AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 68 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
illik faiz 4,49 faiz olarsa
əmlak dəyrinin 60 %çox
Gürcüstan
30 il
4,37 (3-4)
Dəyişkən
70
Mənbə:
http://www.themortgageexplorer.com/article-list/international-mortages-
countries/
Dövlətlərin həyata keçirdiyi ipoteka siyasətinin digər bir indikatoru isə
ipoteka müqavilələrinin dəyərinin ÜDM-də xüsusi çəkisi hesab edilir.
Belə ki, ipoteka müqavilələrinin ÜDM-dəki xüsusi çəkisinin artıq
olması ipoteka bazarının böyüklüyünə dəlalət edir
Diaqram 3: İpoteka kreditlərinin ÜDM-də payı, %
Mənbə: Azərbaycan Respublikası Dövlət İpoteka Fondu
http://www.amf.az/files/uploader/Global%20(3).pdf
0
10
20
30
40
50
60
70
80
90
71
43
29
54
44
61.3
50.7
87.9
78.2
69.4
64
14
0.45
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 69 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Diaqramdakı təsvirdən də anlamaq olur ki, ölkəmizdə ipoteka
kreditləşməsi aşağı templə davam edir. Əhalinin çox az bir qismi bu
kreditlərdən istifadə edə bilir. Bunun bir çox səbəbləri var. Belə ki, ilk
növbədə qeyd etmək lazımdır ki, Azərbaycanda özəl maliyyə qurumları,
banklar ipoteka krediti verməkdə maraqlı deyil. Çünki, ölkədə
ümumiyyətlə kredit faizləri yüksəkdir bu da banklara nisbətən aşağı
faizlərlə ipoteka verməkdən çəkindirən əsas səbəbdir. Digər tərəfdən
maliyyə bank bazarının yenicə təşəkkül tapması və bankların maliyyə
cəlb etməkdə hələdə çətinliklərinin olması, Mərkəzi Bankın tətbiq
etdiyi yüksək uçot dərəcələri həmçinin, Mərkəzi Bank tərəfindən
banklara təklif olunan vəsaitlərin bankların ümumi kredit portfelində
azlığı, bankların beynəlxalq maliyyə bazarlarına yəni, daha aşağı faizli
vəsaitlərə birbaşa çıxış imkanlarının olmaması, əhalidən cəlb edilən
vəsaitlərə görə mükafatların 8-12 faiz arası olması və s kimi amillər
hazırkı yaranmış vəziyyətin əsas səbəbi hesab edilir. Hazırda özəl
sektor bazarlara kommersiya ipotekası təklif edir. Lakin, kommersiya
ipotekasının faiz dərəcələri 10-12, müddəti isə maksimum 15 illik olur
ki, buda passiv yatırım hesab edilən mənzil alışı üçün məqbul hesab
edilmir. Yəni bu təkliflərin bazarlara ciddi təsir imkanı yoxdur.
Görünən odur ki, yuxarıda qeyd etdiyimiz problemlər həll edilmədən
Azərbaycanda ipoteka bazarınının əsas sərmayəçisi rolunda dövlət
büdcəsi iştirak edəcək.
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 70 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Azərbaycan reallığı və ipoteka
Bundan əvvəl də qeyd etdiyimiz kimi ipoteka siyasəti dövlətin sosial
siyasətinin bir parçası olmaqla vətəndaşların həyat şəraitinin
yaxşılaşdırılmasına xidmət edən alət hesab edilir. Baxmayaraq ki,
ölkəmizin maliyyə imkanları kifayət qədərdir və dayanıqlı iqtisadi tsikl
mövcuddur amma ipoteka sahəsində bir çox problemlər öz həllini
tapmır. Nədir bu problemlər? Necə həll etmək olar? Kimi suallara cavab
tapmaq üçün ilk növbədə real vəziyyət və ipoteka kreditlərinin
verilməsindəki faktiki tələbləri gözdən keçirək.
-Tələb edilən sənədlər çoxdur
Vətəndaş ipoteka krediti götürdükdə müvafiq qurumlara 18 adda sənəd
təqdim etməlidir. Əlbəttə ki, bu hal prosesin sürətini azaldır, vətəndaşın
qarşısında süni maneələrin yaranmasına şərait yaradır və əksər hallarda
isə əlavə xərclərə yol açır. İpoteka kreditindən istifadə etmək
qanunvericiliyə uyğun olaraq vətəndaşın təməl haqqı hesab edilir. Buna
baxmayaraq kredit üçün müraciət etdikdə vətəndaşdan ailəsində olan
yetkinlik yaşına çatmış və çatmamış hər kəsin sənədləri təsdiq edilmiş
formada tələb edilir. Və yaxud da vətəndaşdan güzəştli kateqoriyaya aid
olduğunu təsdiq edən sənəd tələb edilir. Hazırda ölkədə elektron
hökumətin yaradılması prosesi davam etsədə müvəkkil banklar
vətəndaş haqqında məlumatların bir çoxunu sorğu vasitəsi ilə əldə edə
bilərlər. Sənədləşmə prosesinin təkmilləşdirilməsi və tələb edilən