Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

Həsən MƏMMƏDOV 
Xalq artisti 
 
 Daha çox kino aktyoru kimi populyardır. 
Təbiətcə sakit, psixoloji cəhətdən mürəkkəb 
təbəddülatlardan keçən dramatik obrazları 
ekranda və səhnədə məharətlə canlandıra bilir. 
Daha çox texniki imkanlarla oynamağı xoşlayır. 
Tamaşada  və çəkiliş meydançalarında təmkinli 
davranışı, soyuq, ancaq ifadəli aktyorluq 
vasitələrindən yerli-yerində istifadə edə bilməsi 
ilə seçilir. 
Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu 
Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 
saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin 
(bugünkü Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci 
kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində 
aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr 
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində 
müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə 
xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik 
Milli Dram Teatrına göndərılıb. Sentyabr ayının 10-da bu qədim sənət ocağının 
aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə 
əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə 
kollektivə qayıdıb. 
İldən ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972 ci il fevral 
ayının 2-də köçürmə yolu ilə Akademik teatrdan çıxaraq “Azərbaycanfilm” 
kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il may ayının 27-də dəvətlə Cəmil 
Əlibəyovun “Gülüstanda qətl” (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının 
tamaşasında İlyas İbrahimov rolunu  oynayıb. O, Akademik teatrın direktoru və 
bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il noyabr ayının 21-dən yenidən 
doğma kollektivin aktyor truppasında çalışır. Aktyorun rollar siyahısında milli və 
Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin 
tamaşalarındakı səhnə obrazları var.  
Şeyda. “Toy”, Sabit Rəhman.  
Nənsad. “Köç”, Cavad Fəhmi Başqut.  
Səhhət. “Kimdir müqəssir?”, Hüseyn Muxtarov.  
Monqomeri. “Orlean qızı”, Fridrix Şiller.  
Pərviz. “Görünməmiş toy”, Qriqori Qorin və Arkadi Arkanov. 
Gil. “Tufanlı il”, Aleksey Kapler. 
Gildenstern. “Hamlet”, Vilyam Şekspir. 
Fikrət. “İkinci səs”, Bəxtiyar Vahabzadə. 
Camal. “Almaz”, Cəfər Cabbarlı. 
Həsən Sabbah. “Xəyyam”, Hüseyn Cavid. 
Bayram. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə. 


İnam. “Sən yanmasan...”, Nəbi Xəzri. 
İlyas İsbatov. “Gülüstanda qətl”, Cəmil Əlibəyov. 
Xosrov. “Fərhad və Şirin”, Səməd Vurğun. 
Umud. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə. 
Axund Mir Möhsün ağa. “Hökmdar və qızı”, İlyas Əfəndiyev 
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi 
yer tutur. O, “Azərbaycanfilm”də istehsal olunmuş “Böyük dayaq” (Qaraş), “Arşın 
mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), 
“Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” 
(Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa 
Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub 
şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), 
“Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” 
(Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), 
“Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) 
filmlərində aparıcı rollar oynayıb. 
Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində 
göstərdiyi xidmətlərə görə 1971-ci il noyabr ayının 18-də Azərbaycan 
Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına 
layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə 
SSRİ Dövlət, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün 
Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə 
Respublika Lenin komsomolu mükafatı laureatı olub.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
  
 
Safurə İBRAHİMOVA  
Xalq artisti 
 
 
 Səhnə məlahəti və səhnə cazibəsi ilə həmışə tamaşaçıları heyran qoyan, 
teatrşünaslığın diqqət mərkəzində duran aktrisa olub. Yüksək teatr etikasına, 
zəngin aktyorluq ifadə vasitələrinə, lətafətli oyun tərzinə, füsunkar sirayətçilik 
qabiliyyətinə malik sənətkardır. Səhnədə nə qədər şöhrət qazanıbsa, kinoda da bir o 
qədər populyardır, milyonlarla tamaşaçı qəlbində özünə rəğbət və məhəbbət tapıb. 
Safurə Ağabala qızı İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda 
doğulub. Şəhərdəki 14 saylı məktəbi bitirib və 1955-ci ildən 1960-cı ilə qədər 
“Stalinneft”də, 44 saylı orta məktəbdə işləyib və paralel olaraq dram dərnəyinə 
gedib. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Elə birinci kursdan onu Akadamik 
Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının 
tamaşasında Xatirə rolunu oynamağa dəvət ediblər. Bundan sonra ona daha bir 
neçə rol tapşırılıb və tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın 
truppasına qəbul edilib. İnstitutu bitirənə qədər altı yeni tamaşada maraqlı obraz 
yaradıb. 
Qüdrətli istedad sahibi Safurə İbrahimova ali təhsilini bitirəndən sonra da 
Akademik teatrda işləyib. Bu illər ərzində o, aşağıdakı sanballı silsilə rollar 
yaradıb. 
Tatyana. “Şadlıq sorağında”, Viktor Rozov. 
Gəlin və İkinci cariyə. “Səyavuş”, Hüseyn Cavid. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə