Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə33/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm 
Əylislinin “Quşu uçan budaqlar” psixoloji dramını tamaşaya hazırlayan Tofıq 
Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə 
Səltənət rolunu oynayıb. Bu tamaşanın premyerası 1978-ci il dekabr ayının 29-da 
göstərilib. Tələbə-aktrisanın böyük səhnədə debütü uğurla alınıb. 
Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer 
tutan Ədil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci 
ildə başa vurub. Təyinatla Akademik Milli Drara Teatrına göndərilib və avqust 
ayının 26-da aktyor truppasına aktrisa götürülüb. Onun yaradıcılığına zənginlik, 
ifaçılıq sənətkarlığına əlvanlıq gətirən rolların siyahısı öz sanbalı bədii siqləti ilə 
seçilir. 
Bəsti Cəfərova Akademik teatrda işləyə-işləyə rejissor Vaqif 
İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində “Mən Dədə 
Qorqud...” (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin 
“Təskinlik verməyi unutmayın” (“Kiçik şahzadə”, Qızılgül, Çöl çiçəyi və Fanarçı), 
“Yuğ” Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın “Heydərbaba” əsəri 
əsasında səhnələşdirdiyi “Salam” (Qadın) əsərlərinin tamaşalarında da cazibəli 
rollar oynayıb. Sözsüz ki, onun aktyorluq qabiliyyətinin potensial imkanları ilk 
növbədə Akademik teatrda oynadığı aşağıdakı rolların səhnə təcəssümündə daha 
geniş şəkildə üzə çıxıb.  
Səltənət. “Quşu uçan budaqlar”, Əkrəm Əylisli. 
Nazlı. “Əliqulu evlənir”, Sabit Rəhman. 
Luiza Bruk. “Səhra yuxuları”, Anar. 
Ripsime. “Şərqli diş həkimi”, Akop Paronyan. 
Zeynəb və Arzu. “Kimdir haqlı?”, Bəxtiyar Vahabzadə. 
Pakizə. “Mirzə Şəfı Vazeh”, Nəbi Xəzri. 
Qadın. “Sizi deyib gəlmişəm...”, Anar. 
Qaraçı və Xavər. “İblis”, Hüseyn Cavid. 
Lalə. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
Gülya. “İlham pərisi», Cahan Əfruz. Kiçik səhnədə. 
Solmaz. “Od gəlini”, Cəfər Cabbarlı. 
Məleykə və Sevilino. “Səməndər quşu”, Firudin Agayev. Kiçik səhnədə. 
Bənövşə. “Nişanlı qız”, Sabit Rəhman. 
Nazilə. “Çahargah fantaziyası”, Kərim Kərimov. 
Gülrux. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Gülçin, İspan gözəli və Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa. 
Əsmər. “Günah”, Rəhman Əlizadə. 
Züleyxa. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Bədidə və Nigar. “Qanlı Nigar”, Sadıq Şendil. 
Soll. “Qanqın böyük dalğası”, Cahan Əfruz. 
Sürəyya. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Martrio. “Disi canavar”, Federiko Qarsia Lorka.  
Azadə xanım. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev.  
Dilarə. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov.  
Gülbahar. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə.  


Qonerilya. “Kral Lir”, Vilyam Şekspir. 
Ağabəyim ağa. “Hökmdar və qızı”, Ilyas Əfəndıyev.  
Qaliyə və Adlay. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində 
məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov.  
Ədilə. “Poçt şöbəsində xəyal”, Elçin.  
Fedra. “Fedra”, Jan Rasin.  
Afət. “Afət”, Hüseyn Cavıd. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Cəfər Cabbarlının 
“Solğun çiçəklər” (Pəri), Mar Bayğıyevin “Ər və arvad” (Gülay), Anatoli 
Dudarevin “Astana” (Alina), Əzizə Cəfərzadənin “Analar” (Rəna), Hüseynbala 
Mirələmovun “Güllələnmis heykəllər” (Ağabəyim ağa) əsərlərinin tamaşalarında 
da əlvan rollarla iştirak edib. 
Bəsti Əli qızı Cəfərova 17 may 1989-cu ildə Azərbaycan Respublikasının 
əməkdar artisti, 24 may 1998-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 
  
  
Laləzar MUSTAFAYEVA 
Xalq artisti 
   
Faciə və dramatik rollar, romantik 
ahəngli səhnə obrazlarının ifası üçün xarakterik 
səsi var. Temperamentli surətləri coşğun 
ehtirasla oynayır. Yaradıcılıq xüsusiyyətlərinin, 
ifadə vasitələrinin mayasında zərif yumor 
elementləri də var. Gözəl qiraət ustasıdır, 
klassik irsimizdən və çağdaş şairlərin poeziya 
nümunələrindən silsilə proqramı var. 
Laləzar Bəşir qızı Mustafayeva 1962-ci il 
sentyabr ayının 30-da Balakən rayonunun 
Qullar kəndində doğulub. Oradakı orta məktəbi 
1979-cu ildə bitirərək bir il kənd kitabxanasında işləyib. Mədəni Maarif 
Texnikumunun rejissorluq fakültəsini fərqlənmə diplomu ilə qurtarıb (1980-1982) 
və ailə qurduğuna görə işləməyib.  
1985-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ali məktəb təhsilini 1990-cı ilin 
iyun ayında başa vuran Laləzar Mustafayeva təyinatla Akademik Milli Dram 
Teatrına göndərilib və sentyabrın 1 -də kollektivin aktyor truppasına götürülüb. 
Akrtisa  işlədiyi illər ərzində aşağıdakı rollarını oynayıb. 
Alya. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə. 
Ameliya. “Dişi canavar”, Federiko Qarsia Lorka. 
Leyla. “Qısqanc ürəklər”, Marat Haqverdiyev. 
Gulbahar. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə.  
Abbi Patnem. “Qarağaclar altında ehtiraslar”, Yucin ONil. 
Qumru müəllim. “Ana intiqamı”, Vidadi Babanlı.  


Məhin Banu. “Fərhad və Şırin”, Səməd Vurğun. 
Məleykə və Aydan. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
İcgen xatun. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Ziba xanım. “Lənkəran  xanının vəzıri”, Mirzə  Fətəli Axundzadə. 
Hüquqə xanım. “Bu dünyanın adamları”, Hidayət. 
 
Aktrisa “Güllələnmə təxirə salınır” (Laləzar), “Gənc qadının əri” (Xalidə), 
“Uzun gecə” (Qadın), “Qəzəlxan” (Birinci arvad), “Qara Volqa” (Pəncəli), “Divar” 
(Nazlı), “Ağ atlı oğlan” (Şəhla) bədii filmlərinə çəkilib. 
Laləzar Bəşir qızı Mustafayeva teatr sənətindəki fəaliyyətinə görə 24 may 
1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə 
xalq artisti fəxri adları ilə təltif olunub. 
 
 
Məleykə ƏSƏDOVA 
Xalq artisti 
   
Məleykə Əlifağa qızı Əsədova 1966-cı il 
aprel ayının 23-də Neftçala rayonunda 
doğulub. Oradakı 1 saylı orta məktəbi 1983-cü 
ildə bitirərək Mirzağa Əliyev adına 
Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
mədəni-maarif fakültəsinə daxil olub. Dörd il 
təhsil alaraq teatr kollektivinin rəhbəri 
ixtisasına yiyələnib. 
1987-ci  ildə  institutu  bitirərək  
təyinatla  doğma rayoru Neftçalaya göndərilib. 
İki il burada mədəniyyət sahəsində işləyib, 
eyni zamanda müğənnilik edib (1 noyabr 1987-29 aprel 1989).  
Təyinat müddətini başa vuran və aktrisa sənətinə böyük maraq göstərən 
Məleykə Əsədova 29 aprel 1989-cu ildə Bakıya gələrək yenicə təşkil olunmuş 
Dövlət Gənclər Teatrının truppasına daxil olub. 1993-cü il fevral ayının 18-ə kimi 
bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə 
obrazları aşağıdakılardır. 
Gültəkin. “Aydın”, Cəfər Cabbarlı. 
Nəzifə. “Dağ tikirik”, Vaqif Səmədoğlu. 
Tamara. “Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə. 
Sədəf. “Sultanqulu körpüsü”, İsi Məlikzadə.  
Leyli. “Leyli və Məcnun”, Məhəmməd Füzulinin eyniadlı poeması əsasında 
dramatik kompozisiya. 
 
Dövlət Gənclər Teatrında müəyyən səhnə təcrübəsi toplayan Məleykə 
Əsədova 1993-cü ilin 15 fevralında bu kollektivdən işdən çıxıb. Fevral ayının 15-
də də Akademik Milli Dram Teatrının möhtəşəm yaradıcılıq ömürcəsinə malik 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə