Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 22 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



müddətində isə təxminən 65 min manatdır. Bəhs etdiyimiz praktiki 

misaldan  da  aydın  olur  ki,  maliyyə  imkanlarının  və  zamanın 

dəyərləndirilməsi  baxımından  ipoteka  krediti  ilə  mənzil  almaq, 

illərlə  vəsait  toplayaraq  bu  məqsədə  nail  olmaqdan  daha 

məqsədəuyğun və sərfəlidir. 

Göründüyü  kimi,  ipoteka  krediti  istiqamətində  aparılan 

dövlət  siyasəti  əhalinin  gəlirlərinin  səmərəli  istifadəsi,  mənzil 

şəraitinin  yaxşılaşdırılması  baxımından  daim  aktuallığını  saxlayır. 

Doğrudur  ki,  ipoteka  kreditləşməsi  sosial  aktdır  və  məqsəd 

vətəndaşların  həyat  şəraitini  yaxşılaşdırmaqdır.  Lakin,  dövlətin 

ipoteka proqramı digər yan təsirlərə malikdir. Belə ki, yeni tələbin 

yaranması  əmlak bazarında canlanmaya səbəb olur, tikinti  sektoru 

genişlənir  və  bu  sahələrlə  əlaqəli  digər  sub  sektorlar  inkşaf  edir. 

Eyni  zamanda  əgər  ipoteka  kreditləşməsi  mənzil  bazarında  ciddi 

paya  sahib  olursa,  bu  zaman  proses  qiymət  artımlarına  yol  açır. 

Dövlətin  vəzifəsi  düzgün  ipoteka  siyasəti  həyata  keçirməklə 

mümkün  mənfi  təsirləri  minimuma  endirmək  və  mövcud  şərtlər 

daxilində yüngül ipoteka şərtləri tətbiq etməkdir. 



 

 


AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 23 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



İpoteka haqqında qanunvericilik 

İsətənilən  iqtisadi  prosesin  və  ya  fəaliyyətin  həyata 

keçirilməsi  üçün  ilk  və  ən  vacib  faktor  hüquqi  bazanın 

formalaşdırılması  hesab  edilir.  Təbii  ki,  Azərbaycanda  ipoteka 

kreditləşməsinin  həyata  keçirilməsi,  prosesin  təmin  edilməsi  və 

məqsədliliyi  qanunlar,  hüquqi  aktlar  və  sərəncamlarda  öz  əksini 

tapıb. 

Azərbaycan  Respublikasında  ipoteka  ilə  əlaqəli  münasibətlər 



aşağıdakı qanunlar vasitəsi ilə tənzimlənir. 

 



İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunu ; 

 



 Azərbaycan Respublikasının Mülki Məcəlləsi 

 



 Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında  Azərbaycan 

Respublikasının Qanunu ; 

 

 Dövlət  rüsumu  haqqında  Azərbaycan  Respublikasının 



Qanunu . 

Bundan  əlavə  ipoteka  sisteminin  təkmilləşdirilməsi  haqqında  ölkə 

prezidentinin  fərmanları  (Azərbaycan  Respublikasında  ipoteka 

kreditləri 

sisteminin 

yaradılması 

haqqında 

Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanı,  Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankı  nəzdində  Azərbaycan  İpoteka  Fondu  haqqında 

Əsasnamənin  təsdiq  edilməsi  barədə  Azərbaycan  Respublikası 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 24 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Prezidentinin  fərmanı,  Azərbaycan  Respublikasında  ipoteka 

kreditlərinin  verilməsi  mexanizminin  təkmilləşdirilməsi  haqqında 

Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  Azərbaycan 

Respublikasında 

güzəştli 

ipoteka 

kreditlərinin 

verilməsi 

Qaydalarında  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanı  ),  Nazirlər  Kabinetinin 

qərarları  (İpoteka  kağızının  formasının  təsdiq  edilməsi  barədə 



Nazirlər  Kabinetinin  Qərarı,  İpoteka  kağızının  dövlət  qeydiyyatı 

Qaydalarının  təsdiq  edilməsi  haqqında  Nazirlər  Kabinetinin 

Qərarı)  və  sair  normativ  hüquqi  aktlarla  yanaşı,  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı  beynəlxalq müqavilələrdə ipoteka 

qanunvericiliyinin  predmeti  hesab  edilir.  Bu  qanun  və  fərmanlarla 

yanaşı  Azərbaycanda  ipoteka  kreditlərinin  verilmə  qaydaları, 

yenidən 

maliyyələşdirmə, 

güzəştli 

ipoteka  şərtləri,  ilkin 

qiymətləndirici  və  sığorta  şirkətləri  ilə  münasibətlər  AİF-in 

normativ sənədləri və təlimatları ilə tənzimlənir. 

 

Ölkə  prezidentinin  15  aprel  2005-ci  il  tarixli  fərmanı  ilə 



qüvvəyə  minən  “İpoteka  Haqqında  Azərbaycan  Respublikasının 

Qanunu” ölkə vətəndaşlarına ilk dəfə ipotek kreditlərindən istifadə 

imkanı yaratdı. Bu qanun ipoteka kreditləşməsinin ilkin şərtlərinin 

müəyyənləşdirməkdə  baza  sənədi  hesab  edilir.  Belə  ki,  qanunda 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə