Azərbaycanda


Əmiraslanov Elçin Səməd oğlu



Yüklə 0,68 Mb.
səhifə9/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Əmiraslanov Elçin Səməd oğlu


Saxlanma tarixi: 10 dekabr 1996-cı il

İttiham: 1960-cı il CM-nin 57 (vətənə xəyanət); 57-1-ci maddənin 2-ci hissəsi (Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və ya konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə, ağır nəticələrə səbəb olduqda); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 17 (iştirakçılıq), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 17 (iştirakçılıq), 59 (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70 (dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların etdikləri basqınlarda iştirak etmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 70-2-ci maddənin 3-cü hissəsi (adamların həlak olmasına və ya başqa ağır nəticələrə səbəb olan qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların tərkibində dövlət və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 17 (iştirakçılıq), 94-cü maddənin 3-cü bəndi (zərər çəkmiş şəxsi öz qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə); 95 (Bu Məcəllənin 94-cü maddəsində göstərilən ağırlaşdırıcı əlamətlər (tamah, xuliqanlıq, zərər çəkmiş şəxsi öz qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə, iki və ya bir neçə şəxsi öldürmə, müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə, xüsusi amansızlıqla və ya bir çox şəxsin həyatı üçün təhlükəli olan üsulla adamöldürmə, başqa cinayəti gizlətmə və ya onun edilməsini yüngülləşdirmə məqsədilə, habelə zorlamaqla əlaqədar adamöldürmə, xüsusi təhlükəli residivist tərəfindən, yaxud əvvəllər qəsdən adam öldürmüş olan şəxs tərəfindən adamöldürmə) olmadan qəsdən adamöldürmə); 120-ci maddənin 2-ci hissəsi (zərər çəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab verməklə azadlıqdan məhrumetmə); 145-ci maddənin 2-ci hissəsinin 1, 2, 5 və 6-cı bəndləri (qabaqcadan əlbir olan bir dəstə şəxs tərəfindən, silah və ya silah kimi istifadə olunan digər predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs tərəfindən edilən, zərər çəkənə külli miqdarda zərər vuran quldurluq, yəni vətəndaşların şəxsi əmlakına sahib olma məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı hərəkətlər etməsini tələb etmə); 194-cü maddənin 1-ci hissəsi (hüquq verən və ya vəzifələrdən azad edən rəsmi sənədləri hazırlama, saxtalaşdırma, satma və ya saxtalaşdırılmış sənədlərdən bilə-bilə istifadə etmə, habelə saxta sənədlər tərtib etmə məqsədilə dövlət müəssisələrinin, idarələrinin, təşkilatlarının və ya ictimai müəssisələrin, idarələrin, təşkilatların saxta ştamplarını, möhürlərini və ya blanklarını hazırlama, satma və ya əldə etmə), 207-ci maddənin 2-ci hissəsi (qərəzli xuliqanlıq, yəni öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq və ya xüsusi azğınlıqla fərqlənən, yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsini yerinə yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən başqa vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan, habelə əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş şəxs tərəfindən edilən hərəkətlər); 207-ci maddənin 3-cü hissəsi (odlu silah, yaxud bıçaq, beşbarmaq və ya digər soyuq silah, habelə bədənə xəsarət yetirmək üçün xüsusi düzəldilmiş başqa şeylər işlətmə və ya işlətməyə cəhd göstərmə ilə törədilən xuliqanlıq); 220-ci maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 220-ci maddəsinin 2-ci hissəsi (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, fin bıçağı və sair soyuq silahı müvafiq icazə olmadan gəzdirmə, hazırlama və ya satma); 220-1-ci maddəsinin 3-cü hissəsi (odlu silahın (yivsiz lüləli ov silahından başqa), döyüş sursatının və ya partlayıcı maddələrin quldurcasına basqın yolu ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən oğurlanması)

Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası



  1. Kazımov Arif Nazir oğlu


Saxlanma tarixi: 10 dekabr 1996-cı il

İttiham: 1960-cı il CM-nin 57 (vətənə xəyanət); 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70 (dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların etdikləri basqınlarda iştirak etmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 70-2-ci maddənin 3-cü hissəsi (adamların həlak olmasına və ya başqa ağır nəticələrə səbəb olan qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların tərkibində dövlət və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 145-ci maddənin 2-ci hissəsinin 1,2,5 və 6-cı bəndləri (qabaqcadan əlbir olan bir dəstə şəxs tərəfindən, silah və ya silah kimi istifadə olunan digər predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs tərəfindən edilən, zərər çəkənə külli miqdarda zərər vuran quldurluq, yəni vətəndaşların şəxsi əmlakına sahib olma məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı hərəkətlər etməsini tələb etmə); 207-ci maddənin 2-ci hissəsi (qərəzli xuliqanlıq, yəni öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq və ya xüsusi azğınlıqla fərqlənən, yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsini yerinə yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən başqa vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan, habelə əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş şəxs tərəfindən edilən hərəkətlər); 220-ci maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 220-ci maddəsinin 2-ci hissəsi (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, fin bıçağı və sair soyuq silahı müvafiq icazə olmadan gəzdirmə, hazırlama və ya satma); 220-1-ci maddəsinin 3-cü hissəsi (odlu silahın (yivsiz lüləli ov silahından başqa), döyüş sursatının və ya partlayıcı maddələrin quldurcasına basqın yolu ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən oğurlanması)

Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası





  1. Poladov Səfa Alim oğlu


Saxlanma tarixi: 10 dekabr 1996

İttiham: 1960-cı il CM-nin 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 220-ci maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 120-ci maddənin 2-ci hissəsi (zərər çəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab verməklə azadlıqdan məhrumetmə);

Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası

G. Digər işlər



  1. İsmayıllı etirazlarına görə həbs edilənlərin işi

2013-cü il yanvarın 23-ü axşam saatlarında İsmayıllıda yerləşən keçmiş Əmək və Əhalinin Müdafiə naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus olan “Çıraq” otelinin (bunu həmin hadisələrə görə həbs edilən İlqar Məmmədov rəsmi sənədlər yayaraq sübut etmişdi) inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov içkili vəziyyətdə yerli taksi sürücüsünün maşınını vurduqdan sonra taksi sürücüsünün özünə də zərbələr endiriblər. Hər iki şəxs hadisə yerinə yığışan çoxsaylı İsmayıllı sakinlərini təhqir etmişlər. Bu, hadisə yerində olan və sonradan gələn İsmayıllı sakinlərinin etirazına səbəb olmuş, qəzəblənmiş kütlə “Çıraq” otelinə daşlar atmağa başlamış və otel yandırılmışdır. Etiraz edənlər nazir Füzuli Ələkbərovun qardaşı olan yerli icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun da istefasını tələb etmişlər və onun evinə tərəf gedərək etirazlarını burada davam etdirmiş, evi və həyətdə olan avtomobilləri yandırmışlar. Etirazlara görə Bakıdan və qonşu rayonlarından çoxsaylı polis qüvvələri və Daxili Qoşun əsgərləri İsmayıllı rayonuna yeridilmiş və həbslər aparılmışdır. Hadisələrə görə cinayət işi açılmış və yanvarın 23-də Emil Şəmdinov və Elməddin Məmmədovdan başqa 8 İsmayıllı sakini barədə həbs qətimkan tədbiri seçilmiş, 23 nəfər inzibati qaydada müxtəlif müddətlərə həbs edilmişlər. Yanvarın 24-də həbs edilənlərin azadlığa buraxılması və icra başçısının istefaya göndərilməsi çağırışları ilə aksiyalar davam etdirilmiş, etirazları yatırmaq üçün polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdir.

Cinayət işi çərçivəsində hadisələrə görə ümumilikdə 18 nəfər həbs edilmişdir ki, onların 16-ı İsmayıllı sakini, 2 nəfər isə hadisələri yerində öyrənmək üçün İsmayıllıya səfər etmiş Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədov və jurnalist Tofiq Yaqubludur (hər ikisinin işi ilə müvafiq olaraq “Siyasətçilər”, “Jurnalistlər və bloggerlər” bölməsindən tanış ola bilərsiniz).

Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə ilkin olaraq polisə müqavimət və ictimai qaydanı kobud surətdə pozmaq ittihamları irəli sürülsə də, sonradan ictimai qaydanı pozma daha ağır ittihamla - kütləvi iğtişaşlar törətmə və ya bu iğtişaşlarda iştirak etmə ilə əvəz edilmişdir.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun 17 mart 2014-cü il qərarı ilə həbs edilmiş şəxslərdən 10 nəfər 4 ildən 8 ilə qədər müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, 8 nəfərə şərti cəza kəsilərək onlar məhkəmə zalından azadlığa buraxılmışlar.

Təqsirləndirilən şəxslərin bir neçəsi özlərini qismən təqsirli bilsələr də, onların arasında saxta və sifarişli ittihamlarla həbs edilən şəxslər də var. Başqa sözlə, İlqar Məmmədov və Tofiq Yaqublu ilə yanaşı, İsmayıllı sakinlərindən də açıq siyasi motivlərlə həbslər edilənlər olmuşdur. Bu şəxslərin cinayət əməllərində iştirakı məhkəmədə sübuta yetirilməmişdir, hətta şahid kimi ifadə verən çoxsaylı polislər yanğın törədən və daş atan şəxslərin üzlərini görmədiklərini, çoxsaylı ümumi etirazların getdiyini vurğulayıblar. Otelin sahibləri və oteldə qalanlar zərərçəkmiş kimi tanınsalar da, onlar təqsirləndirilənlərə qarşı heç bir iddialarının olmadığını məhkəmə proseslərində qeyd ediblər.




  1. İbrahimov Vasif Ədalət oğlu


Saxlanma tarixi: 25 fevral 2013-cü il

İttiham: CM-nin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri

Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi

İş üzrə qısa arayış: Cənab İbrahimov İsmayıllı rayonunda baş verən haqsızlıqlara qarşı cıxış edən və bu haqsızlıqlara görə tənqidlər səsləndirən sakinlərdən biri olub. Heç bir müxalifət partiyasının üzvü olmasa da, ölkədə, xüsusən yaşadığı İsmayıllı rayonunda yerli icra strukturlarına müxalif olub. Cənab İbrahimov sahibkarlara qarşı təzyiqlər, onların günlərlə işıqsız qalması, sahibkarlara məxsus mağazaların qapadılması, o cümlədən müxtəlif sosial problemləri ANS telekanalı və çap mətbuatı vasitəsilə ictimailəşdirmiş, İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllıya rayonun müxtəlif yerlərində olan qanunsuzluqlar və sosial problemlər barədə məlumatlar ötürmüş, bunların nəticəsində cənab İbrahimov yerli icra strukturlarının hədəfinə çevrilmişdir.

Cənab İbrahimov İsmayıllı etirazlarının başlandığı gün, yəni yanvarın 23-də əraziyə gəlmiş jurnalistlərə müsahibə vermiş və müsahibəsində “Çıraq” otelinin tikintisini qanunsuz adlandırmış, otelin olduğu tikilidə 35 aztəminatlı ailənin məskunlaşmasına baxmayaraq onların oradan məcburi çıxarıldığını, bu işdə yerli strukturlarının iştirak etdiyini bildirərək yerli icra qurumlarını tənqid etmişdir42. Müsahibəsinin efirə verilməyən hissəsində o icra başçısı və sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin oğlunun bu hadisələrdə günahkar olduğunu bildirmişdir.

Cənab İbrahimov etirazlar və qarşıdurmalarda birbaşa iştirak etməmiş və o, ilk günlər deyil, hadisədən 1 ay sonra yerli icra strukturlarının təkidi ilə həbs edilmiş və ona qarşı ittihamlar irəli sürülmüşdür.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.






  1. İsmayıllı Elşən Səməd oğlu


Saxlanma tarixi: 4 fevral 2013

İttiham: CM-nin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri

Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi İş üzrə qısa arayış: Cənab Elşən İsmayıllı bölgədə jurnalist fəaliyyəti ilə məşğul olan, tənqidi “Azadlıq” qəzeti, o cümlədən Azadlıq Radiosu ilə əməkdaşlıq edən və İsmayıllıda yaşayan bölgə jurnalisti Elçin İsmayıllının qardaşı və müxalif AXCP rayon şöbəsinin üzvlərindən biridir. Jurnalist uzun müddət həm İsmayıllı, həm də qonşu rayonlarda olan problemləri işıqlandırdığı üçün yerli icra strukturlarının hədəfinə çevrilmiş, onun özü və yaxınları bir neçə dəfə hədələnmişdir. Bundan əlavə, məhz Elçin İsmayıllı bütün Azərbaycanda səs salmış İsmayıllı etirazları barədə sosial şəbəkələrdə məlumatlar, foto və videolar yaymışdır.

Cənab Elşən İsmayıllı bir neçə dəfə rayon icra hakimiyyətinin başçısının müavini Rafael Əhmədov tərəfindən “başına oyun açılacağı ilə” hədələnib, belə ki, cənab Elşən İsmayıllı yaşadığı Hacıhətəmli kəndinin yol-nəqliyyat, su, işıq və digər sosial problemləri barədə şikayətlər edir, jurnalist qardaşına məlumatlar ötürürdü.

Cənab İsmayıllı etirazların baş verdiyi ilk gün, yəni yanvarın 23-də ümumiyyətlə hadisə yerində olmayıb, o, yaşadığı Hacıhətəmli kəndində olub ki, bu kənd rayon mərkəzindən 34 km aralıda yerləşir. Yanvarın 24-də cənab Elşən İsmayıllı mərhum babası Xəlil Xəlilovun yas mərasimində iştirak etmək məqsədilə valideynləri ilə birgə rayon mərkəzinə gəlib. Yas mərasimi M.F.Axundov küçəsində olub, əsas toqquşmalar da bu küçədə baş verib. Cənab İsmayıllı da başqaları kimi hadisələrlə maraqlanmaq məqsədilə əhalinin içində olub. Bu zaman rayon icra hakimiyyəti başçısının müavini Rəfael Əhmədov qəflətən cənab İsmayıllının üzərinə yeriyərək ona təhqiramiz sözlər deyib və bildirib ki, “hadisələri siz təşkil etmisiniz”. İstintaqın təqdim etdiyi videoda üzü dəqiq görünən cənab İsmayıllının hadisələri müşahidə etdiyi və qanunsuz hərəkətlər törətmədiyi görünür. Bununla belə, onu etirazlardan 10 gün sonra həbs etmişlər. Fevralın 3-də polislər onu yaşadığı kənddən rayon mərkəzinə gətiriblər və rayon polis şöbəsində dindiriblər. Elşən İsmayıllını rayon polis rəisinin müavini Şöhrət Kərimov dindirib, daha sonra rayon prokurorluğunda ondan izahat alınıb. Bundan sonra o, fevralın 4-də yenidən prokurorluğa gəlmək şərti ilə sərbəst buraxılıb. Fevralın 4-ü saat 13 radələrində isə onu prokurorluqdan bir maşına mindirərək, istintaqın Bakıda aparıldığını deməklə paytaxta yola salıblar və onu Bakıda həbs ediblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.




  1. Keçmiş dövlət məmurları




  1. İnsanov Əli Binnət oğlu


Saxlanma tarixi: 20 oktyabr 2005

İttiham: CM-nin 179.3.2 (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə vəzifəli şəxs tərəfindən təkrar törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab İnsanov hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri hesab edilir, o, 1993-cü ildən həbs edilənə qədər Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.

2005-ci ilin noyabrında keçirilmiş parlament seçkilərindən əvvəl və seçkilər ərəfəsində cənab İnsanov YAP-ın İdarə Heyətinin iclaslarında kəskin tənqidi çıxışlar etmiş, hakimiyyətdə cinayətkarların təmsil olunduğunu, aparılan siyasətin yanlışlığını və dəyişdirilməli olduğunu, əks halda xalqı aldatmış olacaqlarını bildirmişdir. YAP-ın qurultayından əvvəl keçirilən idarə heyətinin iclasında tənqidi fikirlərini davam etdirərək, partiyaya dəvət etdiyi və ona görə partiyaya qoşulan şəxslərdən buraxılan səhvlərə və yanlış siyasətə görə üzr istəmək dərəcəsinə çatdırıldığını vurğulayıb. Cənab İnsanov həbsindən 7 ay əvvəl, yəni 2005-ci ilin mart ayında həm YAP-dan, həm də səhiyyə naziri vəzifəsindən istefa vermək üçün ərizə ilə Prezident İlham Əliyevə müraciət etsə də, onun istefası qəbul edilməmişdir. Həbsindən iki ay əvvəl cənab İnsanov izləndiyini, hətta Bakıdan çıxdıqdan sonra da bu izləmənin davam etdiyini və bununla da bağlı prezidentə müraciət etdiyini bəyan etmişdir. Müraciətdə elə hakimiyyətdə təmsil olunan qruplar tərəfindən izləndiyini vurğulamışdır.

Parlament seçkilərinə 16 gün qalmış cənab İnsanov həbs edilərkən ona qarşı ilkin olaraq dövlət çevrilişi etməyə hazırlıq ittihamı sürülsə də (dövlət mediası da bu barədə məlumatlar yayırdı), sonradan bu ittiham sırf iqtisadi cinayətlər üzrə ittihamlara çevrildi. Onun həbsi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilib və barəsində dərhal həbs qətimkan tədbiri seçilib.

Keçmiş nazir həbs edilərkən işgəncəyə məruz qaldığını, işgəncələrin Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində davam etdiyini bildirmişdir.

2007-ci ildə cənab İnsanovun cinayət işi üzrə istintaq yekunlaşıb, ancaq onun vəkillərinə iş materialları ilə tanış olmaq və surətlər götürməyə imkan verilməyib. O, 20 aprel 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi, 16 yanvar 2008-ci ildə isə Ali Məhkəmə bu qərardan verilən şikayətləri təmin etməyib.

Cinayət işinin materiallarında mənimsənildiyi iddia edilən məbləğlə həbs zamanı Baş Prokurorluğun məlumatlarında açıqlanan məbləğlər arasında ciddi fərqlər olub. Cənab İnsanov bütün vergiləri ödədiyini və təkcə 2005-ci ildə 85000 manat vergi ödədiyini sübut edən qəbzləri məhkəməyə təqdim edib. Qanunsuz özəlləşdirmə həyata keçirməkdə ittiham edilən cənab İnsanov bu prosesin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev tərəfindən həyata keçirildiyini bildirib və onların şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı vəsatət versə də, bu, təmin edilməyib. Cənab İnsanovun həbs edildiyi gün verdiyi ifadənin böyük bir hissəsi itirilmiş, nəticə etibarilə cinayət işinin materiallarına əlavə edilməmişdir.



Keçmiş nazirin İnsan Hüquq və Əsas Azadlıqları haqqında Avropa Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) və 6-cı (ədalətli məhkəmə hüququ) maddəsində nəzərdə tutulmuş hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayət verilmişdir. 2013-cü ilin martın 14-də Avropa Məhkəməsi keçmiş nazirin hər iki hüququnun pozuntusunu tanıyıb43. Məhkəmə keçmiş nazirin müdafiə hüququ və digər prosessual qaydaların pozulduğunu, əlavə araşdırma aparılmasına ehtiyac olduğunu və Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməli olduğunu qət edib. 2013-cü il noyabrın 15-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına əsasən işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərib. Apellyasiya məhkəməsində işə baxılarkən cənab İnsanov hakimiyyət, konkret prezident İlham Əliyev barədə kəskin tənqidi fikirlər səsləndirib. Növbəti məhkəmə zamanı Əli İnsanov şüşə qəfəsə salınıb və hakim onun danışmasına icazə verməyib (keçmiş nazir tənqidi fikirlər səsləndirərkən hakim səsin eşidilməsini təmin edən mikrofonu söndürüb). 25 fevral 2014-cü ildə Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılan 11 illik azadlıqdan məhrum edilmə barədə hökmü qüvvədə saxlayıb. AŞ PA-nın 2007-ci ildə qəbul etdiyi 1545 saylı qətnaməsində Əli İnsanov barəsində ədalətli məhkəmə keçirilməsi tövsiyə  olunmuşdur44. AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçiləri cənab Andres Herkel və xanım Jivkovanın apardıqları monitorinqin nəticələrinə dair 2008-ci il mart ayında yayılmış hesabatda və AŞ PA-nın 2008-ci il 24 iyul tarixli qətnaməsində də cənab İnsanovla bağlı narahatlıq əks olunmuşdur.



  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə