Azərbaycanda



Yüklə 0,68 Mb.
səhifə5/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi




  1. Dadaşbəyli Səid Ələkbər oğlu


Saxlanma tarixi: 15 yanvar 2007-ci il

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 204.3.1 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 204.3.2 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, külli miqdarda törədildikdə), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 274 (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi




  1. Əliyev Ceyhun Saleh oğlu


Saxlanma tarixi: 15 yanvar 2007-ci il

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274 (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi




  1. Əliyev Rəşad İsmayıl oğlu


Saxlanma tarixi: 13 yanvar 2007-ci il

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 204.3.1 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 204.3.2 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, külli miqdarda törədildikdə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi



  1. İdrisov Mikayıl Qərib oğlu


Saxlanma tarixi: 15 yanvar 2007-ci il

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Kərimov Cahangir Ramiz oğlu


Saxlanma tarixi: 15 yanvar 2007-ci il

İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274 (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi




  1. Kərimov Rasim Rafiq oğlu


Saxlanma tarixi: 20 yanvar 2007-ci il

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Qocayev Samir Edik oğlu


Saxlanma tarixi: 17 yanvar 2007-ci il

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi




  1. Quliyev Bəybala Yəhya oğlu


Saxlanma tarixi: 13 mart 2007-ci il

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi




  1. Möhbalıyev Emil Nurəddin oğlu


Saxlanma tarixi: 15 yanvar 2007-ci il

İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi



  1. Azərbaycan İslam Partiyasının sədri və onunla birlikdə tutulan şəxslərin işi

1991-ci ildə Bakıda təsis edilən Azərbaycan İslam Partiyası 1992-ci ildə dövlət qeydiyyatına alınıb. 1995-ci ildə qeydiyyatı Ali Məhkəmə tərəfindən ləğv edilən partiyanın fəaliyyəti faktiki olaraq qadağan edilməyib və qeydiyyat olmadan hazırda da fəaliyyət göstərir. Partiyanın 2007-ci ildə keçirilən qurultayında Hacı Mövsüm Səmədov partiyanın sədri seçilib və qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edilib (partiya qeydiyyata alınmayıb).

Partiya və cənab Səmədov Azərbaycanda islam dininin tələblərinə riayət edilməli olduğunu, Azərbaycan hakimiyyətinin islama qarşı yönələn siyasət apardığını, ABŞ və İsraili işğalçı ölkə kimi tanıdığını bəyan edib. Cənab Səmədov 2009-cu ilin dekabrında İran radiosuna verdiyi müsahibəsində Azərbaycanda bir neçə məscidin sökülməsi ilə bağlı qərara etirazını bildirmiş və dini sahəni tənzim edən bəzi qanunlara edilən dəyişiklikləri pisləmişdir. 2010-cu ilin aprelində cənab Səmədov Prezident İlham Əliyevə müraciət göndərmiş və ona prezident seçildikdən sonra Konstitusiya ilə yanaşı “Qurani-Kərim”ə də and içdiyini, lakin bəzi əməllərinin həm Konstitusiyaya, həm də “Quran”a zidd olduğunu bildirmişdir. Cənab Səmədov həmin il Beynəlxalq Qüds Günündə İsrail səfirliyinin qarşısında keçirilən dinc aksiyada iştirak edib və saxlanılıb, sonradan sərbəst buraxılıb. Partiya 2010-cu ilin noyabrında “Alma” qəzetində Məhəmməd Peyğəmbərlə bağlı yazılara etiraz olaraq Qafqaz Müsəlmanları İdarəsi ilə birgə Mətbuat Şurasına müraciət edir, partiya sonradan Milli Televiziya və Radio Şurasına da telekanallarda açıq-saçıq verilişlərin yığışdırılmasının zəruriliyi ilə bağlı müraciət edir. Partiya və cənab Səmədov 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkilərində iştirak etsə də, mandat qazana bilmir. 2010-cu ilin dekabrında Təhsil Nazirliyi tərəfindən məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı qərarın əleyhinə təşkil edilmiş ilk dinc etiraz aksiyasında partiya fəalları iştirak ediblər.

2011-ci il yanvarın 2-də Partiyanın Baş Məclisində cənab Səmədov çıxış edərək hicaba qadağa ilə bağlı təhsil naziri Misir Mərdanovu, ölkədəki ictimai və sosial vəziyyətə görə isə prezident İlham Əliyevi sərt tənqid edib32. Çıxışı zamanı cənab Səmədov Dubayda prezident İlham Əliyevə və oğluna məxsus olan villalar barədə bir müddət əvvəl Washington Post və New York Times qəzetlərində dərc edilən məqalələrə istinad edərək, Azərbaycan xalqının və dövlətinin sərvətlərinin oğurlandığını, bu qədər sərvətlərin olmasına baxmayaraq Azərbaycan gənci üçün iş yerinin olmadığını, ölkədə ədalətsizlik və rüşvətin tüğyan etdiyini, keçmiş prezident Heydər Əliyevin doğum günü keçirilən Gül bayramına xərclənən pulların xalqdan oğurlandığını və Heydər Əliyevə sitayiş etməklə ölkədə bütpərəstliliyin təbliğ edildiyini bildirib. Cənab Səmədov çıxışında bildirib ki, Azərbaycan xalqı bu məsələdə ayıq olmalı və ayağa qalxmalı, hakimiyyəti dəyişməli və bu zülmün qarşısında durmalıdır. Cənab Səmədovun bu çıxışı sosial şəbəkələrdə, xüsusən Youtube portalında geniş şəkildə yayılıb və geniş müzakirələr yaradıb.

Cənab Səmədov bu çıxışından cəmi 5 gün sonra, yanvarın 7-də öz müavini Vaqif Abdullayev, partiya üzvü Elçin Həsənov və sürücüsü Mirhüseyn Kazımovla birgə həbs edilir. Adları çəkilən şəxslərin olduğu maşın Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılır, polis sürücüdən sürücülük vəsiqəsini aldıqdan sonra yol polisi maşınının qarşısındakı qara rəngli maşından düşən bir neçə mülkigeyimli şəxs cənab Səmədovu və onunla birgə olanları polisə müqavimət göstərməkdə ittiham edərək saxlayıblar. Nərimanov rayonu 19-cu polis bölməsinə gətirilən cənab Səmədov və onunla birgə olan şəxslər orada izahat verdikdən sonra Binəqədi rayon Məhkəməsinə aparılıblar və məhkəmə polisə müqavimət ittihamı ilə onların barəsində 10-15 gün inzibati həbs qərarı verib (cənab Səmədov 14 gün inzibati həbs alıb). Cənab Səmədovdan başqa saxlanılanlar Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına aparılıblar, cənab Səmədovun harada saxlanması ilə bağlı bir neçə gün ərzində heç bir məlumat verilməyib (sonradan onun Milli Təhlükəsizlik Nazirliyində saxlandığı məlum olub).

Cənab Səmədov inzibati qaydada həbs edildiyi gün Daxili İşlər Nazirliyi cənab Səmədovun Qubada yaşayan əmisi oğlu Dəyanət Səmədovla birgə iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı nazirliyə daxil olmuş məlumatlar əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini və Dəyanət Səmədovun işlədiyi elektrik malları dükanından 3 ədəd əl qumbarası və yaşadığı evdən 7 avtomat patronun tapıldığını və faktla bağlı cinayət işinin açıldığını bəyan etmişdir. Partiyanın daha bir fəalı cənab Axundzadə, o cümlədən cənab Səmədovun əmisi oğlu Dəyanət Səmədov və qaynı Firdovsi Məmmədrzayev, yanvarın 2-də keçirilmiş Baş Məclisdə iştirak etmiş ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadə saxlanılmış, onların evindən silah-sursatın tapıldığı bildirilmişdir. Cənab Səmədova və onunla birgə həbs edilmiş şəxslərə qarşı cənab Səmədovun məhz yanvarın 2-də etdiyi çıxışı zamanı hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edilməsi ilə bağlı ittiham və digər ittihamlar irəli sürülmüşdür. İnzibati həbs müddəti bitdikdən sonra cənab Səmədovun barəsində, o cümlədən digər həbs edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli qərarı ilə cənab Səmədov Mövsüm 12 il, cənab Axundzadə 11 il 6 ay, cənab Abdullayev 11 il, cənab Abbasov 11 il, cənab Məmmədrzayev 10 il, cənab Səmədov Dəyanət 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Cənab Mikayılzadə isə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi 17 may 2012-ci il tarixdə, Ali Məhkəmə isə 21 fevral 2013-cü il tarixdə bu qərarı olduğu kimi qüvvədə saxlayıb.

Məhkəmə proseslərinin müşahidəsi və yekun hökmün tədqiqi zamanı məlum olur ki, cənab Səmədov onunla birgə həbs edilən şəxslərlə əvvəlcədən heç bir cinayət əlaqəsinə girməmişdir, yanvarın 2-də etdiyi çıxışı özü hazırlamış və keçirilən tədbirdə iştirak edən partiyanın sədr müavini cənab Abdullayev, partiyanın Astara rayon şöbəsinin sədri cənab Axundzadə, tədbirə tanınmış ruhanilər olaraq qonaq kimi dəvət edilmiş cənab Abbasov və cənab Mikayılzadə bu çıxışı orada eşitmişlər. Cənab Səmədov çıxışı zamanı istintaqın iddia etdiyi kimi “cihad” sözünü ümumiyyətlə işlətmədiyini, xalqı digər müxalif siyasətçilər etdiyi kimi inandığı dəyərlər uğrunda mübarizəyə çağırdığını və hakimiyyəti sərt tənqid etdiyini bildirmişdir. Məhkəmənin istinad etdiyi bütün sübutlar hüquq-mühafizə orqanları tərəfindən təqdim edilən sənədlərə və ya ifadələrə əsaslanıb. İstintaq zamanı təqsirləndirilən şəxslərin əleyhinə ifadə vermiş şahidlərin əksəriyyəti məhkəmədə bu ifadələrindən imtina etmiş, istintaqda basqı altında olduqları üçün bu cür ifadələr verdiklərini bildirmişlər. Məhkəmə isə bu şəxslərin ifadələrini dəyişmələrini hökm çıxarılarkən şahidlərə kənar şəxslərin təsir göstərmələrinin nəticəsi kimi qiymətləndirib. Silahların tapıldığı iddia edilən cənab Dəyanət Səmədovun çalışdığı mağazada axtarış barədə tərtib edilmiş protokolda hal şahidi kimi Güloğlanov Rasim Muxtar oğlu göstərilsə də, məhkəmədə bu şəxsin adının əslində Piroğlanov Taleh Rasim oğlu olduğu məlum olmuşdur. Digər hal şahidi Həzrət Əliyev isə axtarış protokolunu axtarış aparılan yerdə deyil, polis bölməsində imzaladığını bildirmiş, polis şöbəsinə ümumiyyətlə niyə getdiyini izah edə bilməmişdir. Cənab Məmmədrzayevlə cənab Dəyanət Səmədovun Qubadakı məsciddə söhbətlərini eşitdiyi iddia edilən şahid İlham Şərafəddinov isə məhkəmə zalında cənab Məmmədrzayevi tanımamışdır, bu söhbətləri eşitdiyini iddia edən digər şahid Natiq Məmmədov istintaqa ifadə verərkən hərbi biletini təqdim etmiş, şəxsiyyət vəsiqəsinin isə olmadığını bildirmişdir ki, bu, şahidin şəxsiyyəti ilə bağlı sual yaratsa da, məhkəmə buna əhəmiyyət verməmişdir. Özünü dindar kimi qələmə verən və mütəmadi şəkildə Qubada məscidə getdiyini deyən şahid dinlə bağlı adi suallara, məsələn, namazın neçə rükətdən ibarət olduğunu, Ramazan ayının nə olduğunu bilməyib. Cənab Səmədovun və həbs edilən digər şəxslərin Azərbaycan dövləti, milli maraqları, mənafeyi əleyhinə fəaliyyətini göstərən və İran xüsusi xidmət orqanları və ya digər qurumlarla cinayətkar əlaqədə olmasını göstərən heç bir sübut cinayət işinin materiallarında mövcud deyil.

Həbs edilən zaman səhhətində ciddi problemləri olan cənab Abdullayev saxlanma şəraiti ağır olan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdü. Özünün və vəkillərinin burada qala bilməməsi və səhhətinin daha da ağırlaşması ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq cənab Abdullayev azadlığa buraxılmadı. Nəticədə cənab Abdullayev 2012-ci ilin iyulunda Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişdi.

Səhhətində ciddi problemləri olan cənab Axundzadə 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib, onun azadlığa buraxılmasının zəruriliyi ilə bağlı dəfələrlə müraciət edilsə də buna əhəmiyyət verilməyib. Cənab Axundzadə dəfələrlə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, sonuncu dəfə bu hal 25 fevral 2014-cü ildə baş verib.



Avropa İnsan Haqları Məhkəməsi bu iş üzrə verilmiş şikayəti artıq icraata götürüb.





  1. Abbasov Fəramiz Zeynal oğlu


Saxlanma tarixi: 24 yanvar 2011-ci il

İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri

Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi




  1. Axundzadə Rufulla Höccətullah oğlu


Saxlanma tarixi: 21 yanvar 2011-ci il

İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə