Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə62/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
Flora-Namazova-Dissertasiya

Ayaz. Hansı qonaq?

Xumar. Hanı o qonaq? [49, s. 246, 247].

Bu diskursda iki adresat (Ayaz və Xumar) eyni sualı təkrar edir. Ümumiyyətlə, təkrar sual konstruksiyalarının işlənməsinə İlyas Əfəndiyevin personajlarının nitqində çox rast gəlmək olur. Məs.: Mirzə Ruhulla. Hidayət xan tapanca ilə sağsağana güllə atdı.



Xurşidbanu. Vurdu?

Mirzə Ruhulla. Vurdu!

Xurşidbanu. Niyə vururdu? Axı, deyirlər, o xeyir xəbər gətirən quşdur [54, с.2, s.242].

Dialoq diskurslarında sual cümləsi müxtəlif forma və məzmunda təqdim olunur: 1) Sual cümləsində qətiyyət ifadə edilir: Hidayət xan. Bu sənin qəti sözündür? Xurşidbanu. Qəti! [54, с.2, s.241];

2) Daha dəqiq məlumat almaq üçün istifadə olunur: Xurşidbanu. Vətən, millət xainləri sizə dürüst məlumat verməyiblər, knyaz! Canişin. Bəs, dürüstü nədən ibarətdir, Banu bəyim? [54, с.2, s.238].

3) Sual cümlələri qaranlıq məsələlərə aydınlıq gətirir: Nəzakət (acıqlı). Burada nə edirsən? Qız uşağının subay kişinin evində nə işi var? Sən onunla çoxdan tanışsan? Demək, sən öz doğma ananı ələ salırsan? Heç fikirləşmirsən ki, camaat nə deyər? Yoxsa səni Həsənzadə qulluqçu tutub? [54].

Suallar dramaturqun pyeslərində bir çox hallarda ümumilikdən çıxaraq neytral xarakter daşıyır, yəni sualvermə həmsöhbətin öz mövqeyindən asılıdır. Cavabın xarakteri ilə sualın xarakteri bəzən üst-üstə düşür. Təkrarlanan suallar diskursun tərkib hissələrini gərginləşdirir.

İ.Əfəndiyevin dram diskurslarının formalaşmasında sinonimlər funksional ekspressiv xüsusiyyətlərə malikdir. Məsələn, müəllifin “Hökmdar və qızı” pyesində Ağabəyim ağa “arzu” və “istək” sinonimlərini diskursda sinonim məqamında işlədərək leksik sinonim yaradır, üslubi çaları artırır: Ağabəyim ağa. Xan atam! Sən lap körpəliyindən məni o qədər nazlandırmısan ki, heç bir arzumu, heç bir istəyimi səndən gizlətməmişəm. İndi də gizlətmək istəmirəm [54, с.2, s.292]. Sinonim təkrarlar diskursların semantikasını genişləndirir.

Ata və qızı arasındakı mükalimədə “ürək” və “qəlb” sözləri sinonim kimi işlənir: Ağabəyim ağa (birdən xanın qarşısında diz çökərək). Xan ata, sənin mənə olan məhəbbətindən qüvvət alıb, deməyə cəsarət edirəm ki, mənim qəlbim başqa bir şəxsdədir.

İbrahim xan. Xub. Kimdir o xoşbəxt insan ki, mənim əziz qızımın ürəyi ona belə bənd olub [54, с.2, s.292].

İ.Əfəndiyevin dram diskurslarında mövzunun dəyişməsi, mövzudan mövzuya keçid xarakterik əlamətlərdən sayılır. Replikalara yeni informasiyanın daxil edilməsi ilə məlumatlar genişlənir. Mətndə personajın nitqi, tutaq ki, Nəzakətin aşağıdakı nitqi (“Sən həmişə mənimləsən, yaxud “Boy çiçəyi” pyesində) 4 mövzu ətrafında birləşə bilir. Aşağıdakı mövzular Nargilənin “Soruşmaq ayıb olmasın, bu gün hardan doğub?” sualından sonra yaranıb:

Mövzu 1: Sən mənə cəhənnəm əzabı verirsən! Heç yerdə qəraq tuta bilmirəm...

Mövzu 2: Mən Fərəcə də, özümə də nifrət edirəm. Mən bunu ona demişəm... Daha neyləməliyəm?! (Göz yaşları içində).

Mövzu 3: On iki ildən artıq idi ki, mən sənin atanı yuxuda görmürdüm. Amma indi hər gecə görürəm. Mənimlə bir kəlmə danışmır.

Mövzu 4: Siz məndən nə istəyirsiniz? Bir canım var, əgər onu verməklə bu əzabdan qurtara bilərəmsə, alın, vallah sizə minnətdar olaram. Heç olmasa qəbirdə rahat yataram. Mən pisəm... ancaq mən, heç bir şeyi bilə-bilə, öz iradəmlə eləməmişəm. Heç olmazsa, sən bunu başa düş [54, c.2, s.117].

Diskursda qeyd olunan həmin mövzular bir-biri ilə sıx şəkildə bağlı olub, biri digərini tamamlayır. Mövzular arasında zəncirvari və qarşılıqlı əlaqə mövcuddur. Bu prosesdə mövzular sanki bir-birinin içinə daxil olur, budaqlanır və yenidən birləşir.

İ.Əfəndiyev dram diskurslarında informasiyanın ümumi ötürülməsi prosesi adresant-kod-kontekst-kod-adresat sırasına əsaslanır. Nümunəyə diqqət edək:



Aynur. Hər halda gərək mənə deyəydin, eybi yoxdur, bundan sonra biz hər il o günü ən əziz bayramımız kimi qeyd edərik (redikülündən balaca bir qutu çıxarır). İndicə səni bu kiçik hədiyyə ilə təbrik edirəm (öpür). Mən istəyirəm ki, sən bu sancağı qalstukuna taxıb həmişə sinəndə gəzdirəsən! Bunun üstündə mənim adım yazılıb. Qoy bu səni hər bəladan mühafizə eləyən bir məhəbbət tilsimi olsun! [46, s.68].

Sözügedən diskursda iki həmsöhbət iştirak edir. Yuxarıdakı kommunikativ akt Aynura məxsusdur. Aynurun kontekstində fərqli görünən bir neçə informasiya mövcuddur. Birinci məlumat Həbibin ad günündən Aynurun xəbər tutması və onu qınaması, sonra hər il o günü əziz bayram kimi qeyd edəcəkləri fazasını əhatə edir. Bu informasiya diskurs iştirakçılarının bir-biri ilə razılaşması barədə məntiqi nəticə çıxarmaq imkanı yaradır. Kontekst mühitindəki ikinci məlumat adresantın adresatı kiçik bir hədiyyə ilə təbrik etməsi və onu öpməsidir. Üçüncü informasiya adresantın istəyi, arzusu ilə əlaqədardır. O istəyir ki, adresat sancağı (hədiyyəni) qalstukuna taxıb həmişə sinəsində gəzdirsin. Dördüncü informasiya yekun məlumatdır: sancağın üstündə Aynurun adının yazılması və bu əşyanın tilsim rolunu oynaması. Tamamlanmış informasiya adresatın adresanta zarafatyana məlumat verdiyi “Mən o tilsimi indidən hiss edirəm” cavabıdır. Bu, bitmə fazası sayılır.

İ.Əfəndiyev dramlarının diskursunda verilən digər informasiyaları da nəzərdən keçirək. Məsələn, personajın öz həyatı ilə bağlı informasiya: Həsənzadə. Kim deyir ki, sizin həyatınızın qiyməti yoxdur?


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə