Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə5/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   2   3   4   5   6   7   8   9   ...   299

 

"Rus-slavyan Cəmiyyəti" üçün Azərbaycan Parlamentində 5 deputat yeri ayrılır. Buna cavab olaraq 1918-ci 



il dekabrın 4-də Rus Milli Şurası göstərilən cəmiyyətlə bütün işgüzar əlaqələrini kəsmək haqqında qərar qəbul 

edir.  Lakin  Azərbaycanda  yaşayan  rus  əhalisinin  təzyiqi  ilə  Rus  Milli  Şurası  1919-cu  il  yanvar  ayının  31-də 

Parlamentin işində iştirak etmək haqqında qərar qəbul etməyə məcbur olur. 

Rus Milli Şurasının bu şovinist böyük dövlətçilik ideyalarının "Böyük Ermənistan" xülyaları ilə yaşayan və 

tarixin onlara verdiyi əlverişli şəraitdən öz xeyirlərinə maksimum dərəcədə istifadə etməyə çalışan Erməni Milli 

Komitələri  tərəfindən  də  müdafiə  olunur.  Onlar  da  Azərbaycan  Parlamentinin  açılışına  öz  nümayəndələrini 

göndərmirlər. Onlar Azərbaycanın Müstəqilliyi ilə heç cür razılaşmaq istəmirdilər. 

Ermənilərin  Azərbaycan  Parlamentində  iştirak  etməmək  taktikası  iki aydan  çox davam  edir.  Nəhayət  onlar 

da  Parlamentdə  iştirak  etmək  haqqında  qərar  qəbul  edirlər.  Onlar  Azərbaycan  Parlamentində  iki  fraksiya  - 

erməni  və  "Daşnaksutyun"  fraksiyalarını  yaradırlar.  Parlamentdə  onların  sonrakı  fəaliyyətləri  göstərdi  ki, 

ermənilərin  Azərbaycan  Parlamentində  iştirak  etmələrinin  başlıca  səbəbi  Azərbaycan  dövlətçiliyinin 

yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovinist 

separatçı "Böyük Ermənistan" ideyalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu. 

Azərbaycan Parlamenti yarandığı ilk  gündən öz işlərini demokratik  cümhuriyyətlərə xas təşkilati prinsiplər 

əsasında  qurur.  Onu  da  qeyd  edək  ki,  Parlamentin  təşkili  haqqında  qəbul  edilmiş  qanunda  Parlamentin  120 

nəfərdən ibarət olması nəzərdə tutulmuşdursa da müxtəlif səbəblərdən heç vaxt Parlamentdə bu sayda deputat 

olmamışdır. 

[15 - 16]



 

Artıq 1919-cu ilin axırına yaxın Parlamentə II müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil 

edirdi. Parlamentdəki siyasi partiyalar və qrupların qüvvələr nisbəti aşağıdakı kimi idi: "Müsavat" və birtərəflər 

fraksiyası (39 nəfər), "İttihad" (13 nəfər), "Əhrar" (6 nəfər), sosialistlər bloku (13 nəfər), partiyasızlar (4 nəfər), 

müstəqillər  (3  nəfər),  erməni  fraksiyası  (5  nəfər),  daşnaksutyun  fraksiyası  (6  nəfər),  azlıqda  qalan  millətlər 

fraksiyası (4 nəfər). 

Azərbaycan  Parlamentinin  ilk  iclaslarında  onun  işində  iştirak  edən  partiya  fraksiya  və  qrupları  özfəaliyyət 

proqramları  haqqında  bəyanatlar  verirlər.  Bu  bəyanatlarda  ümumi  bir  məqsəd  diqqəti  cəlb  edirdi  -  gənc 

Azərbaycan  Cümhuriyyətinin  müstəqilliyi  və  ərazi  toxunulmazlığını,  milli  və  siyasi  hüquqlarını  qoruyub 

saxlamaq  Azərbaycan  xalqının  və  hökumətinin  digər  xalqlar  və  hökumətlərlə,  xüsusilə  qonşu  hökumətlərlə 

dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar 

etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. 

Azərbaycan  Cümhuriyyəti  Parlamentində  fəaliyyət  göstərən  partiya  fraksiya  və  qrupları  onun  iclaslarında 

həm də öz partiya və qruplarının mənafeyi və ideologiyası istiqamətindən çıxış edirdilər. Onların arasında ən iri 

və aparıcı partiya Azərbaycan xalqının Milli mənafelərinin daşıyıcısı və parlamentdə əksəriyyət çoxluğu təşkil 

edən "Müsavat" partiyası idi. 

Bu partiya fraksiyası demokratik bitərəflər qrupu ilə demək olar ki, Parlamentin və hökumətin fəaliyyətinin 

əsas  istiqamətlərini  müəyyən  edirdi.  "Müsavat"  partiyası  Parlamentdə  çoxluq  təşkil  etməsinə  baxmayaraq 

respublikanın  ümumi  mənafeyini  nəzərə  alaraq  həmişə  çalışırdı  ki,  digər  partiya  fraksiyaları  və  qrupları  ilə 

təmas və koalisiyada işləsin. 

Parlamentdə  "Müsavat"dan  sonra  çoxluğu  "İttihad"  fraksiyası  təşkil  edirdi.  Özünü  Azərbaycanda  İttihadi-

İslam  tərəfdarı  hesab  edən  bu  fraksiya  1919-cu  ilin  dekabrına  qədər  daimi  hakim  milli-demokratik  cərəyana 

qarşı  müxalifətdə  olmuş  və  hökumət  təşkillərində  iştirak  etməmişdir.  Parlamentdə 

[16  -  17]

  hökumətin 

fəaliyyətini daim tənqid edən fraksiyalardan biri də "İttihad"olmuşdur. 

Azərbaycan Parlamentində son dərəcə solçuluq istiqamətində fəaliyyət göstərən fraksiyalardan biri də Sosial-

demokrat  oriyentasiyalı  nümayəndələri  özündə  birləşdirən  sosialistlər  bloku  idi.  Buraya  hümmətçilər, 

menşeviklər və eserlər daxil idi. Parlament iclaslarının stenoqrafik hesabatlarından da göründüyü kimi özlərini 

zəhmətkeşlərin, ilk növbədə isə fəhlə sinfi və yoxsul kəndlilərin mənafelərinin müdafiəçisi elan edən sosialistlər 

fraksiyası Parlament tribunasından və hökumətdə iştiraklarından maksimum dərəcədə öz siyasi məqsədləri üçün 

istifadə etməyə çalışmışlar. Bu müddət ərzində onlar həmişə Sovet Rusiyasının xeyrinə işləmiş və Azərbaycanın 

Sovet Rusiyasına birləşdirilməsi, yalnız Qızıl Ordunun Azərbaycana həqiqi azadlıq gətirə biləcəyini, iqtisadi və 

sosial sahədə islahatların yalnız sosializm quruluşu şəraitində mümkün olacağını təbliğ etmişdilər. Parlamentdə 

iştirakları müddətində onlar yalnız 1919-cu ilin yayında Azərbaycanın Denikin könüllü orduları tərəfindən işğal 

ediləcəyi təhlükəsi yarandıqda "Müsavat" və digər milli partiyalarla birlikdə çıxış etməyə məcbur olmuşdular. 

Parlamentdə  "Əhrar"  partiyasının  fraksiyası  əsasən  kəndlilərin  mənafelərinin  müdafiəçisi  kimi  çıxış  etmiş, 

digər partiyalara nisbətən daha çox "Müsavat"a yaxın olmuşdur. 

Yuxarıda  deyildiyi  kimi  Parlamentdə  ermənilər  iki  fraksiya  -  erməni  və  "Daşnaksütyn"  fraksiyaları  adı 

altında fəaliyyət göstərsələr də əslində onlar həmişə eyni mövqedən — Azərbaycan Parlamentində Ermənistan 

Ararat  Respublikası  və  ermənilərin  Azərbaycana  qarşı  ərazi  iddialarına  haqq  qazandırmaq  mövqeindən  çıxış 

etmişlər. Parlamentin ilk iclaslarında əsas siyasi partiyaların fraksiyaları və qrupları öz bəyanatlarında gələcək 

fəaliyyət proqramlarını, habelə Parlament və hökumətə öz münasibətlərini bildirirlər. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə