Azərbaycanda



Yüklə 0,68 Mb.
səhifə10/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Quliyev Nicat Əmir oğlu


Saxlanma tarixi: 07 avqust 2013-cü il

İttiham: CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi

Saxlandığı yer: 3 saylı Bakı İstintaq Təcridxanası (Şüvəlan Təcridxanası)

İş üzrə qısa arayış: Cənab Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək orada prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. N.Quliyev 2005-ci il oktyabrın 19-da parlament seçkilərindən əvvəl həbs edilmiş, ona qarşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı irəli sürülsə də, az sonra azadlığa buraxılıb. O, 2013-cü il prezident seçkilərinə 2 ay qalmış 2005-ci ildə olduğu kimi yenidən MTN əməkdaşları tərəfindən Abşeronda yerləşən bağ evində həbs edilib. Həbsindən əvvəl prezident seçkiləri üçün müxalifətin ilkin vahid namizəd seçilmiş tanınmış kinorejissor Rüstəm İbrahimbəyovla telefonla danışmış və təzyiqlərlə üzləşən İbrahimbəyova dəstəyini ifadə etmişdir. Cənab İbrahimbəyov da öz müsahibələrində cənab Quliyevlə çoxdan tanış olduğunu və Quliyevin ona zəng edərək hal-əhval tutduğunu və məhz buna görə də həbs edildiyini bildirmişdir.

Nicat Quliyevin evində axtarış aparılıb, həyat yoldaşı bağa girənlərin hərəkətlərinə nəzarət etmək iqtidarında olmayıb. Ailə üzvlərinin mobil telefonları əllərindən alınıb, onlara evdən çıxmaq qadağan edilib. Nə axtardıqlarını izah etməyən MTN əməkdaşları Nicat Quliyevin sənədlərini, evdəki kompüterləri, foto və video materialları, dəmir seyfi müsadirə ediblər. O cümlədən bağın həyətində olan yardımçı tikilidən və cənab Quliyevə məxsus avtomobildən silahın tapıldığı iddia edilib.

Nicat Quliyev saxlandıqdan dərhal sonra öz vəkili ilə təmin edilmək və evə zəng etmək hüququndan məhrum edilib. Avtomobilə baxış zamanı cənab Quliyevin iştirakı təmin edilməyib. saxlandıqdan sonra avtomobili onun nəzarətindən kənarda - MTN əməkdaşlarının sərəncamında olub. Cənab Quliyev ittihamın saxta hesab edərək, ifadə verməkdən imtina edib. Abşeron rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qərarı ilə cənab Quliyev 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.




  1. Lətifov Asif Aydın oğlu


Saxlanma tarixi: 29 avqust 2012-ci il

İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələri

Saxlandığı yer: 9 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Lətifov Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) zabiti, prezidentin mühafizəçisi olub, 17 il Xüsusi Təyinatlı "Beta" dəstəsində xidmət edib. Bu müddət ərzində dəfələrlə mükafatlara layiq görülüb. 2011-ci il martın 5-də cənab Lətifovun həmin gün hava limanında birgə xidmət etdiyi həmkarı Emin Ələkbərov tabeçiliyində olan patronu itirib, cənab Lətifov isə patronu tapıb. Ziddiyyətdə olduğu üçün patronu “Beta” dəstəsinin komandirinə yox, DXMX Müfəttiş Təşkilat İdarəsinə təhvil verib, bu hadisədən 4 gün sonra, o, Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi əsas gətirilərək işdən azad edilib. “Beta” dəstəsinin komandiri Fikrət Rzayevlə cənab Lətifov arasında ziddiyyət sonuncunun XDMX-də baş verən qanunsuzluqlara, xüsusən “Beta” dəstəsinin komandiri Fikrət Rzayevin qanunsuz əməllərinə etiraz etməsi nəticəsində yaranıb. Fikrət Rzayev hər ay “Beta” dəstəsinin üzvlərindən 30 manat tələb etmiş, cənab Lətifov buna etiraz edərək XDMX-nin Müfəttiş Təşkilat İdarəsinə şikayət etmişdir. İşdən çıxarılmağı ilə barışmayan cənab Lətifov həm bu, həm də üzləşdiyi digər qanunsuzluqları ictimailəşdirməyə başlamış, müxalifət və müstəqil qəzetlərdə müsahibələr və yazılarla çıxış etmiş, bir neçə dəfə ictimaiyyət üçün mətbuat konfransları keçirmişdir. O, XDMX-nin rəhbərliyini məhkəməyə vermişdir.

Bir neçə dəfə xəbərdarlıq alan cənab Lətifov tənqidlərindən və ictimailəşdirmə fəaliyyətindən vaz keçmədiyi üçün, üstündən 1 il 3 ay ötməsinə baxmayaraq, patronun itməsi və sonradan cənab Lətifov tərəfindən tapılması hadisəsi onun əleyhinə yönəldilmiş, o, patronun qəsdən oğurlanmasında və vəzifələrini aşmaqda ittiham edilərək, barəsində Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılmışdır.

Cənab Lətifov 2013-cü il yanvarın 28-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun 17 iyul 2013-cü il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən qüvvədə saxlasa da, Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun 27 mart 2014-cü il qərarı ilə cənab Lətifovun cəzası 4 il 6 aya endirilmişdir.

Məhkəmə prosesində dindirilən şahidlərin heç biri faktiki olaraq patronun cənab Lətifov tərəfindən oğurlandığını sübut edən ifadələr işlətməmişlər, onlar patronun itməsinə deyil, onu cənab Lətifov tərəfindən oğurlanmasına inandıqlarını, başqa heç bir halda patronun itməsinin mümkün olmadığını bildirmişlər. Ümumilikdə oğurlanma faktını sübut edəcək heç bir dəlil nə istintaqda, nə də məhkəmədə araşdırılmayıb, hökm üçün cənab Lətifovun həbsində maraqlı olan və XDMX-də iş yerini itirmək istəməyən şəxslərin şahid ifadələri əsas götürülmüşdür.






  1. Muradverdiyev Akif Şəmsəddin oğlu


Saxlanma tarixi: 20 iyun 2013-cü il

İttiham: CM-nin 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə ... malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi

Saxlandığı yer: Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Muradverdiyev Prezident Aparatının İşlər İdarəsinin keçmiş müdiri olub. 1995-ci ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2013-cü il iyunun 20-i səhər saatlarında cənab Muradverdiyev Moskvaya yola düşməyə hazırlaşırmış. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib, təyyarəyə miniyə gəldikdə isə mülki geyimli bir nəfər ona yaxınlaşıb, nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar. Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və geyim əşyaları olduğunu deyib. Çantanı açıblar və içərisində qızıl sikkələr olan torba aşkar etdiklərini bildiriblər. Cənab Muradverdiyev qaçaqmalçılıqda ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyatın MTN tərəfindən aparıldığı sonradan məlum olub.

Keçmiş dövlət məmuru prezident seçkiləri üçün Moskvada yaşayan müxalifətin ilkin vahid namizədi Rüstəm İbrahimbəyovun yanına getməsi ehtimalına görə həbs edildiyini etiraf etsə də, bunu cəfəngiyat adlandırıb, İbrahimbəyovla heç bir ciddi əlaqəsinin olmadığını bəyan edib.

Cənab Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsi 12 fevral 2014-cü il tarixdə bu qərarı qüvvədə saxlamışdır.

Məhkəmə araşdırması zamanı cənab Muradverdiyevin çantasında qadağan edilmiş qızıl külçələrinin mənbəyi, onun haradan əldə edilməsi və çantada olub-olmaması araşdırılmayıb. Cənab Muradverdiyev həmin çanta ilə aeroporta daxil olarkən yoxlamadan keçib, sonradan gömrük və təhlükəsizlik əməkdaşları tərəfindən diqqətli yoxlamaya məruz qalıb və onun çantasında heç bir qadağan edilən əşya aşkarlanmayıb, lakin təyyarəyə mindikdə saxlanılandan sonra bu külçələr çantada aşkarlanıb. Məhkəmə bu məsələni də araşdırmaqdan faktiki imtina edib. Axtarışı aparan və külçələrin tapıldığını bildirən MTN əməkdaşlarının ifadələri azadlıqdan məhrumetmə cəzası verilməsi üçün kifayət edib.

Cənab Muradverdiyev 2005-ci ilin oktyabrında parlament seçkilərindən əvvəl hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmiş, sonradan bu ittihamlar dövlət vəsaitlərini mənimsəmək və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əvəzlənmiş, nəticədə o, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, yuxarı instansiya məhkəməsi bu müddəti 5 ilə endirmiş, 2008-ci il yanvarın 15-də isə səhhətində olan ciddi problemlərlə əlaqədar cəzası şərti hesab edilərək azadlığa buraxılmışdı. Cənab Muradverdiyev həmin dövrdəki həbsi ilə bağlı Avropa Məhkəməsinə müraciət etmiş, Strasburq Məhkəməsi onun azadlıq və ədalətli məhkəmə hüquqlarının pozuntusunu müəyyən etmişdir45.

Cənab Muradverdiyevin səhhətindəki problemlər yenidən kəskinləşdiyindən, o, hazırda Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılır, hətta səhhəti imkan vermədiyi üçün apellyasiya şikayət üzrə keçirilmiş prosesdə iştirak edə bilməyib. Onun onurğasında iki yırtıq əmələ gəlib və mədəaltı vəzində yara mövcuddur.


  1. Pənahlı Nemət Əhəd oğlu


Saxlanma tarixi: 8 yanvar 2011-ci il

İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi

Saxlandığı yer: Qobustan Həbsxanası

İş üzrə qısa arayış: Milli Dövlətçilik Partiyasının sədri olan cənab Pənahlı həbsindən bir müddət əvvəl “Nota P.S” qəzetində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevi və onun oğlu, hazırkı prezident İlham Əliyevi kəskin tənqid edən materiallarla çıxış edirdi. O, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkilərində namizəd olmuş, seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan etmişdi.

Cənab Pənahlı maşın satdığı şəxs Eldəniz Rzayevin şikayəti əsasında həbs edilib. Şikayətçi aldığı maşında nasazlıqla bağlı bildirdiyi irada görə cənab Pənahlı və dostu Ceyhun Fərzullayev tərəfindən döyüldüyünü, ona dəmir əşya ilə xəsarət yetirildiyini iddia edib. Həbsindən sonra cənab Pənahlının evində soyuq silahın olması ehtimalı ilə axtarış aparılıb, bununla belə evdən soyuq silah əvəzinə, cənab Pənahlıya məxsus bütün arxivi, sənədləri, diskləri, kompüterləri və fləş-kartları götürülərək aparılıb.

Nəsimi rayon Məhkəməsi 17 iyun 2011-ci ildə Nemət Pənahlının 6 il, dostu Ceyhun Fərzullayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bu qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən 14 noyabr 2011-ci il, Ali Məhkəmə tərəfindən isə 20 iyun 2012-ci il tarixlərində dəyişdirilmədən qüvvədə saxlanılıb. Ceyhun Fərzullayev 26 dekabr 2012-ci ildə verilmiş əfv fərmanı ilə azadlığa buraxılıb.

Məhkəmə istintaqı zamanı şikayətçinin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ciddi ziddiyyətlər və anlaşılmayan məqamlar ortaya çıxıb. Hadisənin baş verdiyi iddia edilən ərazidə işləyən şəxslərdən 8 nəfər prosesə şahid kimi cəlb edilmiş, onlardan 7-i heç bir dava və ya kiməsə xəsarətin yetirildiyini görməyiblər, yalnız bir nəfər ifadəsində bildirib ki, cənab Pənahlı Eldəniz Rzayevin saçından tutaraq onu yerə çırpıb və yerdə vurub, halbuki döyüldüyü iddia edilən şəxs keçəldir.



Cənab Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra digər məhbuslara kömək etdiyi, əsasən də onların şikayətlərini qaldırdığı üçün təzyiqlərə məruz qalıb, dəfələrlə “kars”a salınıb, bir neçə dəfə etiraz əlaməti olaraq aclıq aksiyası keçirib. Bunun nəticəsində 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev (hazırda o bu vəzifədən azad edilib) cənab Pənahlının daha ağır saxlanma şərtləri olan Qobustan Qapalı Həbsxanasına köçürülməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət edib. Təqdimatda cənab Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunsa da, bununla bağlı ciddi sübutlar təqdimata əlavə edilməyib. Xəzər rayon Məhkəməsi bu təqdimat əsasında 2013-cü il fevralın 25-də cənab Pənahlının Qobustandakı həbsxanaya köçürülməsi barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi bu qərarı 14 iyun 2013-cü ildə qüvvədə saxladıqdan sonra köçürülmə həyata keçirilib.


  1. Siyasi girovlar




  1. Seyidov Elnur Rafiq oğlu


Saxlanma tarixi: 27 mart 2012-ci il

İttiham: CM-nin 178.3.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2 (mənimsəmə və israf etmə külli miqdarda törədildikə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313.1 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) və 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankdan bilərəkdən istifadə etmə) maddələri

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Seyidov müxalif və Azərbaycan hakimiyyətinin sərt tənqidçilərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynıdır, Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini vəzifəsində çalışıb. Cənab Seyidov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib, ona əvvəl yalnız dələduzluq ittihamı irəli sürülmüş, sonradan ittiham ağırlaşdırılmışdır. Cənab Seyidovun həbsindən 9 ay keçənədək heç bir istintaq hərəkəti aparılmamış, həbs müddəti isə əsassız olaraq uzadılmışdı, halbuki bu cinayətlərə görə uzadılma müstəsna hallarda baş verə bilər.
Cinayət Prosessual Məcəllənin tələblərinə görə, dələduzluq ittiham üzrə istintaq hərəkətləri aparmaq DİN-in səlahiyyətindədir, amma cənab Seyidova münasibətdə qanunun bu tələbi kobud şəkildə pozulub, o, MTN tərəfindən həbs olunub, MTN təcridxanasında saxlanılıb və istintaqı da MTN aparıb. Cənab Seyidov “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin cinayət işi üzrə onlardan 20 gün sonra həbs edilmişdir. Rəsmi ittihama görə, cənab Seyidov bank rəhbərliyinin göstərişi ilə və onların mənafeyi üçün qanunları pozmaqda günahlandırılır. E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa çıxsalar da, cənab Seyidov hələ də həbsdə saxlanılır.

Cənab Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir, bu barədə müstəqil və özəl tibb müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə tutulur. Lakin bu xəstəlikdən əziyyət çəkən cənab Seyidov həbsdə saxlanılır. Cənab Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 03 aprel 2014-cü il tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Məhkəmə zamanı şahidlərin verdiyi ifadələr ziddiyyətli olub, bəzi şahidlər isə cənab Seyidovun təqsiri olmadığını bildiriblər. Ancaq məhkəmə bunları nəzərə almayıb.

Cənab Seyidovu ilkin həbsi və ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib. Cənab Seyidovun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013-cü ildə insan haqları üzrə hesabatında müxalif qüvvələrin ailə üzlərinə edilən təzyiq nümunəsi kimi göstərilib46.




  1. Kərimli Sirac Raqif oğlu

Saxlanma tarixi: 17 iyul 2014-cü il

İttiham: CM-nin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik əldə etmə, saxlama və ya satma)

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Sirac Kərimov ixtisasca mühasibdir, siyasi fəaliyyətlə məşğul deyil. Lakin onun atası və qardaşı Müsavat Partiyasının fəallarıdırlar. Atası Raqif Kərimli 1980-ci illərin sonundan siyasi proseslərin iştirakçısıdır və Müsavat Partiyasının Laçın rayon şöbəsinin təsisçilərindən olub. Qardaşı Fərəc Kərimov Müsavat partiyasının internet səhifəsinin admini, bağlanana qədər 350 min nəfərə qədər üzvü olmuş “İstefa!” Facebook qrupunun yaradıcısı və idarəçisi, həbsinə qədər “Basta” Facebook qrupunun admini olub. Sirac Kərimli iş yerinin yaxınlığındakı çayxanada qəfil, maskalı şəxslər tərəfindən həbs olunub. Onu Narkotiklərlə Mübarizə İdarəsinə aparıblar. Həmin idarəyə gedən atasına evdə axtarış aparılmasının zəruri olduğunu bildirib, bu barədə razılıq ərizəsi imzaladıblar. Evdə axtarış aparılan zaman kompüteri götürüblər və evdəki kitabların – “Demokratiya uğrunda mübarizənin taktikası və strategiyası” və “Halkla ilişkilər” kitablarının şəkillərini çəkiblər. Yenidən idarəyə gedən atası Raqif Kərimova oğlunun cibindən narkotik tapıldığı və evdən müsadirə olunan kompüterdən də narkotik tapıldığı bildirilib. Ertəsi gün Sirac Kərimli haqqında üç ay həbs qətimkan tədbiri seçilib. Sirac Kərimlinin həbsinin siyasi məqsədi onun qardaşına təzyiq göstərmək olub. Belə ki, qardaşı Fərəc Kərimli iyulun 23-də Siracın həbsindən sarsıntı keçirən anasını xəstəxanaya apararkən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstəsi tərəfindən həbs olunub. Fərəc Kərimlinin vəkilinə söylədiklərinə görə, onu ailə üzvləri, o cümlədən, qardaşının işgəncə olunacağı ilə hədələyərək, cibindən narkotik tapılması barədə protokola imza atmağa sövq ediblər. Hüquq müdafiə təşkilatlarının yekdil rəyinə görə, Sirac Kərimov Fərəc Kərimlini zərərsizləşdirmək üçün girov götürülüb.


1 http://bit.ly/P8Z2Qy

2 http://bit.ly/1piq992

3 http://bit.ly/1jYMJQI

4 http://bit.ly/1myrtFX

5 http://bit.ly/P8Z9vo

6 http://bit.ly/1jDfTch

7 http://bit.ly/1gJG6nt

8 http://bit.ly/O5n8Lm

9 http://bit.ly/1gpkKdm

10 http://bit.ly/1o7W7rs

11 http://bit.ly/1jYMJQI

12 http://bit.ly/1gJG6nt

13 http://bit.ly/1gpkKdm

14 http://bit.ly/1caETyL

15 http://bit.ly/1f7C9Cr

16 http://bit.ly/1pBvfeK

17 http://bit.ly/1gpkKdm

18 http://bit.ly/1p60p0e


19 http://bit.ly/1fCF7kn

20 http://bit.ly/1hKTcP1

21 http://bit.ly/1i1wrFx

22 (Müraciətin mətni: http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/42734-vkildn-lham-liyev-ok-mueracit.html).

23 ( http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/06/140630_aliabbas_rustamov_arrest.shtml) .


24 http://bit.ly/1f0le9w

25 http://bit.ly/1pBvQNz

26 http://bit.ly/1gJG6nt

27 http://bit.ly/1gJG6nt

28 http://bit.ly/1fsL2aR

29 http://bit.ly/QnDAbI

30 http://bit.ly/1gJG6nt

31 http://bit.ly/1gpkKdm

32 http://bit.ly/1mb5txL

33 http://bit.ly/1piV8BG

34 http://1.usa.gov/18BOn4u

35 http://bit.ly/1hiq3vA

36 http://bit.ly/1f0C3kt

37 http://bit.ly/1hEhLL3

38 http://bit.ly/1h3hjoL

39 http://bit.ly/P93b7e

40 http://bit.ly/1dUqbwR

41 http://bit.ly/1gJUxIg

42 http://bit.ly/1mb5UIx

43 http://bit.ly/1myxEK1

44 http://bit.ly/P93hLW

45 http://bit.ly/1dUqnw3

46 http://1.usa.gov/18BOn4u


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə