Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 48 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



ildə dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 40 milyon manat 

olub. Bundan əvvəlki illərdə də büdcədən fonda ayırmalar daha az 7-20 

milyon manat həcmində olub. Lakin, nəzərə alsaq ki, hazırda sosial və 

ya  adi  ipoteka  şərtlərində  kreditlər  təklif  etmək  özəl  bank  sektorunun 

marağında  deyil,  demək  ki,  dövlət  büdcəsindən  bu  sahəyə  ayrılan 

vəsaitlərin  həcminin  artırılması  vacibdir.  Azərbaycan  vətəndaşı  üçün 

daha çox əhəmiyyət kəsb edən ev probleminin həlli kimi bir məqsədlə 

cəmi 40 milyon və ya daha az vəsaitin ayrılması haqlı narazılıq doğurur. 

Halbuki,  büdcə  xərcləmələrində  səmərəliliyi  və  məqsədliliyi  təmin 

etməklə    AİF-ə    ayrılan  vəsaitlərin  məbləğini  dəfələrlə  artırmaq 

mümkündür.  Ümumiyyətlə  isə  AİF-in  maliyyə  qaynaqları  artırılmalı, 

beynəlxalq  təcrübədə  daha  çox  istifadə  edilən  sığorta  fondlarının 

kreditləşməyə  cəlb  edilməsi  təmin  edilməlidir.  Hazırda  ipoteka 

kreditləri üzrə maliyyə resurslarının dinamikası aşağıdakı qrafikdə daha 

ətraflı və illər üzrə əks edilib. 

 

 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 49 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Diaqram  1. İpoteka kreditləri üzrə maliyyə resurslarının  dinamikası, 

mln.AZN

Mənbə: Azərbaycan Respublikası Dövlət İpoteka Fondu 

http://www.amf.cbar.az/imagemanager/images/statistika/verilmis%20

kreditler.JPG.JPG 

Göründüyü  kimi,  2009-cu  ildən  etibarən  AİF  dünya  maliyyə 

bazarlarında  öz  istiqrazlarını  yerləşdirməklə  ipoteka  proqramının 

maliyyələşdirilməsi  məqsədi  ilə  vəsaitlər  cəlb  etməyə  başlayıb.  Lakin, 

istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər yalnız adi ipoteka 

kreditlərinin  verilməsində  istifadə  edilə  bilər.  Bunun  əsas  səbəbi  cəlb 

edilən  vəsaitlərin  illik  faiz  dərəcələrinin  7%  və  bəzən  isə  10% 

olmasıdır.  İstiqrazlara  görə    faizlərin  yüksək  olması  həmin  vəsaitlərin 

güzəştli ipoteka kreditlərinin verilməsində istifadə edilməsini səmərəsiz 

edir.  




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 50 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Diaqram 2. İpotekadan istifadə edənlərin yaş qrupları üzrə bölgüsü 

Azərbaycanda  ipoteka  kreditlərinin 

böyük bir qismi 35 yaşına qədər olan 

yəni  gənc  ailələrə  verilib.  Əhalinin 

bu  kateqoriyasına  verilən  kreditlərin 

həcmi 


ümumi 

ipoteka 


kreditləşməsinin  73%-ni  təşkil  edib, 

27%-i 


isə  35  yaşdan  yuxarı 

vətəndaşlara  verilib.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  ölkədə 

ipoteka  qanunvericiliyinə  əsasən  vətəndaşın  güzəştli  və  ya  adi 

ipotekadan  yəni  AİF  tərəfindən  maliyyələşən  yolla  bir  dəfə  ipoteka 

krediti almaq hüququ var. Bu şərt kommersiya ipotekasına aid edilmir. 

Kommersiya ipotekasının şərtləri isə ağır olduğu üçün vətəndaşlar daha 

çox dövlət ipoteka proqramına müraciət etməyə üstünlük verir. 

 

 

37%

36%


27%

18-29 yaş

30-35-yaş

36 yaş və yuxarı




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 51 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



İpoteka beynəlxalq təcrübədə 

 

Qeyd  etdiyimiz  kimi,  ipoteka  kreditlərinin  verilməsində  əsas 



məqsəd insanların yaşam şərtlərini inkişaf etdirmək, sosial problemlərə 

ədalətli 

həll 

yolunu 


müəyyən 

etmək 


və 

vətəndaş-dövlət 

münasibətlərində birincinin təbii haqlarına dəstəyi ifadə etməkdir. Məhz 

bu  prizmadan  yola  çıxaraq  XX  əsrin  əvvəllərindən  başlayaraq  vəhşi 

kapitalizmin zamanla daha yumşaq və sosial formaya doğru dəyişməsi 

ipoteka  kreditlərinin  inkişafına  təkan  verdi.  Ötən  əsrin  30-cu  illərində 

dünya iqtisadiyyatında və o cümlədən ABŞ-da baş verən dərin iqtisadi 

depressiya və daha sonrakı dövrdə Avropada infrastrukturun məhvi ilə 

nəticələnən  qlobal  müharibə  nəticədə  yaşam  şərtlərini  ciddi  şəkildə 

ağırlaşdırdı və daşınmaz əmlak bazarı çökdü.  

Belə  bir  şəraitdə  dövlət  ilk  növbədə  daşınmaz  əmlak  bazarındakı 

qarışıqlığı 

aradan 

qaldırmaq 



məqsədi 

ilə 


hüquqi 

bazanı 


möhkəmləndirdi.  Beləliklə,  ilk  dəfə  Qərbi  Avropa  dövlətləri  ipotek 

etdirilmiş  daşınmaz  əmlakın  kreditor  təşkilat  tərəfindən  satılmasını 

qadağan etdi.  İpotek etdirilmiş əmlak  yalnız məhkəmə qərarı ilə satıla 

bilərdi.  Daha  sonra  isə  ABŞ  konqresi  Milli  İpoteka  İttifaqı  (“Fannie 

Mae”),  Mənzil  İpoteka  Kredit  Korporasiyası  (“Freddi  Mac”),  Dövlət 

İpoteka  Kredit  Birliyi  (“Genni  Mae”)  kimi  təşkilatların  təsis  edilməsi 

haqqında  qərar  qəbul  etdi  ki,  sonradan  bu  təşkilatlar    ikinci  ipoteka 

bazarının  yaranmasında  və  inkişafında  ciddi  rol  oynayır.  Yaradılan 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə