Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə63/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   59   60   61   62   63   64   65   66   ...   78
Flora-Namazova-Dissertasiya

Nargilə. Doğrudanmı, siz mənim həyatım haqqında eşitmək istəyirsiniz?

Həsənzadə. Bəli. Danışın.

Nargilə. Anamın ikinci dəfə ərə getməyi yadıma gəlmir. Deyirlər onda mən kök, sağlam, güləyən bir uşaq imişəm. Lakin illər keçir, mən böyüdükcə, bu şənlik də silinib gedirdi. Mənim həyatımda fərəhsiz, sıxıntılı günlər başlanırdı... [54, c.2, s.73].

Bu informasiya bəzən dram əsərlərində personajın daxili səsi ilə tənzimlənir. Məsələn, “Məhv olmuş gündəliklər”də Fəridənin daxili səsi bu qəbildəndir: Mən xoşbəxtəm..Bir ay bundan əvvəl politexniki bitirdim. İndisə istədiyim oğlana ərə gedirəm. Sabah yox, birisi gün bizim toyumuzdur. Nişanlım gözəldir, yüksək vəzifə sahibidir. Nəcib oğlandır. Ah...mən bu xoşbəxtliyi gözləyirdim. Mən anamın yarımçıq qalmış səadətini tamamlamaq istəyirdim... [54, c.2, s.129].

İnformasiyadan bəhs olunarkən, qeyd edə bilərik ki, diskursların predikasiyasında məntiqi subyekt məntiqi predikat vasitəsilə izah edilir, araşdırılır, nəticə isə ya təsdiq, ya da inkar olunur. Məs.: Dilşad. Mən sənin əkdiklərini biçirdim...Əgər Şahsuvarov, Sadıqov sənin qapını tanımağa layiq deyildilərsə, niyə hərəsini oturdurdun bir idarənin başında?

Xosrov Atayev (sarsılaraq). Doğrudur...Tamamilə doğrudur. Onların kim olduqlarını indiyə qədər tanımamaq mənim böyük, bağışlanılmaz günahımdır (Pauza). Ancaq bəs sən? Bəs sən niyə öz ərinin bu səhvindən istifadə eləyib, onu xalq içində biabır edirdin?! Axı sən həmişə and içib məni istədiyini söyləyirdin [54, с.2, s.63].

İ.Əfəndiyevin dram diskurslarında informasiya kommunikativ fəaliyyətlə bağlı olub, yalnız obyektiv gerçəkliyin hadisə, münasibət və predmetləri barədə yeni məlumatlar ötürür. İnformasiyanın yeni olması şərtdir. İnformantların biri üçün eyni olan informasiya digəri üçün artıq məlum olur, bu zaman xəbər, məlumat, hadisə informativliyini itirir. Müəyyən zamanda yeni olan, müəyyən müddətdən sonra bir çoxları üçün əhəmiyyətini itirə bilər.

Diskurs və söz sırası. Söz sırası dedikdə, sintaktik, üslubi və mənaca əhəmiyyətinə görə cümlə üzvlərinin qarşılıqlı şəkildə yerləşdirilməsi, sıralanması başa düşülür. Diskursiv mətnlərdə söz sırası çox zaman üslubi məqamlarda pozulur. Bu zaman inversiya hadisəsi yaranır. Məsələn, “Sən həmişə mənimləsən” dramının personajı Nargilənin danışığındakı diskurslarda söz sırası pozulmuşdur: Nargilə. Boşla bu bədbin fikirləri. İşləyirik bir yerdə, görüşərik məktəbdəki kimi yenə də hər gün.. Yaxşı klubu var zavodun...Göstərirlər hər gecə film...[54, c.2, s. 126].

İ.Əfəndiyev dialoq diskurslarının maraqlı xüsusiyyətləri vardır. Bəzi diskurslarda mətn tamamlanmır, müəyyən səbəbdən cümlə kəsilir, sonrakı işirakçı buraxılmış üzvü bərpa edir. Məs.: Ağabəyim ağa. Saday bəy, bir Allah bilir ki, mən sənin məhəbbətinlə özümü nə qədər xoşbəxt sanırdım. Necə xoşbəxt xəyallara dalırdım. Sən igidsən, dözəcəksən. Ancaq o qürbətdə səndən, bu gözəl Qarabağdan həmişəlik ayrı düşmək mənim üçün çətin olacaq... Çox çətin olacaq, Saday bəy. Vətənin gələcəyi dardadır. Rus padşahı Yekaterina Qafqazı və eləcə də Azərbaycanı istila etmək, Osmanlı imperiyasının yolunu kəsmək cəhdini artıq gizlətmir. İbrahim xanın, atamın isə, güclü bir arxası, köməyi yoxdur. Yəqin ki, sən mənim nə demək istədiyimi...



Saday bəy. Başa düşürəm. Siz başqa bir hərəkət eləyə bilməzdiniz [54, с.2, s.294].

Mətnə diskursiv yanaşma hər bir fikrin əvvəlkindən yaranması və sonrakını doğurması haqqında məntiqi ardıcıllığa əsaslanır. Fəlsəfi baxımdan mətn diskursiv təsdiqini bu yolla, bu inkişafda tapır.

Dialoq mətni təbii dildə mənalı işarələrin ardıcıllığıdır. İlyas Əfəndiyevin dram əsərlərindəki remarkalar bilavasitə semiotika ilə əlaqədardır. N.Məmmədli yazır ki, semiotik nöqteyi-nəzərdən dil informasiya vasitəsi olan müəllif remarkaları ilə bir sırada durur. Semiotik təbircə, müəllif remarkaları səhnə əsərlərində işarə-indeksdir. Deməli, müəllif remarkaları süjetdə müəyyən informasiya məqsədi daşıyır. Remarkaların məzmun planı sözlərin mənalar və qrammatik formalar sistemini təşkil edir. Semiotikanın “kommunikativliyi” norma kimi qəbul olunmalıdır. Deməli, müəllif remarkası ən yaxşı halda, qənaətcil işarələr sistemidir” [103].

Diskursiv sahədə müəllif remarkaları üstünlük təşkil edir. Dramatik diskurs məsələlərinin aydınlaşdırılmasında remarkalarda üslubi halları yaradan bir sıra dil vasitələrinə - alliterasiyaya, təkrara, metaforik sistemə, ellipsisə, oksimorona, müqayisəyə də geniş yer ayrılır. Məs.:

Metafora: Mətbəxə yüyürür. Ədalətin üzü soyuq və məyus bir ifadə alır [54, с.2, s.160]; Qənimətlə Savalan gedirlər. Fəridə onların ardınca uzun bir nəzər salır [54, с.2, s. 143].

Ellipsis hadisəsi: Maşın qapısı açılıb-örtülür. Anjel pəncərədən diqqətlə baxır. Üzü birdən-birə tutqun bir ifadə alır. Pəncərədən çəkilərək Savalana [54, с.2, s.140].

Müqayisə: İşıq azalır və azaldıqca musiqi, cavan Xurşidin oxuduğu mahnıya çevrilir. Və sanki bu mahnı uzaqlardan, tamam başqa aləmdən gəlir [54, с.2, s.9]).

İ.Əfəndiyevin remarkaları hər zaman assosiativ münasibətlərə əsaslanır. Bu remarkalar pyeslərin süjetinin açılmasında dərketməni nisbətən asan şəklə salır, bir əlavə məlumat kimi dialoqları inandırıcı və təsirli edir. Məsələn, “Sən həmişə mənimləsən”, yaxud “Boy çiçəyi”ndə Nargilə ilə Nəzakətin dialoqunda iri həcmli müəllif remarkaları dediyimiz funksiyanı yerinə yetirir. Diqqət edək:

Səhnə yenidən işıqlananda Nargilənin ata evində yemək otağı görünür, artıq yetkin bir qız olan Nargilə tez-tez mətbəxdən qab-qacaq gətirir. Lakin bu işin onun üçün son dərəcə xoşagəlməz bir hal olduğu hiss edilir. Nəzakət xanım yemək stolunun üstünü düzəldir. Nargilə qrafini gətirib qoyanda su süfrənin üstünə tökülür. Nəzakət. Niyə üsullu hərəkət eləmirsən... İndi bir də süfrəni dəyişim?


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə