Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 58 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



prosesi  daha  da  sürətləndi.  Ümumiyyətlə  bu  model  ilk  dəfə  olaraq 

İngiltərədə  tətbiq  edilib.  Hazırda  isə  tikinti  əmanət  bankları  bir  çox 

ölkələrdə  ipoteka  kreditləşməsinin  əsas  aparıcı  istiqaməti  hesab  edilir 

ki, bu da dövriyyəyə vəsait cəlb edilməsinin ən optimal variantı hesab 

edilir.  İpoteka  kreditləşməsinin  Avropa  modeli  Almaniya,  Danimarka, 

Avstriya, Çexiya, Macarıstan kimi ölkələrdə uğurla icra edilib. Avropa 

modeli  özündə daha çox Alman və Danimarka təcrübəsini özündə əks 

etdirir. Almaniya bu üsula 1885-ci ildən etibarən müraciət edib. Alman 

modeli  tikinti-yığım  formasından  ibarətdir  və  bu  modelin  ən  yaxşı 

tətbiq  olunduğu  ölkələrdən  biri  hesab  olunur.  Buna  praktikada  Tikinti 

Yığım Bankları və ya Tikinti Yığım müqaviləsi də deyilir. XIX əsrdən 

etibarən isə model daha da təşəkkül tapmağa başlayıb və digər ölkələrə 

də  yayılıb.  Nəticədə  1914-cü  ildə  “Foundation  of  the  World 

Organisation International Union for Housing Finance” (IUHF), 1947 –

ci ildə “Foundation of the central office of the public bausparkassen of 

Germany”,  1948-ci  ildə  “Foundation  of  the  Association  of  Private 

German Bausparkassen” (VdPB) və 1962 –ci ildə isə “Formation of the 

European Federation of Building Societies” yaradılmışdır. 

Bəzi  Avropa  ölkələrində  isə  tikinti  yığım  bankları  1950-ci  ildən  sonra 

yaranmağa başlamışdır. Baxmayaraq ki ,İsveçrə, Avstriya, Hollandiya, 

Bolqarıstan  və  Çexslovakiyada  bənzər  qurumlar  yaradılıb,  modelin 

tətbiqi  hər  bir  ölkədə  müəyyən  fərqliliklərlə  həyata  keçirilib.  Bu 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 59 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



fərqlərdən  biri  bəzi  ölkələrdə  modelin  faizsiz  tətbiq  edilməsi  idi.  Belə 

ki,  modeli  faizsiz  tətbiq  edən  Fransa,  Hollandiya  və  Argentina  kimi 

ölkələrdə  mövcud  olan  xroniki  inflyasiya  bu  sistemin  müvəffəqiyyətlə 

fəaliyyət göstərməsinə səbəb oldu. 

Alman  modeli  əhalinin  mənzillə  təmin  olunması  və  kapitalın 

formalaşmasında  mühüm  sistemdir.  Bu  sistemin  fundamental  əsasını 

sosial-etika deyilən biri-birinə dəstək və anlamaq kimi  prinsiplər təşkil 

edir. Bu qarşılıqlı dəstək maddi vəziyyəti fərdi şəkildə ev almağa imkan 

verməyən insanların birləşməsindən formalaşır.  

Hazırda  Almaniyada  22  Tikinti  Yığım  Cəmiyyəti  fəaliyyət  göstərir. 

Bunlardan 12-si dövlət 10 isə özəl sektoru təmsil edir. Dövlətin Tikinti 

Yığım  Cəmiyyətləri  Almaniyanın  hər  yerində  fəaliyyət  göstərə  bilən 

müstəqil cəmiyyətdirlər. Özəl Tikinti Yığım Cəmiyyətləri isə daha çox  

regional şəkildə fəaliyyət göstərir. 

Alman  modelinin  əsas  işləmə  sisteminə  kiçik  nümunə  kimi  ev  almaq 

istəyən  lakin,  bunun  üçün  kifayət  qədər  maddi  vəsaiti  olmayan  10 

nəfərin  birlikdə  yığım  edərək  və  bu  yığıma  görə  dövlət  tərəfindən 

mükafat  yəni, faiz alaraq, sonda daha tez mənzil sahibi  ola bilmələrini 

göstərmək  olar.  Bu  proses  tikinti  yığım  müqaviləsinin  bağlanması  ilə 

rəsmiləşdirilir.  Tikinti  yığım  müqaviləsi  4  əsas  hissədən  ibarət  tərtib 

olunur.  Yığım,  qiymətləndirmə,  bölüşdürmə  və  kredit  mərhələsi. 

Kreditlər  üzrə  tarif  dərəcələri  1.5  və  4.25  %  arasında  dəyişir. 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 60 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Vətəndaşlar  üzərinə  götürdüyü  öhdəliklərə  əsasən  müqavilədə 

göstərilən  məbləğin  40-50  %-ni  yığmalıdır.  Eyni  zamanda  Tikinti 

Yığım Cəmiyyətləri yığılan vəsaitə illik 2-4 % həcmində mükafat əlavə 

edir. 


Tikinti yığım müqavilələri (Bausparvertag) müvafiq cəmiyyət və yığım 

edənlər  arasında  bağlanılır.  Tərəflər  arasında  imzalanan  müqavilə 

vətəndaşa  müəyyən  müddət  yığım  formalaşandan  sonra  ipoteka  kredit 

almaq hüququ verir. Həmçinin, qanunvericiliyə uyğun olaraq vətəndaş 

həmin  yığım  müqabilində  digər  məqsədli  kredit  tələb  edə  bilməz. 

Tikinti  Yığım  Cəmiyyətlərində  ev  krediti  götürmək  istəyənlər  üçün 

önəmli  mərhələ  müvafiq  tarifin  (Bauspartarife)  seçilməsidir.  Tariflər 

əsasən  bir  neçə  elementdən  ibarətdir.  Buraya  yığım  və  qaytarılan 

kreditlər,  xərclər  və  iştirak  məsrəfləri,  iştirak  məbləği  və  ödəmə 

müddətinin müəyyən edilməsi, əmanətlərin qaytarılma faizləri aiddir. 

Alman  ipotek  sisteminin  bazar  nüfuzu  olduqca  yüksəkdir.  Belə  ki, 

Almaniyada  hər  iki  evdən  biri  Tikinti  Yığım  Cəmiyyətlərinə  aiddir. 

Həmçinin,  hazırda  Almaniyada  26  milyon  vətəndaşın  Tikinti  Yığım 

müqaviləsi  var.  İndiki  halda  əhalidə  olan  30  milyon  tikinti  yığım 

müqaviləsinin ümumi dəyəri 763 milyard avroya bərabərdir. Bu isə ölkə 

ÜDM-nin 32 % -ni təşkil edir. 

Alman ipotek sistemi iqtisadi baxımdan effektli model hesab olunur. Bu 

modelin üstünlükləri kimi aşağıdakıları qeyd etmək olar




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə