Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

33
 
başlanğıc cümlələrini “Şur-Şahnaz” şöbəsi ilə qarışdırırlar. Bu səbəbdən elə 
“Vilayəti”  şöbəsinin  giriş  hissəsini  konkret  olaraq  necə  ifa  olunmasına 
aşağıdakı not nümunəsində baxaq. 
 
“Vilayəti” şöbəsi 
Nümunə №5 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yuxarıda təqdim olunan not nümunəsinin (№5) 2-ci xanəsində ifa edilən 
gəzişməni  əvvəl  sarı  simdə  başlayıb  sonra  isə,  yəni  qayıdışını  ağ  simdə  ta-
mamlamağı  məqsədəuyğun  hesab  edirik.  3-cü  xanəni  bitirməklə  “Vilayəti” 
şöbəsinin giriş hissəsi sona yetir. Sonra isə “Şur-Şahnaz” şöbəsində işlədilən 
xalların  burada  səsləndirilməsini  sarı  simlə  kök  simin  birgə  vurulması 
fonunda  davam  etdirmək  olar.  Amma  onu  da  qeyd  etmək  lazımdır  ki,  hələ 
Nümunə  №5-in  3-cü  xanəsində  bir  neçə  dəfə  “Şur”  ladına  müvəqqəti 
yönəlmələr  baş  verir.  Yəni,  həmin  xanədə  birinci  oktavanın  fa  diyez 
pərdəsinə qalxmaqla lad dəyişkənliyinə yol verilir və sonda yenə (4-cü xanə) 
“Rast” ladına qayıdılır. 
«Vilayəti» şöbəsindən sonra gələn “Dilkeş” və “Kürdü” güşələri eynilə “Şah-
naz“ və “Bayatı-Kürd“ muğmlarında ifa olunan melodiyalardan ibarətdir. Odur 
ki, bu güşələr haqqında kifayət qədər məlumatımız olduğundan onların üzərində 
dayanmayacağıq.  Amma  “Vilayəti”  şöbəsindən  “Dilkeş”  guşəsinə  və  “Kürdü” 


34
 
guşəsindən  “Rast”a  qayıtmaq  yollarını  not  nümunələri  vasitəsilə  göstərməyi 
vacib sayırıq. 
 
Nümunə №6 
“Вилайяти” шюбясиндян “Dилкеш” эушясиня кечид 
 
 
 
 
 
 
 
 
 
 
Nümunə №7 
“Кцрдц” эцшясиндян “Вилайяти” шюбясиня кечид 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Növbəti şöbə “Şikəsteyi-fars” (“Xocəstə”) adlanır. Şikəstə sözünün farsca 
mənası  -  «sınmış»,  «incimiş»,  «qəlbi  qırılmış»  deməkdir.  Şikəstə  qədimdən 
aşıq  yaradıcılığında,  sonralar  isə  yəni,  XIX  əsrin  II  yarısından  xanəndələr 
tərəfindən  sərbəst-ritmik  formada  ifa  olunaraq  şifahi  ənənəli  professional 
musiqinin  janrlarından  biri  olan  “Zərbi  muğamlar”  sırasında  təşəkkül 
tapmışdır.  Şikəstələrin  bütün  növləri  “Segah”  muğamı  üzərində  ifa  edilir. 
Ümumiyyətlə,  “Şikəstə”  insanların  əzab  və  əziyyətlərini,  qarşılaşdıqları 
narazılıqları musiqi dili ilə xalqa çatdıra bilməsidir. 


35
 
«Rast»  dəstgahında  ifa  olunan  “Şikəsteyi-fars”  şöbəsinə  çox  vaxt  “Xo-
cəstə”  də  deyilir.  Çünki  “Şikəsteyi-fars”  şöbəsi  ilə  eyni  melodik  məzmuna 
malik  olan  və  “Segah”  ladında  bənzərsiz  ifa  məziyyətləri  ilə  seçilən  “Xo-
cəstə”  başqa  muğamlardan  fərqli  olaraq  ancaq  “Rast”  dəstgahında 
“Şikəsteyi-fars”  şöbəsi  yerində  lirik,  məlahətli  səslənir.  Xocəstə  sözünün 
mənası  “xoşbəxt”,  “mübarək”,  “gözəl”  deməkdir.  “Şikəsteyi-fars”  şöbəsinin 
musiqi  məzmunu  başqa  muğamlardan  da  (“Rast”  və  “Şur”  ailəsinə  daxil 
olan)  bizə  bəlli  olduğuna  görə,  onda  “Xocəstə”  şöbəsinin  fərdi  ifa 
məziyyətləri ilə aşağıda təqdim edilmiş not nümunələrində tanış olaq: 
 
“Xocəstə” şöbəsi (1-ъи мювзу) 
Nümunə №8 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu  not  nümunəsindən  belə  aydın  olur  ki,  “Şikəsteyi-fars”  və  “Xocəstə” 
şöbələrinin başlanğıc cümlələri demək olar ki, bir-birilə eynidir. 3-cü və 4-cü 
xanələrdəki  melodiyada  şöbənin  əsas  istinad  pərdəsi  olan  1-ci  oktavanın  re 
pərdəsi alt mizrabların aramlı müşayiəti ilə xüsusi vurğulanmalıdır. Ağ simdə 
vurulan hər bir alt mizrabdan sonra kök simdə səslənən həmin pərdəni də alt 
mizrablarla  təkrar  vurmaq  məsləhətдир.  Sonrakı  V,  VI  və  VII  xanələrin 
əvəlində ifa edlən melodik frazaların xoşagəlimli olması üçün 1-ci oktavanın 
do  səsindən  sonra  do  diyez  pərdəsindən  re  pərdəsinə  lal  barmağı 
sürüşdürərək ifanı bəzəmək lazımdır: 
 
Nümunə №9 
 
 
 
 
Artıq  7-ci  xanədən  “Xocəstə”  şöbəsinin  ifa  xüsusiyyətləri  özünü 
göstərməyə  başlayır  və  onun  “Şikəsteyi-fars”  şöbəsindən  fərqləndirən 


36
 
məxsus xalları səsləndirilir. Onu da qeyd edək ki, bütün xanələrdəki melodik 
frazaların son dayanacaq pərdəsi olan re səsində tara mütləq «xum» vermək 
tələb olunur. 
 
 
Nümunə №10 
 
 
 
 
Nümunə №8-də təqdim olunmuş parçalardan (6 və 8-ci xanə) «Xocəstə» 
şöbəsinin  əsas  cümlələrinin  sonu  elə  «Şikəsteyi-fars»  şöbəsində  istifadə 
edilən  ayaг  cümlələri  ilə  eyni  olduğu  aşkar  olunur.  Bu  isə  hər  iki  şöbənin 
eyni melodik məzmunlu həmahəng səslənməsindən irəli gəlir.  
 
«Xocəstə» (II mövzu) 
 Nümunə №11 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nümunə  №11-də  verilmiş  melodik  hissə  gəzişmələrdən  ibarətdir.  Bu 
gəzişmə  metroritmik  xцsusiyyət  daşıdığından  “Xocəstə”  şöbəsinə  xususi 
gözəllik  verir.  Burada  1-ci  not  açıq  kök  simə  (açıq  kök  sim  re  notu  ilə 
köklənməli)  vurulduqdan sonra  ağ  simdə  ifa  edilən  ilk  notlar  gözəl  trellərin 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə