Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə7/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   2   3   4   5   6   7   8   9   10   ...   299

10 

 

beşiyi başında dayanan Bakı Dövlət Universitetinin tarixi onun yaradılmasını təkid edənlərin nə qədər düzgün 



mövqe tutduqlarını bir daha sübut etdi. 

Azərbaycanda  elm  və  təhsilin  inkişafı,  milli  kadrların  yetişdirilməsi  üçün  xarici  ölkələrin  müxtəlif  ali 

məktəblərində  təhsil  almaq  üçün  azərbaycanlı  tələbələrinin  xaricə  göndərilməsi  sahəsində  də  Azərbaycan 

Cümhuriyyəti  Parlamenti  və  hökuməti  mühüm  işlər  görmüşdür.  Azərbaycan  hökuməti  tərəfindən  yüz  nəfər 

azərbaycanlı gənci xarici ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərmək haqqında 

hazırlanmış  qanun  layihəsi  Parlamentdə  geniş  müzakirə  edilərək  qəbul  olunur.  Xaricə  göndəriləcək  tələbələri 

seçmək üçün parlament üzvləri a Məmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara 

bəy  Qarabəyov  və  Abdulla  bəy  Əfəndiyevdən  ibarət  xüsusi  komissiya  yaradılır.  Abituriyentlər  arasından 

seçilmiş yüz nəfər daha çox ümidverici gəncdən 45-nəfəri Fransanın, 23-nəfəri İtaliyanın, 10-nəfəri İngiltərənin, 

9-nəfəri isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilir. Rusiyada təhsil almaq üçün göndərilməsi 

[20 - 21] 

nəzərdə  tutulan  13  nəfər  gənc  Rusiyada  vətəndaş  müharibəsinin  davam  etməsi  ilə  əlaqədar  olaraq  oraya  gedə 

bilmədi. 

Azərbaycan  Parlamenti  və  hökumətinin  qarşısında  duran  mühüm  vəzifələrdən  biri  də  Azərbaycanın 

istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaqdan ibarət idi. Bunun üçün hələ 1918-ci ilin yayında 

M. Ə. Rəsulzadənin rəhbərliyi ilə İstanbula nümayəndə heyəti göndərilmiş, sentyabrında isə Ə. M. Topçubaşov 

da  onlara  qoşulmuşdur.  Bu  nümayəndələrin  məqsədi  İstanbulda  olan  xarici  ölkələrin  diplomatik 

nümayəndəliklərinin vasitəsi ilə həmin ölkələrlə əlaqələr yaratmaq və onların ölkələri tərəfindən Azərbaycanın 

müstəqilliyinin tanınmasına nail olmaq idi. 1918-ci ilin payızında Almaniyanın və onun müttəfiqlərinin birinci 

dünya  müharibəsində  məğlub  olması  vəziyyəti  çətinləşdirir.  1918-ci  il  oktyabrın  30-da  Türkiyə  ilə  İngiltərə 

arasında  bağlanan  Mudros  sazişinə  görə  türklər  Zaqafqaziyanı,  o  cümlədən  Azərbaycanı  boşaldırlar.  Onların 

yerini general Tomson başda olmaqla ingilis orduları tutur. Azərbaycan hökumətinin və 1918-ci il dekabrın 7-də 

açılan Azərbaycan parlamentinin ümdə vəzifəsi Paris sülh konfransının iştirakçısı olan qalib dövlətlər tərəfindən 

Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq idi. Buna görə də 1918-ci il dekabrın 28-də Azərbaycan 

hökuməti  Parlamentin  ağsaqqallar  şurası  nümayəndələrinin  iştirakı  ilə  Paris  sülh  konfransında  iştirak  etmək 

üçün  Azərbaycan  Cumhuriyyəti  Parlamentinin  sədri,  cümhuriyyətin  beynəlxalq  aləmdə  tanımasında  əvəzsiz 

xidmətləri olmuş Ə. M. Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərilir. Böyük əziyyətlərdən 

və erməni təbliğati ilə uzun müddətli mübarizədən sonra nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar 

ayının 12-də Sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldular. 

1920-ci  il  aprelin  22-də  öz  süqutundan  beş  gün  əvvəl  Azərbaycan  Cümhuriyyəti  Parlamenti  Paris  sülh 

konfransında  öz  missiyasını  yerinə  yetirmiş  Azərbaycan  nümayəndə  heyətini  buraxmaq  və  Qərbi  Avropa 

ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında 

qanun qəbul edir. 

[21 - 22]

 

Bu müzakirələr zamanı sosialistlər blokundan olan deputatlar Almaniyada və Azərbaycan hökumətinin bütün 



ciddi  səylərinə  baxmayaraq  onu  de-fakto  belə  tanımayan  sovet  Rusiyasında  da  belə  nümayəndəliklərin 

açılmasını  təkid  edir  və  onların  da  qanuna  daxil  edilməsinə  nail  olurlar.  Lakin  XI  Qızıl  Ordu  tərəfindən 

Azərbaycanın işğalı bütün bu işləri yarımçıq qoyur. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti  və  hökumətinin  fəaliyyətinin  daim  diqqət  mərkəzində  olmuş 

nisbətən daha kəskin və həlli olduqca çətin və mürəkkəb məsələlərdən biri də Zaqafqaziyada yeni yaranmış üç 

respublika  -  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  arasında  sərhəd  məsələlərinin  həlli  idi.  Bu  məsələlər 

dəfələrlə müxtəlif komissiyalarda, ümum Zaqafqaziya iclas və konfranslarında müzakirə olunmuş və həmişə də 

sərhəd  məsələlərinə  münasibətdə  bu  respublikaların  fikirləri  bir-birlərinə  əks  olmuşdur.  Özlərinin  şovinist 

"Böyük Ermənistan" yaratmaq xülyasından çıxış edən Ararat respublikası öz qonşularına, xüsusilə Azərbaycana 

qarşı böyük ərazi iddiaları irəli sürürdü. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazi  məsələlərinə  münasibətdə  reallıqlardan  çıxış  etmək  tərəfdarı  idi. 

Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirliyinin məlumatlarına görə 1919-cu ilin axırlarında Azərbaycan 

Cümhuriyyətinin ərazisi 113.9 v. kilometr idi ki, ondan 16,6 min v. kilometr isə mübahisəli ərazilər idi. Ərazi və 

sərhəd  məsələləri  ilə  əlaqədar  Azərbaycanla  Gürcüstan  arasında  gedən  danışıqlar  nəticəsində  ümumi  razılığa 

gəlmək mümkün olursa da Ermənistanla heç cür razılığa gəlmək mümkün olmamışdır. 

Azərbaycan  Cümhuriyyəti  hökuməti  Gürcüstanla  1919-cu  ilin  yayında  Denikinə  qarşı  birlikdə  mübarizə, 

1920-ci ilin martında isə iqtisadi və siyasi əlaqələr haqqında müqavilələr imzalamış və onlar Parlamentdə təsdiq 

olunmuşdur. 

İranla münasibətlərdə də Cümhuriyyətin varlığı dövründə böyük dəyişikliklər baş vermişdi. Azərbaycan öz 

müstəqilliyini  elan  edərkən  İran  onun  müstəqilliyini  tanımaqdan  imtina  etmişdi.  Azərbaycan  Cümhuriyyəti 

hökumətinin  İranla  münasibətlərə  dair  apardığı  ardıcıl,  məqsədyönlü  siyasət  nəticəsində  artıq  1919-cu  ilin 

dekabr  ayından  Ağa  Seyid  Ziyəddin  Təbətəbainin  başçılığı  ilə  Azərbaycana  gələn  İran  nümayəndə 

[22  -  23]

 

heyəti ilə Adil xan Ziyadxanov başda olmaqla Azərbaycan nümayəndə heyəti arasında aparılan uzun müddətli 



ikitərəfli  danışıqlar  uğurla  nəticələnir.  1920-ci  il  martın  20-də  İran  ilə  Azərbaycan  arasında  ilk  dəfə  olaraq 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə