Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə65/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   61   62   63   64   65   66   67   68   ...   78
Flora-Namazova-Dissertasiya

Aynur. Nə üçün sən məni ananla tanış etmirsən?

Həbib. Gedərik, tanış olarsan [56, c.3, s.301].

Həbib bir adresat kimi Aynurun “tanış etmirsən” sualına “tanış edərik” cavabını ötürür. Həbib başqa cür də cavab verə bilərdi. Bu diskursda kommunikantlardan birinin nitqindəki söz və ifadə başqasının nitqinə keçir və onlar zəncirvarı şəkildə bir-biri ilə bağlanır. Eyni fikir iki dildə təkrar olunur. Məsələn, “Büllur sarayda” dramında Ağahüseyn farsların atalar sözünü, Bayandur isə Azərbaycan atalar sözünü işlədir, maraqlı təkrar diskurslar formalaşır.



Ağahüseyn. Bacıoğlu, farslar deyib: “Hər süxencayı hər… məqam darəd”.

Bayandur. Bizim babalar da deyib: “Söz qılınc kimi gərək” [56, с.3, s.322].

Başqa bir misal: Qədim (saxta mehribanlıqla). Lalə! Mən səndən iyirmi neçə yaş böyük, sənə nisbətən təcrübəli bir adam idim. Sonra fikirləşdim ki, bizim o cür hissiyyata qapılmağımız səni bədbəxt eləyə bilər. Mən sənin qarşında vicdani məsuliyyət daşıyırdım. Lalə (gərgin gülüşlə). Vicdani məsuliyyət... Sən iclasda da vicdani məsuliyyət barədə odlu nitqlər deyirsən [56, c.3, s.326, s. 94].

Kommunikasiya aktında dialoji nitqin bu və ya başqa funksiyası reallaşır. Bu prosesdə həmin funksiyalardan hansı biri isə aktuallıq kəsb edir və sonda yerini digər funksiyaya ötürür. Pyes mətnlərinin təhlili göstərir ki, dramatik diskursiv sahənin məzmun və mahiyyəti kommunikativ aktın bir çox funksiyaları ilə reallaşır. Kommunikasiya aktının komponenti olan kontekst informasiyanın predmeti, yaxud referenti adlandırılır. Kommunikativ funksiyada adresatın diqqəti bilavasitə obyektə yönəlir; tema diskursun məzmununu tam əhatə edir. Bu hal ən çox müəllif remarkalarında müşahidə olunur. Məsələn, “Məhv olmuş gündəliklər” pyesinin I pərdəsində: Gövhərin evi. Sadə, təmiz bir otaq. Fərəh və sevinc ifadə eləyən bir musiqi. Fəridə bu musiqinin ahənginə uyğun bir xoşbəxtlik içində gəlib zəng eləyir... [54, c.2, s.128].

Dialoqda bir personajın təmtəraqlı ifadələrdən istifadə etməsi və ya fikri qabarıq ifadə etməsi poetik-estetik funksiyanın əsas məğzini təşkil edir. Məs.: sevimli qızım, başımın tacı, gözümün nuru və s. Məsələn, İ.Əfəndiyevin “Sən həmişə mənimləsə”, yaxud “Boy çiçəyi” dramında Nargilənin dialoq diskursunda poetik funksiya onun atası ilə bağlı fikirlərində özünü göstərir: Sən igidlər içində bir igid idin. Səni uzaq bir səhrada sinəndən vurdular... Düşməni məhv edib qayıdan yoldaşların səni Bir palıd altında dəfn eləyib getdilər [54, c.2, s.77].

Dialoq mətnin təşkili mexanizmində əsas rol oynayır. Mətni quran dialoqun tərkib hissələridir, sual-cavab ardıcıllığıdır. Polemik arqumentlər dialoq şəraitində inkişaf edir və diskurs iştirakçılarının öz mövqelərini, pozisiyaları bir-birinə təkidli, israrlı formada yetirməklə müşahidə olunur.

Dramda kommunikativ situasiya və onun komponentləri. Situasiya maddi obyektlərin və onların hal-vəziyyətlərinin məkan və zamanda koordinasiyası nəticəsində yaranır. Biz dramlarda kommunikativ situasiyadan danışarkən, “situasiya” termininin ünsiyyətin, kommunikativ aktın baş verdiyi şəraiti ifadə edən mənasını nəzərdə tuturuq. Diskursiv təhlildə kommunikativ situasiyanın tipologiyası, gedişatı diqqət mərkəzində dayanmalı, sual-cavab replikalarında baş verən proseslər (cavabı təsdiq etmək, cavabı inkar etmək, cavab verməmək, susmaq, danışığı davam etdirmək və s.) üzə çıxarılmalı, personajların nitq rəftarı, nitq hərəkəti izlənilməlidir. Dram əsərlərində nitq fəaliyyəti canlı şəkildə öz əksini tapır. Kommunikasiya iştirakçılarının nitq fəaliyyəti və süjetin hərəkət, inkişaf istiqaməti bədii lövhə, tablo yaradır.

Tolerantlıq və intolerantlığın formaları. Dram diskursları üçün tolerantlıq və intolerantlıq ifadə edən formalar xarakterikdir. Nitq rəftarı və hərəkətində tolerantlıq və intolerantlıq əsas problemlərdən sayılır. İ.Əfəndiyevin dramlarında tolerantlıq və intolerantlıq başlıca keyfiyyətlərdən sayıla bilər. “Tolerantlıq” termininin mənası “dözümlü”, “dözmə”, “dözülə bilən”, “yol verilə bilmə”, “hesablaşma”, “qatlaşmaq”dır [190]. Bu anlayış İ.Əfəndiyevin dramlarında müxtəlif dil vasitələri ilə öz ifadəsini tapır. Hər şeydən əvvəl, tolerantlıq bu əsərlərdə mədəni nitqin prinsipi kimi təqdim olunur. Dramaturqun bir çox qəhrəmanları bu prinsipi qoruyub saxlayır, mentallıq nümayiş etdirirlər. İ.Əfəndiyevin dram əsərlərində intolerantlıq aşağıdakı formalarla ifadə olunur:

1.İntolerantlığın xahiş, yalvarış, istək və s. formalarla ifadəsi. Məs.: istək forması: Mehrican. Mən istərdim sevdiyim oğlan, qocalıb belimiz bükülənə qədər öz məhəbbətinə sadiq qalsın. Təbiəti ipək kimi yumşaq, qəlbi bu yaz səması kimi geniş, dərin olsun! Mən də pərvanə kimi onun başına fırlanım. Tikdiyimiz binaların hər naxışında ona olan sevgimin işığını hiss edim [54, c.2, s.8].

2.İntolerantlığın inkar mənasını əmələ gətirən formalarla ifadəsi. Aynur. Rica edirəm, daha gerisini deməyin...bağışlayın...Sağ olun! [56, c.3 s.329].

3.İntolerantlığın düşüncənin pozulması yolu ilə ifadəsi. Fariz (özünü itirərək). Nə danışırsan, papa?... Mən... Ağahüseyn. Kəs səsini! Papa! Dünən Salyan yolundakı kababxananın pərdəli otağında kim idi yanındakı? [56, c.3 s.329].

4.İntolerantlığın “susmaq” yolu ilə ifadəsi. Dilşad. Əlbəttə! Yoxsa, Cahangir? Eh, Liliya, biz qadınların bəzən ağlımız gözümüzdə olur. (Pauza). Ona görə də, sən, Sadığa getmək istəməyib, deyəndə ki, “qocadır, sir-sifəti xoşuma gəlmir”, mənim acığım tuturdu. İndi görürsən səni necə saxlayır? Barmalqlarında brilyant üzüklər, boynunda yeddi qatar mirvari, qabağında qulluqçun...


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə