Азярбайъан республикасы мядяниййят вя туризм назирлийи м. Ф. Ахундов адына



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17915
1   2   3   4   5   6   7   8   9   ...   60

 
21
I FƏSİL 
 
 
Azərbaycan Demokratik Respublikasının 
yaranması, fəaliyyəti və süqutu 
 
KİTABLAR 
 
1918 
 
1.  Topçubaşov,  Ə. Azərbaycanın təşkili.-  İstanbul, 
1918.-  46 s. (Ərəb əlifbasında)   
 
Milli hərəkat tariximizin Cümhuriyyətə  qədərki 
mərhələsi, Cümhuriyyətin yaranması tarixi verilmişdir. 
 
1926 
 
2.  Şıxlinski,  Ə.  Ruscadan türkcəyə  qısa döyüş 
sözlüyü: (təlimnamələri və elmi hərbi kitabları ruscadan 
türkcəyə çevirmək üçün yardımlıq).- B., 1926.- 268 s. (Ərəb 
əlifbasında). 
 
1928 
 
3.  Rathauzer, Y. Bakıda inqilab və  vətəndaş 
müharibəsi: (1917-1918-ci illər) /Tərcümə edəni Xəlil 
İbrahim.- B.: Azərnəşr, 1928.-  124 s.   
 
Kitabda 1917-1918-ci illərdə milli şüurun oyanışı, 
ölkədə ikihakimiyyətlilik, mart qırğınları, müsavat firqəsinin 
mübarizəsi, ingilislərin Bakıya gəlişi, bolşeviklərin 
məğlubiyyətinin səbəbləri verilmişdir.  
 


 
22
 
1929 
 
4.  Rathauzer, Y.  Şura Azərbaycanı  uğrunda 
mübarizə: Aprel inqilabının      tarixinə dair /Çevirəni N.Ə. 
Axundov.- B.: Azərnəşr, 1929.- 116 s. 
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və 
bolşevizmin qələbəsi verilmişdir.  
 
1944 
 
5.  Şıxlinski, Ə. Xatirələrim /Müqəddimə; Tərtib. ed.   
Y.Barsukov.- B., 1944.- 210 s. 
Kitabda  hərb tarixinin görkəmli  simalarından olan 
Şıxlinskinin maraqlı  və  mənalı    xidmət yoluna bir daha  
nəzər salınır. 
 
1950 
 
6.  İbrahimov, Z. İngilis-Amerikan müdaxiləçilərinə 
qarşı Azərbaycan xalqının mübarizəsi: (1918-1920-ci illər) 
/Red. Teymurov H.- B.: Azərbaycan uşaq və  gənclər 
ədəbiyyatı nəşriyyatı, 1950. - 114 s. 
Kitabda ingilis imperialistlərinə qarşı xalqın 
mübarizəsi verilmişdir. 
 
1971 
 
7.  Əzimov, H. Azərbaycan qəzalarında sovetlər: 
(1917-1918-ci illər).- B.: Elm, 1971.- 188 s. 
Kitab dövrün tələbinə uyğun yazılsa da, müəllif 1917-
1918-ci illərdə ölkədə ikihakimiyyətliliyi, milli-azadlıq 
hərəkatını, müsavatın fəaliyyətini, türk qoşunlarının Bakıya 
gəlişini vermişdir. 


 
23
1978 
 
8.  Əzimov, H. İnqilab əsgərləri: Azərbaycanda əsğər 
təşkilatları və əsğərlərin inqilabi hərəkatı: (1917-1918).- B.: 
Azərnəşr, 1978.- 104 s. 
Kitabdakı faktlar göstərir ki, sovetlərin  əksinqilabçı 
xırda burjuaziya adlandırdığı müsavatçıları milli dövlət və 
ordu quruculuğunda xalq dəstəkləmiş, Türkiyə qoşunları 
işğalçı deyil, Azərbaycana dostluq yardımı göstərmiş, 
ikihakimiyyətlilik dövründə Bakı Kommunası süqut etmiş, 
Azərbaycanda AXC-i qələbə çalmışdır. 
 
1984 
 
9.  Şıxlinski,  Ə.  Xatirələrim. /Müqəddimə Y. 
Barkovundur; Qeydlər və izahlar Ş. Nəzərlinindir.- B.: 
Azərnəşr, 1984.- 220 s. 
Kitabda  hərb tarixinin görkəmli  simalarından olan 
Şıxlinskinin keçmiş olduğu maraqlı  və  mənalı  xidmət 
yoluna bir daha  nəzər salınır. 
 
1989 
 
10. Bakı Dövlət Darülfununun təsisi:  (Sənədlər 
toplusu) /Tərtib ed. və ön sözün müəllifi S. İbrahimov.- B.: 
Azərbaycan Universitetinin nəşriyyatı, 1989.- 88 s. 
ADU-nun 70 illiyi münasibətilə  nəşr olunan bu 
topluya Universitetin yaradılmasına aid ilkin rəsmi sənədlər 
daxil olmaqla yanaşı, kitaba yazılmış ön sözdə dövrün 
ictimai-siyasi mənzərəsi, xalqın maariflənməsi yolunda fəal 
iştirak edən ziyalıların və ictimai xadimlərin, həmçinin bəzi 
mətbuat orqanlarının fəaliyyəti yığcam şəkildə şərh olunur. 
 


 
24
1990 
 
11. Azərbaycan Demokratik Respublikası: 
Azərbaycan hökuməti: (1918–1920) 
/Tərtib ed. 
B.Allahverdiyev,  Ş.Mehdiyev; Red. Hidayət.- B.: Gənclik, 
1990.- 96 s. 
Kitabda  təqdim olunan məqalələrdə Azərbaycan 
Demokratik Respublikasının (1918-1920) təməlini qoyanlar, 
Azərbaycan Parlamenti və onun işi haqqında qısa məlumat 
verilir. 
12. Nəsibzadə, N. Azərbaycan Demokratik Res-
publikası: Məqalələr və sənədlər /Red. Aydın Hümbətoğlu.- 
B.: Elm, 1990.- 112 s. 
Təqdim edilən bu məqalələr və sənədlər toplusu Azər-
baycan Demokratik Respublikası mövzusunun obyektiv 
araşdırmaları sahəsində ilk cəhddir. 
13. Rəsulzadə, M. Azərbaycan Cümhuriyyəti.- B.: 
Elm, 1990.- 113 (1) s. 
Kitabda tariximizin ağ  səhifələri (1918-1920-ci illər) 
dövrün ictimai-siyasi hadisələri fonunda işıqlandırılmış, 
Azərbaycan xalqının ADR-dən  əvvəlki və sonrakı taleyi 
yığcam şəkildə əks etdirilmişdir. 
 
1991 
 
14. Hacıyev, H. İstiqlalın əzablı yolu: Azərbaycan De-
mokratik Respublikası  tarixinin bəzi səhifələri.- B.: 
Azərbaycan Jurnalistlər İttifaqı, 1991.- 32 s. 
 
Kitabda 90 illik çar əsarətindən sonra bütün 
müsəlman  Şərqində ilk Demokratik Respublika olan 
Azərbaycanın 23 aylıq istiqlal ömrünün  süqutuna daxili 
faktların deyil, məhz xarici müdaxilənin səbəb olması sübut 
edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə