Azərbaycanda



Yüklə 0,68 Mb.
səhifə6/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Məmmədrzayev Firdovsi Teymur oğlu


Saxlanma tarixi: 12 yanvar 2011-ci il

İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri

Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi


  1. Səmədov Dəyanət Ələsgər oğlu


Saxlanma tarixi: 08 yanvar 2011-ci il

İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri

Saxlandığı yer: 12 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Səmədov Mövsüm Mərdan oğlu


Saxlanma tarixi: 20 yanvar 2011-ci il

İttiham: Cinayət Məcəlləsinin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi

  1. 2012-ci ilin mayında tutulan inanclı fəalların işi

Bu iş üzrə həbs edilən şəxslərin bir neçəsi jurnalist Nicat Əliyevlə birgə “Avroviziya 2012” mahnı müsabiqəsi ərəfəsində gey-parad keçiriləcəyi ehtimalı olduğunu və bunun islam dini üçün qəbuledilməzliyinə inanan dindar gənclərdir. Bu şəxslər 2010-cu ilin sonunda Azərbaycanda orta məktəblərdə hicab qadağan edildikdən sonra buna qarşı keçirilmiş dinc etiraz aksiyalarında iştirak ediblər. Bəziləri Nicat Əliyevin baş redaktoru olduğu saytda məqalələrlə çıxış ediblər, informasiyaların toplanmasında yardımçı olublar.

Onlar Nicat Əliyevlə birgə “Avroviziya” ərəfəsində evlərin məhkəmə qərarı və zəruri kompensasiya olmadan sökülməsinə, inanclı şəxslərin şərlənərək həbs edilməsinə, hicabın qadağan edilməsinə və gey-paradın keçirilməsinə etiraz olaraq öz mövqelərini açıq şəkildə yaymaq və təşviq etmək qərarına gəliblər. Onlar ruhanilər Abgül Süleymanov və Tale Bağırovun (hər iki şəxs saxta ittihamlarla həbsdədir) çıxışlarından, Azərbaycan Tibb Universitetinin müəllimi Rəşid Məmmədovun ANS telekanalında LGBT məsələsi ilə bağlı çıxışından, o cümlədən sosial tələblərlə keçirilən müxtəlif etiraz aksiyalarından, bəzi Azərbaycan filmlərindən görüntülərin yer aldığı disklər hazırlayaraq, məhkəmə qərarında qeyd edildiyi kimi, “aşkar surətdə” Bakı şəhərinin müxtəlif yerlərində yaymışlar. Həbs edilən bütün şəxslər istintaqa və məhkəməyə verdiyi ifadələrində bununla öz fikirlərini ifadə etmək məqsədi daşıdıqlarını bildiriblər.

“Eurovision 1” adı ilə və adsız yayılan disklərdəki kadrların və məlumatların dövlət quruluşuna, hakimiyyət orqanlarına qarşı dözümsüzlük və nifrət aşıladığı, çaxnaşma törətməyə yönəldiyi ilə bağlı rəyi 28 iyun 2012-ci ildə dövlət qurumu olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti verib, məhkəmə isə müstəqil ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Bundan əlavə ekspert Məmmədov Nahid Qədir oğlu məhkəmə prosesi zamanı ekspertiza zamanı hansı metodologiyadan istifadə etdiyini, hansı səbəblərə görə disklərdəki materialların neqativ xarakterli olması nəticəsinə gəldiyini izah edə bilməyib, əksər suallara “yadımda deyil”, “xatırlamıram” kimi cavablar verib. Vəkillər ekspertin suallara cavab verməyə hazır olmadığını və ona hazırlaşmaq üçün əlavə vaxtın verilməli olduğunu hakimin diqqətinə çatdıraraq bununla bağlı vəsatət versələr də, hakim vəsatəti təmin etməyib və ekspertin dindirilməsinin başa çatdığını elan edib.

Həbs edilmiş şəxslərə qarşı irəli sürülmüş digər ittihamlar üzrə istintaqın təqdim etdiyi sübutlar yalnız polis əməkdaşlarının və hal şahidlərinin ifadələri olub ki, məhkəmə prosesi zamanı sualları cavablandırarkən ziddiyyətli məqamlar ortaya çıxıb.

Nicat Əliyev və Elvin Nəsirov həbs edilərkən şiddətli işgəncələrə məruz qalıblar, nəticədə Əliyevin iki dişi sındırılıb və qulaq pərdəsi zədələnib. Hər iki şəxs məhkəmədə bu barədə məlumat versə də, hakim Bakı İstintaq Təcridxanasına məktub yazaraq hər iki şəxsin ora köçürülməsi zamanı bədənlərində işgəncə əlamətinin olub-olmamasını öyrənməklə kifayətlənib. Təcridxanadan daxil olan məktubda isə heç bir əlamətin olmadığı bildirilib.



Azadlıqdan məhrum edilən şəxslərdən ikisi – Valeh Abdullayev və Əli Əliyev barəsində ilkin olaraq həbs qətimkan tədbiri deyil, başqa yerə getməmək haqqında iltizam tədbiri seçilsə də, məhkəmə hökmü ilə onlara şərti məhkumetmə tətbiq edilmədi, halbuki mövcud olan hüquq praktikasına görə hər iki şəxs barəsində şərti azadlıqdan məhrumetmə haqqında qərar veriləcəyi ehtimal edilirdi.


  1. Abdullayev Valeh Məmmədağa oğlu


Saxlanma tarixi: 9 dekabr 2013-cü il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.



  1. Camalov Qorxmaz Hüseyn oğlu


Saxlanma tarixi: 18 yanvar 2013-cü il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.


  1. Əliyev Əli Etibar oğlu


Saxlanma tarixi: 9 dekabr 2013-cü il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.



  1. Hüseynov Elimxan Qurbanxan oğlu


Saxlanma tarixi: 22 may 2012-ci il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.




  1. Hüseynov Samir Xanpaşa oğlu


Saxlanma tarixi: 23 may 2012-ci il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.



  1. Məmmədov Səfər Rövşən oğlu


Saxlanma tarixi: 9 dekabr 2013-cü il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.



  1. Nəsirov Elvin Nurəddin oğlu


Saxlanma tarixi: 20 may 2012-ci il

İttiham: CM-nin 167. 2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəst ə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.4.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, külli miqdarda törədildikdə), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.



  1. Səfərli Ceyhun Zabil oğlu


Saxlanma tarixi: 20 may 2012-ci il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəst ə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 234.4.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, külli miqdarda törədildikdə), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.



  1. Tofidi Emin Yadigar oğlu


Saxlanma tarixi: 16 yanvar 2013-cü il

İttiham: CM-nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: 09 dekabr 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlamışdır.



  1. 2012-ci ildə Masallı rayonunda tutulan inanclı fəalların işi

Jurnalist Araz Quliyevlə birgə həbs edilən bu şəxslərin hamısı inanclı Masallı rayon sakinləridir, onların bəziləri cənab Quliyevin dostları, bir nəfəri - cənab Əliyev Nicat jurnalistin qohumu, digərləri isə tanışlarıdır. Bu şəxslərin bir neçəsi cənab Quliyevə onun baş redaktoru olduğu saytda materialların yayılması üçün məlumatların toplanmasında kömək ediblər, bir neçəsi isə 2010-cu ilin sonunda məktəblərdə hicaba qadağa qoyulduqdan sonra keçirilmiş dinc aksiyalarda iştirak ediblər. Jurnalistin həbs edildiyi gün bu şəxslərdən yalnız Tahirov Ziya onunla birlikdə olub, digər şəxslərdən yalnız Ağalı Rza (o, cənab Quliyevlə sentyabrın 6-da saxlanılmışdı) eyni gündə, digərləri isə sonradan başqa tarixlərdə həbs ediliblər. Bununla belə onların hamısını Masallı rayonunda folklor festivalı çərçivəsində keçirilən diskoteka zamanı insanlara daş atmaqda və cənab Quliyevə qarşı irəli sürülən digər ittihamlarda təqsirli biliblər. Bu şəxslərin cənab Quliyevə yardımçı olduqlarını iddia edərək həbs edilmələri ondan qisas almağa və ittihamı daha da ağırlaşdırmağa (cinayətin mütəşəkkil dəstə tərəfindən törədildiyini iddia etmək üçün) xidmət etdiyi şübhə doğurmur.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin xeyrinə verilmiş ifadələr deyil, şübhəli və suallar doğuran ifadələr daha mötəbər sübut kimi qiymətləndirilmişdir. Məsələn, cənab Kazımovun hadisə yerində olduğunu cəmi bir şahid Hacəli Cavadov iddia etsə də, eyni anda həmin ərazidə olduğunu deyən digər şahidlər cənab Kazımovu orda görmədiklərini deyiblər. Bundan əlavə cənab Kazımovun evindən narkotik maddənin tapıldığı iddia edilən axtarış cənab Kazımovun və müdafiəçisinin iştirakı olmadan aparılıb.

Məhkəmənin yekun hökmündən görünür ki, təqsirləndirilən bir sıra şəxslərin konkret olaraq hansı qanunsuz hərəkət etməsi dəqiqləşdirilməyib və baş vermiş ümumi hadisəyə görə qanunsuz həbs edilmiş şəxslərə uzun müddətli azadlıqdan məhrumetmə cəzaları kəsilmişdir. Təqsirləndirilən şəxslərin bəzilərinə cinayətkar dəstə və ya birlik yaratma ittihamı verilməsi, bəzilərinə isə bu ittihamın verilməməsi, lakin hamısının eyni hadisəyə görə təqsirli bilinməsi ittihamın saxta və tələsik şəkildə hazırlandığını göstərir.




  1. Ağalı Rza Qorxmaz oğlu


Saxlanma tarixi: 9 sentyabr 2012-cü il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.



  1. Ağayev Surac Valeh oğlu


Saxlanma tarixi: 15 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə