Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 61 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

Tikinti Yığım Cəmiyyətləri  İnsanların şəxsi  ev sahibi olmasına 

imkan yaradır; 

 

1948-ci ildən bugünə kimi Tikinti Yığım Cəmiyyətləri 1 trilyon 



avro həcmində kredit ayırıb; 

 

Bu  qurumlar  maliyyə  sisteminin  stabilləşməsinə,  iqtisadi 



tərəqqiyə və dövlət gəlirlərinin formalaşmasına təsir edir

 

Həmçinin  mənzil  bazarında  qiymətlərin  həddindən  çox 



yüksəlməsinin  qarşısını  alır  və  eyni  zamanda  yeni  iş  yerlərinin 

açılmasına şərait yaradır; 

 

Bu  model  vasitəsiylə  əhalinin  mənzillə  təmin  olunması  həm 



sektorda dövlətin yükünü azaltmaqda və həmçinin əhalinin rihaf 

halının yaxşılaşmasına xidmət göstərir. 

Alman  modeli  davamlı  olaraq  insanların  evlə  təmin  edilməsinə  dəstək 

verir ki, bu da inşaat sektorununda stabil inkişafını təmin edir. 

 

 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 62 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Ev kreditləşməsində Türkiyə təcrübəsi 

Ümumlikdə  ipoteka  kreditlərini  dünya  ölkələrində  verilmə  şərtlərinə 

nəzər  salsaq,  aşağı  faizli,  uzunmüddətli  və  ilkin  ödənişlə  bağlı 

yüngülləşdirilmiş  variantlar  təqdim  edilməkdədir.  Qonşu  ölkələrdən 

Türkiyənin  ipoteka  sistemi  daha  əlverişli  hesab  edilə  bilər.  Belə  ki,  bu 

sistemin  əsas  üstünlüyü 

əhalinin  gəlirlərinə  uyğun 

olaraq 


qruplara 

ayırmasıdır. 

Əhalinin 

maddi  təminatından  asılı 

olaraq  ilkin  ödəniş,  faiz 

və  ödəmə  müddəti  təyin 

edilir.  

Türkiyədə  ipoteka  şərtləri  bankların  üzərinə  götürdüyü  risk 

portfelindən asılı  olaraq  dəyişir. Banklar fərqli şərtlərlə  və  fərqli  faizlə 

kredit təklif edir. Ümumi olan tələblərə isə kredit almaq istəyən şəxsin 

sabit gəlirli olması və “Kredi notu” üzrə yoxlamadan keçməsidir. Kredit 

almaq istəyənlər əvvəlcə banklar tərəfindən keçirilən “kredit notu” üzrə 

yoxlamadan keçir. Bu zaman müraciət edənin keçmişdə və hazırkı borc 

səviyyəsi  yoxlanılır.  Belə  ki,  keçmişdə  olan  borc  öhdəliyini  vaxtında 

verib  verməməsi,  hazırda  yüksək  miqdarda  borcunun  olub  olmaması 

yoxlanılır.  Türkiyədə  vətəndaşların  kredit  bilgiləri  rəsmi  qurum  olan 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 63 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Kredi Kayıt Bürosunda 

saxlanılır. Kredit xətti üzrə ödənilməmiş borclar 

isə  Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankının  qara  siyahısında qeyd 

olunur. Kredit üçün müraciət edərkən bütün banklar həmin məlumatları 

əldə  edə  bilər  və  ilk  yoxlama  olaraq  bu  metoddan  istifadə  edirlər. 

Müştərinin keçmişdə borc öhdəliyi üzrə hər hansı qanun pozuntusu olsa 

banklar  ilk  mərhələdə  həmin  şəxsə  kredit  verməkdən  imtina  edir. 

Amma bəzi banklar müəyyən güzəştlərə gedə bilər.

 

Əksər  banklar  alınan  əmlak  dəyərinin  25%-i  həcmində  ilkin  ödəniş 



tələb edir. Bununla  yanaşı  bankların  ilkin  ödəniş tələb etmədən, əmlak 

dəyərinin  100%-i  həcmində  ipoteka  krediti  verməsi  qadağan  edilmir. 

Lakin,  bu  riskli  əməliyyat  hesab  olunduğu  üçün,  krediti  almaq  istəyən 

şəxs  özünə  yaxud  da  yaxınlarına  məxsus  olan  başqa  bir  evi  girov 

qoymalıdır. Gələcəkdə kreditin ödənilməməsinə görə girov qoyulan ev 

bankın  mülkiyyətinə  keçir.  Türkiyədə  ipoteka  krediti  faizləri  maliyyə 

bazarlarında  formalaşır.  Hazırda  orta  faiz  dərəcəsi  4.5  %  -dir.  Kredit 

faizləri  2.5%-5.7%  arasında  dəyişir.  İpoteka  kreditinin  müddəti  30  ilə 

qədər ola bilər. İpoteka kredtilərinin verilməsindən başqa əhalinin sosial 

rifahını  yüksəltmək  və  bu  zaman  başlıca  rol  oynayan  mənzil 

probleminin  həlli  məqsədi  ilə  Türkiyədə  ölkəmiz  üçün  də  cəlbedici 

sayılacaq  toplu  konut  inşaatı  kimi  xüsusi  üsuldan  istifadə  edilir.  Bu 

məqsədlə 

Türkiyədə  1984  -cü  ildən  etibarən  Toplu  Konut  ve  Kamu 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 64 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Ortaklığı  İdaresi  Başkanlığı  fəaliyyət  göstərir.  Qurumun  əsas  məqsədi 

aztəminatlı əhalini mənzillə təmin etmək, məktəb, xəstəxana, kitabxana, 

məscid,  idman  kompleksləri  kimi  ictimai  təsisatların  tikintisini  həyat 

keçirməkdir.  Qurum  gəlir  səviyyəsinə  görə  müxtəlif  kateqoriyalara 

ayrılan  vətəndaşlara  evləri  inşa  edir  və  uzunmüddətli  kredit  imkanları 

yaradır.  Qurumun  maliyyələşməsi  dövlət  tərəfindən  həyata  keçirilir. 

Öncədən satılan evlər üzrə  ödənişlər isə  Toplu  Konut  İdarəsinin təkrar 

maliyyələşməsinə  və  imkanlarının  artırılmasına  xidmət  edir.  Bu 

variantın  cəlbediciliyi  ondan  ibarətdir  ki,  TOKİ-i  görülən  işlərdə 

kommersiya  marağı  güdmür  və  qiymətlər  sadəcə  inşaat  xərclərinə 

uyğun  müəyyən  edilir.  Beləliklə  vətəndaş  evi  əmlak  bazarının 

komisyonları  və  yaxud  da  inşaat  ərazisindəki  bazar  qiymətlərindən 

qaynaqlanan  qiymət  artımı  olmadan  əldə  edir.  Yəni,  o  daha  ucuz 

qiymətə və məqbul şərtlərlə ev sahibinə çevrilir. Bu variant dövlət üçün 

də  iqtisadi  səmərə  daşıyır.  Belə  ki,  sadəcə  maya  dəyərinə  başa  gələn 

evlərin  ailələrə  verilməsi,  nəticədə  ayrılan  bəlli  vəsait  hesabına  daha 

çox vətəndaşın problemini həll edilməsinə şərait yaradır. 

 

TOKİ-i  tərəfindən  evlə  təmin  edilmənin  ayrı-ayrı  əhali  kateqoriyaları 



üzrə  oxşar  və  fərqli  tələbləri  var.  Oxşar  tələblərə  ev  almaq  üçün 

müraciət  edənin  Türkiyə  Cümhuriyyətinin  vətəndaşı  olması,  layihənin 

inşa edildiyi inzibati ərazi vahidində qeydiyyatda olmasını və yaxud da 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə