Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 52 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



hüquqi baza və atılan addımlar nəticəsində dövlət bu sahəyə nəzarəti öz 

üzərinə  götürmüş  oldu.  Ümumiyyətlə  isə  ABŞ-da  ilk  yığım  cəmiyyəti 

1831-ci ildə yaradılan  “Oxford Provident Building Assocation”  hesab 

edilir. 


Beləliklə,  yaranmış  şərait  dövlətlər  tərəfindən  həyata  keçirilən  ipoteka 

siyasətinin  strateji  əhəmiyyətini  daha  da  artırdı.  Hazırda  isə  ipoteka 

kreditləşməsi hökumətlərin sosial siyasətində indiqator rolu oynayır. 

Günümüzdə,  dünyada  ipoteka  sisteminin  iki  təkmilləşmiş  modeli 

mövcuddur. 

 

1.



 

Sekuritizasiya ( Amerikan) 

2.

 

Sosial (Avropa) 

İpoteka kreditləşməsində ABŞ modeli 

Sekuritizasiya modelində ipotekaya görə verilən kredit, qiymətli 

kağız olan ipoteka kağızı hesab olunur. Bu halda ipoteka kağızı borcun 

təminatçısı  kimi  çıxış  edir  və  eyni  zamanda  borc  alanın  borc  verən 

qarşısında  öhdəliyini  təsdiq  edən  hüquq  sənəd  hesab  olunur.  İpoteka 

kağızı likvid maliyyə aləti olaraq sahibi tərəfindən təkrar bazarda satıla 

bilir.  Amerikan  modeli  ikipilləli  maliyyələşmə  sisteminə  malikdir  və 

eyni  zamanda  faiz  dərəcələri  maliyyə  bazarındakı  qiymətlərdən  asılı 

olaraq  dəyişkən  xarakterli  olur.  İkinci  bazardakı  qurumlar    “Federal 

National  Mortgage”  (FNMA)  və  “Goverment  National  Mortgage 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 53 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Association”  kimi  dövlət  qurumları  ilə  birlikdə  vahid  bir  sistem 

formalaşdıraraq yatırım edənlərə öz hissələrini satırlar. 

 

ABŞ-da  ipotekaya  əsaslanan  kredit  bazarı  bir-biri  ilə  əlaqədar 



olan  iki  hissəli  şəkildə  fəaliyyət  göstərir.  İlkin  bazarda  kredit  verən 

təşkilatlar, o cümlədən ipoteka krediti verən təşkilatlar, əyalətlərə aid və 

yerli  əmlak  maliyyələşdirilməsini  təmin  edən  təşkilatlar,  kredit 

təşkilatları,  kommersiya  bankları,  yığım  cəmiyyətləri,  kredit  birlikləri, 

həyat siğortası təşkilarları, investisiya bankları, ipoteka kredit bankları, 

daşınmaz  əmlak  investisiya  ortaqlıqları,  şəhər  əmlak  xidməti  təmin 

edən  təşkilatları  əsas  aktyorlar  hesab  edilir.  Bu  təşkilatlar,  inşaat 

kreditləri,  torpaq  kreditləri,  körpü  kreditlər,  davamlı  maliyyələşdirmə 

kreditləri kimi kreditləri təmin etməkdədilər. 

Bu  tip  təşkilatlarda  əməliyyatların  riskinə  nəzarət  edən  və  təşkil  edən 

dövlət qurumlarının o  cümlədən, Federal  Əmlak  İdarəsi,  Şəhər Əmlak 

Xidmətləri və əmlak qiymətləndirmə idarələrinin ekspertləri var. Qeyd 

etdiyimiz dövlət qurumları verilən kreditin geri dönüşünü təminat altına 

almaqdadır. 

 

İkinci bazarda ipoteka kreditini daşınan qiymət halına çevirən və 



zəmanət təmin edən FNMA, GNMA və FHLMC kimi xüsusi təşkilatlar 

var.  Bu  mərhələdə  sərmayə  bazarı  təşkilatı,  rating  təşkilatları,  Milli 

Sığorta  Brokerler  Birliyi  (NAIC,  National  Association  Insurance 

Commisionners) fəaliyyət göstərir. 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 54 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Birinci bazarın fəaliyyətin qısaca olaraq aşağıdakı kimi sıralamaq olar: 

 



Kredit  məhsulu  və  onun  qiyməti  təyin  edilir  bazara  təqdim 

olunur; 

 



Bazara yeni kredit məhsulu çıxarılır; 

 



Kredit üçün daşınmaz əmlaka qiymət təyin olunur

 



Kredit  müqaviləsi  ilə  əlaqədar  təsdiq  olunmuş  sənədlər  bir 

araya gətirilir; 

 



Krediti təsdiq və ya rədd edirlər

 



İpoteka kredit müqavilələrini qiymətləndirirlər; 

 



Kreditin maliyyələşdirilməsi üçün resuslar tapırlar; 

 



İkinci bazarda mövcud kredit məhsulunu satırlar; 

 



Kredit ödəmələrini toplayıb geri ödəyirlər. 

Amerika  Birləşmiş  Ştatlarında  ipotekaya  söykənən  mənzil  kreditini 

verən  təşkilatlar  ikinci  bazarda  aşağıdakı  dörd  istiqamətdə  fəaliyyət 

göstərir. 

-

 

Bütün  ipoteka  kreditlərini  bir  portfel  altında  yığaraq  mühafizə 



edir; 

-

 



İpoteka kreditlərini satır; 

-

 



İpoteka kreditlərini ipotekaya söykənən qiymətli kağızlara və ya 

səhmlərə çevirir; 

-

 

Verdiyi  ipoteka  kreditlərini  ipotekaya  əsaslanan  istiqrazlara 



çevirir. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə