Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə30/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

(Milis rəisi), Məcnun Vahidovun “Yarımştat” (Muxtar), Salam  
Qədirzadənin “Mən və mən” (müxtəlif satirik personajlar), Cəlil 
Məmmədquluzadənin hekayələri əsasında Anarın “Nigarançılıq” (Qurbanəli bəy)... 
əsərlərinin teletamaşaları televiziyanın fondunda daimi sənət nümunələri kimi 
qorunur. 
Teatr sənətində böyük uğurlarına görə Yaşar Nuriyev Azərbaycan 
Respublikası Lenin Komsomolu (1984), “Qızıl Dərviş” (1992 və 1996) mükafatları 
laureatıdır. Səhnədə və ekranda yaratdığı parlaq obrazlara görə 1 dekabr 1981-ci 
ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 mart 1989-cu ildə xalq artisti 
fəxri adlarına layiq görülüb. 
Yaşar Nuriyev görkəmcə ortaboyludur. Ancaq səmimiyyəti sirayətedici 
olduğuna görə səhnədəki hadisələrin, hətta ən mürəkkəb psixoloji ovqatlarını 
həssaslıqla duyduğu, onu öz oyununda  böyük istedadla təcəssüm etdirdiyi üçün və 
üstəgəl səhnədə son dərəcə yaradıcı sərbəstliklə davranmağa qadirliyi baxımından 
tamaşaçı salonundan əzəmətli görünür. 
Əzəmətli aktyordur və bu əzəmətin mayasında yaradıcı istedad, 
axtarışlarının təkamülü durduğuna görə o, ən böyük səhnə və ekran boşluğunu 
təkbaşına doldura bilir. 
Cəsarətli aktyordur. Qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud 
aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, 
karnaval estetikasına uyğun obrazların ifasına qətiyyətlə girişir. Həssas musiqi 
duyumu, səsinin şirinliyi, daxili ritmi bütün kəskin dəyişmə məqamlarında 
saxlamaq bacarığı bu cəsarətin yaradıcılıq kəhkəşanında geniş qanad açmasını 
təminatlandırır. Cəsarət, aktyorun istedadının bir keyfıyyəti kimi estetik təcəssum 
tapır. 
Yaşar Nuriyev canlı, təravətli, dinamik, dadlı-tamlı, nikbin, həyatsevər, 
zəhmətkeş, ən əsası isə tamaşaçıların böyük rəğbətini qazanmış intızarında 
olduqları sənətçidir. 
 
 
 
 
 
 
 
 
 


Ramiz NOVRUZOV 
Xalq artisti 
 
  Yaradıcılıq istiqaməti, qabiliyyət və 
bacarığının aktyorluq xüsusiyyətləri realist teatr 
məktəbinin poetika göstəricilərinə uyğundur. 
Ritorikadan və zahiri pafosdan uzaq olmağa 
çalışır. Lirik təmayüllü psixoloji rollarda daha 
çox  uğur qazanır. Dramaturgiya ilə də məşğul 
olur. “At ilinin birinci ayı” dramı Gəncə Dövlət 
Dram Teatrında və Dövlət televiziyasında, 
“Hələ sevirəm deməmişdilər...” dramı 
Akademik Milli Dram Teatrında tamaşaya 
hazırlanıb. “Novruz” onun yazıçı təxəllüsüdür. 
Ramiz Qəvvam oğlu Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun 
Səmədabad qəsəbəsində doğulub. Orta məktəbi qəsəbədə bitirərək Bakıya gəlmiş, 
müxtəlif mətbəə və tikintilərdə fəhlə işləmişdir. 1974-cü ildə Mirzağa Əliyev adına 
Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə 
daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda dörd il təhsil alaraq 
oranı 1978-ci ildə bitirib. Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət 
Dram Teatrına göndərilib. Gənc aktyor burada Mixail Lermontovun “Maskarad” 
(Knyaz Zvezdiq), Tofiq Kazımovun “Muradın kələkləri” (Məsxərəci) və Nəriman 
Həsənzadənin “Bütün Şərq bilsin” (General Şıxlinski) dramlarının tamaşalarında 
iştirak edib. Böyük səhnədə ilk addımları uğurlu alınıb. 
Təyinat müddətini Sumqayıt teatrında başa vuran Ramiz Novruzov Bakıya 
qayıdıb. O, 16 may 1981-cı ildə Akademik Milli Dram Teatrının şöhrətli və 
müqtədir aktyor truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan 
tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Onun Akademik 
teatrda oynadığı rolları illərin ardıcıllığı ilə aşağıdakı şəkildə sıraya düzmək 
aktyorun keçdiyi yaradıcılıq yolu barədə aydın mənzərə yaradır. 
Nəvvab və İran şahzadəsi. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Seyton. “Maqbet”, Vilyam Şekspır.  
Molla Əhməd. “Mirzə Şəfı Vazeh”, Nəbi Xəzri.  
Kreon. “Medeya”, Jan Anuy. Kiçik səhnədə.  
Nikolay. “Gecənin sirri”, Anatoli Safronov.  
Nazim. “Közərən ocaqlar”, Mirzə İbrahimov.  
İkinci qanun. “İblis”, Hüseyn Cavid.  
Ayəba. “Atabəylər”, Nəriman Həsənzadə.  
Şaliko və Qacar. “Vaqif”, Səməd Vurğun.  
İbn Yəmin. “İblis”, Hüseyn Cavid.  
Bahadır. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.  
Oqtay. “İlham pərisi”, Cahan Əfruz. Kiçik səhnədə.  
Loğman. “Fəryad”, Bəxtiyar Vahabzadə.  
Saday. “Səməndər quşu”, Firudin Ağayev. Kiçik səhnədə.  
Yaralı zabit. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.  


Rövşən. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə. 
Muxtar. “Təhminə və Zaur”, Anar. 
Rəbi. “Od gəlini”, Cəfər Cabbarlı. 
Mayor Edmund. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa. 
Smit. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Səlim bəy. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axunzadə. 
Qafqazlı. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Toğrul. “Qızıl teşt”, Seyran Səxavət. 
Anri. “Dəfn edilməmiş ölülər”, Jan Pol Sartr. Kicik səhnədə. 
Məhəmməd Cuvarlı. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Fərhad. “Sənsiz”, Şıxəli Qurbanov. 
Laçın. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə. 
Oyunbaz. “Qədr gecəsi”, Eldar Baxış. 
Nizaməddin. “Min illərin işığı”, Kamil Abdullayev. 
Qoşqar. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə. 
Ağqoyunlu əmi. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli. 
Edmund. “Kral Lir”, Vilyam Şekspir. 
Cəmil. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev. 
Cığatay. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. Kiçik səhnədə. 
Surxay. “Aydın”, Cəfər Cabbarlı. 
Sisyanov və Kərbəlayı Xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Pompey. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Baş redaktor. “Mənim sevimli dəlim”, Elçin. 
Ədib. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz 
Aytmatov və Muxtar Şahanov. 
Toğrul. “Cəzasız günah”, Bəxtiyar Vahabzadə. 
Andranik və Nostradamus. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz 
Novruz. 
 
Ramiz Novruzovun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. 
İstedadlı aktyor “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nizami 
filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” kinolentində general Həzi 
Aslanov, “Alman klinikasına qeyri-rəsmi səfər” və “Sarı gəlin” əsərlərində Baba 
Əlıyev və Rasim rollarına çəkilib. 
Hüseyn Cavidin “Topal Teymur” (Divanbəyi), Lev Tolstoyun “Kreyser 
sonatası” (Musiqi müəllimi), Jan Pol Sartrın “Dəfn edilməmiş ölülər” (Anri), 
Andre Moruanın “Bənövşələr” (Bertrand), Vilyam Şekspirin “Antoni və 
Kleopatra” (Antonio), Mövlud Süleymanlının “Fatehlərin divanı” (Atilla), Orxan 
Kamaln “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad), Səməd Behrənginin 
“Balaca qara balıq” (Aparıcı), teletamaşalarında maraqlı rollar oynayıb. 
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Qəvvam oğlu Novruzov 7 fevral 
1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1998-ci ildə 
xalq artisti fəxri adlarına layiq görülüb.      
  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə