Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 71 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



sənədlərin  sayının  azaldılması  vacibdir.  Çünki,  bir  çox  hallarda 

vətəndaşlar bu maneələrdən keçə bilmir. 

-İpoteka faizləri yüksəkdir 

Yuxarıda  ipoteka  kreditlərinin  verilməsində  beynəlxalq  təcrübəyə 

diqqət  etdik.  Normal  və  daha  çox  sosial  əhəmiyyətli  ipoteka  siyasəti 

həyata  keçirilən  ölkələrdə  ipoteka  faizləri  2.8%-4.5%  arasında  olduğu 

halda  Azərbaycanda  dövlət  maliyyəsi  hesabına  verilən  kreditlərin 

faizinin  8%,  özəl  banklar  tərəfindən  təklif  olunan  kommersiya 

ipotekasının  faizləri  isə  10%-12%  arasında  olması  heç  də  normal  hal 

deyil.  Belə  ki,  8%-lə  25  illik  müddətə  50  min  manat  ipoteka  götürən 

vətəndaş  aylıq  386  manat  olmaqla  banka  təxminən  115  min  manat  və 

yaxud da 65 min manat əlavə pul ödəməlidir. Göründüyü kimi, kreditin 

faizi  əsas  məbləğin  130%-nə  bərabərdir.  Əgər  nəzərə  alsaq  ki, 

ölkəmizdə  ipotekaya  müraciət  edən  vətəndaşların  böyük  bir  qismi  az 

gəlirli  ailələrdir  və  bu  yolla  həyatını  qaydasına  salmaq  istəyir,  krediti 

götürdükdən  sonra  alınan  faiz  vətəndaşın  ömrünün  12-15  ilinə  başa 

gəlir.  Başqa  sözlə  orta  aylıq  əməkhaqqı  400  manat  olan  azərbaycanlı 

ömrünün 1/5-ni (orta ömür nəzərdə tutulur) və ya 13.5 ilini tələb edilən 

faizin  məbləğini  ödəmək  üçün  işləməlidir.  Belə  olduqda  ipoteka 

siyasətinin ədalətliliyindən danışmaq olarmı?  




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 72 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Digər  tərəfdəndə  sadə  bir  hesablama  aparsaq  görərik  ki,  adi  ipoteka 

kreditlərində aylıq ödəniş məbləğinin 166 manatı əsas borcdan silindiyi 

halda 220 manatı faizlərin ödənilməsinə sərf edilir. 

Qeyd etdiyimiz kimi, 400 manat orta aylıq əmək haqqı olan ölkədə 220 

manat məbləğində ipoteka faiz xərci kifayət qədər böyük rəqəmdir. 

-Aylıq annuitet ödəniş məbləği çoxdur 

İpoteka  şərtlərinə  uyğun  olaraq  25  il  müddətində  adi  ipoteka  krediti 

götürən şəxsin aylıq ödənişi 386 manat, 30 illik güzəştli ipoteka krediti 

götürən  şəxsin  aylıq  ödənişi  isə  188  manat  olur.  Aylıq  386  manat 

məbləğində kredit ödənişi ölkə əhalisinin real gəlirləri ilə uyğun deyil. 

Əlbəttə  ki,  bu  zaman  vəziyyəti  çətinləşdirən  digər  məqam  müddətin 

uzun  olmasıdır.  Yəni  vətəndaş  25  il  müddətində  daimi  olaraq  bu 

məbləği  ödəməlidir.  Bir  sözlə  mənzil  problemini  həll  etmək  istəyən 

vətəndaş  uzunmüddətli  problemin  içinə  yuvarlanır.  Bu  isə  ipoteka 

kreditinin  əsas  fəlsəfəsini  təşkil  edən  “aztəminatlı  ailələrin  sosial 

şəraitinin yaxşılaşdırılması” ideyasına ziddir. 



-İlkin ödəniş məbləği çoxdur 

Qeyd  etdiyimiz  kimi  ipoteka  krediti  verilən  zaman  “Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  nəzdində  Azərbaycan  İpoteka 

Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”-na 

uyğun  olaraq  alınan  əmlakın  dəyərinin  20%  (adi  ipoteka)  və  ya  15% 

(güzəştli  ipoteka)-ni  vətəndaş  ödəməlidir.  Vətəndaş  tərəfindən  yerinə 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 73 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



yetirilən  bu  ödəniş  “ilkin  ödəniş”  adlandırılır  və  əmlak  satıcısının 

hesabına  köçürülür.  İpoteka  prosesi  zamanı  yaranan  digər  xərcləri  də 

nəzərə  aldıqda  vətəndaş  50  min  manat  məbləğində  kredit  götürdükdə 

təxminən 10-12 min manat  ilkin  ödəniş etməlidir. Onu da qeyd etmək 

lazımdır ki, qanunvericiliyə uyğun olaraq ilkin ödəniş faizini müəyyən 

edilməsi haqqı müvəkkil banklara verilib. Məhz bu səbəbdəndir ki, bir 

çox  hallarda  banklar  ilkin  ödəniş  məbləğini  əmlakın  25%-i  dəyərində 

müəyyən edir. Bu isə 50 min manatlıq ipoteka krediti üçün ödənilməli 

olan ilkin ödəniş məbləğinin 15-17 min manata qədər artmasına səbəb 

olur.  İlkin  ödəniş  məbləğinin  daha  çox  tələb  edilməsinin  əsas  səbəbi 

bankların  öz  fəaliyyətlərini  sığortalamaq  cəhdi  kimi  qiymətləndirilir. 

Nəticədə  yeni  qurulan  gənc  ailələr  və  yaxud  da  aztəminatlı  ailələr  bu 

qədər  vəsaiti  tapmaqda  çətinlik  çəkir.  Reallıq  isə  ondan  ibarətdir  ki, 

ailənin bu qədər vəsaiti varsa əgər o, həmin məbləğə hazırkı qiymətlərlə 

3  otaqlı  təxminən  80  kv.metrlik  fərdi  yaşayış  sahəsi  inşa  edə  bilər  və 

25-30  il  müddətində  banklara  faiz  ödəmiş  olmaz.  İlkin  ödənişin  tələb 

edilməsi yalnız Azərbaycanda deyil əksər ölkələrdə var. Lakin, dövlətin 

maliyyə  imkanlarını  nəzərə  aldıqda  vətəndaşların  rifahı  naminə  bu 

məbləği kifayət qədər azaltmaq olar. Bu zaman mümkündür ki, Türkiyə 

təcrübəsində olduğu kimi, əhali müxtəlif kateqoriyalara bölünsün və bu 

zaman  5%-10%-15%  və  20%-lik  ilkin  ödəniş  məbləğləri  müəyyən 

edilsin.  Yeri  gəlmişkən  onu  da  qeyd  etmək  lazımdır  ki,  bir  çox  neftlə 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə