Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 6 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



kağızı  aktiv  bazar  likvidi  olaraq  çıxış  edir  və  onun  alınıb 

satılmasına  başlanılır.  Avropa  modeli  isə  daha  çox  sosial  model 

olaraq xarakterizə edilir. Bu modelin üstün tərəfi ondan ibarətdir ki, 

kreditləşmənin  maliyyə  mənbəyi  olaraq  əhalinin  öz  yığımları çıxış 

edir  və  bu  üsulla  passiv  vəsaitlər  daha  səmərəli  aktivlərə  çevrilir. 

Prosesin  tənzimlənməsi  isə  tikinti  əmanət  birlikləri  tərəfindən 

həyata  keçirilir.  Ümumiyyətlə  isə  hər  iki  model  hazırda  inkişaf 

etmiş  ölkələrdə  əhalinin  mənzilə  olan  tələbatının  ödənilməsində 

böyük  rol  oynayır.  Məsələn  ABŞ-da  alınıb  satılan  evlərin  90  %-i  

ipoteka  krediti  vasitəsi  ilə  baş  verir.  Yaxud  da  Almaniyada  tikinti 

əmanət  bankları  ötən  müddət  ərzində  təxminən  bir  trilyon  avro 

vəsaiti bu məqsədlə vətəndaşlara təqdim edib.  

Tədqiqat  həm  araşdırmaların  nəticəsi  olaraq  və  eyni  zamanda 

məlumatlandırma  xarakteri  daşıdığı  üçün  ipoteka  haqqında  daha 

çox  sual  doğuran  ipoteka  qanunvericiliyindən  də  bəhs  edilmişdir. 

Həmçinin,  hazırkı  şərtlər  daxilində  Azərbaycanda  tətbiq  olunan 

prosedura qaydaları da tədqiqatda öz əksini tapıb. 

Bütün bu qeyd etdiklərimizlə yanaşı araşdırma aparılarkən prioritet 

məqsəd  olaraq  Azərbaycanda  mövcud  ipoteka  sistemi,  onun 

modeli,  yararlılığı  və  əhəmiyyətini  artıran  səbəblər,  ipoteka 

sisteminin  nöqsanları,  reallığa  uyğunlaşdırılması  variantları  kimi 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 7 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



hər  bir  ölkə  vətəndaşını  maraqlandıran  məsələlər  müəyyən  edilib. 

Nəticədə  ipoteka  kreditləşməsində  ciddi  uyğunsuzluğun  olduğu  və 

bu  halların  aradan  qaldırılması  üçün  radikal  dəyişiklərin  edilməsi 

vacibliyi  qənaətinə  gəlmişik.  Belə  ki,  ipoteka  götürən  zaman  tələb 

edilən  sənədlərin  bir  hissəsi  vətəndaşdan  deyil,  bu  sənədlərin 

alınmalı olduğu qurumlardan elektron qaydada tələb edilə bilər. Və 

yaxud  mənzili  olan  vətəndaşların  ipoteka  krediti  almaq  hüququ 

məhdudlaşdırılaraq aztəminatlı və faktiki olaraq evsiz vətəndaşların 

kredit  imkanlarından  istifadə  şansını  artırmaq  mümkündür.  Ailə 

həyatı  qurmayan  gənclərə  ipoteka  yolunun  açılması  ölkədə  günü-

gündən  artan  nikah  yaşını  azaldar  və  həmçinin  əhalinin  artımını 

stimullaşdıra  bilər.  Beynəlxalq  təcrübənin  araşdırılması  onu  da 

ortaya  çıxardı  ki,  hazırda  ölkəmizdə  tətbiq  edilən  ipoteka  faizləri 

yüksəkdir  və  əhalinin  gəlirlərinə  uyğun  deyil.  ABŞ,  Danimarka, 

Fransa,  Almaniya,  Birləşmiş  Ərəb  Əmirliyi,  Avstriya,  Türkiyə  və 

hətta  qonşu  Gürcüstanda  ipoteka  faizləri  2-5  faiz  arasında 

qərarlaşdığı  halda  ölkəmizdə  müvafiq  göstəricinin  4-12  faiz 

arasında dəyişməsi və adi ipoteka krediti qarşılığında aylıq ödənişin 

386  manat  olaraq  təxminən  ölkədəki  orta  aylıq  əmək  haqqına 

bərabər  olması  bu  sahədə  ciddi  addımların  atılmasını  şərtləndirən 

amillərdəndir.  Beynəlxalq  təcrübəyə  və  əhalinin  faktiki  həyat 

şəraitinə  istinadən  təklif  edirik  ki,  ipoteka  faizləri  iki  dəfə 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 8 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



azaldılmalı,  AİF  (Azərbaycan  İpoteka  Fondu)-in  maliyyə 

qaynaqları  şaxələndirilməli  və  artırılmalı,  ipoteka  kreditinin 

maksimum  həddi  50  min  manatdan  80  min  manata  qədər 

artırılmalıdır.  

İpoteka  krediti  sistemindəki  mövcud  nöqsanları  daha  doğru  təsbit 

etmək  məqsədi  ilə  sorğu  keçirilib  və  sorğunun  nəticələri  real 

vəziyyətin  necə  olduğunu  ifadə  etmək  məqsədi  ilə  tədqiqata  əlavə 

edilib. Sorğunun nəticələrindən də aydın olur ki, ipoteka şərtlərinin 

dəyişdirilməsi  əhalinin  ipoteka  kreditlərinə  olan  tələblərinin 

effektiv  şəkildə  qarşılanmasında  müsbət  təsir  göstərəcəkdir.  Ümid 

edirik  ki,  gələcəkdə  ölkəmizdə  daha  loyal  ipoteka  siyasəti  həyata 

keçiriləcək və AİF aztəminatlı əhalinin ümid yerinə çevriləcək.  



 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə