Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və 
mahiyyət təcəssümünü tapıb. 
İkinci qulam və İbn Tahir. “Xəyyam”, Hüseyn Cavid. 
Katib. “Zamanın hokum”, Nikolay Poqodin. 
Dördüncü qaçaq. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
Kərəm. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə. 
Gənc. “Sən yanmasan...”, Nəbi Xəzri. 
Kukuri. “Darıxma, ana!”, Nodar Dumbadze. 
Lakey və Novruz bəy. “Aydın”, Cəfər Cabbarlı. 
Kiçik qardaş və Şaliko. “Vaqif”, Səməd Vurğun. 
Elşən. “Mənziliniz mübarək!”, Seyfəddin Dağlı. 
Qəşəm. “Yol ayrıcında”, İslam Səfərli. 
Kişi. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət. 
Alman zabiti. “İnsan”, Səməd Vurğun. 
Fransisko. “Fırtına”, Vilyam Şekspir. 
Fəhlə. “Knyaz”, Hüseyn Cavid. 
Tufan. “Əks-səda”, Nəbi Xəzri. 
Meyvəçi. “Xanuma”, Avqisenti Saqareli. 
Katib. “Kreml saatı”, Nikolay Poqodin. 
Carçı. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı romanı 
əsasında Tofıq Kazımovun işləməsi. 
Yanvar. “Kölgələr pıçıldaşır”, Seyfəddin Dağlı. 
Rüstəm. “Vəkil neyləsin...”, Ramiz Fətəliyev. 
Səmərqəndli. “Məhəbbət əfsanəsi”, Nazim Hikmət. 
Daşqın. “Yollara iz düşür”, İslam Səfərli. 
Hacı Cəfər. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Məmmədəli bəy. “Sevil”, Cəfər Cabbarlı. 
Ərşad. “Quşu uçan budaqlar”, Əkrəm Əylisli. 
Fənd Bağır. “Adamın adamı”, Anar. 
Naməlum adam. “Karıxmış sultan”, Taufıq əl Hakimi.  
Ruzigar. “Səhra yuxuları”, Anar.  
Muradalı. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev.  
Həkim. “Maqbet”, Vilyam Şekspir. 
Barataşvili. “Mirzə Şəfi”, Nəbi Xəzri.  
Məmmədhəsən əmi. “Sizi deyib gəlmişəm...”, Anar.  
Yaralı zabit. “İblis”, Hüseyn Cavid.  
Fariz. “Büllur sarayda”, İlyas Əfəndiyev.  
Yad adam. “Atabəylər”, Nəriman Həsənzadə.  
Orduxanov. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov.  
Ruhani. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.  
Apallion. “Böyük Romul”, Fridrix Dürrenmatt.  
Sönməz. “Od gəlini”, Cəfər Cabbarlı.  
Çopur. “Günah”, Rəhman Əlizadə.  
Hacı Əsədulla. “Mənsiz dünya”, Nəbi Xəzri.  
Həkim. “Tufandan əvvəl”, Arif Süleymanov.  


İmanov. “Yayda qartopu oyunu”, Vaqif Səmədoğlu.  
Umud. “Yalan”, Sabit Rəhman. 
Katib-robot. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə.  
Ağadadaş Nəcəfov. “Dəlilər və ağıllılar”, İlyas  Əfəndiyev.  
Ziyad. “Məhəbbət yaşadır”, Nahid Hacızadə.  
Simran. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə.  
Qraf Kent. “Kral Lir”, Vilyam Şekspir.  
Mehdiqulu. “Ah, Paris... Paris!..”, Elçin.  
Teatr aktyoru. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Məsul katib. “Mənim sevimli dəlim”, Elçin. 
Yan Çunq. “Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə. 
Qonşu. “Mənim ərim dəlidir” (“Diaqnoz “D”), Elçin. 
Qoşqar Kəngərli. “Bu dünyanın adamları”, Hidayət Orucov. 
İbn Zeyd. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Mirzə Ələkbər Sabir. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
 
Hacı İsmayılovun kino yaradıcılığı, bu sənətdəki populyarlığı və şöhrəti, 
qazandığı genişmiqyaslı tamaşaçı məhəbbəti onun teatr fəaliyyətindən daha 
parlaqdır. Aktyor “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə Rasim Ocaqovun 
rejissoru olduğu “Ad günü” filmində Mustafa roluna çəkilib. Elə bu rolla da böyük 
uğur qazanıb və o, Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (22 
aprel 1980). Bundan sonra “Bağlı qapı arxasında” (Alik), “Dantenin yubileyi” 
(Əlikram), “Yol hadisəsi” (Mürşüd), “Ölsəm, bağışla” (Tağı), “Fəryad” (Rövşən), 
“Nakəs” (Xəstə), “Yaramaz” (Hacı), “Bəyin oğurlanması” (Tağı), “Şeytan göz 
qabağında” (Balıqçı), “Özgə həyat” (Qasımov), “Həm ticarət, həm ziyarət” 
(Mustafa müəllim), “Sarı gəlin” (Qədir), “Işgüzar Səftər” (Oqtay) filmlərində 
müxtəlif xarakterli rollara çəkilib. 
Azərbaycan  Dövlət Televiziyasında hazırlanmış çoxlu əsərlərdə iştirak edib. 
Onların arasında Vaqif Səmədoğlunun üçhissəli “Yaşıl eynəkli adam” (Qafar), 
Mövlud Süleymanlının “Fatehlərin divanı” (Qazi), Üzeyir bəy Hacıbəyovun 
felyetonları əsasında işlənmiş “Ordan burdan” (Qoçu Gülbala), İlyas Əfəndiyevin 
“Atayevlər ailəsində” (Xuruş), Altay Məmmədovun “Kişilər” (Səməndər), Vəsid 
bəy Əfəndiyevin “Qonşu qonşu olsa kor qız ərə gedər” (Əhməd), Mehdi Hüseynin 
“Alov” (Bədəl), Aqşin Babayevin “Nekroloq” (Fərəc), Anarın “Nigarançılıq” 
(Kəblə Qasım) teletamaşalarında yaratdığı duzlu, yumorlu, dramatik və tipik 
obrazlar daha uğurlu sənət axtarışlarının bəhrəsidir. 
 Məshur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə 
qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının 
əməkdar artisti və 19 dekabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.                 
 
 


 
Zərnigar AĞAKİŞİYEVA 
Xalq artisti 
   
Yaradıcılıq ruhuna və fərdi üslub 
keyfiyyətlərinə görə realist aktyor məktəbinin 
estetik səciyyələrinə və poetika 
xüsusiyyətlərinə daha yaxındır. Karnaval 
estetikalı şən komediya rollarını və tipik 
cəhətləri ilə diqqəti çəkən dramatik rollarda 
daha şövqlə oynayır. Daxili ehtirasını və 
psixoloji tapıntılarını ifa etdiyi obrazın səhnə 
təfsirinə uyğun tərzdə məharətlə nizamlaya 
bilir. 
Zərnigar Fəti qızı Ağakişiyeva 7 noyabr 1945-ci ildə Quba rayonunun 
Rustov kəndində doğulub. Uşaq yaşlarından ailəsi Qubaya köçüb və o, burada 3 
saylı rus məktəbinin səkkizinci sinfini bitirib. İki il fasilə verəndən sonra 1963-cü 
ildə Bakıya gəlib və Kooperativ Texnikumunun sənaye malları üzrə əmtəəşünas 
fakultəsinə daxil olub. 1966-cı ildə oranı bitirərək Moskvaya gedıb və Kooperativ 
Texnikumunun nəzdində birillik ticarət reklamı üzrə xüsusi kursu qurtarıb. Bir il 
Bakıda bu ixtisas üzrə işləyıb və 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan 
Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinin musiqili 
komediya aktyorluğu şöbəsinə daxil olub. İnstitutun Tədrıs teatrında Cəfər 
Cabbarlının “Aydın” faciəsində Susanna rolunu  məharətlə oynadığına görə ikinci 
semestrdə onu rektorun əmri ilə dram və kino aktyorluğu fakültəsinin gündüz 
şöbəsinə keçiriblər.Eyni zamanda Tədris teartına aktrisa götürülüb və burada 
Züleyxa (“Yusif və Züleyxa”, Nazim Hikmət), Zənci qadın (“Bir iş gör, Met”, 
Əziz Nesin) rollarını oynayıb. 
İnstitut təhsilini tamamlayandan sonra da bir müddət Tədris teartında aktrisa 
kimi çalışan Zərnigar Ağakişiyeva rejissor Əşrəf Quliyevin dəvətilə Akademik 
Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən Aleksandr 
Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. Həmin ilin 23 
dekabrında isə yenə Əşrəf Quliyevin quruluşunda Nazim Hikmətin “Şöhrət və ya 
unudulan adam” dramında Qadın obrazını ifa edib. Qazandığı uğurlara görə 
Zərnigar Ağakişiyeva 2 sentyabr 1974-cü ildə Akademik Milli Dram Teatrının 
aktyor heyətinə aktrisa qəbul olunub. 
O, 15 iyun 1992-ci ildə teatrdan uzaqlaşıb və özəl milli kamera truppası 
toplayaraq fərdi fəaliyyətə başlayıb. Bəxtiyar Vahabzadənin poetik nümunələri 
əsasında “Könüldən qalan səslər” kompozisiyasını, Oruc Qurbanovun “Yorğan-
döşək”, “Qan” musiqili estrada tamaşalarını hazırlayıb. Paralel olaraq fılmlərə 
çəkilib, televiziya tamaşalarında rollar oynayıb. 
Zərnigar Ağakişiyeva 2 sentyabr 1999-cu ildən yenə Akademik teatrın 
yaradıcı heyətində fəaliyyət göstərir. Məşhur aktrisa müəyyən fasilələrlə Milli 
Dram Teatrının səhnəsində xeyli rol oynayıb. Onlar oxuculara illərin ardıcıllığı ilə 
təqdim edilir.  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə