Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 77 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



bilər.  Ailə  qurmaq  məsələsində  ənənəvi  yanaşma  isə  bundan  ibarətdir 

ki,  gənclər  və  ya  onların  valideynləri  əvvəlcə  ev  probleminin  həll 

edilməsinə  çalışır.  Məhz  bu  səbəbdən  son  illərdə  xüsusi  ilə  oğlanlar 

arasında  orta  evlənmə  yaşı  sürətlə  yüksəlir.  Bunun  üçün  qısa 

statistikaya  nəzər  salsaq  görərik  ki,  əgər  1980-ci  ildə  ailə  quran 

oğlanların  təxminən  50%-i,  qızların  isə  80%-i  18-24  yaş  arasında 

nikaha daxil olub. Hazırda isə bu göstəricilər müvafiq olaraq oğlanlarda 

32,  qızlarda  isə  64%-ə  dək  azalıb.  Bundan  başqa  ölkəmizdə  əvvəllər 

çox  az  təsadüf  edilən  hal  35  yaşdan  sonra  ailə  quranların  sayı  hazırda 

ümumi  ailə  quranların  13%-ni  təşkil  edir.  Əlbəttə  ki,  bunun  bir  çox 

sosial və mənəvi səbəbləri var. Lakin, aparılan sorğularda onu göstərir 

ki, hazırda gənclərin daha gec evlənməsi maddi imkansızlıq, təminatsız 

iş mühiti və evsizlikdən qaynaqlanır. Bu zaman əhalinin artım tempinin 

aşağı  düşməsi  kimi  digər sosial  problem özünü  göstərir. Belə ki, daha 

gec yaşlarda ailə quranlarda tibbi baxımdan nəsil artımı azalır həmçinin

bu  yaşda  insanlar  həyata  daha  praqmatik  yanaşır  və  daha  çox  uşaq 

dünyaya  gətirərək  daimi  iqtisadi  və  mənəvi  problemlərlə 

üzləşməkdənsə, daha az uşaqla qayğısız həyat  sürməyə üstünlük  verir. 

Demək ki, dövlət bu istiqamətdə də müəyyən addımlar atmalı və subay 

gənclərin mənzil təminatı və yaxud onlar üçün də ipoteka kreditlərinin 

verilməsinə hüquqi əngəli aradan qaldırmalıdır. 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 78 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Yuxarıda sadaladığımız problemlərin həlli ilk növbədə AİF-in maliyyə 

imkanlarının  artırılmasını  tələb  edir.  Çünki,  hazırkı  məhdud  kredit 

portfeli AİF-in əhalinin aztəminatlı ailələrinə dəstək imkanlarını azaldır 

və  ölkənin  inşaat  sektorunda  ciddi  aktyora  çevrilməsini  əngəlləyir. 

Hazırda  bu  qurumun  maliyyə  qaynağı  dövlət  büdcəsindən  ayrılan 

vəsait,  istiqrazların  yerləşdirilməsindən  əldə  olunan  vəsait  və  verilmiş 

ipoteka  kreditləri  üzrə  ödənişlərdən  formalaşır.  Lakin,  beynəlxalq 

təcrübə onu göstərir ki, ipoteka maliyyələşməsi zamanı qeyd etdiyimiz 

mənbələrlə  yanaşı  digər  mənbələrdən  də  istifadə  edilir:  sığorta 

sektorunun  maliyyə  imkanları,  sərmayəçilər  tərəfindən  təklif  edilən 

vəsaitlər, vətəndaşların pul yığımları və s. Vətəndaşların pul yığımlarını 

ipoteka  kreditləşməsinə  cəlb  etmək  üçün  tikinti  əmanət  bankları 

yaradılır  və  bu  banklar  müəyyən  müddətdən  sonra  əmanətçiyə  mənzil 

təyinatlı  kredit  əldə  etmək  imkanı  tanımaqla  onların  fərdi  yığımlarını 

prosesin  maliyyə  mənbəyinə  çevirir.  Bu  zaman  cəlb  edilən  vəsaitlərin 

üzərinə faiz mükafatları da əlavə edilir. Beləliklə, dövriyyədən kənarda 

olan  passiv  pul  yığımları  ipoteka  maliyyələşməsinin  aktiv  maliyyə 

qaynağına  çevrilmiş  olur.  Bundan  başqa  kreditlərin  verilməsi  üçün 

gərəkli vəsaitlərin real sektordan cəlb edilməsi gələcəkdə kredit mənşəli 

inflyasiyanın da azlığını şərtləndirən əsas alət rolunu oynayır. 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 79 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Bu  sahəyə  sərmayəçilərin  marağını  artırmaq  məqsədi  ilə  qiymətli 

kağızlar  bazarının  inkişafı  və  ipoteka  bazarında  çox  tərəfli 

münasibətlərin formalaşması əsas amildir.  

Azərbaycanda  ipoteka  kreditləşməsinə  içtimai  rəyi  və  bu  proqrama 

müraciət  edənlərin  daha  çox  hansı  problemlərlə  üzləşdiyini 

dəqiqləşdirmək  məqsədi  ilə  İqtisadi  və  Sosial  İnkişaf  Mərkəzi  ölkə 

vətəndaşları  arasında  sorğu  keçirib.  Sorğuda  iki  yüz  müxtəlif  yaş  və 

peşə  sahibləri  iştirak  edib.  Sorğuda  iştirak  edənlərin  23  faizi 

ümumiyyətlə 

dövlətin 

ipoteka 

proqramından 

və 

ipoteka 


kreditləşməsindən  xəbərsiz olduğunu bildirib. Diqqət çəkən məqam isə 

odur  ki,  məlumatsız  insanların  67%-i  regionlarda  yaşayanlar  olub. 

Ümumilikdə isə sorğunun nəticələri aşağıdakı kimi olub. 

1.

 

Sorğuda iştirak edənlərin 45%-i  ipoteka  kreditlərinin verilməsi 

şərtlərindən  tam,  32%-i  az  məlumatlıdır  ,  23%-isə  məlumatlı 

deyil; 

2.

 

Ümumi  iştirakçıların  27%-i  müxtəlif  vaxtlarda  ipoteka  krediti 

almaq üçün aidiyyatı qurumlara müraciət edib

3.

 

İpoteka  krediti  əldə  etmək  üçün  vətəndaşların  bu  zaman 

qarşılaşdıqları problemləri aşağıdakı kimi sıralamaq olar; 

A.

 

Sənədləşmə  prosesinin  ləng  getməsi,  müraciətə  aylarla 

cavab verilməməsi

B.

 

Tələb edilən sənədlərin çoxluğu



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə