Əməkdar artist 
  
Epizodik və xarakterik rollar aktyorudur. 
Vaxtilə, nisbətən irihəcmli komik rollarda da 
çıxış edib. Sifət quruluşu, səhnə görünüşü və 
aktyorluq imkanları tipik, sarkazm səciyyəli 
məsxərə obrazlarının ifasına daha uyğundur. 
Firuz İmam oğlu Xudaverdiyev 1939-cu 
il iyul ayının 9-da Bakının Lökbatan 
qəsəbəsində doğulub. Qaradağ rayonundakı 166 
saylı orta məktəbi 1958-ci ildə bitirib. 
Qaradağneftdə müxtəlif fəhlə işlərində işləyib, 
sement zavodunda çalışıb. 1958-1961-cı illər 
arasında Bakı Kitabxanaçılıq texnikumunda təhsil alıb. 
1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Oranı 1969-cu ildə qurtarıb və 
təyinatla təzəcə açılmış Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram 
Teatrında işləməyə göndərilib. Avqust ayının 1-də teatrın truppasına qəbul olunan 
Firuz Xudaverdiyevin həmin kollektivin səhnəsində oynadığı əsas rollar 
aşağıdakılardır. 
Fuad. “Almaz”, Cəfər Cabbarlı. 
Gümüşov. “Həmyerlilər”, Altay Məmmədov. 


Şəmsi bəy. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Molla Səfi. “Hacı Qəmbər” (“Yağışdan çıxdıq, yağmura düşdük”), Nəcəf 
bəy Vəzirov. 
Bahar ağa. “Kimdir müqəssir?”, Əbdürrəhim bəy Haqverdiyev. 
Lələşov. “Sarıtel xanım”, Əli Səmədov. 
Vəzir. “Dəyirmançı oğlu”, Şirəli İlyasov. 
Assistent. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət. 
Kapitan Sənıədov. “Üçtəpə əməliyyatı”, Yəhya Məmmədov. 
Nahld. “Qaynananın sandığı”, Mirzağa Atəş. 
Vəzir. “Fərhad və Şirin”, Səməd Vurğun. 
Əliqulu. “Tamahkar”, Süleyman Sani Axundov. 
Ədalət. “Məhv olmuş gündəliklər”, İlyas Əfəndiyev. 
Kişi. “Müqtədir”, Kələntər Kələntərli. 
 
O, 1971-ci ilin yanvarında Sumqayıt Dövlət Dram Teatrına gəlib və yeddi 
aydan sonra yenə geri qayıdıb. Mingəçevir teatrında  bir xeyli də lap kiçik və 
sözsüz rollar oynayan Firuz Xudaverdiyev 1976-cı il avqust ayının 26-da o 
kollektivdən ayrılıb. O, 1976-cı il sentyabr ayının 10-dan Akademik Milli Dram 
Teatrının aktyor truppasında çalışır. İşlədiyi müddətdə aşağıdakı rolları oynayıb. 
 
Nikolay Koşkin. “Daşqın”, Anatoli Safronov. 
Bir kişi. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Birinci Qulam və Qoca. “Fitnə”, Abdulla Şaiq. 
Çolaq. “Yad adam”, Leonqard Frank. 
Birinci Polis. “Səhra yuxuları”, Anar. 
Ter Vahan, “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Əsgər. “Maqbet”, Vilyam Şekspir. 
Molla. “Mirzə Şəfi Vazeh”. Nəbi Xəzri. 
Hans. “Gecəniın sirri”, Anatoli Safronov. 
Birinci qanun. “İblis”, Hüseyn Cavid. 
Kərhəlayı Bəndalı. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kiçik 
səhnədə. 
Aşbaz Abbas. “Sehrli alma”, Yozef Lada. 
Vəli. “İlham pərisi”, Cahan Əfruz. Kiçik səhnədə. 
Xəstə. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov. 
MoIIa Həzrətqulu. “Sizi deyib gəlmişəm...”, Anar. 
Çayçı. “Təhminə və Zaur”, Anar. 
Teodrik. “Böyük Romul”, Fridrix Dürrenmatt. 
Atəşbad. “Od gəlini”, Cəfər Cabbarlı. 
Cani. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Dilənçi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Üçüncü şikayətçi. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Qulam Qərib. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Xəfiyyə. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Nümayəndə. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov. 


Əcəm. “Qanlı Nigar”, Sadıq Şendil. 
Birinci milis. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Roşik. “Qanqın böyük dalğası” Cahan Əfruz. 
Bilal kişi. “Yalan”, Sabit Rəhman. 
Birinci polis. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Oyunbaz. “Qədr gecəsi”, Eldar Baxış. 
Məşədi Cəfər. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Qoca. “Min illərin işığı”, Kamil Abdullayev. 
MoIIa Vəli. “Dindirir əsr bizi...”, Davud Aslan. 
Vasili İppolitoviç. “Şadlıq sorağında”, Viktor Rozov. 
Birinci ərizəçi. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Qulam. “Aydın”, Cəfər Cabbarlı. 
Heydərqulu. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Həkim. “Kəllə”, Nazim Hikmət. 
Molla. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
 
Aktyor Azərbaycan Dövlət Televiziyasında Aqşin Babayevin “Dəvətnamə” 
(Müəllim), Altay Məmmədovun “Həmyerlilər” (Sarı Sarızadə), Üzeyir bəy 
Hacıbəyovun felyetonları əsasında “Ordan-burdan” (Müəllim), Əzizə Cəfərzadənin 
“Pəncərədə işıq” (Firuz) pyeslərinin teletamaşalarında oynayıb. 
Firuz İslam oğlu Xudaverdiyev səhnə sənətində uzun illər çalışdığına görə 
24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına 
layiq görülüb. 
 
 
Sadıq İBRAHİMOV 
Əməkdar artist 
 
  Həm qəhrəman, həm epizod, həm də 
xarakterik rollar oynayır. Təbiətən sakit, daxilən 
dramatik ehtiraslı aktyordur. 
İfadə vasitələrində romantik aktyor 
məktəbinin estetik prinsiplərinə xas olan estetik 
səciyyələr də vardır. Quruluşçu rejissorlardan 
əsasən Mehdi Məmmədovla, Tofiq Kazımovla, 
Məmmədkamal Kazımovla, Əşrəf Quliyevlə, 
Mərahim Fərzəlibəyovla və Bəhram Osmanovla 
işləyib. Xan (“Lənkəran xanının vəziri”, Mirzə 
Fətəli Axundzadə) tipli komik rollarda 
dramatizmin psixoloji çalarlarından məharətlə istifadə edir. 
Sadıq Əliabbas oğlu İbrahimov 23 dekabr 1945-ci il Bakıda doğulub. 
Yeddinci sinifə qədər paytaxtdakı 173 saylı orta məktəbdə oxuyub. On üç yaşından 
Mərkəzi Pionerlər Evinin (1961-ci ildən Yuri Qaqarin adına Pionerlər Sarayı 
adlanıb) dram dərnəyinə üzv yazılıb. Dərnəyin rəhbəri Gənc Tamaşaçılar Teatrının 
aktyoru, sonralar xalq artisti fəxri adı ilə təltif olunmuş Süleyman Ələsgərov idi. O, 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə