Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

Mehriban 
ƏLƏKBƏRZADƏ 
Quruluşçu rejissor 
 
  Quruluş verdiyi tamaşalarda çağdaş 
avanqard teatr estetikasının prinsiplərindən 
orijinal tərzdə bəhrələnə bilir. Psixoji özüllü 
janrlara üstünlük verir. Son illər “Space” özəl 
telekanalında müəllif-aparıcı kimi 
məşhurlaşıb. 
Mehriban Zaur qızı Ələkbərzadə 1965-
ci il avqust ayının 5-də Gəncə şəhərində 
doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt 
şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il 
Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. Mirzağa Əliyev adına 
Azərbaycan Dövlət İncəsənət İnstitutun rejissorluq fakültəsinə 1983-cü ildə daxil 
olub. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan 
Mehriban Ələkbərzadə tələbəlık illərində institutun Tədris teatrında Tennessı 
Uilyamsın “Sökülən yurd”, Eduard de Filipponun “Silindr”, Dövlət televiziyasında 
Elçinin “Ömrün son səhəri” pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri 
televiziya tamaşası kimi də çəkilib. 
Ali savadlı rejissor diplomu almaq üçün o, 1998-ci il iyunun 11-də 
Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın “Dəfn edilməmiş 
ölülər” dramını tamaşaya hazırlayıb. “Əla” qiymət alan gənc rejissor təyinatla 
Lənkəran Dövlət Dram Teatrına göndərilib. Burada Şıxəli Qurbanovun “Sənsiz” (2 
noyabr 1989), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (25 mart 1989), Stanislav 
Stratiyevin “Avtobus”, (“Çarəsiz sərnişinlər”. 24 aprel 1990) pyeslərinə quruluş 
verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra “Azərbaycanfılm” 
kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkib. 
İstedadlı rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də 
Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 
1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. Onun Akademik teatrda 
hazırladığı tamaşalar bunlardır. 
1988, 11 iyun. ”Dəfn edilməmiş ölülər”, Jan Pol Sartr. Tərcümə edəni Rəfiq 
Zəka Xəndan. 
1995, 12 yanvar. “Min illərin işığı”, Kamil Abdullayev. 
1995, 4 iyun. Kiçik səhnədə. “Müəmmalı bir qəlin üç versiyası”, Ryunesko 
Akutaqavanın hekayəsi əsasında Esmira Əliyevanın işləməsi. 
2001, 23 fevral. “Poçt şöbəsində xəyal”, Elçin. 
2003, 18 aprel. “Afət”, Hüseyn Cavid. 
 
Televiziya ekranlarında daha populyar olmuş istedadlı rejissor Mehriban 
Ələkbərzadə əlvan forma axtarışlarına cəsarətlə girişir. Dramaturji hadisələrin  
səhnə  həllində  incə  lirizmə, psixoloji münasibətlərin zərifliyinə xüsusi fikir verir. 


İnsan münasibətlərinin mürəkkəbliklərinə yaradıcı müdaxilə onu çox 
maraqlandırır. 
Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid 
Hacızadənin “Yaşa, ey haqq!”, Jan Koktonun “İnsan səsi”, Marşa Normanın 
“Gecən xeyrə qalsın, ana”, Mehriban Vəzirın “İlğım”, Afaq Məsudun “Cəza” 
əsərlərini tamaşaya hazırlayıb. 
“Space” televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu 
“Dünən, bu gün, sabah, “Telebenefıs”, “Fövqəl dünya və mən” bədii 
kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya 
kanalında dörd seriyalı “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Azərbaycan 
xanlıqları” bədİi-sənədli fılmlərin rejissorudur. 
 
AKTYORLAR 
 
 
Səyavuş ASLAN 
Xalq artisti 
 
  Azərbaycan realist aktyor məktəbinin 
görkəmli nümayəndələrindən biri olan Səyavuş 
Məmmədağa oğlu Aslanov (Aslan) 1935-ci il 
sentyabr ayının 15-də Bakıda doğulub. Atası 
sürücü işləyib. 
Səyavuş Bakıdakı 1 saylı məktəbin 
yeddinci sinfini bitirərək Dəmir Yol 
Texnikumuna daxil olub. Burada təhsil ala-ala 
Biləcəri lokomativində maşinist köməkçisi 
işləyib. Teatra coşğun maraq, aktyorluğa 
ehtiraslı həvəs göstərən Səyavuş Dəmiryolçular 
klubunda məşhur aktyor Ağadadaş Qurbanovun 
rəhbərlik etdiyi dram dərnəyinə üzv yazılıb. 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildən 1949-cu ilin 
yazına kimi fəaliyyət göstərdikdən sonra maliyyə çətinklərı ucbatından 
bağlanmışdı. Çünki keçmiş SSRİ-nin bütün teatrları kimi bu kollektiv də 
təsərrüfathesabı fəaliyyətə keçdikdən sonra özünü doğrulda bilmədi, yəni 
qazandığı pul heç aktyorların maaşına çatmırdı. Bağlanan teatr yığcam truppa 
halında bir müddət Filarmoniyanın nəzdində estrada ansamblı kimi çalışdı. 1954-
cü ildə opera rejissoru Soltan Dadaşovun təşəbbüsü ilə estrada dəstəsi müstəqil 
kollektiv kimi, ancaq Dövlət statusu almadan fəaliyyətə başladı. Onda Səyavuş 
Aslan bu kollektivin xor heyətinə qəbul olundu və hətta bir dəfə Vəli rolunun 
ifaçısı Lütfəli Abdullayev xəstələndiyinə görə gənc aktyor tamaşada onu əvəz etdi. 
Səhnəyə təzəcə isnişən Səyavuş Aslan 1954-cü ilin payızından 1957-ci ilin 
oktyabr ayına kimi hərbi xidmətdə oldu. Qayıdıb qısa zaman kəsiyində 
Filarmoniyanın nəzdindəki Kukla teatrı ansamblına daxil oldu və hətta onların 
“Cırtdan”, “Məlik Məmməd” nağıl tamaşalarının hazırlanmasında iştirak etdi. 


1958-ci ilin aprel ayında Quba Dövlət Dram Teatrına keçdi. Bir il sonra 
yenidən Bakıya qayıdıb Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor 
truppasına qəbul olundu. Tezliklə populyarlaşan aktyor gənc yaşlarında Əlihüseyn 
Qafarlı, Lütfəli Abdullayev, İbrahim Şünasi (Hüseynov) kimi təcrübəli aktyorların 
böyük nailiyyətlər qazandığı rolları məharətlə oynamağa başladı. 
Burada işləməsinə, teatrın üç aparıcı aktyorundan biri olmasına baxmayaraq, 
həmişə Akademik sənət ocağında çalışmağa cəhd göstərib. Nəhayət Sabit 
Rəhmanın “Nişanlı qız” komediyasını tamaşaya hazırlayan, özünü quruluşçu 
rejissor kimi ilk dəfə sınayan Məlik Dadaşov Mindilli roluna Səyavuş Aslanı dəvət 
etdi. Bu kollektivdə ilk işi uğurlu alınan sənətkar 1984-cü il oktyabr ayının 5-də 
truppaya aktyor götürüldü. 
Səyavuş Aslan 1994-cü il fevralın 4-də Azərbaycan Dövlət Musiqili 
Komediya Teatrına bədii rəhbər təyin edildi. Ancaq o, bir müddət dəvətlə gəlib 
repertuardakı rollarını oynayırdı. 1996-cı ilin oktyabrında bədii rəhbər vəzifəsindən 
istefa verən aktyor yenidən Akademik Milli Dram Teatrına qayıdıb. 
Görkəmli teatr aktyoru Səyavuş Aslan həmçinin kino sənətkarı kimi sevilir. 
Ən məşhur ekran rolları “Romeo mənim qonşumdur” (Səməd), “Əhməd 
haradadır?” (Saqqal Ramiz), “Ulduz” (Şubay), “Məlik Dadaşov” (Ortancıl Div), 
“Bəyin oğurlanması (Filmin direktoru), “Yol hadisəsi” (MİS müdiri), “Xəzan 
yarpaqları” (Məktəb direktoru), “Ölülər” (Hacı Həsən ağa), “Papaq” (Hacı), “Hacı 
Qara” (Hacı Qara) fılmlərində çəkildiyi obrazlardır. 
Azərbaycan Dövlət Televiziyasında yüzlərlə satirik səhnəcikdə kiçik rollar 
oynayıb. Eyni zamanda Dövlət Televiziyasının Qızıl fonduna daxil olan Bazarkom 
(“Evləri köndələn yar”, Anar), Qaloşin (“Əyalət lətifələri”, Aleksandr Vampilov), 
Mak Blaf (“Sehirli kürsü”, F.Karonti) rollarını ustalıqla yaradıb. 
Səyavuş Aslanın Musiqili Komediya Teatrının Opera və Balet Teatrı 
nəzdindəki truppa halında tamaşalar göstərdiyi qısa dövrdə və əsasən 1956-cı ildən 
başlayaraq yenidən Dövlət təsisatı kimi calışdığı illərdə oynadığı rollar (1959-cu 
ildən üzü bəri, 1984-cü ilə və 1994-cü ildən 1996-cı ilə qədərki dövrdə). 
 Bavram. “Kəndimizin mahnısı”, dramaturq Kərim Kərimov ilə şair Ənvər 
Əlibəyli və bəstəkar Zakir Bağırov. 
Muxtar bəy və Kəblə Heydər. “Evliykən subay”, Zülfüqar bəy Hacıbəyov. 
Müxtəlif quruluşlarda. 
Məhəmməd. “Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov. 
Nəriman. “Rəisin arvadı”, Məhərrəm Əlizadə və Səid Rüstəmov. 
Hamlet. “Tiflis nəğməsi”, Levon Cubabiriya və Şota Milorava. Tərcümə 
edəni Adil Babayev. 
Kəsəmənli. “Bir dəqiqə”, Məhərrəm Əlizadə və Hacı Xanməmmədov. 
Akop. “Şirin arzular” (“Yerazik”), Qurgen Çəlikov və Stepan Crbaşov. 
Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət. 
Aparıcı. “Keçmişin məişət səhnələri”, Soltan Dadaşov və Vasif Adıgözəlov. 
Ohan yüzbaşı. “Hacı Qara” (“Xəsis”), Mirzə Fətəli Axundzadənin əsəri 
əsasında işləyəni Şəmsi Bədəlbəyli və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev. 
Ibişov. “Özümüz bilərik”, Şıxəli Qurbanov və Süleyman Ələsgərov. 
Fəqan. “Səndən mənə yar olmaz”, Məhərrəm Əlizadə və Əşrəf Abbasov. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə