Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

50 
 
Məmməd  Əmin  Rəsulzadənin  Moskva  qurultayında  irəli  sürdüyü  daha  bir 
fikir  də  hamının  ürəyincə  idi:  Azərbaycan,  Qafqaziya,  Türküstan,  İdil-Ural,  Krım 
və Sibir türklərini birləşdirəcək bir türk federasiyonu yaratmaq. 
Həmin o qurultayın iştirakçılarından biri olan professor  Zəki Vəlidi Toğan 
sonradan bu sözləri yazırdı: 
«...15—20  gün  sonra  Daşkənddən  Moskvaya  gəldik.  Orda  toplanan 
ümumrusiya  müsəlmanları  qurultayına  azərbaycanlı  Əli  Mərdan  bəy  Topçubaşov 
rəyasət ediyordu. Emin bəy qonuşuyordu. Bütün konqreyə azərbaycanlıların hakim 
olduğu görünür və Azərbaycan liderlik edirdi. Emin bəyin sıx-sıx alqışlanan qayət 
sarih  və  sarih  olduğu  qədər  də  beliğ  və  həyəcanlı  danışması  700  kişilik  konqre 
əzasından  600-nü  onun  proqramı  ətrafında  birləşdirdi.  Əgər  700  kişi  içərisində 
Emin bəy və arkadaşları olmasaydılar, konfrans istiqlal və muxtariyyət tezisinə rəy 
verməzdi». 
Rus məhkumu millətlərin qurtuluş liderlərindən biri olan Cəfər Seyidəhməd 
Krımər sonralar Məmməd Əmin Rəsulzadəyə göndərdiyi bir məktubda o hadisəni 
belə xatırlayırdı: 
«Sizi  şəxsən  1917-də,  Moskva  Konqresində  tanımaq  bəxtiyarlığına  nail 
olmuşdum.  Bütün  Rusiya  müsəlmanlarının  xatirəsini  daima  rəhmətlə  anacağı  Əli 
Mərdan  bəy  Topçubaşovu  da  hörmətlə  orada  salamlamışdım.  Bilxassə, 
Azərbaycanımızın  siz  əziz  övladları,  o  qurultayın  düşüncə  və  həyəcanına  ən 
qüvvətli  təsir  göstərdiniz.  Başçılıq  etdiyim  Krım  heyəti  də  o  dövrdə,  sizlər  kimi 
Rusiyanın  federasion  əsasında  qurulmasına  tərəfdardı.  Bu  görüş  birliyi  tezisimizi 
ən  müvəffəqiyyətli şəkildə  azərbaycanlı qardaşlarımızın təsbit və  sizin  ən  yüksək 
həyəcan,  müstəsna  bir  bəlağətlə  müdafiə  etmiş  olmanız  o  sırada  açıq  ifadə 
edilməmiş olmasına rəğmən  «Türk  yurdu» ilə təşriki  məsainizdən türkçülüyünüzə 
inanmış olan məni sizə yalnız fikrən deyil, ruhən də, qəlbən də bağlamışdı». 
Qurultaydakı  çıxışdan  sonra  Məmməd  Əmin  Rəsulzadə  Rusiyadakı  bütün 
türklərin  hörmət  və  nüfuzunu  qazanır.  Elə  bunun  nəticəsi  idi  ki,  Məmməd  Əmin 
Rəsulzadə  həmin  ili  Azərbaycan  və  Türküstandan  Rusiya  parlamentinə  millət 
vəkili seçilir. 
Məmməd Əmin Rəsulzadə bütün Rusiya əsarətində  məhkum olan türklərin 
istiqlaliyyəti uğrunda çalışırdı. 
Bir  xatirə.  Bir  gün  gələcək,  Məmməd  Əmin  Rəsulzadə  işıqlı  həyatdan 
köçəcək.  Həmin  o  matəm  günündə  İstanbul  qəzetlərindən  biri  Məmməd  Əmin 
Rəsulzadənin bütün əzilən türklərin qızğın mülafiəçisi olub, ömrünün sonuna kimi 
bu yolda mübarizə apardığını belə yazacaqdı: 
«Məmməd  Əmin  Rəsulzadə  rus  əsarətindəki  türklərin  qurtulub  birər    milli 
dövlət quracaqları  haqqındakı tezisini ideologiya halına gətirmiş və bütün ömrünü 
bu qayəyə həsr etmişdir». 
Rus  əsarətindəki  türklərin  yüksək  inamını  və  məhəbbətini  qazananda  onun 
otuz üç yaşı vardı. 


51 
 
«Müsavat»ın  səsi.  Yaşıl  ümidli  «Müsavat»  işləyirdi.  Xalqın  azadlıq  və 
istiqlaliyyət  uğrundakı  mübarizəsinin  işığına  çevrilmişdi.  Çar  təqiblərindən  yaxa 
qurtaran «Müsavat» indi açıq fəaliyyət göstərirdi. 
Gəncədə  isə  Nəsib  bəy  Yusifbəylinin  başçılıq  etdiyi  «Türk  ədəmi 
mərkəziyyət» partiyası böyük nüfuza malik idi. 
Məmməd Əmin  Rəsulzadə Nəsib bəy Yusifbəylinin bir neçə il əvvəldən—
Nəsib  bəy  Gəncə  bələdiyyə  idarəsində  çalışdığı  zamanlardan  tanıyırdı.  Nəsib  bəy 
dövlət işi ilə bağlı hər dəfə Bakıya gələndə «Açıq söz» qəzetinə baş çəkər, onunla 
görüşərdi.  Nəsib  bəyə  milli  qeyrətli,  yüksək  savadlı  ziyalı  olmasına  görə  böyük 
hörməti  vardı.  Nəsib  bəy  Bağçasarayda  çıxan  «Tərcüman»  qəzetinin  redaktoru 
İsmayıl bəy Qaspirallının qızı Şəfiqə xanımla evlənmişdi. 
1917-ci  ilin  aprel  ayında  Bakıda  Qafqaz  müsəlmanlarının  qurultayı 
keçirilirdi. Qurultayda aralarında bir söhbət oldu. Razılığa gəldilər ki, «Müsavat»la 
«Türk ədəmi mərkəziyyət» partiyası birləşsin... 
Məmməd Əmin Rəsulzadə bu partiyaların birləşdirilməsi işini Məmməd Əli 
Rəsuloğlu ilə Abbas Kazımzadəyə tapşırdı. 
Məmməd Əli Rəsuloğlu xatırlayırdı: 
«Türk  ədəmi  mərkəziyyət»  partiyası  ilə  «Müsavat»  partiyasının  birləşməsi 
məsələsinin  Nəsib  bəylə  görüşüb  həll  edilməsini  Emin  bəy  Abbas  bəylə  mənə 
həvalə etdi. Nəsib bəylə bir mehmanxanada qaldıq. Bir sıra müzakirədən sonra bu 
iki partiyanın birləşməsi qərarını verdik. Partiyanın adı haqqında Nəsib bəy partiya 
adının  «Türk  ədəmi  mərkəziyyət  firqəsi  müsavat»  qoyulmasını  təklif  etdi,  biz  də 
qəbul etdik. Söhbət arasında Nəsib bəy: «Bu qədər uzun sözü kim söyləyəcək, ilk 
zamanlarda  bu  ad  böylə  gedər,  bizim  arkadaşlarımız  da  məmnun  olarlar.  Zaman 
keçdikcə qısalaraq «Müsavat» partiyası adını alar dedi. Həqiqətən də öylə oldu». 
Nəsib  bəy  Yusifbəylinin  partiyası  haqqında.  Hələ  1906-cı  ildə  Gəncədə 
«Dram cəmiyyəti» adı ilə gizli bir təşkilat yaradılmışdı. 1917-ci ilə kimi fəaliyyət 
göstərən bu təşkilat çarın devrilməsindən sonra «Ədəmi mərkəziyyət» adı ilə açıq 
fəaliyyətə  başlamışdı.  Nəsib  bəy  Yusifbəylinin  başçılıq  etdiyi  bu  partiya 
fəaliyyətində  hansı  prinsipi  əsas  götürmüşdü?  Partiyanın  əsas  məqsədi  rus 
məhkumu  olan  türk  ellərinin  geniş  məhəlli  muxtariyyət  qazanmağı  idi.  Partiya 
bununla  əlaqədar  Gəncədə  böyük  işlər  görürdü.  Həmin  vaxtlar  partiyanın  işinə 
mane olan bir çox qüvvələr vardı. Ermənilər ruslarla dil tapıb (həmişə olduğu kimi) 
bir qrup yaratmışdılar. Sosialist əhvallı digər qüvvələr də «Türk ədəmi mərkəziyyət 
firqəsinə» qarşı mübarizə aparırdılar. Bunların içərisində ən qorxulu mövqe tutanı 
bir  qrup  qatı  dindar  idi.  Onlar  hər  vasitə  ilə  Nəsib  bəyi  və  onun  partiyasını 
ləkələyib xalqın gözündən salmağa çalışır, belə şayiələr yayırdılar: «Nəsib bəy bir 
kitab  yazaraq    (firqə  proqramına  işarə  edilirdi)  bu  kitabda  artıq  Qurani-Kərim 
əskimiş, şəriət bizi idarə edə bilməz deyir». 
Qatı  dindarları  müdafiə  edənlər  də  çoxdu.  Əksəriyyəti  belə  fikir  irəli 
sürürdü ki, əgər rus idarəsi yıxılıb dağılıbsa onda işlərimizi şəriətə görə aparaq. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə