Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə8/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   4   5   6   7   8   9   10   11   ...   299

11 

 

Azərbaycanın  de-yure  tanınmasını  sübut  edən  dostluq  haqqında  saziş  və  habelə  konsulluq  haqqında,  ticarət, 



poçta-teleqraf  əlaqələri,  məhkəmə  qərarlarının  icrası  və  sair  haqqında  bir  sıra  ikitərəfli  müqavilələr 

imzalanmışdır və parlament tərəfindən həmin saziş və müqavilələr 1920-ci il aprel ayının 15-də təsdiq olunur. 

Bununla  yanaşı  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti  öz  fəaliyyəti  dövründə  bir  sıra  günün  vacib 

tələbləri  ilə  bağlı  məsələləri  həll  edə  bilməmiş  və  ya  onların  həllini  uzatmışdır.  Nəticədə  həmin  məsələlərlə 

əlaqədar Parlament və hökumətə qarşı narazılıqların yaranmasına səbəb olmuşdur. Müxalifətdə olan qüvvələr, 

ilk  növbədə  isə  parlamentin  sosialistlər  bloku  Azərbaycan  Parlament  və  hökumətinə  qarşı  bu  məsələlərdən 

məharətlə istifadə edərək xalq arasında ona qarşı geniş təbliğat aparır, narazılıqlar yaradır, hətta hökumətə qarşı 

tətillər belə təşkil etməyə müvəffəq olurdular. 

Torpaq  islahatı  və  sənaye  fəhlələrinin  həyat  şəraitini  yaxşılaşdırmaq  üçün  tələb  olunan  islahatlar 

Azərbaycanda  həyata  keçirilməsi  vacib  olan  köklü  məsələlər  idi.  hələ  Zaqafqaziya  Seymi  bunu  nəzərə  alaraq 

torpaq  islahatı  haqqında  qanun  vermiş,  həmin  qanun  Azərbaycan  mülkədarlarının  açıq  narazılığına  səbəb 

olmuşdur.  Ona  görə  də  F. Xoyskinin  Gəncədə  təşkil  etdiyi  hökumətin  ilk  qərarlarından  biri  1918-ci  il  iyun 

ayının  22-də  Azərbaycanda  torpaq  islahatı  haqqında  Zaqafqaziya  Seyminin  qəbul  etdiyi  qanunun  icrasını 

dayandırmaq  haqqındakı  qərarıdı.  Həmin  qərarda  göstərilirdi  ki,  Azərbaycanda  Müəssislər  Məclisi  çağırılana 

qədər həmin qanunun ölkədə icrası dayandırılır, tutulmuş istər xüsusi istərsə də xəzinə torpaqları geri qaytarılır. 

Qərarda  əkinçilik  nazirinə  tapşırılırdı  ki,  yeni  çağırılacaq  Müəssislər  Məclisinə  təqdim  etmək  üçün  torpaq 

məsələsinin həllinə aid lazımi materiallar toplasın, qısa müddətdə yeni yaradılmış torpaq komitələrinin ləğvi və 

ya  yenidən 

[23 - 24] 

qurulmasına və torpaqların satınalma qiymətləri haqqında təklifləri hazırlayaraq Nazirlər 

Şurasına təqdim etsin.

1

 



Baxmayaraq  ki,  1919-cu  ilin  yayından  torpaq  haqqında  islahat  məsələsinin  müzakirəsi  Azərbaycan 

Parlamentinin  iclaslarının  gündəliyinə  daxil  edilmişdir,  təəssüflər  olsun  ki,  bütün  fəaliyyəti  müddətində 

parlament həmin məsələni müzakirə etməmişdir. 

Məhz  bu  məsələnin  həllinin  çətinliyini  hiss  edən  sosialist  fraksiyasının  üzvləri  S. Ağamalı  oğlu, 

Ə. H. Qarayev,  İ. Əbilov,  Ə. C. Pepinov  və  başqaları  ondan  Parlament  tribunasından  Parlament  və  hökumətə 

qarşı təziq vasitəsi kimi istifadə edirdilər. hər dəfə Parlament iclasının gündəliyi müzakirə olunarkən onlar bu 

məsələni  qaldırır,  ilk  növbədə  daha  vacib  olan  torpaq  məsələsinin  müzakirəsini  keçirməyi  təklif  edirdilər. 

Onların  gündəliyə  aid  bu  təklifləri  uzun  müddət  müzakirə  olunur,  sonra  səsə  qoyularaq  rədd  edilirdi.  O  da 

maraqlıdır  ki,  torpaq  haqqında  islahat  məsələsi  parlamentin  gündəliyindəki  məsələlər  sırasında  irəli  çəkilmək 

əvəzində getdikcə geriyə keçirilirdi. 

"Müsavat" partiyası və partiyasızlar fraksiyası tərəfindən torpaq İslahatı haqqında 29 maddədən ibarət qanun 

layihəsi ümumxalq müzakirəsi üçün 1920-ci il fevral ayının 21-də "Azərbaycan" qəzetində dərc olunur. Həmin 

qanun  layihəsinə  görə  torpaq  üzərində  xüsusi  mülkiyyət  hüququ  saxlanmaqla  torpaqların  onların  sahibləri 

tərəfindən  istifadə  olunmayan  hissəsi  hökumət  tərəfindən  pulla  alınaraq  torpaqsız  kəndlilərə  paylanmalı  idi. 

Digər tərəfdən isə kəndlilərə həmin torpaqları almaq üçün dövlət tərəfindən güzəştli şərtlərlə kreditlər verilməsi 

nəzərdə tutulurdu. Təəssüflər olsun ki, aprel çevrilişinə qədər bu qanun layihəsi parlament iclaslarında müzakirə 

olunmayaraq kağız üzərində qalmışdır. 

Sənaye müəssisələri üzərində də xüsusi mülkiyyət hüququnun qorunub saxlanılması hökumətə və parlamentə 

bu  sahədə  də  az-çox  köklü  dəyişikliklər  həyata  keçirməyə  imkan  vermirdi.  Dəfələrlə  sosialistlər  fraksiyası 

parlamentdə bununla əlaqədar məsələlər qaldırır, onların həll olunmamasından istifadə edərək fəhlələr arasında 

təbliğat  aparır,  fəhlə  tətilləri  təşkil  edirdilər.  Sovet 

[24  -  25]

  Rusiyasında  torpağın,  sənaye  müəssisələrinin 

milliləşdirildiyi,  onların  fəhlə  və  kəndlilərə  verildiyi  haqqında  sosialistlər  fraksiyası  açıq-açığına  təbliğatla 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinə  və  Parlamentinə  qarşı  pozuculuq  siyasəti  yeridir,  Azərbaycanın 

nicatını  yalnız  Sovet  Rusiyası  ilə  birləşməkdə  olduğunu  açıq  və  gizli  şəkildə  təbliğ  edirdilər.  Bütün  bunlara 

baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamentinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir 

tarixində rolu əvəzsizdir. 

Azərbaycan  Parlamentinin  yaranması  və  fəaliyyətində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  liderləri  – 

M. Ə. Rəsulzadənin,  Ə. M. Topçubaşovun,  F. X. Xoyskinin,  N. Yusifbəylinin,  H. Ağayevin,  M. Y. Cəfərovun, 

M.  H. Hacınskinin və başqalarının böyük xidmətləri olmuşdur. 

Əlbəttə  70  ildən  sonra  yenidən  öz  müstəqilliyini  əldə  etmiş  Azərbaycan  Respublikası  Parlamentinin  öz 

sələfindən öyrənə biləcəyi çox şeylər var. Bununla yanaşı yuxarıda deyildiyi kimi həmin parlamentin öz işində 

buraxdığı  nöqsanlar  da  az  olmamışdır.  Bu  gün  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti  protokollarının 

əsillərini  çap  etməkdən  məqsəd  bir  tərəfdən  xalqımızın  tarixinin  bu  şanlı  səhifələrini  doğru-düzgün 

işıqlandırmağa  kömək  göstərməkdirsə,  digər  tərəfdən  bugünkü  parlamentimizin  öz  sələfinin  işlərinin  müsbət 

cəhətlərindən  bəhrələnməsinə  şərait  yaratmaq,  onların  təcrübəsindən  istifadə  edərək  buraxdıqları  nöqsanları 

görmək və onları təkrar etməyə yol verməməyə gömək etməkdir. 

                                                 

1

 



Azərbaycan Cumhuriyyəti hokumətinin qanun və binaküzarlıqları məcmuəsi. № 1, mad. 12, səh.12. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə